Tourism and recreation in the XXI century: problems and prospects


Cədvəl № 3.İaşə dövriyyəsi və fiziki həcm indeksləri



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə277/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   273   274   275   276   277   278   279   280   ...   356
Kitab Turizm

Cədvəl № 3.İaşə dövriyyəsi və fiziki həcm indeksləri 
İllər 
İaşə dövriyyəsi,
mln. manat 
İaşə dövriyyəsinin fiziki həcm indeksləri,
əvvəlki ilə nisbətən, faizlə 
Əhalinin hər nəfərinə
düşən iaşə dövriyyəsi, manat 
1995 
11,0 
76,0 
1,4 
2000 
18,4 
106,7 
2,3 
2005 
74,0 
126,1 
8,9 
2010 
417,8 
116,3 
46,7 
2011 
565,5 
122,6 
62,5 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
223
Baku, Azerbaijan


2012 
680,0 
118,8 
74,1 
2013 
800,1 
116,0 
86,1 
2014 
956,0 
118,2 
101,5 
2015 
1 111,2 
114,0 
116,6 
2016 
1 215,4 
100,1 
126,1 
Mənbə: 
Azərbaycanda turizm. AR DSK. Səda – 2017
 
[s. 126] 
Beləliklə, respublika üzrə mehmanxanaların və mehmanxana tipli müəssisələrin aparılmış 
diaqnostikası göstərmişdir ki, bu müəssisələr turizm bazarının əsas komponentləridirlər və onlar 
turizm müəssisələri ilə sıx qarşılıqlı əlaqədədirlər. 
Tədqiqatın nəticələri mehmanxanaların və mehmanxana tipli müəssisələrin fəaliyyətində bir sıra 
müsbət və mənfi tərəfləri göstərmişdir. 
2011-ci ilədən 2016-cı ilədək olan dövr ərzində 
müsbət məqamlara
aşağıdakıları aid etmək olar: 
-
mehmanxanaların və mehmanxana tipli müəssisələrin sayı 7,9%, onların birdəfəlik tutumu – 
25,3%, nömrələrin sayı – 37,2%, adam-günlərin sayı isə 41,3% artmış;
-
yerləşdirilən şəxslərin sayı 2,2 dəfə, o cümldədən, istirahət edənlərin sayı – 3,3 dəfə, işgüzar 
səfərlər – 1,4 dəfə, istifadə olunmuş ümumi sahə – 1,3 dəfə (o cümlədən, yaşayış sahəsi – 1,25 dəfə), 
işçilərin sayı – 1,6 dəfə, mənfəət – 2,1 dəfə, xərclər – 2,3 dəfə, büdcəyə vergilər – 1,4 dəfə artmış;
-
mülkiyyətin bütün formaları üzrə mehmanxanaların və mehmanxana tipli müəssisələrin 
ümumi sahələri və yaşayış sahələri cəmi 32,5%, dövlət mülkiyyəti üzrə 57,8%, özəl mülkiyyət üzrə 
32,1%, xarici mülkiyyət üzrə 14,47% artmış, birgə mülkiyyəti üzrə isə dəyişməz qalmışdır. 
Mehmanxanaların və mehmanxana tipli müəssisələrin iaşə ilə birbaşa əlaqədar olduğunu nəzərə 
alaraq, qeyd etmək lazımdır ki, bu sahədə də xeyli müsbət dəyişikliklər müşahidə olunur, onların 
sırasına:
-
tədqiq olunan dövrdə respublikada iaşə dövriyyəsinin 2,1 dəfə;
-
ictimai iaşə ilə məşğul olan fərdi sahibkarların sayının 1,9 dəfə;
-
müəssisələrdə oturacaq yerlərinin sayının 3,2 dəfə artdığını; 
-
iaşə müəssisələrinin indeks göstəricilərinin sabit olaraq müsbət qaldığını aid etmək olar. 
Mehmanxanaların və mehmanxana tipli müəssisələrin fəaliyyətindəki 
nöqsanlara
isə:
-
tədqiq olunan dövrdə mehmanxanalarda yerləşən xarici vətəndaşların sayının azalmasının 
müşahidə olunduğunu (53,4%);
-
mehmanxanaların və mehmanxana tipli müəssisələrin birgə istiqamətlənmiş fəaliyyət üzrə zəif 
işini;
-
müalicəyə gələnlərin mehmanxanalara zəif axınını (41,0%) və s. aid etmək olar. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin