KADR HAZIRLIĞI MƏSƏLƏLƏRİNİN TURİZM SAHƏSİNİN RƏQABƏTQABİLİYYƏTLİLİYİNİN FORMALAŞDIRILMASI BAXIMINDAN ƏHƏMİYYƏTİ i.ü.f.d. MİRZƏYEV Anar Faiq oğlu doktorant ƏLİYEVA İlahə Şahin qızı Azərbaycan Turizm və Menecment Universiteti Abstract : In modern conditions, the deep competition in the world economy and the process of globalization made necessary the formation of a competitive national economy in every country and in our republic as well. In such a situation, the formation of a competitive national economy in the country is directly dependent on the development potential and the utulize use of those sectors which form the economy. From this point of view, the issues of personnel training in the formation of an existing competitive environment in the field of tourism have been researched. In the study explained the philosophical foundations of personnel training issues in the tourism sector and its practical significance has been analyzed. Keywords: tourism, marketing, SWOT analysis, economic development, service areas, region, competitiveness, personnel training, regional development İyirminci əsrdən başlayaraq turizm sektoru bütün dünyada ən sürətlə inkişaf edən sahələrdən
birinə çevrilmişdir. Ümumdünya Səyahət və Turizm Şurasının (World Travel & Tourism Council-
WTTC) məlumatına əsasən 2017-ci ildə qlobal miqyasda turizm xidmətlərinin ümumi həcmi təxminən
6,2 trilyon ABŞ dolları təşkil etmişdir ki, bu da dünya ölkələri üzrə ümumi buraxılışın 10,4 faizinə
bərabərdir.
Həmçinin sektorda məşğul olanların sayı 319 milyon olmaqla, bütün dünya üzrə işləyənlərin
ümumi sayının 8,3 faizini təşkil edir. 2025-ci il üçün optimist proqnozlara əsasən turizm sektorunun
dünya üzrə ümumi buraxılışda və işləyənlərin sayında payının müvafiq olaraq 11,3 faiz və 8,9 faiz
civarında olması gözlənilir. Turizm sektorunun iqtisadi artımın əldə olunmasında mühüm rolunun
olmasını nəzərə alaraq, turizmin və onunla əlaqədar sahələrin, ələlxüsus onun rəqabətqabliyyətliliyi
məsələlərinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır [ 9 ].