vəsaitlərə baxış.İdmançıların yarışlarda nizə atma qaydaları ilə tanış etmək.Nizə
tutmaq üsullarının göstərilməsi və yoxlama yolu ilə ən əlverişli variantın seçilməsi.
atılması.Müxtəlif alətlərin atılması.Nizənin üzü atma istiqamətinə dayanmaqla
atmaq,sol böyürlə atma istiqamətinə dayanmaqla həmin hərəkət.Əvvəlcə çiyin
qurşağını sağa döndərməklə həmin hərəkət;düz qol nizə ilə birlikdə geri
aparılmışdır.Çarpaz addımı təqlid etmək.Əldə nizə yeriyərkən çarpaz addımın
yerinə yetirilməsi.Çarpaz addımdan nizə atmaq.Müxəlif alətlərin çarpaz addımdan
çəkilməsi.Qısa ilkin qaçışdan nizə atmaq.Sürətli qaçışdan nizə atmaq.Qaçış
müxtəlif istiqamətlərdə həmin hərəkət.Nizəni tam qüvvə ilə atmaq. Yoxlamalarda
2.Nizə atmanın
məşqi prosesində aşağıdakı vəzifələr yerinə yetirilir.
1.Nizə atma texnikasına yiyələnmək.2.Ümumfiziki hazırlığın artırılması.3.Xüsusi
fiziki keyfiyyətlərin inkişafı.4.Mənəvi və iradi keyfiyyətlərin tərbiyəsi.
–Ümumfiziki hazırlıq hərəkətlərinin həcmi daha çox nizəatanın hazırlıq
komponentlərinin səviyyələri ilə müəyyən olunur.Ümumfiziki hazrlıq vasitələrinə
aşağıdakılar aiddir;asta qaçış,çiyin və çanaq-omba oynaqlarında və onurğada
mütəhərrikliyi inkişaf etdirən hərəkətlər:idman oyunları,üzgüçülük,sədlərlə
hərəkətlər və onların keçirilməsi;ümumi təsirli güc hərəkətləri;akrobatika
elementləri,və,gimnastika,alətlərində,hərəkətlər.
–Nizə atanlar texnikanın təkmilləşməsinə çox vaxt ayrırlar.Atma texnikasının
təkmilləşdirilməsində başlıca metod hərəkətin təkrar yerinə yetirilməsidir.Nizə
atanın xüsusi hərəkətləri:1.Bir addım atıb dayanaraq,nizəni baş üzərində
saxlamaq.Çiyini döndərərək,nizəni çiyin xətti üzrə kənara çəkmək.2.Yerişdə və
qaçışda həmin hərəkət.3.Nizə ilə qaçış və nizənin çəkilməsi.4.Bir addım atıb
dayanmaqla topu baş üzərində saxlamaq irəli-yuxarı hədəfə atmanı yerinə
yetirmək;5.Baş arxasından 3 addımlıqdan ağırlıq atmaq.6.Ştanqın diskisini əldə
tutaraq,addım vəziyyətində dayanmaq. “Gərilmiş yay”vəziyyəti alaraq,sağa-aşağı-
geriyə yelləmə hərəkətini yerinə yetirmək.7.3-addım qaçmaqla ağırlıq atmaq.Nizə
atanın sürət-güc keyfiyyətləri.Nizə atan məşqə çoxlu miqdarda yamsılama hərəkəti
daxil edir.Lakin bu hərəkətlərdən suni-istifadə etmək olmaz,çünki atma
texnikasının ayrı-ayrı ünsürlərində əzələ duyğuları güclənməklə,bütöv hərəkətin
cizgiləri təhrif olunur.Nizə atanın sürət-güc keyfiyyətlərinin yekunlaşdırılması
üçün,məşqdə ağırlıqlarla:ştanq,iki pudluq pəhləvan daşı ilə, yadro ilə hərəkətlər
tətbiq edirlər.
Dostları ilə paylaş: