Son dövrlərdə ölkəmizdə davamlı turizmin inkişafı üçün qış turizm bazasının yaradılması və
mövsümülüyün aradan qaldırılması əsas məsələlərdən birinə çevrilmişdir. Bu məqsədlə Respublikamızın
Qusar rayonu ərazisində yaradılmış “Şahdağ” Yay-Qış Turizm kompleksi ölkə tarixində ilk dağ-xizək
kurortudur. Bundan əlavə, 2014-cü ildə Qəbələ rayonunda açılışı olan “Tufandağ” Dağ-Xizək Mərkəzi
göstəriri ki, ölkəmizdə təkcə yay deyil, həmçinin qış turizm növlərinin inkişafına və bu yöndə
infrastrukturun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Son illərdə turizmin inkişafı üçün əhəmiyyətli addımlar atılmışdır. Yeni otellər açılmış, istirahət
mərkəzləri tikilmişdir, viza rejimi sadələşdirilmiş, 2013-cü ildən elektron viza sistemi tətbiq edilmiş,
həmçinin, müxtəlif sərgilər, beynəlxalq yarışlar və idman oyunları keçirilmişdir. Əsrarəngiz təbiət, mineral
qaynaqlar, dünyada yeganə olan müalicəvi Naftalan nefti, qədim memarlıq abidələri, özünəməxsus
mədəniyyət, milli mətbəximiz və bir çox digər amillər Azərbaycanda turizmin bir çox növlərinin, xüsusilə
işgüzar, idman, qastronomik, tanışlıq, ovçuluq, çimərlik, müalicəvi və hətta qış turizminin inkişafına
əlverişli şərait yaradır.
Bunlardan əlavə, "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı” və "Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramları ölkəmizdə bu sahənin
inkişafı üçün zəmin yaradıb. Dövlət başçısı turizmin inkişafını şəxsən diqqətdə saxlayır. Bunun bariz
nümunəsi 2011-ci ilin ölkəmizdə “Turizm ili” olaraq elan edilmisidir [3, səh 16].
Bundan əlavə hər il sentyabrın 27-si ölkəmizdə “Dünya Turizm Günü” kimi qeyd edilməsi, Formula 1
yarışlarının keçirilməsi və bunlardan əlavə yerli əhəmiyyətli “Nar”, “Xurma, “Jazz” kimi festivalların,
AİTF turizm sərgisinin keçirilməsi ölkə turizmi üçün böyük şanslar əldə edir. 2012-ci ildə Avroviziya
mahni müsabiqəsi, 2015-ci ildə Avropa oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Olimpia oyunlarıda ölkəni
dünyada tanıdan vasitələrdən biri olmuş və ölkə ərazisinə millərlə turistlərin gəlməsinə səbəb olmuşdur.
Ölkəmizdə turizmin inkişaf etdirilməsi yolunda atılmış ən böyük addımlardan biri Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi əsasında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin
yaradılmasıdır. Agentlik turizm sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək, turizmin
inkişafı məqsədilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, həmçinin fiziki və hüquqi şəxslər, o
cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, dövlət turizm
tənzimləməsi, turizmdə dövlət nəzarəti, milli kulinariyamızın qorunması və onun təbliği istiqamətində
fəaliyyətlət göstərir.
Bundan əlavə ölkəmizdə turizm sənayesi ilə paralel olaraq otel təsərrüfatıda inkişaf edir.
Mehmanxana
və ya otel təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsini təşkil edir. Hər il yeni-yeni otellər açılır,
brend otellər Azərbaycan bazarına daxil olur. Ölkəmizdə beynəlxalq mehmanxana şəbəkəsi sistemi 90-cı
ildən fəaliyyətə başlamışdır. Müstəqillik əldə etdikdən sonra və 1994-cü il “Əsrin müqaviləsi”
imzalandıqdan sonra xarici qonaqlar, konfrans, toplantı, sərgilərin keçirilməsi üçün ölkə ərazisində,
xüsusən də paytaxt Bakıda yeni mehmanxanalara ehtiyac duyulurdu. Qısa müddət ərzində “Naxçıvan” oteli
bərpa edilərək “Hyatt Regency” oteli kimi fəaliyyət göstərməyə başladı. Məhz bu otel Azərbaycanda ilk
fəaliyyət göstərən şəbəkə oteli idi.
“İsr Plaza”, “Crescent Beach”, “Grand Europe Hotel” və bir sıra mehmanxanalar tikildi. Son illər-də
Azərərbaycanın müxtəlif güşələrində, xüsusilə kurort zonalarında turizm kompleksləri tikilmişdir.
Dostları ilə paylaş: