Tövsiyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər


Mövzu № 7.Atmalar  texnikasının əsasları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix23.01.2022
ölçüsü0,63 Mb.
#51511
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 7.Atmalar  texnikasının əsasları. 

     Plan: 

1.Atma  texnikasının əsasları  

2.Aləti tutaraq və aləti atmağın hazırlıq səyi 

          3.Yüngül atletika məşqinin əsasları      

1.Atma-idmançının  əzələ  qüvvəsinin  səyilə  alətin  havada  yerini  dəyişmək 

deməkdir.Yüngül  atletikada  idman  alətləri  yalnız  bir  istiqamətə-uzağa  atılır.Bütün 

atmalar  mexanikanın  ümumi  qanunlarına  tabe  edilmişdir.Bucaq  altında  havaya 

atılan  hər  hansı  bir  əşya  həmin  əşyanın  gələcəkdə  uçuş  uzaqlığını  müəyyən  edən 

eyni  bir  şəraitə  təsir  göstərir.  Alətin  uçuş  uzaqlığı  alətin  əvvəlki  sürətindən,uçuş 

bucağından və havanın müqavimətindən asılıdır.Göstərilən bütün bu amillərin hər 

birinin əhəmiyyəti  müxtəlifdir.Məlumdur ki,müvəffəqiyyət ilk sürətin  nə dərəcədə 

olmasından  çox  asılıdır.İlk  sürətin  böyük-kiçikliyindən  asılı  olaraq  alətin  uçuş 

bucağının  əhəmiyyəti  də  dəyişir.Havanın  təziqi,ümumiyyətlə,alət  atmağa  mane 

olur,lakin ayrı-ayrı hadisələrdə (löhvə və nizə atmaqda) havanın təzyiqindən alətin 

uzunluğunu artırmaqda istifadə etmək mümkündür.    

 



İdman  alətini  atarkən  çalışmaq  lazımdır  ki,bütün  hərəkətlər,bütün  səylər  mümkün 

qədər daha çox ilk uçuş sürəti qazanmağa kömək etsin,belə olduqda,alət üçün daha 

əlverişli  uçuş bucağı əmələ  gəlir  və hava  alətə daha az  müqavimət göstərir.Alətin 

ilk uçuş sürəti və uçuş bucağı aləti atan idmançının bütün hərəkətlərindən ibarətdir.             

–Yüngül alətləri (əl qumbarasını,nizəni) baş üzərindən atdıqda, habelə bəzi alətləri             

(löhbə,çəkic,yadro)  dönüşlə  atdıqda  sürət daha  da  artıq  olur.Tam  atma  hərəkətinə 

qaçış,dönüş  və  ya  sıçrama  daxildir.Atmanın  ünsür  və  mərhələləri  arasında:1.aləti 

tutmaq,2.qaçış  və  ya  dönüş,3.atılan  aləti  ötmək,4.sonuncü  səy-aləti  buraxmaq 

,5.aləti  atandan  sonra  müvazinəti  saxlamaq  kimi  ümumi  bir  uyğunluq  və  vəhdət 

əhəmiyyətə  malikdir.İl  boyu  məşq  şərti  olaraq  üç  dövrə  bölmək  olar:1.Hazırlıq 

dövrü;Bu  qışı  və  baharı  əhatə  edir(dekabr-mart).Hazırlıq  dövründə  məşqin 

məqsədi-məşqin  əsas  dövründə  yüksək  idman  nəticələri  göstərməyə  hazırlıqdan 

ibarətdir.Hazırlıq  dövrünün  isə  əsas  məsələləri  bunlardır:a)idmançının  hərtərəfli 

fiziki  hazırlığını  yaxşılaşdırmaq,b)yüngül  atletika  idman  növlərində  tələb  olunan 

fiziki  və  mənəvi-iradi  keyfiyyətlərini  inkişaf  etdirmək,c)ən  əlverişli  idman 

texnikasını mənimsəmək və onu təkmilləşdirmək.    

2.Aləti  tutmaq  və  atmağa  hazırlıq.Alətin  quruluşundan  və  qəbul  olunmuş 

texnikadan  asılı  olaraq  onu  düzgün  tutmaq,atma  zamanı  isə  düzgün  aparmaq 

lazımdır.Atmanın  növündən  asılı  olmayaraq  aləti  düzgün  tutmağa  aid  ümumi 

tələblər  bunlardır:1.Aləti  elə  tutmaq  lazımdır  ki,  bu  atmanın  bütün  hərəkətlərini 

icra  etməyi  xüsusən  qaçışı  və  aləti  buraxmağı  asanlaşdırsın:2.Aləti  elə  tutmaq 

lazımdır  ki  bu  hərəkətini  yerinə  yetirən  qolların  gücündən  və  əl  barmaqlarının 

uzunluğundan tam istifadə etməyə imkan yaratsın;3.Aləti elə tutmaq lazımdır ki,bu 

aləti  vaxtınadək  aləti  atan  qolun  əzələlərini  mümkün  qədər  süstləşdirməyə  imkan 

versin;4.aləti  yaxşı  tutmaq  lazımdır  ki,bu  atma  hərəkəti  üzərində  daha  yaxşı 

nəzarət  etməyə  imkan  versin.-Aləti  atmağa  hazırlıq  və  aləti  atmaq  bir-birilə  sıx 

əlaqədardir.Burada  bütün  hərəkətlər-qıçların,bədənin  və  aləti  atan  əlin  vəziyyəti 

bir-birilə  qarşılıqlı əlaqədədir.Tam sonuncü səyə keçid-idmançı qıçları  üçün  yaxşı 

istinad  nöqtəsi  tapdıqda  baş  verir.Atmaların  bütün  növlərində  alət 

buraxılmamışdan  əvvəl,nisbətən  əyri  xətt  boyunca  uçur.İdmançı  aləti  atarkən  alət 

onun  əlindən  çıxanadək  gözləməli  və  yalnız  bundan  sonra  qıçlsarını  tamamilə 

istinad  nöqtəsindən  ayırmalıdır.Böyük  ardıcıllıq  və  fırlanma  sürətinə  malik  olan 

atmalar  zamanı  atmanın  sonunda  qıçların  vəziyyətini  fəal  sürətdə  dəyişdirmək 

həmişə  məsləhət  görülür.Çünki,bu  aləti  atandan  sonra  müvazinəti  saxlamağa 

kömək edir. 

 

 




-Alət ücün nəzəri olaraq ən əlverişli bucaq 45

0

-yə bərabərdir.Lakin əməli olaraq bu 



bucaq  həmişə  45

0

-dən  az  olur.İdmançı  atmaları  üçün  aşağıdakı  optimal  uçuş 



bucaqları məsləhət görülür.1)Əl qumbarası,çəkic və həlqəli top atarkən 40-45

0

-dək 



2)Yadro  itələyərkən  30-40

0

-dək.3)Nizə  və  lövhə  atarkən  30-35



0

  –yədək.                             

–Alətin ilk sürəti müxtəlif atmalarda müxtəlifdir.Məs:yadro itələməkdə əgər yaxşı 

təkan  verilmişsə,bu  13-16  sm  saniyəyə  barabərdir.Lövhənin,nizənin  və  əl 

qumbarasının  ilk  sürəti  20-30  sm  saniyəyə  çatır.Atmalarda  ilk  sürət  20-28  m\san 

arasında  olur.Lövhə  və  nizə  kimi  alətlərdə  uçuş  zamanı  düzgün  vəziyyətin 

alınmasının  müqaviməti  nəticəsində  lövhənin  uçuş  zamanı  vəziyyəti  ya  az,ya  da 

çox  dəyirir.Buna  görə  də  yüngül  atletika  hərəkətləri  texnikasında  şablona  yol 

vermək,təqlid  yolu  ilə  getmək  hərəkəti  korkoranə  icra  etmək  olmaz.İdmançı 

özünün  hərəki  imkanlarında  məqsədəuyğun  şəkildə  istifadə  etməli  və  o,aşağıdakı 

konkret vəzifələrin həllinə çalışmalıdır:məsafəni cəld qaçmaq,uzağa və ya hündürə 

tullanmaq,aləti mümkün qədər uzağa atmaq.   

3.Kütləvi  idman  növlərindən  biri  olan  yüngül  atletika  nəzəri  biliklər  və  əməli 

tədbirlərin  əsasında  ölkəmizdə  gün-gündən  inkişaf  etmişdir.Yüngül  atletikanın 

nəzəriyyə  və  təcrübəsinin  təlimini  marksist-leninçi  idrak  nəzəriyyəsi,hərtərəfli 

inkişaf  etmiş  insan  haqqında  marksizm  –leninizm  təlimi  vətənimizin  böyük 

fizioloqları  İ.M.Seçenov  və  İ.P.Pavlovun  ali  sinir  fəaliyyəti  haqqında 

təlimi,pedaqojisi  prinsipləri,bədən  tərbiyəsi  nəzəriyyəsi,eyni  zamanda  görkəmli 

məşqçi və yüngül atletlərin ümumiləşdirilməiş qabaqcıl təcrübəsi təşkil edir. İdman 

məşqi 


pedaqoji 

proses 


olub,insan 

fiziki 


qabiliyyətlərinin 

hərtərəfli 

inkişafına,idmanın  bu  və  ya  digər  növündə  onun  təkmilləşməsinə 

yönəldilmişdir.İdman  məşqi  ölkəmizdə  zəhmətkeşlərin  fiziki  tərbiyəvi  məsələləri 

ilə  bağlıdır.İdman  məşqi  bizim  şəraitdə  samlamlıq,  yüksək  məhsuldar  əməyə  və 

vətənin  müdafiəyəsinə  hazırlıq  məqsədlərini  güdür.  İdman  məşqi  ən  yüksək 

nəticələr  qazanılmasına,qüvvətli,cəsur,dözümlü  və  bərkimiş  vətənpərvərlər 

tərbiyəsinə  yönəldilmışdir.  Yüksək  nəticələri  qazanmaq  üçün  idmançı  il  boyu,bir 

çox illər ərzində məşq etməlidir.O,istirahət və fiziki hərəkət məşğələlərini düzgün 

növbələşdirməli,bağlamalı,idmanın  texnika  və  taktikasına  yiyələnməli,özündə 

qüvvə,davamlılıq,cəldlik,inad  və  iradə  inkişaf  etdirməlidir.Məlum    olduğu 

üzrə,idmançının  fiziki  qabiliyyəti  əsasən  müntəzəm  sürətdə  icra  olunan  fiziki 

hərəkətlər  vasitəsilə  inkişaf  edir.Fiziki  hərəkətlətin  icrası  ilə  əlaqədər  olaraq 

idmançının  ali  sinif  fəaliyyətini  təkmilləşir.Bu  özünü  şax  tutmaq  (koordinasiya) 

proseslərinin  yaxşılaşmasında,eləcə  də  davamlılıq,cəldlik  və  qüvvənin  artmasına 

da göstərir.    

 



Məşq  və  yarış  zamanı  meydana  çıxan  çətinliklərlə  mübarizə  prosesində  idmançı 

özü də fiziki keyfiyyətlərlə yanaşı,iradi keyfiyyətlər də yəni cürət,inad və s.tərbiyə 

edir.Məşqin  qarşısında  qoyulan  məsələlərin  tam  həlli  üçün  yüngül,atletin  təkcə 

sevib-seçdiyi  idman  növü  ilə  məşğul  olması  kifayət  deyildir.Təcrübə  və  faktlar 

göstərir  ki,qüvvə,davamlılıq,cəldlik  və  başqa  bu  kimi  keyfiyyətləri  tez  və  yaxşı 

inkişaf  etdirmək  üçün,idmançı  məşq  zamanı  daha  müxtəlif  fiziki  hərəkətlərdən 

istifadə etməlidir.    

 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin