Turizm sektorunun rəqabətqabiliyyətliliyinə iki perspektivdən–daxili və beynəlxalq nöqteyi-
nəzərələrdən baxıla bilər. Ölkə daxili perspektivlər baxımından rəqabətqabiliyyətli turizm sektoru yerli
nəqliyyat (daşımalar), otel və mehmanxana, restoran, mədəni-kütləvi tədbirlər (asudə vaxtın təşkili) və
ticarət sektorlarına fayda gətirməklə sosial, mədəni və siyasi əhəmiyyət daşıyır və iqtisadiyatda
aşağıdakı kimi qruplaşdırılması mümkün olan müsbət təsirlər formalaşdırır [ 2, səh. 432 ] :
Tələbin ödənilməsinin və onun artımının mühüm mənbəyi kimi;
Dayanıqlı iş yeri imkanları yaratmaqla iqtisadiyyatın bütün səviyyələrində məşğulluğun
təminatçısı kimi;
Kiçik və orta ölçülü müəssisələr üçün biznesin təşkili imkanlarından yararlanmağa mühüm
vasitə kimi;
Əldə olunmuş maliyyə və iqtisadi faydaların iqtisadiyyatın müxtəlif sektorları və səviyyələri,
xüsusilə regional səviyyədə paylaşdırılmasına imkan yaradır;
Hökumətin bəyan etdiyi iqtisadi və fiskal hədəflərin əldə olunmasına töhfə verir;
Dövlət və özəl sektor arasında əməkdaşlığın sürətləndirilməsində mühüm təsirlərə malikdir.
Bu baxımdan bir çox dünya ölkələrində turizm sektoru iqtisadi fəallığın, məşğulluğun, vergi və
valyuta daxilolmalarının təmin olunmasının mühüm mənbəyi qismində nəzərdən keçirilir. Təsadüfi
deyil ki, bir çox inkişaf etməkdə olan ölkə və regionlar turizmin iqtisadiyyata təsirlərinin artan rolunu
diqqətdə saxlayaraq ölkə daxili və xarici potensial turistlər üçün sektorun cəlbediciliyinin
yüksəldilməsi məqsədilə onun inkişafına əhəmiyyətli resurslar yönəldirlər.
Çox zaman turizmin cazibəsinə qapılıb onun gücündən istifadə etmək yollarını axtaranda ya təkcə
turizm ehtiyatları, ya bacarıqlı menecment haqqında fikirlər söylənilir, ya da ki məsələnin, sadəcə,
turistlərin səxavətindən asılı olması qənaətinə gəlinir. Amma halbuki turizm elə sahələrarası
inteqrasiya gücünə malikdir ki, o, başda iqtisadiyyat olmaqla digər sosial-mədəni xidmət sahələri ilə
birgə bütöv bir turizm sənayesini formalaşdıraraq ölkəyə turizm gəlirləri imkanı yaradır. Əlbəttə ki,
burada təkcə rekreasiya xidmət sahələrində deyil, bütün turizm sənayesinə aid olunan sahələrdə öz
funksiyasını yerinə yetirə bilən kadrlardan çox şey asılıdır.
Turizmdə kadr deyəndə çox vaxt turistlərə xidmət göstərən gülərüz, peşəkar xidməti işçilər başa
düşülür. Mehmanxana, restoran, nəqliyyat və ekskursiya xidmətləri zamanı belə işçilər bilavasitə
servislə əlaqədar olduğundan onların işinə də müvafiq qiymət verilərək göstərdikləri xidmətin
səviyyəsinə görə bəxşiş alıb, bəzən də şikayət olunurlar. Ancaq turizm sənayesində rol alan və
turistlərlə heç zaman üz-üzə gəlməyən çoxlu sayda sahələr vardır ki, onların fəaliyyətinin son nəticəsi
regiona xas olan turizm məhsulunu formalaşdıran bir amil kimi özünü göstərir.
Bütün dünyada peşəkarlıq standartları ilə öz həllini tapan əsas funksiya qismində əməyin,
biliklərin və bacarıqların keyfiyyətinə dair müvafiq tələblərin müəyyənləşdirilməsi, əmək sferasının və
kadrların hazırlanması sferasının yaxınlaşdırılması xidmət edir. Peşəkarlıq standartlarının işlənib
hazırlanması istiqamətində çıxış nöqtəsi əmək bazarının informasiyasından (işə götürənin tələbindən)
ibarətdir. Məsələ bundadır ki, peşəkarlıq standartları əmək bazarının işçilərin ixtisaslaşmasına dair
mövcud tələblərini əks etdirməlidir. Həmin bu informasiya peşəkarlıq standartının əsas məzmununu
müəyyənləşdirməyə imkan verəcəkdir.
İşlənib hazırlanma prosesinin gedişatında peşə standartı bu və ya digər sahənin bütün işçi və
rəhbərləri uyğun gəlməli olan peşəkarlıq minimumu olmağa başlayır. Müəssisə və təşkilatlar onu
özlərinin daxili (korporativ) standartlarının yaradılması, işçilərin işə qəbulu yaxud attestasiyası
məqsədilə istifadə edə bilərlər.
Turizm sahəsində çalışacaq mütəxəssislərin hazırlanmasının spesifik xüsusiyyətləri aşağıdakılar-
dan ibarətdir:
müəssisənin rəhbəri rəhbərliyin növ və üslublarına bələd olmalıdır;
rəhbər müəyyən işgüzar və fərdi (psixofiziki, mənəvi-əxlaqi) keyfiyyətlərə malik olmalıdır;
rəhbər idarəetmə funksiyalarından (planlaşdırmadan, seçmədən, öyrətmə bacarıqlarından,
nəzarətdən, kadrlara rəhbərlik etmək qabiliyyətindən və s.) istifadə etməyi bacarmalıdır;
rəhbər hüquqi bazanın biliklərini tətbiq etmək qabiliyyətində olmalıdır.
Menecer və marketoloq turizm sferasına hərtərəfli bələd olmalı, bazarı dərindən bilməli, turizm
məhsulunun hansı mərhələlərdən keçməli olduğunu öyrənməli, özünün və digərlərinin hərəkətlərini və
davranışını qiymətləndirməyi bacarmalıdır [6].
Dostları ilə paylaş: