Ş ü e y b. Ya əmir! Cərdən gəlib, dayınız Şeyx İdrisdən məktub gətirmişəm.
H a r i s. Xoş gəldiniz, oturunuz. Əvvəldən dayımın əmrlərini və orada olan əhvalatdan bir qədər məlumat vermək, sonra istirahətə gedərsiniz.
Ş ü e y b. Ya əmir! Şeyx İdrisin çoxdan Şeyx Sənusi ilə rəqabətdə olduğunu bilirsiniz. Neçə vaxtdır ki, bizimlə Şeyx Sənusinin arasında hərb gedir. O güclüdür. Ondan xilas olmaq üçün Şeyx İdris italyanlarla əlaqəyə girmiş. İtalyanlar vəd etmişlər ki, Trablisi işğal edən kimi hakimiyyəti tamamilə bizə tapşırıb, yalnız ticarət işlərini əllərində saxlasınlar. Şeyx Idris də bütün qüvvəsi və adamlan ilə ona köməyə söz vermişdi. Şeyx Sənusi isə bütün qüvvəsini türklərin ixtiyarma vermiş. Dayınızın da tək bir varisi sizsiniz. Demək, ondan sonra bu qədər böyük bir ölkə sizin üçün qalacaq. Ona görə Şeyx İdris əmr edir ki, Trablisə gedib, oradakı tərəfdarlarımızı toplayib, italiya komandanlığının əmrlərinə əməl edəsiniz. Bu da sizə inanmaq üçün İtaliya komandanlığının öz imzası. Bu da dayınızın məktubudur. Mən də burada sizinlə qalacağam. Fəqət buranın əhvalını və cavabınızı gərək yazıb yoldaşlarıma göndərəm.
H a r i s. Burada türklər sərçə, qaraquş qorxusundan yuvaya təpilən kimi Trablisdən Dərnəyədək hər yerdən qaçıb buraya, Benqazi divarları arasına sığınıblar. Burdan qaçacaq yerləri yoxdur. Qoşunları çox azdır. Gəlməyə yer yoxdur. Bu günlər hərb təriqilə, İstanbuldan buraya bir qədər könüllü gəlmiş: Hətta deyirlər aralarında İstanbul quldurları da var. Bir də Ənvər bəy gəlib Şeyx Süleyman əl-Baraninin təbliğatı sayəsində Şeyx Sənusinin köməyilə, ərəblərdən könüllü toplayır. Ancaq mənə deyiblər ki, silahları yoxdur. Fəqət mən qorxuram yağışdan çıxıb, yağmura düşək. Türklərin əlindən qurtarıb italyanlann pəncəsinə keçək!
Ş ü e y b. Xayır, ya əmir! Müahidənamə bağlanıb, hətta italyanlar neçə milyon da pul verirlər. Şeyx Idris deyir ki, ərəb yerləri ərəblərin olmalıdır. Türklərdən, Sənusidən qurtaraq. İtalyanlar dediklərindən qaçsalar, sonra onları da qovmaq çətin deyildir, deyir.
H a r i s (kağızın birini yerə qoyub, birini oxuyur). "Əziz və igid bacım oğlu! Bu məktub sənə yetən kimi Trablisə hərəkət et. Oradakı xətti-hərəkətini İtalya komandanlığı ilə danışmışıq. Bu isə gələcəkdə Trab-lisdə bizim hakimiyyətimizi təmin edir. Cəld ol! Yaz! Məktub yaz ki, bu gün dediklərini eləyəcəyəm" (Şüeybə). Özün da hazır dayan, gözlə, gedəcəyik. (Şüeyb gedir.) Yaxşı oldu, bu mənhus türklərdən qurtarmaq az şey deyildir. Yox, yox, bura İstanbul deyil ki, türklər hakim olsunlar. Bura Trablisdir. Onu italyanlar alıb, İdrisi hakim edəcəklər. Ondan sonra da Haris hakim olacaq! Haris kimi bir əmirin də Ulduz kimi bir hərəmi olmalıdır. Ulduzun gözəlliyi bütün Afrikada dildən-dilə düşməlidir! Trablisə hərəkət etməliyəm. Ancaq hələlik türklər burada güclüdürlər. Şəhərdən çıxarkən, ələ düşməmək üçün tədbir lazımdır. (Şəmsə girir.) Şəmsə niyə gəldin? Bir xəbərmi var? Söylə, Ulduz necədir?
Ş ə m s ə. Haris, neçə vaxtdır mən sənə qardaş deməmişəm. Ancaq bu gün Ulduzun xatiri üçün deyirəm. Qardaş, gəl, sən onu burax, yazıqdır. Saxlasan da sənə bir xeyri olmaz. Ya özünü öldürər və ya da dəli olar.
H a r i s. Şəmsə, mən ki, Ulduza yamanlıq etmədim! Ölümünə əmr vərilmişdi, xilas edib gətirdim ki, istərsə, mənə hərəm olsun. Bir günah eləməmişəm ki! (Özünə.) Ox, bu qızdan əmin ola bilmirəm!
Ş ə m s ə. Haris, hamısını bilirəm. Bizim ailədə nə eləyibsənsə, hamısını sənə bağışlayıram. (Haris diksinir.) Ancaq o yazığı azad et! Çünki dediyindən o, başqasını sevir, onu da sevən var!
H a r i s. Şəmsə, mən də sevirəm! Bəs mən? Bacı, ərəbin ürəyi olmazmi? Mən insan deyiləmmi? Mənim sevməyə haqqım yoxmu?
Ş ə m s ə. Yox!
H a r i s. Niyə? Səbəb? Bu Afrika çöllərində olan vəhşilərə, yırtıcılara, hətta xırda milçəklərə belə, bir-birini sevməyi kimsə mən etmir də! Niyə mənim sevgimə mane olsunlar? Səbəb?
Ş ə m s ə. Ona görə ki, səndən əvvəl onu sevən var!
H a r i s. Şəmsə, bu mənim əlimdə deyil. Ürəyimi parçalayımmı? Özümü öldürümmü? Sevirəm, vəssalam!
Ş ə m s ə. Öldür! Özünə yazığın gəlirsə, xalqa yazığın gəlmirmi? Əl çək o yazıqdan! O, onsuz da bədbəxtdir.
H a r i s (tərəfə). Ox, xəbis qız, səbr et! Səni də... Şəmsə mən onu gətirdim ki, istərsə mənə hərəm olsun, istəməyirsə getsin! Mane deyiləm.
Ş ə m s ə. Doğrumu deyirsən, Haris? Getməsinə razımısan?
H a r i s. Nə vaxt mən sənə yalan demişəm? Sən ki, istəyirsən böylə olsun, mən nə deyəcəyəm? Minlərlə öylə qızlar üçün, sənin ürəyini sındırmaram.
Ş ə m s ə. Öylə isə, mən bu saat onu İzzət paşaya təslim edim.
H a r i s. Yox, yox! O, İzzət paşanın burada olduğunu bilirmi?
Ş ə m s ə. Yox, gərək ki, bilmir.
H a r i s. Onu İzzət paşaya göstərmək olmaz! O, onun atasıdır. Ulduz ondan xəbərsiz başqasıyla qaçıb. Onu görsə, ətini didim-didim didər. Qalsın, özümüz Ramizin yanına göndərərik.
Ş ə m s ə. Eybi yoxdur. Öylə olsun! Özündən soruşarıq. Hər halda bir-iki gün dumb. Artıq, qardaş, səndən çox razıyam.
Ə r ə b (daxil olur). Ya əmir! Yaxınlaşan düşməndən şəhəri müdafiə xüsusunda İzzət paşanın odasında şura var. Bütün ərəb əmirlərini çağırmışlar. Sizi də oraya dəvət edirlər.
H a r i s (düşünür). Söylə ki, gəlirəm! Şəmsə, Ulduz getmək istərsə, özümüz göndərərik. O, öz xeyrini bilmir. Olmasın ki, əlbəəl düşüb əziyyət çəksin!
Ş ə m s ə. Çox gözəl...
H a r i s. İndi mən İzzət paşanın evinə gedirəm. Özünə də söylə, gedirsə, sözümüz yoxdur.
Ş ə m s ə. Çox gözəl! (Haris gedir, fəqət cəld qapıdan burulub gizlənir.) Yox, bilirəm bu məlunun ürəyində insaf yoxdur. Yerində əmir olmaq üçün, quzu kimi qardaşımı öldürdü. Ancaq bədbəxt qızı mən xilas edəcəyəm! (Ərəb daxil olur.)
Ə r ə b. Xanım, Əbdürrəhman sizi görmək istəyir. (Gedir.)
Ş ə m s ə. Cavab gətirmişlər. (Gedir, Haris çıxır.)
H a r i s. Ox, məlun qız! Səni öylə susdurum ki! İlk flirsətdə qardaşim həmişəlik susduran Haris səni, bir ögey bacını susdura bilməzmi? Məramına yetmək istəyənlərin ürəklərində rəhm olmamalıdır. Olsa idi Məhəmmədi öldürməzdim. Gözəl xasiyyətli bir adam idi. Gecə ikimiz bir otaqda yatarkən, möhkəm barmaqlarımı boğazına yerləşdirib boğdum, öldürdüm! Yerində əmir oldum. Bunun da əlində acız qalmaram. O, zənn edir ki, İzzət paşanın yanına getmişəm. Xayır, İzzət paşanın yanına qoy Sənusi getsin. Haris isə... Hər şeyin hazırlanmasını əmr etdim. Trablisə gedəcəyəm. (Səs gəlir. Gizlənir.)
Ş ə m s ə (tələsik çıxır). Ox, Allah! Nə qədər şadam, Ramiz buradadır! Əbdürrəhmanı gördüm. Ulduz, Ulduz! (Çağırir, Ulduz girir.) Ulduz, bacı qorxma!
U l d u z. Nə var?
Ş ə m s ə. Ulduz, Ramiz buradadır! Salamatdir, könüllü gəlmiş!
U l d u z. Ah, Ramiz, buradadırmi? Ah, Ramiz. (Şəmsənin boynunu qucaqlayib ağlayır.) Şəmsə, qiyamətə qədər Afrika qulları kimi sənə qulluq edərəm! Şəmsə, bacı, ölürəm! Məni Ramizə yetir. Ah, Şəmsə mənə rəhm elə!
Ş ə m s ə. Ulduz, qorxma! Əbdürrəhman gəlmişdi. Nə qədər də nəcib simadır. Haris məni aldadıb "buraxaram" deyir. Amma bilirəm yalan deyir. Əbdürrəhmana dedim. Bəlkə o, Ramizi gec tapdı. Harisin hiyləsindən qorxuram. O, indi İzzət paşanın yanına gedib. Bu saat mən də gizlin gedib türk ordugahına xəbər vərərəm. Gəlib səni azad edərlər.
U l d u z (diksinir). İzzət paşa? Mənim atamını? Ox, eybi yox, qoy məni öldürsünlər, təki bu yırtıcıdan xilas olum! Şəmsə, Allah xatirinə məni Ramizə yetir! Əgər qəbrimdə məzar mələkləri: “Tanrın kimdir?” - sorursa, deyərəm: - Şəmsə! Ah, Şəmsə...
Ş ə m s ə. Qorxma, Ulduz, gedirəm. (Gedir.)
U l d u z. Allah, Ramizə bir şey olmasın! Yaxındadır, yəqin indi gələr. Ax, pərvərdigara! Bağrım çatladı! (Əli köksündə o biri odaya keçir. Haris çıxır.)
H a r i s. Ha, ha, ha! Haris öləcəyi günü bilməyir! Get! Sən qərargaha yetişincə, Haris Ulduz ilə şəhərdən kənara çıxıb öylə gizlənər ki, Əzrail özü çıraq ilə gəzsə də tapa bilməz! Tələsmə, Şəmsə! Məlun qız, mənimlə çəkişirsən? Qəbilənin şübhəsindən qorxuram, tələsmə. İlk flirsətdə səni də... (Qapıdan dörd ərəb çağırıb qayıdır.)
Ə r ə b. Ramiz gəl, gəl. (Ulduz ildırım kimi bayırda fırıldayır.)
U l d u z. Ah, Ramiz! (Çabuq Haris Ulduzun boynunu qucub əlindəki şüşəni burnuna dirəyir. Ulduz bayılır.)
H a r i s. Ha, ha! Gözlə, Ramiz gələcək! (İşarə edir, ərəblər onu götürürlər.) Hava qaranlıqlaşib, görən olmaz. Söylədiyim yol ilə şəhərin kənarına, oradan da Rəhmal təpəsinin ətəyilə Trablisə doğru! Haydı! (Gedirlər. Şəmsə, Ramiz, Əbdürrəhman, Xalid girirlər.)
Ş ə m s ə. Ulduz! Ulduz! Bəs bu hara getdi? Ulduz! (Ötəki odaya girir.)
R a m i z. Allah, görəsən bir də Ulduzun o incə vücudunu, sevimli üzünü görəcəkmişəm! Ox, mən bədbəxt bir iblisin sözilə yazıq Ulduzu təhqir etdim, əzablara saldım. (Şəmsə çıxır.)
Ş ə m s ə. Qəribə işdir! Heç bilmirəm, hara itmişlər?
R a m i z. Ox, yenə o vəhşinin hiyləsi!
X a l i d. Sən Ulduza hara getdiyini söyləmədinmi? Bəlkə fürsət tapıb qaçmış?
Ş ə m s ə. Mümkün deyil. Qapıda keşikçilər. Bir də mənim haraya getdiyimi bilirdi.
Ə b d ü r r ə h m a n. Yenə o iblisin qanlı gözləri, mənhus heybəti, gözlərimdə xəbis ruhlar kimi kölgələndi. Hər nə edibsə o edibdir. (Ramiz məbhut durur.)
Ş ə m s ə (birdən kağızı bulur). Anladım, ax məlun! Ulduzu da alıb Trablisə qaçmış!
X a l i d. Ax, yazıq Ulduz! Qorxuram o yırtıcı acığından biçarəni öldürsün!
Ş ə m s ə. O canidən hər bir şey gözləmək mümkündür.
R a m i z (ayılmış kimi). Eybi yoxdur. Bacı, sizdən çox razıyam ki, bu qədər can yandırdınız. Lazım olursam, hər dəqiqə qulluğunuzda hazıram. Haydı, qardaşlar, gedək! Sən də get, cani! Fəqət əmin ol ki, bulud nə qədər qalın olarsa, tamamilə günəşin işığını pərdələyə bilməz! İldırım nə qədər uzun çəkərsə, bir saniyədən artıq davam edə bilməz!.. Zəlzələ nə qədər qüvvətli olarsa, bütün dünyanı yıxa bilməz! Hiylə nə qədər qüvvətli olarsa, həmişəlik qalib gələ bilməz! Get, fəqət əmin ol ki, ərvah kimi göyə uçsan, Əzrail kimi Allahın sarayına qədər, səni keçirəcəyəm. Kəsəyən kimi yerə batsan, ildırım kimi komayın duraqlarına qədər səni təqib edəcəyəm! Balıqlar kimi sulara girsən, su pərisi kimi Atlas dənizinin ta qaranlıq diblərinə qədər, səni qovub tutacağam və sənə sübut edəcəyəm ki, hiylə və zülm nə qədər qüvvətli olursa, onlara qarşı iki daha güclü mübariz var ki, həmişə sonda qalib gələr. O da hiyləyə qarşı haqq, zülmə qarşı cəza! Haydı, qardaşlar! (Gedirlər.)
Pərdə düşür
ÜÇÜNCÜ PƏRDƏ
Əlmünasire istehkamı. İzzət paşa, yavəri, Şeyx Senusi.
İ z z ə t p a ş a (davam edir). İştə haman düvəli-müəzzəmə Revəl molağatında İslam ölkələrini bölüb, Misiri İngiltərəyə, Şimali İrani Rusiyaya, Mərakeşi firənclərə, Yeni bazar sancağını Avstriyaya, hər yeri bir hökumətə vermişlər. O zaman Trablis də italyanlara düşmüş, İngiltərə, Rusiya, firənglər yerlərini tutmuş kimidirlər. Avstriya tutmağa çalışır. Bu da İtaliya.
S ə n u s i. Öylə... hazırlıqla qarşılanmamış işin sonu sıxıntısız olmaz!
İ z z ə t p a ş a . Bu gün Trablisi 24 saat vaxtda boşaltmaq üçün ultimatum verirlər. Bu qədər az bir vaxt bitməmiş, böylə iki vaporumuzu dənizdə bombardıman edib, həmin günü, üç yüz min əsgər çıxarıb, Trablisi işğal edirlər!
S ə n u s i. Gücsüz gücsüzlüyünə inanıb oturursa, daha gücsüz olmaya bilməz?!
İ z z ə t p a ş a. Gücsüz çalışırsa, birisinə, ikisinə qarşı çıxar. Yox, bütün dünyaya qarşı... hər tərəfə baxırsan hamının fikri bir! Əzmək, əzmək, əzmək! Mümkün olduqca, fürsət bulduqca, əzmək!
S ə n u s i. Doğrudu! Böylə olub, böylə də olmalıydı. Böylə davam edərsək, böylə də olacaqdır!
İ z z ə t p a ş a. Əvət, başqa cür ola bilməz. Qaranlıq günəşə tabe olmayınca, gecə də olacaq, gündüz də! Ya həqiqət silaha, ya silah həmişəlik həqiqətə tabe olmayınca, güclü gücsüzü əzməyə, gücsüz də mübarizəyə çarpınacaqdır. Fəqət, dərd bu ki, düşmən bir deyil! Bir tərəfdən Avropa vəhşiləri, bir tərəfdən də özümüz! Odur, Şeyx İdris öz adamlarıyla italyanlara kömək edir. Hankisi ilə mübarizə etməli? Gördünüzmü, o gün şurada mən: “Şəhəri təslimdən başqa çarəmiz yoxdur" - deyərkən, Ənvər nitqində məni məzəmmət edib, topladığı üç-dörd min silahsız, nizamsız könüllü ilə, şəhəri müdafiə edəcəyini söyləyirdi. Fəqət bundan bir şey çıxacaqmı?
S ə n u s i. Doğrudan da! O, gəncsə də, mənim nəzərimi cəlb etdi. Ona görə də öz ərəblərimi onun ixtiyarına verdim. Sözlərində bir mətanət, bir cəsarət cingildəyirdi.
İ z z ə t p a ş a. Ənvər, demək olar ki, canlanmış bir cəsarətdir. Olduqca mətin və igiddir.
S ə n u s i. Hər halda, onun tək cəsarəti az xeyir verməz.
İ z z ə t p a ş a. Doğrudur, Ənvər igiddir, cəsarətlidir, fəqət qanı çox coşqundur. Heç olmasa silahımız olaydı. Çalışmasından xeyir çıxacaqmı, yoxmu? (Xalid girir.)
X a l i d (tələsik keçərkən paşanı görüb hürkür). Bağışlayın, paşam!
İ z z ə t p a ş a. Nərəyə? Nə olmuş?
X a l i d. Paşam, komandamızla Trablisə tərəf gedirdik. Düşmən Dərnəyə doğru silah aparırdı. Biz az idik. Komandanımız əmr etdi, düşmən üzərinə atılıb, onları qaçırtdıq. Silahları- neçə min tüfəng, güllə, top, metralyoz aldıq!
S ə n u s i. Yəqin, İdrisin ərəbləri üçün göndərilmiş?
İ z z ə t p a ş a. Ehtimal ki! Siz oraya niyə gedirdiniz? Harisı bölükdənsən? Nizamilərdənmisən?
X a l i d. Könüllülərdənəm, paşam! Bizim bölüyümüz yoxdur. Biz ayrı bir dəstəyik. (Daldan.)
Ə n v ə r. Nə olursa olsun, kim olursa olsun, kimsə yerindən tərpənməyəcəkdir.
S ə n u s i. Gələn Ənvər deyilmi?
İ z z ə t p a ş a. Odur!
Ə n v ə r. Onlar gedə bilərlər! Biz onlara zəncirlə sarılmadıq. Haydı, nə dedimsə! (Girərək, arxasına.) Hər kəs olduğu yerdə. Paşam, ağırlıqları yükləyirlər!
İ z z ə t p a ş a. Mən əmr etmədim, istəmədim!
Ə n v ə r (Xalidə). Gəlmədimi?
X a l i d. Mən hələ getmədim.
Ə n v ə r. Get, onu yanıma göndər. (Xalid gedir.) Heç olmazsa paşam, vaxtından əvvəl qərarınızı bilsəydik!
İ z z ə t p a ş a. Son raportu bəkliyoram. Fəqət hər halda əhvalın dəyişəcəyi qeyri-mümkündür.
Y a v ə r. Paşam, raport gəlmiş, zabitlər toplanmış, şurayi-hərb zati-alilərini bəkliyor.
İ z z ə t p a ş a. İndicə son raporta baxacağıq. Fəqət hər halda qala biləcəyimiz çox şübhəlidir.
Ə n v ə r. Arada tərəddüd varsa, qalmaqdan da bir xeyir yox!
İ z z ə t p a ş a. Ənvər, oğlum! Siz çox sərtsiniz. Bir dəfə diqqətlə vəziyyəti elə ölçərsiniz, yüzə beş yüz çəkilmək məcburiyyəti hasil olur. Biz ölümdən qorxmayırıq. Fəqət nəticəsiz qırılmadan nə fayda? (Ramiz tələsik girir, paşanı görür. İzzət paşa da onu görür. İkisi də bir an mütəəssir olurlar. Ramiz dönür.)
İ z z ə t p a ş a. Dur, nərəyə? Sən buradamıan? Bəs o? (Sükut.) Eşidirmisən, bəs o?
R a m i z. Eşidirəm! O, sizin inadlarınızın alovlarında! O, sizin rütbələrinizin, medallarınızın cəhənnəmləri arasında!
İ z z ə t p a ş a. Öyləmi? Təqib et, məni!
R a m i z. Lüzum yox!
İ z z ə t p a ş a (yavərə). Çadırıma salınacaq!
R a m i z. Mən deyil, mənim cansız cəsədim!
Ə n v ə r. Paşam, mən onu sizə təqdim edərəm.
İ z z ə t p a ş a. Şuraya gedəcək, gəliniz.
Ə n v ə r. Son qərarınıza müntəzirəm, paşam! (İzzət paşa, yavər gedirlər.) Ramiz, paşaya bir şeymi elədin?
R a m i z. Ox, bəyim mən eləmədim. O özü. O, məndən qızını tələb edir. Amma o Ulduzu apardilar, təqib etdim. Onda da silahlara rast oldum. Onu tapmadım. Onu apardılar! Kim bilir nərəyə? Ox, bəyim, kimə nə cavab verim? Onamı və ürəyiməmi? Üzərimə aldığım vəzifəyəmi?
Ə n v ə r. Yetər, qorxma! Burada xüsusiyyətə kimsə fəda edilə bilməz. Əsgər ancaq əsgərlik zamanı etdiklərinə məsul ola bilər. Sən Trablisə getmək istərkən, əhvalı mənə söylədilər. İzzət paşa ilə mən özüm danışaram.
R a m i z. O, məni bir dəfə öldürdü! Bundan sonra da öldürəcək olursa, ancaq bir ölünü öldürəcəkdir ki, onun da heç qorxusu yox! Ox, niyə mən onunla rast oldum, Allah, bütün Afrika qana boyanarkən, mənə yazığınmı gəlir?
Ə n v ə r. Bunların vaxtı gəlmədi. Hələ məsələ böyük bir millətin şərəf və namusu üzərində firlanır. İzzət paşa şəhəri təslim etmək istəyir. O, xain deyil, fəqət qorxaqdır. Sənusinin ərəblərinə silahlar paylanmış. Yoldaşlarını hazırla, əsgərlər çəkilərsə, şəhəri biz müdafiə edəcəyik. Son nəfəsimizə qədər!
R a m i z. Bəyim, son nəfəsimiz azdır! Mən istərdim düşmən adlanmış, vücudum üzərindən atılarkən, bədənimin alovu da bir neçə düşməni yandırsın!
Ə n v ə r. Haydı, hazırlaş! İzzət paşa gəlirkən, mənə söyləyiniz. Mən çadırda bir qədər düşünmək istəyirəm.
R a m i z. Mənim yoldaşlarım indi deyil, hər dəqiqə ölümə hazırdılar.
Ə n v ə r. Öylə isə gedək. Yaşamaq ölmək üçündür, ölüm yaşamaq üçün! (Gedirlər. Haris, Şüeyb, bir ərəb çıxırlar.)
H a r i s (Şüeybə). Bu daha gözəl! O, yatmağa getdi. Bomba hazır! Çadırdan içəriyə atar, həmən ötəki ərəblərə qoşularsan. Səni ki, burada kimsə tanımayır. Artıq hava da qaranlıqlaşmış.
Ş ü e y b. Ya əmir! Biz ərəblər hər bir işdə sadə hərəkət etməyə öyrəndik. Bu isə mənə çox çətin gəlir. Ənvəri, o cür qəhrəman bir adamı öldürmək?!
H a r i s. Şüeyb, mənim də əlim onun üçün soyumuş! Mən də istərəm düşmənlə üzbəüz durub, açıq çarpışaraq, məğlub edəsən. Fəqət italyanlar bilirlər ki, İzzət paşa şəhəri saxlamaz. Şəhər altında müharibə olursa, ancaq Ənvər edəcəkdir. Onda da qüvvəsizlikdən bir şey edə bilməyəcəksə də, fəqət əvvəlcə onu öldürməklə, minlərlə əsgərlərini ölümdən qurtarmaq istəyirlər. Dayım onların əmrlərini dinləməyi buyurmuş. Burada çətinlik də yox. Odur çadır! Yəqin yatmış.
Ş ü e y b. Hər nə isə ürəyim gəlmir.
H a r i s. Şüeyb, dəli olma! Ənvər, Türkiyədə Ənvərdir. Ərəbistanda isə heç bir şey deyil! (Ramiz, Əbdürrəhman çıxırlar.)
Ə b d ü r r ə h m a n. Bunlar kimdir?
R a m i z. Dur, bu Haris deyilmidir? (Baxırlar.)
H a r i s. İnsan da hər bir şeydən qorxarmı? Cəsur ol, Şüeyb!
Ş ü e y b. Ya əmir, sizə də cəsur olmaq lazım. Siz niyə qorxub getməyirsiniz?
H a r i s. Yox, mən qorxmuram. Ancaq getməsi üçün, böylə etməyim lazımdır.
Ə b d ü r r ə h m a n. Odur, yenə o məlun!
R a m i z. Odur, gizlən! (Gizlənirlər.)
H a r i s. Şüeyb, yenə durdun? Münkər edəcək yer deyildir. Bax, orada kimsə yoxdur...
Ş ü e y b. Gedək, ancaq siz də yaxında durun.
H a r i s. Onu söyləmək artıqdir. Bir şey olursa, köməyə gələcəyəm!
Ş ü e y b. Artıq yetər! Gedək, madam ki, söz verdim... Gedək! yalnız kömək olarsa...
H a r i s. Ondan qorxma! Bir şey olursa, bu Əlmünasirə istehkamından kölgəm də görünməz. Əcinnə kimi ya göyə uçaram, ya quldurların altına soxularam. Qorxma, Şüeyb, gedək. (Gedirlər. Ramiz, Əbdürrəhman çıxırlar.)
R a m i z. Ox, bu məlun nələr etməyə müstəid deyildir!
Ə b d ü r r ə h m a n. Adı xəyanət olan hər bir şeyə, ancaq düzlükdən başqa...
R a m i z (yaxınlaşır). Ox, məlun! Xəyanətdə qarşısında bir cəza vərim ki! Gedək! (Gedirlər. Bir azdan sonra çığırtı qopur, Şüeyb Əbdürrəhmanın əlində, Haris Ramizin əlində gəlirlər.)
H a r i s. Ya əmir, bağışlayın!
R a m i z. Məlun cani! Bundan da alçaq bir şey tapmadınmı?
H a r i s. Bağışlayın, ya əmir!
Ə b d ü r r ə h m a n (Şüeybə). Əməlinizə qarşı mükafat alacaqsınız, deyilmi? Xəyanətin nə cür mükafatı olacağını yəqin bilmirdiniz? Mən sizə öyrədərəm! İştə mükafat. (Bıçağı döşünə sancır.)
Ş ü e y b. Məndə təqsir yoxdur onda, ya əmir! (Yıxılır ölür.)
H a r i s. Ya əmir, bağışlayın!
R a m i z. Məlun! Partladacağın bombanın Türkiyənin qəlbgahında partlayacağını bilmirdinmi? Ox, sənin bütün varlığın, bütün canın xəyanətdən mürəkkəbdir. Əllərə toxunacaq bir giləsini böylə, bütün Atlas dənizinin suyu ilə yumaq olmaz!
H a r i s. Bağışlayın, ya əmir, bilmədim. Bir də and olsun.
R a m i z. Yetər! Anda lüzum yox! Tanıyıram səni. Ox, əllərimə yazığım gəlir. Bu qədər xəbis bir iblisin qanı ilə, onları boyamaq istəmirəm.
Ə b d ü r r ə h m a n. Ya əmir, mən bu vəzifəni yaxşı bacarıram. Siz Atlas dənizi ilə yuya bilməyəcəyiniz o çirkin ləkəni mən bir kəlmə cəza sözü ilə təmizlərəm! Mənə həvalə edin çəkilin.
R a m i z. Haydı, Əbdürrəhman! (Əbdürrəhman yaxınlaşarkən.)
H a r i s. Ya əmir, bəs Ulduz! Məni öldürsəniz bəs Ulduz?
R a m i z. Dur, dur! Ox iblis. Zəhərli xəncərini ürəyimin incə nöq-təsindən sancdm. Ox, xain, niyə onu mənim yadıma saldm? Allah, si-nirlərim sarsildi! Ulduz! Söylə cani, Ulduz nərədə? Söylə!
H a r i s. Ya əmir, məni öldürsəniz Ulduz da ölü deməkdir! Mən onu Trablisə göndərdim. Mənsiz ya onu öldürərlər, ya kimsəyə təslim etməzlər. Heç kəs də tapmaz.
Ə b d ü r r ə h m a n. Sözlərinin bir kəlməsinə inanırsam, ona xəbis deyilən qədər mənə ağılsız deyilsin!
R a m i z. Murdar, qanlı yırtıcı! Niyə o zərif vücudu bu qədər əzablara salıb incidirsən? Səndə insan ürəyi yoxmu?
H a r i s. Ya əmir, bu dəfə də məni bağışlayın, mən onu özüm sizə təslim edim.
Ə b d ü r r ə h m a n. Məlun, gec-tez bu bıçaq sənin məlun ürəyinə sancılacaqdır.
H a r i s. Ya əmir, müqəssirəm, günahlarımı yaxşılıqla yuyaram. Bağışlayın məni.
R a m i z. Əbdürrəhman, burax! Xain, ona atacağın bombanı ürəyimdə partlatdın! Ulduz! Əbdürrəhman, bu xaini tapşır hələlik saxlasınlar.
Ə b d ü r r ə h m a n. Gedək, xain! Fəqət sevinmə, sənin vücudun öylə yoğrulmuş ki, gələcəkdə ancaq özündən günah, özgədən cəza gözləyə bilərsən. Gedək!
H a r i s. Təşəkkür edirəm, ya əmir! Andıma əməl edəcəyimə bir də and içirəm! (Gedirlər.)
R a m i z. Allah, bu əcinnəmidir, əzrailmidir mənə təsadüf etdirdin? Ox, bu qədər qansız, ürəksiz bir xəbisin əlində mənim yazıq Ulduzum... (Ənvər girir.)
Ə n v ə r. Nə səsdir?
R a m i z. Heç, bəyim, əhəmiyyətsiz şeylər.
Ə n v ə r. Hərbi şuranın qərarı bilindi. Çəkiləcəklər. Mənim qərarım da müəyyəndir. Qalacağam! Mənimlə qalacaqmısan?
R a m i z. Mən sizinlə qalmağa gəlmədim. Mən hərbə gəldim! Hərb burada olacaqsa, mən də burada olacağam!
Ə n v ə r. Əmr et, könüllülərdən bir nəfər yerindən tərpənməsin! Odur, İzzət paşa gəlir. O çəkiləcək, fəqət mən! Mən Benqazidə ikən ya Benqazi Türkiyədə qalacaq, ya İtaliya musiqiçiləri şadyanalıq marşı ilə meyitimiz üzərindən keçib Benqaziyə girəcəklər! Ramiz, durma!
R a m i z. Ox, o yenə gəlir! (Gedir. İzzət paşa, yavər gəlir.)
İ z z ə t p a ş a. Ənvər, hazırlan geriyə gedəcəyik.
Ə n v ə r. Uğur olsun, paşam! Yaxşı yol!
İ z z ə t p a ş a. Siz getməyəcəksiniz?
Ə n v ə r. Bir qanş da olsa!
İ z z ə t p a ş a. Vəziyyəti ölçürmüsünüz? Yüz əlli min hücuma hazır, müntəzəm düşmənə qarşı on min yarı silahlı əsgəri qırğmamı vərəcəyik? Mən bunların hər bir kəsi üçün məsulam!
Ə n v ə r. Çəkilə bilərsiniz!
İ z z ə t p a ş a. Sən də...
Ə n v ə r. Əcəba? Nərəyə? Bundan o yana da bir yer varmı? Atlas dənizinəmi töküləcəyik, göylərəmi uçacağıq, yerlərəmi girəcəyik? Rəzil qorxaqlar kimi boynu çiynində İstanbula qaçmaqdansa, bir əsgər kimi Benqazi qumları altında gizlənmək daha gözəl deyilmi?
İ z z ə t p a ş a. Ölmək olar, fəqət nəticə vərməz. Ərəbsiz Ərəbistana çoxmu lüzum görülər?
Ə n v ə r. Türkiyəyə Ərəbistan ərəbi də gərək deyildir. Yalniz Turk əsgərinin namusunun tapdalanmaması gərəkdir!
İ z z ə t p a ş a. Mən əsgərlərimin qırılmasına yol verə bilmərəm.
Ə n v ə r. Nərəyə çəkiləcəksiniz? Baxınız, arxada sonu, ucu görünməyən dəniz dalğalanır. Çəkiləcək bir yer varmı?
Dostları ilə paylaş: |