1.Yüngül atletikada texnika-yüngül atletika hərəkətlərini yerinə yetirərkən insanın
hərəkətlərində tapmışdır.Texnikanın mahiyyəti isə atletin konkret vəzifələri həll
ibarətdir.Atletikada konkret vəzifələr bunlardır:yerişdə və qaçışda müəyyən
ya hündürlüyünə tullanmaq;atmalar isə aləti mümkün qədər daha uzağa atmaq..
–İdman texnikasının keyfiyyətini,birinci növbədə hərəkətin qənaətlə yerinə
yetirilməsi göstərir.İdmançının digər iştirakçılarla eyni şəraitdə daha yüksək idman
nəticəsi göstərməsinə qaçarkən az qüvvə sərf etməsi səbəb texnikanın yaxşı,daha
düzgün,daha mükəmməl olmasıdır.-Effektli və qənaətlilik bir-birilə qarşılıqlı
sürətdə əlaqədardır. Effektli işləmək üçün lüzumsuz hərəkətləri azaltmaq və
qüvvədən qənaətlə istifadə etmək lazımdır.Qənaətlə əldə edilmiş qüvvə əsas
hərəkətlərin effektini artırmağa,bununla yanaşı idman texniki nəticələrini
yüksəltməyə imkan verir. Atletin hərəkətinin xarakterinə uyğun olaraq hərəkətlər
1.Eyni bir hərəkətin neçə dəfə təkrar edilməsi ilə əlaqədar olan hərəkətlər(bunlara
hərəkətlər sinfi də deyilir)-yeriş və qaçış.2.Təkrar olmayan hərəkətlər(bunlara bir
aktlı hərəkətlər də deyilir)-tullanmalar və atmalar.Hərəkətlər tsiklinin texnikasını
təhlil etmək üçün idmançının təkrar etdiyi hərəkətlərin bir tsiklini və bunun təkrar
edilməsi üçün lazımi tempi götürmək kifayətdir.İki addım (və ya ikili addım)
yerişdə və qaçışda təkrar hərəkətlər və ya bir tsikl sayılır.Bir aktlı hərəkətlərin
tullanmaların və atmaların texnikasını təhlil edəndə isə bütün hərəkəti əvvəlcədən
təhlil etmək lazımdır.
2.Yeriş və qaçış insanın hərəkət etməsi üçün təbii vəsaitdir.Yeriş və qaçış texnikası
bir-birinə çox oxşayır.Yerişdə və qaçışda yerə təkən vurmaqla hərəkət
edilir.Hərəkət fazalarının miqdarı,onların bir tsikldə ardıcıllığı istər yerişdə,isrərsə
də yeriş və qaçış texnikasının təhlil edərək əslində,ayaqların hərəkətini əsas
götürmək lazımdır.Hər bir ayaq,yeriş və qaçış ərzində həm dayaq,həm də yellənmə
vəzifəsini ifa edir.Dayaq zamanı ayaq yavaşca yerə qoyulur və bədənin bütün
ağırlığı bu ayağın üzərinə düşür,nəhayət həmin ayaqla yerə təkan vurulur. Yeriş və
qaçış zamanı ayaqların bütün hərəkətləri aşağıdakı kimi təsəvvür etmək
mümkündür.1.ayaqlar düz vəziyyətə gəldikdə qabaqdakı ayağın təkan fazası
(dayaq zamanı);2.arxadakı ayağın təkan fazası (dayaq zamanı);3.qabaqdakı ayağın
addım fazası;4.qabaqdakı ayağın addım fazası (yellənmə və ya)addım zamanı.
–Hərəkətlər ən mühüm faza arxadakı ayağın təkanıdır.İnsan ayağının bükülməsi
hesabına yerə təkan vurarkən və yellənən ayağı irəli apararkən bədənin ağırlığı ilə
də yerə təzyiq edir.Bu təzyiq dinamikanın üçüncü qanuna əsasən yerdən əks
istiqamətə əks təsirin,yəni reaksiyanın əmələ gətirməsinə səbəb olur.Dayaq
reaksiyası insan üçün xarici qüvvədir və bu,atletlərin hərəkətlərində mühüm rol
oynayır.Yeriş və qaçışın arasında əsas fərqlər bunlardır:1.qaçış zamanı uçuş fazası
vardır,yeriş zamanı isə insan yerlə daim dayaq vəziyyətində olur;2.yeriş zamanı
hər iki ayaqla yerə dayaq verilir,qaçışda isə belə hal yoxdur.Ayrı-ayrı fazaların və
hərəkətlərin uzun müddət davam etməsi,oynaqlarda hərəkətlərin sürəti,əzələlərin
işinin xarakteri və hərəkət aparatı üzərinə düşən yükün böyüklüyü də yeriş və
arasındakı fərqlərdəndir.
3.Qaçışın müxtəlif növlərinin texnikasını daha əlverişli təhlil etmək üçün hər hansı
məsafəyə keçirilən idman qaçışını aşağıdakı əsas hissələrə bölmək lazımdır:
1.idmançının startda vəziyyəti;2.start və ya qaçışın əvvəli(startdan birdən-birə
çıxmaq);3.məsafənin əsas hissəsindəki qaçış;4.finiş və ya qaçışın sonu-lent üzərinə
atılmaq.Start vəziyyətinin vəzifəsi qaçışı başlamaq üçün əlverişli şərait
yaratmaqdan ibarətdir.İlk addımı (təkan) atmaq üçün qabaqcadan qıcları bükmək
lazımdır.Qısa məsafələrə qaçışda alçaq startdan istifadə edilir.Bu zaman idmançı
əlləri ilə də yerə dayaq verir.Qaçış sürətini cəld artırmaq üçün alçaq start daha
effektlidir.Ayaqlarla yerə daha yaxşı dayaq vermək üçün start qəliblərindən
istifadə edilir.Orta və uzaq məsafələrə qaçışda yüksək start sərfəlidir.Start və ya
qaçışın əvvəlinin (startdan birdən –birə çıxmağın) vəzifəsi lazımi sürəti tez inkişaf
etdirməkdən ibarətdir.Qısa məsafələrə qaçışda bu sürət maksimal dərəcəyə
çatmalıdır.Bunun xüsusiyyətləri aşağıdakılardır:1.Qaçarkən pəncə-dabanın yerə
dəyməməsi (pəncələr üstündə qaçış).2.bədəni irəliyə çox əyilməsi.3.addımların
uzunluğunun
və
tezliyinin
dəyişdirilməsi.4.əzələlərin
çox
gərgin
işləməsi;5.tənəffüsün edilməsi.
Dostları ilə paylaş: