Tövsiyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər


Mövzu № 8.Atletika hərəkətlərinin dərəcələrə bölünməsi və səciyyəsi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix23.01.2022
ölçüsü0,63 Mb.
#51511
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 8.Atletika hərəkətlərinin dərəcələrə bölünməsi və səciyyəsi. 

     Plan: 

1.B/t-si sistemində yüngül atletikanın mövqeyi və əhəmiyyəti                   

2. Yüngül atletikanın çox növü   

          3.Ağacla edilən hərəkətlərin təlimi  

1.Bu  sistemin  məqsədi  xəlqmızın  sağlamlığını  möhkəmləndirmək,adamlarının 

sosialist  əməyinə  və  vətəni  müdafiyə  tərtərəfli  hazırlamaqdır.Çoxlu  miqdarda 

yüngül atletika  hərəkətləri  hər bir  gəncə  yüngül atletikada özü  üçün  münasib  növ 

seçməyə  imkan  verir.Bundan  əlavə,müəllimlər  məşğul  olanları  fiziki  cəhətcə 

seçdikləri  idman  növü  üzrə  hərtərəfli  inkişaf  etdirmək  üçün  atletikanın  müxtəlif 

növlərindən  müvəffəqiyyətlə  istifadə  edirlər.İdmanda  xüsusən  yüngül  atletikada 

mübarizə  aparmaq,qələbə  qazanmaq,səy  göstərmək,seçilən  növdə  nəticə  əldə 

etmək  həvəsi  çox  gözə  çarpır.Atletika  üzrə  təlim-məşq  və  yarışlar  düzgün  təlim 

ddildikdə 

bu,idmançılarda  şüurlu  nizam-intizamın,kollektivçiliyin,yoldaşlıq 

hissinin,tapşırılan iş üçün məsuliyyət hissinin tərbiyə edilməsinə kömək edir,güclü 

iradənin  və  möhkəm  xarakterin  formalaşmasına  təsir  göstərir.  –Qaçış,tullanma  və 

atmaların bütün növləri üzrə keçirilən yarışlar və bu növlər üzrə hərəkətlər keçmiş 

sövet,idmanına,lazım,olan,qüvvətlilik,cəldlik,davamlılıq,gümrahlıq,diqqətlilik,özü-

nü  ələ  almağı  bacarmaq  və  s.bu  kimi  keyfiyyətlərin  meydana  çıxması  və  bu 

keyfiyyətlərin  tam  təkmilləşməsi  üçün  gözəl  şərait  yaradır.Azərbaycanda,demək 

olar  ki,bütün  il  boyu  açıq  havada  atletika  ilə  məşğul  olmaq  mümkündür.Bunun 

sayəsində  də  atletikanın  böyük  sağlamlıq  əhəmiyyəti  özünü  göstərir.Atletika 

hərəkətlərinin  çoxu  məşğul  olanlarda  bir  sıra  dəyərli  hərəki  vərdişlərin  inkişafına 

kömək  edir.İnsan  bu    vərdişlərə  yiyələnməklə  əmək  sahəsində  daha  yaxşı 

işləyir,döyüşçüyə lazım olan vərdişlərə daha tez yiyələnir.    

 



2.Yüngül  atletikanın  çox  növü:-Bu  növə  qaçış,tullanma  və  atmalar  daxildir.Daxil 

edilən  növlərin  miqdarından  asılı  olaraq,yüngül  atletikanın  çox  növü  bu  hissələrə 

ayrılır:  3  növ,5  növ,  və  10  növ  üzrə  mübarizə  aparılır.  Çox  növ  üzrə  mübarizədə 

nəticə  və  rekordlar  yarışda  iştirak  edənlərin  hər  növdən  qazandığı  xalların  ümumi 

sayına  görə  müəyyən  edilir  və  burada  xüsusi  cədvəldən  istifadə  olunur.Çox 

növçülük  üzrə  mübarizə  insanın  hərtərəfli  fiziki  inkifafı  üçün  gözəl  hərəkətlər 

kompleksidir.Çox  növçülük  idman  üzrə  mübarizə  ilə  məşğul  olan  idmançı  eyni 

dərəcədə  həm  yaxşı  qaçmalı,tullanmalı,həm  də  sərrast  nizə  atmalıdır.  Yüngül 

atletikanın bu növündə yüksək nəticə qazanmaq üçün çoxnövlü mübarizədə iştirak 

etmək lazımdır.   

3.Ağacla  edilən  hərəkətlərin  təlimində  bəzi  xüsusi  cəhətlər  nəzərə  alınmalıdır.              

A)  ağacın  əvvəlcə  üfiqi,sonra  şaquli,nəhayət  maili  vəziyyətləri;b)  ağacın  bütün 

əsas  vəziyyətləri  əvvəlcə  üz  və  yan  səthlərdə,sonra  aralıq,axırda  da  çəp  səthlərdə 

öyrənilməlidir.-Hərəkəti izah edərkən və komanda verərək ağacın hansı vəziyyətdə 

olduğu  aşağıdakı  qaydalarla  göstərilməlidir.    1.Ağacın  vəziyyəti-üfqi,şaquli  və  ya 

maili,2.Gimnastın  bədəninə  görə  ağacın  vəziyyəti,  buda.çiyinə,baş  üzərinə  və 

s.3.Ağacı tutan əlin vəziyyəti-sağ qol yana,sol qolqabağa.Məşq zamanı ağacın hər 

hansı  bir  vəziyyətini  (qarşıya  qoyulan  məqsəddən  asılı  olaraq)  digər  vəziyyətlərə 

və  bədənin  hissələrlə  qarşıqlıqlı  şəkildə,özü  də  ən  müxtəlif  birləşmələr  şəklində 

öyrənmək  lazımdır.Yalnız  belə  məşq  metodikası  əsas  və  düzgün  sayılır.  Təlimin 

ilk  mərhələlərində  ağacla  hərəkəti  öyrəndikdən  sonra,onu  bədənin  digər 

hissələrinin  ən  sadə  hərəkətlərilə  əlaqələndirmək  olar.Çünki  bu  daha  çox 

məqsədəuyğundur. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin