Fəsil 3. Quyuların bir-birinə qarşılıqlı təsiri (interferensiya ) 43
3.1. Zolaqvarı yataqda interferensiya hadisəsi 43
3.2.Dairəvi yataqda yerləşən quyuların interferensiyası 46
Fəsil 4. Məsaməli mühitdə qazın qərarlaşmış hərəkəti 49
4.1. Məsaməli mühitdə qazın birölçülü qərarlaşmış hərəkəti 49
4.2. Məsaməli mühitdə qazın yastı radial hərəkəti 51
Fəsil 5. Layda mayenin qərarlaşmamış hərəkəti 54
5.1.Elastik rejimdə hərəkət 54
5.2.Mayenin qərarlaşmamış hərəkətinin diferensial tənliyi 56
Fəsil 6. Qazın qərarlaşmamış hərəkəti 59
6.1.Qaz yatağının tükənməyə işlənməsinin əsas diferensial tənliyi 59
6.2. Qaz yаtаğının sаbit hasilаtlа tüкənməyə işlənməsinin hеsаblаnmаsı 61
Fəsil 7. Qaz - maye sistemlərinin məsaməli mühitdə süzülməsi 63
7.1.Qaz-maye sistemlərinin süzülməsinin diferensial tənlikləri 63
7.2.Qazlı mayenin qərarlaşmış hərəkəti 65
7.3.Qazlı mayenin qərarlaşmamış hərəkət 70
Fəsil 8. Neftin layda su ilə sıxışdırılması 75
8.1.Zolaqvarı yataqda neftin su ilə sıxışdırılması 75
8.2. Yastı radial axında neftin su ilə sıxışdırılması 79
Fəsil 9. Qeyri-Nyuton mayelərin məsaməli mühitdə süzülməsi 82
9.1. Qeyri-nyuton mayelərin əsas reoloji parametləri və onların təyin 82 edilmə üsullar
9.2. Qeyri-Nyuton mayesinin layda birölçülü hərəkəti 84
9.3. Qeyri-Nyuton mayesiin məsaməli mühitdə yastı-radial süzülməsi 86
Fəsil 10. Mayenin qərarlaşmamış hərəkətinin həlli üsulları 89
10.1. Qərarlaşmamış rejimlərin ardıcıl əvəz olunma üsulu 89
10.2.Оrtаlаşdırmа üsulu 96
10.3.Qərаrlаşmаmış hərəкətin dəqiq həlli 99
Ədəbiyyat 104
GİRİŞ “Yeraltı hidravlika” neft,qaz və qaz-kondensat yataqlarının işlənməsinin layihələndirilməsi və istismarı üzrə “ neft və qaz mühəndisi” və “ geologiya mühəndisi” hazırlanmasında tədris planı üzrə keçilən sənət fənlərinin nəzəri əsasını təşkil edir .
“Yeraltı hidravlika” neft yə qaz yataqlarını təşkil edən məsaməli mühitdə maye, qaz və onların müxtəlif komponentlərlə qarışığından yaranan sistemlərin hərəkət qanunlarını öyrənir.
Neft ,qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı dedikdə, layın enerjisini tənzimləməklə , neft ,qaz və kondensatın quyulara hərəkətini təmın və idarə etməklə onların yer üzərinə çıxarılması posesı başa düşülür. Neft və qaz yataqlarının işlənməsi maye , qazın və onların qarışıqlarının məsaməli mühitdə fasiləsiz hərəkəti ilə əlaqədardır.
Yataqların işlənməsi və istismarı posesinin düzgün idarə olunması üçün lay boyunca məsaməli mühitdə hərəkəti xarakterizə edən amillərin – təzyiq,sürət,temperatur,maye,qaz,kondensat komponentlərinin miqdarı , onların fazalarda paylanma dərəcələri və s. öyrənilməsində “Yeraltı hidravlika fənninin rolu əvəzsizdir.
Süzülmə nəzəriyyəsinin, məsaməli mühitdə maye ,qaz və qazlı mayelərin qərarlaşmış və qərarlaşmamış hərəkətlərinin öyrənilməsində , neftin layda su ilə sıxışdırılmasında , mayenin və layın eıastikliyinin , eləcə də yataqlarin daban və tavanında yerləşən layların keçiriciliyinin nəzərə alınmasında və s. şəraitlərdə quyular sisteminə neftin və qazın axmasında bu fənnin neftçi mühəndis tərəfindən öyrənilməsi çox vacibdir.