Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə241/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   237   238   239   240   241   242   243   244   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
192
Baku, Azerbaijan


Turizm sahəsində mütəxəssislərin çoxsəviyyəli hazırlığının yerli sistemi hal-hazırda iki sosial-
iqisadi amillərin təsiri altında özünün təşəkkül tapma mərhələsinin çətin dövrünü yaşamaqdadır. 
Həmin amillər qismində aşağıdakıları göstərə bilərik. 
Birincisi, bu, elementlərin milli sisteminə fasiləsiz təhsilin və çoxsəviyyəli hazırlıq təcrübəsinin 
intensiv surətdə tətbiq edilməsi, habelə peşə təhsilinin yeni formalarının axtarışıdır. 
İkincisi, bu, sahə amili, turizm biznesinin inkişafda olan bazarının tələbatlarına müvafiq olaraq 
elmi-pedaqoji kadrların hazırlanması üsullarının axtarışıdır. 
Öz növbəsində, turizm xidmətinin iqtisadi həyatın dəyişkən reallıqlarına adaptasiya olunmasının 
zəruriliyi mütəxəssislərin fasiləsiz hazırlaşdırmasını tələb edir ki, bunu da təhsilin lazımi 
diversifikasiyasını təmin etmək iqtidarında olan çoxsəviyyəli hazırlıq sistemi təqdim etmək imkanına 
malikdir. Bəzi ekspertər tərəfindən təklif olunan yanaşma böyük maraq doğurur. Bu zaman “təhsilin 
keyfiyyətini” “hazırlığın keyfiyyəti” kimi dəyərləndirmək, təhsilin keyfiyyəti deyildikdə isə “məqsəd 
və nəticənin nisbətini, məqsədə nail olunması həddini başa düşmək” təklif olunur. Və təhsilin, 
fəaliyyətin istənilən digər növü kimi, resurslara və fəaliyyətin nəticəsinə söykəndiyini nəzərə alsaq, 
onda görərik ki, təhsil əhəmiyyətli dərəcədə istifadə olunan resursların miqdarı ilə müəyyən edilir. 
Turizm sənayesi regionda turizm məhsulunun istehsalı və turistlərə çatdırılması üzrə fəaliyyət 
göstərən xidmət və qeyri-xidmət sahələrinin məcmusudur. Evindən mənalı istirahət məqsədilə 
səyahətə çıxan turistlərin istifadə etmək istədiyi hər bir xidmət turizm sənayesinin məhsuludur. Belə 
xidmətləri göstərən xidməti heyət isə turizm sənayesinin aparıcı qüvvəsi olub, regionun mövcud 
turizm ehtiyatlarını və milli qonaqpərvərliyini son məhsul şəklinə salaraq turistlərə sata bilmək üçün 
turizm məhsulunu istehsal edir. Göründüyü kimi, turizm sənayesi düşünüldüyü qədər heç də sadə bir 
quruluşa malik olmayıb, turizm xidmət servislərindən başqa, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, 
hədiyyəlik əşya istehsalı, hətta kənd təsərrüfatı, tikinti, pərakəndə ticarət, sərnişin nəqliyyatı kimi 
sahələr arasında da möhkəm bir inteqrativ zəncir rolunu oynayır. Əgər turizmdən pay almaq, onun 
vasitəsilə ölkəni tanıdıb valyuta gəlirləri də əldə etmək məqsədimizdirsə, bu zaman bir qismini 
sadaladığımız sahələrin turizm sənayesinə verəcəyi töhfəni düzgün balanslaşdırmaq, konkret vəzifə 
bölgüsü aparmaq lazımdır. Məhz belə bir şəraitdə bir-birinin sifarişlərini yerinə yetirən və son 
nəticədə, ölkəyə gəlmiş turistlərə hazır, həm də markalı məhsul sata bilən bütöv bir turizm sənayesi 
kompleksindən danışa bilərik.
Turizm sənayesinin mühüm bir tərkib hissəsi kadr və bu kadrları hazırlayan təhsil müəssisələridir. 
Turizmin xidmət sahələri və idarəetməsi üçün lazım olan kadrlar bir çox səviyyələrdə – ali, orta, peşə 
təhsili müəssisələrində və turizm-xidmət firmasının (mehmanxananın, restoranın və ya ekskursiya 
bürosunun) özünün təşkil etdiyi kurs və treninqlərdə hazırlanır [ 5, səh.132 ]. Öz təyinatına görə belə 
kadrlar turizm sənayesində müxtəlif pillələr tutaraq gələcək xidmət sahələrində öz bacarığını ortaya 
qoymalı, iqtisadiyyatın müxtəlif sahələrindən baş çıxarmaqla özlərinə lazım olanı deyil, məhz turistə 
lazım olan tələbatları düzgün qiymətləndirməyi bacarmalıdırlar. Çünki turistlərin tələbatları fərqlidir 
və onların reallaşdırılması xidmətlə eyni anda baş verdiyindən gözlə göstərilə bilinməyən turizm 
məhsulu yalnız turistlərin ona pul ödədiyi zaman dəyərini qazanır. Belə olduğu təqdirdə turizm 
sahəsində çalışan istənilən kadr bu sahədə formalaşmış bütün bilgiləri və dünya təcrübəsindən əldə 
etdiyi praktik vərdişləri ortaya qoymağı bacarmalıdır. 
Turizm kadrlarının hazırlanması çoxpilləli bir prosesdir. Göstərilən servislərin məzmunu və 
dərinliyinə görə yetişdirilən turizm mütəxəssisinin ondan ilk tələb olunan gülərüz peşəkarlıqdan 
tutmuş dərin iqtisadi savada qədər hər şeydən xəbəri olmalıdır. Bundan əlavə, turizmdə çalışmaq 
arzusunda olan gənc tarix, coğrafiya, mədəniyyətşünaslıq kimi elm sahələrindən yaxşı məlumatlı 
olmalı, xarici dilləri bilməli və müasir informasiya-kommunikasiya texnologiyalarından da baş 
çıxarmalıdır. Ona görə də turizm kadrlarının yüksək ixtisaslı əllərə həvalə edilməsi, onların bu sahə 
üzrə peşəkarların rəhbərliyi altında yetişdirilməsi turizm sənayesinin bir sifarişidir. Turizm kadrlarının 
dünyagörüşünün, savadının yalnız “şiş-kabab fəlsəfəsi”ndə məhdudlaşmaması üçün onlar günün 
komfort tələbləri, müasir insanların artan tələbatlarının ödənilməsi ruhunda yetişdirilməlidir. Çünki 
turizm iqtisadiyyatın bir sahəsidir və bu xidmət sahəsinin də digər sosial-mədəni sahələr kimi tələb və 
təklifə əsaslanan öz qanunları vardır. 
Ümumiyyətlə, “kadrlar hər şeyi həll edir” fikri hər sahədə özünü doğrultduğu kimi, turizm 
sənayesində də bu, öz aktuallığını həmişə qoruyur. Turizm sahəsində kadr yetişdirmək, gələcəkdə 
onların bəhrəsini görmək üçün dövlətimiz tərəfindən lazımi işlər görülməkdədir. Muxtar 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin