Mövzu № 14. . Tullanmalar texnikasının əsasları. Öyrədilmə metodikası və
məşqi.
Plan:
1. Qaçaraq tullanmanın fazaları.
2.Uzunluğa tullanmanın yerə enmə fazası.
3.Tullanmalarda müxtəlif növlərindəki texniki xüsusiyyətlər.
1.Tullanmalarda tam hərəkət şərti olaraq dörd fazaya bölünür:1)hərəkətin qaçış
hissəsi;2)təkan;3)Uçuş;4)Yerəenmə.
Hərəkətin qaçış hissəsi-hərəkətin bu hissəsində idmançının qarışısında duran
başlıca vəzifə təkanın icrasına qədər optimal hərəkət sürətinə nail olmaq və təkanın
icrası üçün effektli şərait yaratmaqdan ibarətdir.Ayrı-ayrı tullanmalarda hərəkətin
qaçış hissəsində sürətin böyüklüyü müxtəlifdir.Qaçaraq uzunluğa,üç təkanla və
şüvüllə tullanmalarda idmançı hərəkətin qaçış hissəsində maksimal qaçış sürətinə
nail olmağa çalışır.Buna görə də bu tullanma növlərində qaçış məsafəsi
18,20,22.bəzən daha çox qaçış addımından ibarət olur.Qaçaraq hündürlüyə
tullanmalarda isə hərəkətin icra usullundan aslı olaraq qaçış hündürlük plankasına
nəzarət müxtəlif bucaqlar altında,düz xətli ilə qövsuvari xətt üzrə yerinə yetirilə
bilər.Burada qaçış sürəti maksimal olmasada,xüsusi ritmdə yüksək sürətlə icra
olunur.Buna görə də qaçaraq hündürlüyə tullanma hərəkətində qaçış məsafəsi 7-11
addımında yerinə yetirməklə hərəkət sürəti 5-7,5m\san təkan zamanı isə şaquli
hərəkət sürəti 3,5-4,9 m\san.çatır.Hərəkətin qaçış hissəsində idmançının hərəkət
sürətinə nail olması tullanmanın növündən,idmançının fərdi texnikasından aslı
olaraq müxtəlif yollarla baş verir.
Lakin bütün hallarda təkana qədər əldə edilmiş qaçış sürəti azaldılmalıdır.Qaçış
məsafəsinin sonuna yaxın təkana hazırlıqla əlaqədar olaraq axırıncı 3-5 qaçış
addımı ritmi və tempi dəyişir.Qaçış sürəti və təkanın icrası bir-biri ilə
əlaqədardır.Hərəkətin texniki cəhətdən düzgün icrası zamanı qaçış sürəti nə qədər
böyük olarsa,təkanda bir o qədər tez icra olunur. Bütün tullanmalarda idmançının
təkan yerinə düzgün düşməsinin əhəmiyyəti böyükdür.Ona görə də hərəkətin qaçış
hissəsində məsafənin düzgün seçilməsinin,axırıncı qaçış hissəsində məsafəni
addımlarının düzgün ritm və tempdə icrasının əhəmiyyəti böyükdür.
–Təkan – tullanmalarda təkanın icrasında əsas məqsəd idmançının ümümiyyətlə
ara məsafəsi hərəkət istiqamətini yuxarıya –irəliyə yönəltməkdir.Təkan dövrü icra
mexanizmi və dayaq dövrü yaranan qüvvələrin istiqaməti nöqteyi nəzərdən iki
hissəyə amortizasiya və təkan fazalarına bölünür.Ayağın təkan yerinə qoyulduğu
andan başlayaraq dayaq ayağına təzyiq getdikcə artır və qıç diz oynağından azacıq
bükülür.Qıçın diz oynağından nə qədər bükülməsi tullanmanın növündən və
üsulundan asılıdır.Diz oynağının azacıq bükülməsi artan təzyiq nəticəsində qıçı
açan əzələlərin əvvəlcədən dartılmasına və onlarda bu zaman elastiklik enerjisinin
yaranmasına səbəb olur.Amortizasiya fazasında təkan qıçı dizdən azacıq bükülüş
olmalıdır.Bu nöqtədə bədənin düz qalması çox vacibdir,idmançı isə düz irəliyə
baxmalıdır.Uçuş fazası təkanın icrası qutardıqdan sonra idmançının dayaqla əlaqəsi
kəsilir və onun ümümiyyətlə ara məsafəsini müəyyən trayektoriya üzrə hərəkət
etməyə başlayır.Ona görə də tullanmalarda uçuş bucağı 60-65
0
arasında olur.Uçuş
bucağını müəyyən etmək üçün üfqi və şaquli hərəkət sürətinin kəmiyyət
göstəricilərini bilmək lazımdır.Yerəenmə ayrı-ayrı tullanmalarda yerəenmənin
icrası və xüsusiyyəti müxtəlifdir.
2.Uzununa tullanma qabiliyyətinində,cəldlik,elastiklik,həmçinin təkan qüvvəsinə
malik olmaqdır. Tullanma (hoppanma) yüngül atletika növlərinə aiddir.2 yerə
bölünür: Uzununa tullanma və Hündürlüyə tullanma.Bu növlərin hər biri də
ayrı ayrılıqda bir neçə yerə bölünür.Qaçaraq uzununa tullanma kimi yerindən
uzununa tullanmada da tirdən istifadə edilir.Lakin bu zaman tir çökəkdən 1m
aralı basdırılmış olur.
Orta məktəblərdə tullаnmаlаr üçün yеr-çаlаlаr düzəldilir ki, bunun dа uzunluğu
6 m, еni 3 m, dərinliyi isə isə 40-50 sm оlur.Bəzi hallarda uzunluğu 6 m, еni 4,25
m olur.Tullаnmа çаlаlаrı nаrın qumlа və yоnqаrlа yеr səthinə qədər dоldurulmаlı,
tullаnmаdаn əvvəl mütləq qаzılıb yumşаdılmаlıdır. Əgər uzununа və hündürlüyə
tullаnmаq üçün еyni çаlа düzəldilirsə, mеydаnçаnın qısа tərəfi uzununа, uzun
tərəfi isə hündürlüyə tullаnmаq üçün yаrаrlı hаlа sаlınmаlıdır. Qаçış cığırlаrı həm
düz və həm də bərkidilmiş tоrpаq sаhələrindən ibаrət оlmаlıdır. Təkаn sаhələri
dаhа möhkəm və bərk оlmаlıdır. Bu təkаn vеrmək üçün əlvеrişli şərаit yаrаdır.
Tахtаdаn ibаrət təkаn lövhəsinin uzunluğu 1 m, еni 30 sm, qаlınlığı isə 2-3 sm
оlmаlıdır. Uzununа tullаnmа çаlаsı еlə düzəldilməlidir ki, qаçаrkən gözə günəş
şüаsı düşməsin. Uzununа tullаnmаdа qаçış cığırının uzunluğu 20-25 m, еni isə 1,5
m оlmаlıdır.
Uzununa tullanmanın yerəenmə fazasında üç təkanla tullanmanın tamamlayıcı
fazasında idmançının əsas vəzifəsi enmə səthinə ilk toxunmadan sonra məsafəyə
itkisini minimuma endirməkdir.Bütün yerəenmələrdə idmançı orqanizmi böyük
gərginliyə məruz qalır.Yerəenmə ani hərəkət sürəti bud-çanaq,diz,pəncəbaldır
oynaqlarında bükülmələr hesabına amortizasiya olunaraq aşağı endirilir.Bu zaman
amortizasiya yolu xüsusi əhəmiyyət kəsb edir.
3.Tullanmalarda müxtəlif növlərdəki texniki xüsusiyyətlər bunlardır. Uzunluğa
tullanmanın texniki xüsusiyyətləri. Qaçış fazasında məqsəd optimal qaçış sürətinin
əldə olunması;-Qaçış məsafəsi 10 addımdan (yəni başlayan idmançılar) 20
addımdan artıq(yuxarı dərəcəli idmançılar) məsafəyə qədər ola bilər. –qaçış
texnikası sprində olduğu kimidir.-təkana qədər qaçış sürəti daim artırılır.
Təkan fazasında məqsəd,şaquli sürəti mümkün olan maksimuma çatdırmaq və
üfiqi sürətin itirilməsini minimuma endirmək.-pəncənin ayağa qoyulması fəal və
cəlddir,aşağıya geriyə hərəkət ilə icra olunur.(1).-Təkan vaxtı minimuma
endirilir,təkan qıçı minimal bükülür.-sərbəst qıçın budun üfüqi vəziyyətdə hərəkət
etdirilir(2)-pəncə-baldır,diz
və
çanaq-bud
oynaqları
tam
düzəldilib.
–Uçuş fazası “Bükülərək texnikası” Məqsəd:səmərəli yerəenməyə hazırlıq.-Sərbət
qıç təkan vəziyyətində ləngiyir.bədən şaquli vəziyyətdə qalxmaqda davam
edir.Təkan qıçı uçuşun çox böyük hissəsində geridə qalır.Təkan qıçı uçuşun
sonuna yaxın bükülək irəliyə və yuxarıya hərəkət etdiririlir.Hər iki qıç yerəenmə
üçün irəliyə düzəldilib. Uçuş fazası “Açılaraq üsulunun kombinasiyası” Məqsəd
səmərəli yerəenmə hazırliq Uçuşda qaçış hərəkətləri qollarla terinə yetirilən
holaylandırma hərəkətlərinin köməyi ilə davam etdirilir.Qaçış vaxtındakı addım
ritmi dəyişdirilməlidir.Qaçışın hərəkəti yerəenmə zamanı dayandırılır və iki qıç
irəliyə düzəldilir.Alternativ uçuşda 1,5 və ya 2,5 və ya 3,5 addım.Uçuş fazası
Açılaraq üsulu. Məqsəd səmərəli yerəenmə hazırlıq.-sərbəst qıç çanaq-bud
oynağındakı fırlanma hərəkəti hesabına aşağı endirilir.-bud irəliyə çıxarılır.-təkan
və sərbəst qıçlar paraleldir.-qollar yuxarıya və arxaya hərəkət etdirilir.
Yerəenmə fazası.
Məqsəd: uçuş trayektoriyasının itkisini minuma endirmək
-Qıçlar demək olar ki,tam düzəldilib.
-Bədən irəli əyilib
-Qollar aşağıya arxaya uzadılıb.
-Pəncə quma toxunduqdan sonra budlar irəli hərəkət etdirir.
|