T.Ş. Salavatov, M.Ə. Dadaş-zadə, X.İ. Dadaş-zadə “ yeralti hidravliKA” fənnindən dərs vəsaiti



Yüklə 0,58 Mb.
səhifə11/28
tarix06.02.2023
ölçüsü0,58 Mb.
#83062
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
CfakepathYeralt hidravlka (drs vsaiti)

2.5.Hasilatın artırılması üsulları
Quyuların məhsuldarlığının artırılması məqsədi ilə görülən tədbirlərin seçilməsində Dyüpyü formulu böyük əhəmiyyət kəsb edir. Bu formulaya əsasən quyunun hasilatı aşağıdakı asılılıqla ifadə oluna bilər.
Q = Q(P, , k, h, R1, R2) (2.42)
Indi isə hasilata təsir edən amilləri ayrı-ayrılıqda araşdıraq:

  1. Təzyiqlər fərqinin ( P) artması ilə Q artır.

P = P1- P2 olduğundan Q-nün artması üçün qidalanma konturundakı P1 təzyiqi artmalı və ya quyudibi təzyiqi (P2) azalmalıdır. P1 təzyiqini artırmaqla yüksək hasilat əldə etmək paktiki cəhətdən səmərəli olmadığı üçün P1-i sabit saxlamaq (bunun üçün laya işlənmənin başlanğıcından su vurulur) lazımdır. P2 – ni, yəni quyudibi təzyiqini azaltmaqla hasilatın artırılmasına nail olmaq olar. Bu tədbirindən geniş istifadə olunur. Lakin quyudibi təzyiqini azaltmaq həmişə yaxşı nəticə vermir. Çünki quyuların istismarının texnoloji şəraiti, lay enerjisi və quyudibi zonada süxurların möhkəmliyinin pozulması P2 –nin azalma həddini hüdudlandırır.Quyudibi təzyiqinin azalmasının müəyyən həddində quyudibi zonada süxurun möhkəmliyi pozulur , uçulma,süxur hissəciklərinin quyuya daxil olması, neftdə həll olmuş qazın ayrılması və s.kimi hadisələrin baş verməsi istismara mənfi təsir göstərir.
2. Keçiriciliyi ( artırmaqla hasilat ( Q ) artır.
Quyudibi zonada keçiriciliyi artırılmaq üçün “hidravlik yarılma” üsulundan geniş istifadə olunur.
Hidravlik yarılma üsulu
Layın hidravlik yarılması - quyuya vurulan mayenin təzyiqini artırmaqla quyudibi zonadakı süxurun məsamələrinin və yarıqlarının süni genişləndirilməsinə deyilir. Bu zaman süni açılmış və ya genişlənmiş yarıqlar bir-biri ilə layın uzaq hissəsini əlaqələndirir, neftin və qazın hərəkət yolunu yaratmaqla layın keçiriciliyini artırır. Sonra isə təzyiq azalır, yarıqların örtülməsi üçün laya vurulan mayeyə iridənəli qum qatılır.
Yarılma təzyiqi məhsuldar lay üzərində yerləşən qatların yaratdıqları dağ təzyiqindən az olur. Yarılmada istifadə olunan maye özlü olmalıdır və süxurdan yaxşı süzülməlidir.
Aşağıdakı misalda hidravlik yarılma posesini öyrənək.
Radiusu ( R1 ), keçiriciliyi olan dairəvi yatağın mərkəzində ( R2) radislu quyu yerləşmişdir.Hidravlik yarılma nəticəsində quyudibində Ro radiuslu zonada keçiriciliyi o qiymətinə qədər altıraq. Beləliklə,yaranan hər iki zona hər i üçün aşağıdakı şərtlər daxilində Dyüpi formulunu yazaq:
R2  r  Ro zonası üçün.
( 2.43)
Ro  r  R1 zonası üçün
( 2.44)
Hərəkətin qərarlaşmış şərtinə ,yəni Q = const əsasən (2.43) və (2.44) tənliklərinin bərabərliyindən


alınar.

ilə işarə etsək




olar və beləliklə,
(2.45)

alarıq.  - ölçüsüz parametridir.


P1, P2, P0 - konturda, quyudibində və keçiriciliyi artırılmış zonanın Ro sərhəddindəki təzyiqlərdir; R1, R2, Ro uyğun olaraq radiuslardır;  - dinamiki özlülük; K, Ko –uyğun olaraq layın və quyudibi zonanın keçiriciliyi; h – layın qalınlığıdır.
Po - qiymətini (2.44) formulunda yerinə yazmaqla


(2.46)
alınar.
Quyudibində keçiricilik K olan halda,yəni hidravlik yarılma aparılmamışdan qabaq
(2.47)
olduğunu nəzərə alsaq, nisbəti quyudibi zonada K-nın artırılmasının hasilata təsirini ifadə edəcəkdir. Yəni
(2.48)

Keçiricilik artırılmamışdan əvvəl Ro=R2 halında  = 0;  = 1 olur. Yəni, Q = Qo


Əyridən göründüyü kimi, keçiriciliyin artmasının Q-yə təsiri əsasən quyudibinə yaxın zonada baş verir.

Şək.2.6. Quyudibi zonada keçiriciliyin artırılmasının hasilata təsiri.




3. Radiuslar nisbətinin ,yəni R1 / R2 nisbətinin azalması hasilatı artırır.
R1 / R2 nisbətini azaltmaqdan ötrü ya kontur radiusu (R1) azalmalı ,ya da quyu radiusu (R2) artmalıdır. R2-ni artırsaq,onda quyunu böyük diametrlə qazmaq lazımdır. Bu da texnoloji nöqteyi-nəzərdən bir çox çətinliklər törədir. Qidalanma konturunun radiusunun (R1 )-in azalması isə mümkün deyil.Deməli, R1/R2 nisbətinin kiçilməsi şərtindən istifadə etmək əlverişli deyil.
4. Layın qalınlığının ( quyunun hasilatına təsirinə baxaq.
Bildiyimiz kimi, quyular hidrodinamik tamamlanmış və tamamlanmamış olurlar.İstismar zamanı hidrodinamik tamamlanmamış quyulara daha çox rast gəlinir.Belə ki, aparılan tədqiqatların nəticəsi hidrodinamik tamamlanmamış quyulardan alınan məhsulun az olduğunu təsdiqləyir.
Qazma zamanı laylar açılma dərəcələrinə və xarakterinə görə aşağıdakı növlərə bölünürlər:

  1. Lay qazıma zamanı tam qalınlığı boyunca açılarsa və oraya heç bir maneə - süzgəc, deşilmiş boru və s. buraxılmırsa, belə quyu açılma dərəcəsinə və xarakterinə görə hidrodinamik tamamlanmış adlanır; (şək. a)

  2. Qazma zamanı əgər layın bir hissəsi açılarsa, onda belə quyu açılma dərəcəsinə görə hidrodinamik tamamlanmamış adlanır. Daban sularının qalxması, qum tıxacının yaranması və s. kimi quyudibi zonada baş verən poseslərin təsirindən hidrodinamik tamamlanmış quyular bəzən tamamlanmamış vəsiyyətə də keçə bilir. (şək.b)

  3. Şəkildən göründüyü kimi, lay əgər lay açılma dərəcəsinə görə hidrodinamik tamamlanmışdır, lakin layla əlaqə, oraya buraxılmış boru və onda açılmış dəliklər vasitəsi ilə yaradılıb, onda belə quyu açılma xarakterinə görə tamamlanmış adlanır. (şək.c)

  4. Bu halda isə lay tam açılmayıb və layla əlaqə üzərində perforasiya dəlikləri olan boru vasitəsi ilə yaradılıb.Belə quyu həm açılma xarakterinə və həm də dərəcəsinə görə hidrodinamik tamamlanmamış adlanır. (şək.d).

Şək.2.7.Layların açılma dərəcələrinə və xarakterinə görə növləri.


Beləliklə, quyunun məhsuldarlığını artırmaq məsədi ilə layların tam açılması üçün müxtəlif tədbirlərdən istifadə olunur.


Aşağıdakı misalda layın açılma dərəcəsinin quyunun hasilatına necə təsir etdiyinə baxaq. h qalınlığında tam açılmış quyunun hasilatını Qo, h1 qərər açılmış quyunun hasilatını isə Q1 və Q1 / Qo = y; h1 / h = x ilə işarə edək.
Bildiyimiz kimi, h1 artdıqca x artır, h = h1 olduqda x = 1 olacaqdır. x – in artması nəticəsində y də artacaq və x = 1 olduqda y = 1 olacaqdır.
Deməli, h = h1 olduqda Q1 = Qo olacaq.

tənliyindəki və əmsallarını aşağıdakı şərtlərə görə tapıb,tənliyi həll edək.
x = 0 (yəni h1 = 0) olduqda y = 0 (yəni Q1 = 0)
x = 1 ((yəni h1 = h) olduqda y = 1 (yəni Q1 = Qo)
y = f(x) asılılığının təhlilindən görünür ki, bu asılılığın iki – başlanğıc və son nöqtələri bizə məlumdur. Onda y = f(x) asılılığı, koordinatları A(0, 0) və B(1,1) nöqtələrindən keçəcəkdir. Bu iki nöqtədən şəkildə göstərilən üç xətt keçirmək olar. Lakin, 1 və 2 xətləri y = f(x) asılılığını ödəmir, çünki, x – in vahiddən böyük artmasında 1 və 2 xəttinə görə y – də artır və yuxarıdakı
şərtlərin əksinə olur.

Şək.2.8. Layın açılma dərəcəsinin quyunun hasilatına təsiri.


Beləliklə, 3 əyrisi y = f(x) asılılığını ifadə edir, belə ki, onun x = 1 qiymətindən sonrakı artımında y sabit qalır. Bu deyilənlərə əsasən aşağıdakı 3-cü şərti də yazmaq olar



Deməli, yuxarıdakı tənlik əmsallarının qiymtləri tapıldıqdan sonra

kimi ifadə olunar və
(2.49)
alıaır.Onda
(2.50)
olar.
5. İndi isə özlülüyün (  ) quyunun hasilatına təsirinə baxaq.
Dyüpyü formulundaa görn düyü kimi özlülük () azalarca, quyunun hasilatı arta bilər.Belə ki, bu üsuldan hazırda mədənlərdə geniş istifadə edilir.Lay şəraitində özlülüyü çox оlan neft quyularında quyudibi zonaya temperaturla təsir etməklə özlülüyü azaldaraq yüksək məhsuldarlıq əldə etmək olar.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin