Mövzu № 12. Atmalar texnikasının əsasları.Öyrədilmə metodikası və məşqi.
Plan:
1.Atmalarda məqsəd alətin mümkün qədər uzaq məsafəyə atılması.
2.Ayrı-ayrı atmalarda alətin uçuş sürətinin müxtəlifliyi.
3.Final səyinə hazırlıq.
1.Atmalarda məqsəd alətin mümkün qədər uzaq məsafəyə atılmasıdır.İcra
üsulundan aslı olaraq yüngül atletika atmaları 3 yerə bölünür;
1.Baş arxasından atmalar d)nizə,qumbara.
2.Dönmələrlə atmalar a)lövhə,çəkic.
3.Yadro itələmək.
Atmaların müxtəlif üsulların alətin forması və çəkisinə görə müəyyən
edilir.Yüngül alətləri baş arxasından uzağa tullamaq olar,daha ağır alətləri
dönmələrlə tullamaq yadronu isə itələmək əlverişlidir.Nizə,qumbara atmalarda
qaçaraq sıçrayışla,çəkic,lövhə,atmalarda dönmələrlə,yadro itələmək isə təkanla
yerinə yertirilir.Konstruksiyadan aslı olaraq alətlər süzən aerodinamiki uçuş
qabiliyyətinə malik olan və süzməyən qruplara bölünür.Havada süzmək
qabiliyyətinə malik olan alətlərə havanın müqaviməti uçuş məsafəsini artırmaqa
imkan verir.Bu alətlərə nizə və lövhəni aid etmək olar.Bütün atmalar ya
əvvəlcədən qaçmaqla və ya alətin holaylandırılması ilə icra olunur.Burada başlıca
məqsəd alətə ilkin hərəkət sürəti verməkdir.Çünki alətin uçuş məsafəsi ilk növbədə
alətin ilkin uçuş sürətinin böyüklüyündən,uçuş bucağından və mühüm
müqavimətindən aslıdır.
2.Ayrı-ayrı atmalarda alətin uçuş sürətinin böyüklüyü müxtəlifdir.Məsələn,kişilərin
nizə atması zamanı nəticənin artıq olduğu halda alətin ilkin uçuş sürəti
35m\san,çəkic atmada 170-dən uzağa 126m\san,lövhə atmada 60\m san uzunluğa
26m\san,yadro itələmədə 19m-dən uzağa 13m\saniyəyə bərabərdir. Alətin uçuş
bucağı-atmalarda alətin optimal uçuş bucağı nəzərə alınmazsa 45
0
-ə barabərdir.
Lakin nizə və lövhə atmada alətin aerodinamik süzmə potensialından daha yaxşı
istifadə etmək üçün uçuş bucağı nisbətən kiçikdir.Optimal uçuş bucağının
göstəricisi arasında möhkəm alətin uçuş məsafəsinin göstəricisi arasında möhkəm
əlaqə vardır.Məsələn:çəkicin ilkin uçuş hündürlüyündən 2 m,uçuş sürətinin
24m\san olduğu halda uçuş məsafəsi 25
0
-lik bucağından 48,92;35
0
-lik bucaqda
57,89m;45
0
-lik bucaqda isə 60,52 metrdir.
Alətin ilkin uçuş hündürlüyü alətin hansı hündürlüyündən uçuşa başlaması xüsusi
əhəmiyyət kəsb edir.Bu hündürlük idmanın boy göstəricisi qolunun uzunluğu və
final səyinin necə yerinə yetirilməsindən asılıdır.Alət uçuşa başladığı anda yerdən
hündürlüyü nə qədər yüksək olarsa onun bir o qədər çox uzağa uçmaq ehtimalı
vardır.Alətin ilkin uçuş hündürlüyü onun uçuş bucağı döstəricisinə təsir
göstərir.Alət nə qədər hündürdən uçuşa başlayırsa onun uçuş bucağı bir o qədər
kiçik olar.Havanın müqaviməti-bütün atmalarda alətin uçuş məsafəsinə küləyin
gücü və istiqaməti müəyyən təsir göstərir.Atma istiqamətində əsən külək sürmə
qabiliyyəti olmayan alətlərin çəkic,qumbara yadronun uçuş məsafəsini azacıq da
olsa artırır.
3.Final səyinə hazırlıq-hərəkətin bu hissəsində başlıca məqsəd hərəkətin bilavasitə
icra edəcək əlavə qruplarının effektliyi işini təmin etmək üçün onların əvvəlcədən
dartılmasına şərait yaratmaqdan ibarətdir.Final səyi-idmançı qarşısında duran
başlıca məqsəd alətə optimal bucaq altında və fazada düzgün yerləşdirməklə ona
maksimal uçuş sürəti verməkdir.Final səyində çətin element qaçış hissədən final
səyinin icrasına keçiddir.Çünki hərəkətin səyindən alətə ötürülməsi dəqiq və
cilalanmış hərəkət texnikasına malik olmağı tələb edir.Final səyinin effektli icrası
ikidayaqlı vəziyyətin fəal yerinə yetirilməsi,əzələlərin elastiklik qa\biliyyətindən
maksimum istifadə edilməsindən,qıçların düzgün işindən,hərəkəti bilavasitə icra
edən əzələ qruplarına enerji ötürmək məqsədi ilə bədənin bəzi hissələrinin
hərəkətinin kəskin dayandırılmasından və s.asılıdır.Alətin uçuşa başladığı anda
idmançı hərəkəti irəliyə dayandırmağı bacarmalıdır.
–Atmalarda hərəkətin icra texnikasını qaçış sürətini artırmaq,final səytinin
fəallaşdırmaqla təkmilləşdirmək olar.
Dostları ilə paylaş: |