Tuncer cücenoğlu che guevara musiqili tragediya, 2 hissə Gənc yaşında itirdiyim qardaşim dr. Alper Cücenoğlu


IV Evə məcburi qapanmağın tək çarəsi oxumaqdır !



Yüklə 292,79 Kb.
səhifə2/3
tarix28.03.2017
ölçüsü292,79 Kb.
#12707
1   2   3

IV
Evə məcburi qapanmağın tək çarəsi oxumaqdır !

Ya da Tək Uşaqlıq Deyil, Gənclikdə

Müəyyən edər İnsanın alınyazısın !
XOR

Cordobanın ilçəsi

Alta Graciada

Yeddi yaşina qədər

Che və ailəsi…

(İçəridə Nənə və Che oynayırlar)

CELİA Ernesto! Burax zəqqumlanmağı da danışaq bir az.

ERNESTO İçkimə qarışma qadın! Söhbətimizə mane olmur .. Söylə görək.

CELİA Eyləysə qulaqlarını yaxşica aç da dinlə … Tetenin məktəbə getmə yaşi gəldi .Teteni heç düşünürsənmi ? Sənə söylədim sənə!

ERNESTO - Nə danışırsan o qədər böyüdümü yəni ?

CELİA Böyüdü, böyüdü. Burnunun ucunu belə görmürsən. Nəyin fərqindəsən ki ,oğlunun fərqində də olasan? Baxsana böyüdü , baxçanın kiçik hasarını aşmadı belə altı ildə. Yaşidlarına gəlincə, hamısı da məktəbə yazıldı. Bəs biz nə edəcəyik? Anlayırsanmı?

Bu xəstəliklə necə gedəcək məktəbə?

ERNESTO Coxdan tapmışam çarəsini . Göndərməyəcəyik! Amma onu necə məşğul etməli? Sıxılır çünki. Şahmat öyrədəcəyəm ona.

CELİA Təkcə şahmat olmaz, oxumağı da mən öyrədim.

ERNESTO (Sevinir, bir qurtum daha içir şüşədən) Kitabları da mən alaram.

XOR


Celiadan öyrəndi Che

Oxumağı məcburi.

Şahmatı da Ernestodan.

Məktəbi evindədir.

CELİA (Cheyə oxumağı öyrədir) Oldu Tete oldu. İndi oxu baxaq bu cümlələri. Qorxma, güvən özünə və oxu. Tələsmədən… Başla.

CHE (Tək-tək oxuyur) Ata… mənə… bal… al… Al… Tete… buda… bal… Doya… doya… ye…

CELİA Afəriiiin! Cox yaşasın mənim Tetem. İndi də bunu oxu.

CHE (Daha sürətli) Ata mənə at al… Al Tete buda at… Tete ata bax… Sür dağlara, dağlara… Atın ölümü arpadan olsun deyib də içmə… Atan kimi olarsan yoxsa! Tete evə gəl… Tez yat ,tez oyan ...... Oyan Tete oyan … … Tete ilıq süd iç… Zəng vuruldu … Tete məktəbə qaç… Bayraq as…

CELİA Afərin mənim Tetemə. İndi yaxşi bir öpüsə layiq oldun bax belə.

(Qucaqlayıb bağrına basaraq öpür oğlunu)

XOR

Xəyalları sərhədsizdir!



İlk Jül Verneni oxudu o

Səksən gündə devri-aləmi

Dəniz altdan yer üzünə

Bitirdi o !


Xəyalları yol aldılar…

Aleksandır Düma ilə

Qardiyanlar, müşketyorlar,

Qəhrəmanlar, macəralar…

Heç bitmədi ,tükənmədi

Sərhətsizdi bu Xəyallar …


ERNESTO (Che ilə şahmat oynayır) Şahmatın təməli Tete… (Bir qurtum içir) Atdığın hər addımın səni hansı təhlükələrə apardığının fərqinə varmaqdasan. Şübhəsiz bu, oyunu qaydalarına uyğun oynayırsansa keçərlidir. Deyəcəksən ki,mənə, "Sən öz həyatında mənə öyrətdiklərini tətbiq edirsənmi ?" Bax Tete… Ataların nə etdiklərinə sən baxmayacaqsan , amma dediklərini edəcəksən. Çünki tətbiq etdikləri dogru deyilsə də, öyrətdikləri tamamilə doğrudur .

XOR


Arada bir məktəbdə,

Əsas günü evdədir .

O da Celia kimi

Təhlükədən xoşlanır.


Ata bir golf sahəsi

Tikmək ilə məşğuldur

Qazancının cox hissəsi

Astma dərmanlarındadır


İspanya içi savaşlarda

Cumhuriyətçilər

Tərəfədir Che ailəsi…

Che bir müşketyordur artıq.


ERNESTO (Cheyə silah atmağı öyrədir) Gəz, göz, nişangah… Titrəməməli əl. Asıl tətiyə Tete, asıl ! (Che tətiyi çəkir , hədəfdəki kərpic uçur) Bravo mənim aslan oğluma!

XOR


Tək atışda parçalayır

Kərpicləri titrətmədən.

Arada bir Dekameron,

Miguel də Cervantes.

Bir il sonra Nazilər

Qan və atəş öyrədərkən

Accion Argentina üzvüdür

Atası… Che qürurlu!


Neruda və Nazim Hikmət,

Steinbeck, Faulkner, Pendir tərəfindən,

Jose Martı və Gandi,

Oxuduqca... oxuyur.


Uşaqlardır müəyyən edən

İnsanın alın yazısın!

Hər şeyin sonu boşdur ,

Budur sözün mənası !


(Xalq rəqs edər)

Buenos Airesdə

Universitetdə

Mühəndislik oxuyur

Həm işləyir mərkəz yolda
Müdürü cox razı ondan

Çünkü o rüşvət yemir!

Qazancı kitablarda!

Acı xəbər, Ana xəstə!


(Ana, yatağında yatıb. Başinda Celia. Che təlaşla girir içəri. Anasıyla qucaqlaşir)

CHE Nədir ana? Nə oldu nənəmə?

CELİA (Səssiz olmasını işarə edərək çölə çixarir onu) Beynində şiş varmış. Bir tərəfi fəlç oldu. (Siqaret yandırır)

CHE Dağ kimi qadın idi, inanmaq istəmirəm.

CELİA Həyat budur Tete. Doğulur, böyüyür, yaşlanır və ölürsən. Yaşlanmadan da olə bilir insan. Şanslı sayılır.

CHE Həqiqəti qəbul etmək çox çətindir yenə də.

CELİA Üzülmə!

CHE Həyat bir dağa dırmaşmaq kimidir ana. Çixmaq çətindir. Yaşlandırar insanı. Ancaq enişi cox asandır. Atam hardadır?

CELİA Hardasa bir yerdə sızıb qalıb yəqin.

CHE Yenə dalaşirsınız?

CELİA Arada bir, ancaq əvvəlki qədər deyil.

CHE Niyə?

CELİA Çiyrəndik artıq.

CHE Səhv təhsil alıram yəqin! Mühəndislik mənim işim deyil . Həkim olmalıyam.

CELİA İndimi qərar verdin?

CHE Bəli.

CELİA Nənən üçünmü?

CHE Həm onun… həm də sizin üçün.

(Nənənin iniltisini eşidirlər. Səssizcə girirlər yanına. Nənə gülümsəyir Chenigörüncə. Che ağlamamaq üçün özünü güclə saxlayır. Əlinə toxunur, üzünə sürtür əllərini. Nənənin gözündən yaşlar axır səssizcə. Che ağladığının görülməməsi üçün başinı çevirir. Nənə hərəkətsiz qalır birdən)

CELİA (Əlindən tutur Chenin) Gəl!


(Qapının önünə cıxırlar Che ilə anası)

V
Bir tərəfdən tələbəlik,

Digər tərəfdən Siyasət
XOR

Che Tibb dərsləri alır artıq.

Argentinadakı siyasi həyatla da maraqlanmağa başladı

Və Radikal Partiyayla əlaqə yaratdı.

Tələbə həyatı isə vazkeçilməzdir.

Yoldaşi Alberto ilə birlikdə motosikletlə Pasifik sahillərini gəzdi.

(Yoldaşi Alberto ilə birlikdə qırıq sökük bir motosikletlə yol gedirlər. Ailəsi və izdihamlı bir qrup, yola salır ikisini)

Peruda Lepra Xəstəxanasında cüzamlıları(xəstəlik) tanıdı və onlar üçün çalisdi…

(Alberto ilə birlikdə qan tər içində işləməyən motosikleti bir velosiped kimi daşi-yırlar )

Kolumbiya diktatoru Laureano Gomezin adamları tərəfindən həbsə atılır Che.

Verdiyi son imtahanın ardınca allergiyalar üzərində etdiyi bir çalismayla Buenos Aires Tibb Fakultəsində bir həkim adını alır. Bir yoldaşiyla birlikdə Latın Amerika səfərinə çixir.

Bolivyada bir xalq qiyamıyla iqtidara gələn Baz Estenssoronun tətbiqləri üçün:

CHE - Bunlar yerlilərə, bitə qarşi DDT verir. Amma bu, bitin səbəbinə bağlı daha əsas problemini çözməyə çatmayacaq. Səbəbləri ortadan qaldırmasanız nəticəsini əsla dəyişdirə bilməzsiniz.

XOR


Guetamalaya əlində Hьkьmet üyelerinden Juen Angel

Nunezə yazılmış bir tövsiyə məktubu ilə gəldi və bu ülkede sьrgьn olaraq yaşayan Perulu Hilda Gaeda ilə tanış oldu…




VI
Perulu Qıyıq gözlü Hilda
(Bir Kafe. Qızlı kişili qruplar masa arxasinda oturmuşlar… İçəridə bir latın havası çalinir . Bir masada da Che oturub. Qapıdan içəri Hilda girir. Che bir anlıq onu görür və vurulur ona sanki . Che Hildaya israrla baxmağa davam edir . Hilda da görür Cheni. Bir müddət baxır, sonra qaçırır gözlerini. Yenidən baxır. (Hər ikisi gözlərini çəkmədən baxışmaqdadırlar)
CHE (Hildanın yanına gəlir) Salam.

HİLDA Salam .Tanış olmağa gəldiyim insan siz olmalısınız yəin ki ?.

CHE (Əlini uzadır) Ernesto Guevara, qısa olaraq Ernesto. Haradan anladın?

HİLDA Çox yaraşiqlı oldugunu söyləmişdilər . (Uzadır əlini) Hilda Gadea Acosta. Qısaca Hilda. Amma hər kəs La China deyər mənə.

CHE Niyə?

HİLDA Qıyıq gözlərimdən ötəri.

(Hildanın əlini buraxmadan öz oturduğu masaya doğru aparır və otuzdurur. Artıq çevrələrindəki səsələr sankl yox olmuşdu )

CHE Haralısan?

HİLDA Perulu.

CHE Harada doğuldun?

HİLDA Lima.

CHE Gözlerinden anlamalıydım bunu. Cox gözəlsən

HİLDA Təşəkkürlər . Cox yaraşiqlısan sən də.

CHE Nədən bu ölkədəsən ?

HİLDA Diktatorluğu rədd etdiyim üçün. Daha çox boğula bilməzdim Limada. Ancaq cox darıxıram yurdum üçün. Perunu gördünmü heç ?

CHE Bir yoldaşimla birlikdə bir motosikletə minib gəzdik bütün güney Amerikanı.

HİLDA Sevindim. Həkimsən ?…

CHE Bəli. Bir xəstəxanada işləyirəm. Ancaq yarım gün. Harada qalırsan?

HİLDA Bura cox yaxın bir evdə, sığınmacıların qaldığı bir mənzildə.

CHE Qonşu sayılırıq. Mən də bir pansionatda qalıram. Dərhal irəlidə. Ancaq olduqca yoxsul bir pansionatdır

HİLDA Siyasətlə maraqlanırsanmı?

CHE Niyə soruşdun?

HİLDA Cox yaraşiqlısan da…

CHE Yaraşiqlı olanlar maraqlana bilməzmi siyasətlə?

HİLDA Maraqlanarlar amma vaxt tapa bilsələr…

CHE Mən vaxt ayıra bilirəm. Guetamala Kommunist Partiyası üzvüyəm. Öz sənətimdə pulsuz həkiməm, pulsuz çalisiram. Üstəlik ədəbiyyatı da sevirəm.

HİLDA Sevindim buna. Mən də sevirəm ədəbiyyatı. Hansı yazıçıları oxuyursan?

CHE Salgari, Jul Vern, Aleksandır Duma, Dostoyevski, Tolstoy, Gorki, Neruda, Nəzm… Ən önəmlisi də Freud. O qədər cox ki… Hansını sayım? Əlimə nə keçirdisə oxuyurdum uşaq olarkən . İndi də oxumağa şübhəsizki ,davam edirəm

HİLDA Səhv eşitmədimsə "ən önəmlisi də Freud" dedin yəqin?

CHE Bəli elədir …

HİLDA Səbəbi?

CHE Cünkü cinsəllik həyatın təməl üzvüdür.

HİLDA Şübhəsiz cinsəllik də önəmlidir. Amma heç bir zaman zaman həyatın təməl üzvü deyil. Sadə bir yanaşma bu. Tam olaraq bu kitabları oxuduğuna sevindim yenə də. Ancaq bunu heç çixartma ağlından; yalnız ədəbiyyat sonsuz buraxar insanı. "Dünya hara gedir? İnsanlığın qurtuluşu üçün çarə nədir? Kapitalizmin sonu nə vaxt gələcək?" Bunları da araşdırmalısan. Məsəslən mülkiyyətin köklərini mənşəyini öyrənməlisən. Marksizmi bilmirsənsə nə faydası bütün bunları oxumuş olmağının? Kropotkinin "Bir İnqilabçının Xatirələri"ni və Maonun "Yeni Çin"ini də zaman itirmədən oxumalısan dərhal. Bu kitabları verə bilərəm sənə.

CHE Sevinərəm… Dərhal oxumaq istəyərəm.

(Qalxırlar. Yeriyirlər . Arada bir dayanıb danışmağa davam edirlər… Bir mənzilin qarşisına gəlirlər)

HİLDA Səncə qadın necə olmalıdır?

CHE Yəni mənim qadınım necə olmalıdır eləmi ? Qadın kimi qadın olmalı ilk növbədə. Özü coşqun ,sevgisi ,xəyalları sərhədsiz olmalı … Qalıcı olmalı sevgisi..qadın təravəti olmalı . Əlimlə ayağımı, köksümlə, dodağımı və bədənimin hər yerini eyni şəhvətlə öpə bilməli .Güvənli olmalı. Sözünün sahibi olmalı . Qürurlu olmalı, ancaq mənə deyil. Arxamda, yanımda olmalı həmişə. Ən önəmlisi də beynindəki zəncirləri kökündən qırmış olmalı. Kifayətlənməyi nemət bilməli.

HİLDA (Dayanır bir müddət, düşünür) Gözəl!

CHE Yaxşi o zaman sənin üçün necə olmalı bir kişi?

HİLDA Yəni mənim kişim necə olmalı eləmi? (Düşünür) Adam kimi adam olmalı ilk öncə. Özü coşqusu ,sevgisi ,xəyalları sərhədsiz olmalı … Çəlbedici olmalı sevgisi....kişi olmalı . Əlimlə ayağımı, köksümlə, dodağımı və bədənimin hər yerini eyni şəhvətlə öpə bilməli .Güvənlir olmalı. Sözünün sahibi olmalı . Qürurlu olmalı, ancaq mənə deyil. Arxamda, yanımda olmalı həmişə. Ən önəmlisi də beynindəki zəncirləri kökündən qırmış olmalı. Kifayətlənməyi nemət bilməli.Ən önəmlisi də dünyaya nə üçün gəldiyinin fərqində olmalı.

CHE (Zarafat edər kimi) Eləsə səninlə evlənməmdə heç bir qorxu yoxdur, üstəlik sağlamsan da.

HİLDA (Gülərək) Sözlərinin ciddi olub olmadığını anlamaq üçün düşünmüliyəm. Bunun üçün də zamana ehtiyacım var. Səni tanımalıyam. Gözlə məni… Sənə kitab gətirəcəyəm.

CHE Mən də gəlim. Birlikdə seçərik.

HİLDA Xeyr olmaz. Axı biz yeni tanış olduq.

(Hilda çixir)

CHE


QADINIM
Aman tanrım, çasmisim mən!

Necə qızdır Hilda belə?

Necə də cəlb etdi məni,

Qıyıq gözlü coxbilmiş qız?


Qadınım olmalı mənim,

Çəkib ,çevirməli məni,

Yığıb yığışdırmalı,

Qadınım olmalı mənim!


Bir görüşdə eşq deyərdilər,

İnanmazdım mən kimsəyə,

Başima gəldi sonunda,

Qadınım mənim qadınım!


Gözlərinə vuruldum mən,

O gözlər ki , o gözlər,

Yalnız mənimlə deyil,

Dünyayla dolu gözlər.


Qadınım olmalı mənim,

Çəkib ,çevirməli məni,

Yığıb yığışdırmalı,

Qadınım olmalı mənim!

(Hilda gəlir. Əlindəki kitabları uzadar Cheyə. Che alır. Qızı çəkir özünə, öpmək istəyir. Hilda çevirir başinı)

HİLDA Xeyr!

(Hilda evə qaçır. Geriyəyə dönüb Cheyə baxır. Chenin qəmginliyi çəkər onu. Yenidən qaçaraq gəlir Chenin yanına. Yanaqlarından öpür və qaçaraq girər evə)
VII
Atəş Bacanı Sardımı Nə?
XOR

Artıq tez-tez görüşürlər Che ilə Hilda.


(Bir evdə bir əyləncə. Oğlanlı ,qızlı rəqs edir gənclər)

CHE (Çalinmaqdaa olan tangonun fərqinə varır) Rəqs edəkmi?

HİLDA Olar.

(Tango etməyə başlayırlar. Che ayaqqabılarını, eynilə buz üstündə sürüşürmüş kimi istifadə etməkdədir)

HİLDA (Cox xoşuna gəlir bu vəziyyət) Çox xoş… Çox xoş…

(Sanki yalnız ikisindən başqa kimsə yoxdur. Xoşbəxtlikdən uçmaq üzrədilər)

XOR

Oxuyur Che her an oxuyur ,



Yorulmadan oxuyur!

Köçgünlərlə görüşür,

İnsanlarla dərtləşir

Hildası var yanında !


Moncada Qışlasına

Basqın edir Fidel!

Həbs olunmuş Şitilli

Adalılardan dinləyir!


Guetamalada mayalayar,

İnk və Aztek soylular

Tərəfini seçmiştir Che,

Salvador və Hondurasda!


İnsan insanın qurdudur,

Romantik bəlkə də bəli,

Moncada ehtirasdır artıq

Kubalılarsa yoldaşi!


Qurdlarla rəqs başladı!

Hilda hər an başinda,

Ağıl müəllimimi nə?

Hilda adlı çilgin qız?


Xəaylında başqaldırdı,

Mücadiləyə qatılmaq!

Artıq Che deyirlər ona,

Səyyah Həkim Ernestoya!



VIII

ASTMA BÖHRANI
Chenin qaldığı pansionatdakı otağı… Hər tərəf kitablar, jurnallar… Nəfəs almaqda cox çətinkik çəkir Che. Bu hala çox dözə bilməz, qalxır yataqdan. Sanki sürünür kimi otaq qapısının önündəki telefona çatir. Bir nömrə yığır.
CHE (çox çətinliklə danışır ) Alo… Hildayla danışmaq istəyirəm. Mən Ernesto… Narahatam bir az. Gözləyirəm. (Dəstək əlində gözləyər bir az. Çox çətinlik çəkir ancaq) Hilda… Bəli mənim sevgilim… Çox xəstəyəm… Yatağa mıxlanıldım qaldım… Gəlirsənsə sevinərəm.

(Bağlayar telefonu. Çətinliklə qapı girişindəki divana uzanır. Üzü ağappaq olmuşdur. Eynilə bir ölü kimi. Sinəsindən zəif xırıltılar duyulur yalnız. Bir müddət sonra təlaşla Hilda girir içəriyə)

HİLDA Nə oldu sənə? Nə oldu belə Ernesto? (Nə edəcəyinə çasmisdir. Əlini tutub, üzünü öpməyə başlayır ) Yorma özünü, danışma.

CHE (Əliylə susmasını işarə edir. Özünü məcbur etsə də sakitdir yenə də) Mənə təmiz bir enjektor gətir. Başimın üstündəki masanın gözünden. Ampulanı da götür. Pambıq da götür. Spirt də var.

(Hilda istənilənləri götürür və gətirir. Che astaca yerində dirsəklənir. Böyük bir soyuqqanlılıqla iynəni özünə vurur. Çünki on yaşindan indiyə kimi bu işi özü görür. Sonra qalxır. Hildanın ona yardım etməsinə mane olaraq ,divardan tutaraq önci otağa sonra isə yatağına girir)

HİLDA (Chedəki bu iradə və dözümlülüyə təsirlənmişdir) Necə istəsən elə olsun Ernesto. Danışma və istirahət et.

(Qapı açılır. Əlində bir nimçəylə Pansionat Sahibəsi girir içəriyə. Olduqca yaşlı bir qadındır)

PANSİON SAHİBƏSİ Sən Hilda olmalısan?

HİLDA Bəli mənəm.

PANSİON SAHİBƏSİ Çəkik gözlü Hilda. Hər an danışır səndən. Davamlı sənin necə oldugunu anladır bizə (Bir tərəfdən də nimçəni aşmayacağı şəkildə Chenin yanına yerləşdirməkdədir) Yesin bunları. Onsuz da nə gətirdim ki? Bir az düyü, bir də alma. Alma yuyulmuşdur. Qabığıyla yesin. Yoldaşi gedəcəkdi geçən gecə… İpin ucunu qaçırdılar. Səhərə qədər içdilər. Xəstəliyinin səbəbi bu. Ah bu genclər! Heç bilməzlər canlarının dəyərini gənckən. Bir də həkim olacaq. Özünə baxmayan adam, necə baxar başqalarına. (Çölə çixarkən) Canımız bunlara əmanət nə edək.

(Che o vəziyyətdə belə bic-bic gülmür qadının söylədikərinə)

HİLDA (Əsəbiləşmişdir Cheyə) Bu nə məsuliyyətsizlikdir belə? Sənə yaraşirmı bütün bunlar? Bu vəziyyətə düşəcək adamsanmı sən? Öz dəyərini bilmirsən. Cəmiyyətin səndən çox şeylər gözlədiyini əsla unutma! Aman tanrım! Mən sənin yerində olsam bu vəziyyətə düşməkdənsə , beynimə bir güllə sıxardım!

(Che çətinliklə olsa da gülməyə davam edir)

HİLDA (İrəli getdiyini anlar) Yaxşi istirahət et bir az. (Get mənasında işarə etdiyini görərək) Xeyr! Heç bir yerə getməyəcəyəm. Yaxşilaşana qədər baş ucundayam. Getməmi istəyirsənsə tez bir zamanda sağal. Və bir daha da əsla ipin ucunu qaçırma! (Səsi yumşalır bir az) Sənə aşiq oluram yəqin!

(Əlini tutur )

HİLDA


AŞIQ OLURAM YƏQİN
Aşiq olmaqdır yəqin.

Sevdiyinin acısına,

. Şərik olub dərtləşmək

Aşiq olmaqdır yəqin.


Aşiq olmaqdır yəqin.

Yalnız onu düşünmək,

Yatarkən belə onunla.

Aşiq olmaqdır yəqin.


Bu sevgi başqa olacaq!

İki kişilik deyil,

İctimaiyyətlə bəzəli

Aşiq olmaqdır yəqin.


IX
Bir Qırılma Nöqtəsi Daha: Fidellə Tanış olma
Maria-Antonianın mənzil dairəsi. Loş bir işiq işiqlandırır içərini. Soyuq bir qış gecəsi. Saat gece on bir. Maria-Antonianın Meksikalı əri, Hilda və Che, Fidel Castro və qardaşi Raulu gözləməkdədirlər. Hilda hamilədir.
MARİA ANTONİA Gecikdilər.

MEKSİKALI Narahatlıq çəkmənə ehtiyac yoxdur sevgili arvadım . Fidel ne edəcəyini bilir,ehtiyatlıdır

MARİA Elə demə… Hər yer Batistanın agentləriylə qaynayır.

HİLDA Onları sakitləşdirməyi biləcək qədər ağıllıdır.

CHE Bir an öncə görmək istəyirəm Fideli . Həyəcanım ondandır.

MEKSİKALI Bir qədəh *tekilayla*(meksika içkisi) aranız necədir?

HİLDA (Əliylə qarınına işarə edir) Körpə icazə vermir. Həm mənə, həm də atasına…

CHE Bu andakı tək istəyim bir an önce görməkdir Fideli. Görəsən o ,yoxsa mənmi daha yaraşiqlıyam? Marağım bu üzdəndir.

(Zorla gülümsəyir Maria. Digərləri qəhqəhələrlə)

HİLDA Sənin artıq savadlı bir inqilabçı olmaq bacardığını sanırdım. Demək ki boşa getmiş bütün əziyyətimiz.

(Çöldən bir qışqırdı duyulur. Çəkilən bir nərədir. Narahatlıqla pəncərəyə qaçırlar)

MARİA (Cox narahatdır ) Yellənərək gəlir bir adam.

(Çöldən bir nərə səsi daha eşidilir)

MEKSİKALI Bir sərxoş. Həm də qısa boylu. Hərhalda *tekilayi* çox qaçırdı. Narahat olma Maria, bu adam Fidel ola bilməz. Fidel haradasa bir basketbolçu qədər uzundur

CHE Pəncərənin önündən ayrılsaq yaxşi olar.

(Yenidən yerlərinə otururlar)

MEKSİKALI Bir qədeh içməyə qərarsızsınızmı ?

HİLDA Bəli.

CHE Bəli . Çükü daxili işlər naziri tərəfindən icazə yozdur . Həbs edər hamımızı yoxsa.

(Narahat olsalarda gülüşürlər . Qapının zəngi çalinir. Maria qapıya qaçarkən Meksikalı və Che silahlarını yoxlayırlar)

MARİA (Qapının gözlüyündən baxıb açır) Xoş gəldin Fidel. Xoş gəldin Raul.

(Fidel və Raul içəriyə girirlər)

FİDEL Salam yoldaşlar!

RAUL Salam!

CHE Salam olsun Moncada qəhrəmanına.

DİGƏRLƏRİ Xoş gəldiniz…

(Fidel Cheyə baxar)

FİDEL Che olmalısan!

CHE Məndən daha yaraşiqlıymış. Geri götürürəm iddiamı.

FİDEL Məncə sən daha yaraşiqlısan. (Fidel və Che cani könüldən əl sıxışırlar) Qardaşim Raul…

HİLDA (İkisinin də əlini sıxarkən) Hilda.

MEKSİKALI Onsuz da tanıyırıq bir-birimizi. Yenidən xoş gəldiniz.

MARİA Gecikdiniz. Nigaran qaldıq

FİDEL (Oturarkən) Batistanın adamları küçələri tutmuşdu yenə də. Onlarla qacdı –qovdu oynamaq olduqca zövqlü olur. Ancaq nə fayda ki, dostlarımızı gözlətmək məcburiyyətində qalırıq.

(Gülüşürlər)

MEKSİKALI Bir qədəh takiləyə nə deyərsiniz?

FİDEL Soyuqdan gəldik. Rədd edilə bilərmi belə bir təklif ? Nə deyirsən Raul?

RAUL Bəli mən də üsüdüm . Qızışmaq gərək. Üstəlik bir az da acam

CHE Daxili işlər nazirimiz uyğun görürsə mən də üsüməyə başladım.

HİLDA (Yumşalmışdır) Cox az olsun . Qədehin yarısı qədər.

CHE Buna da teşekkür Hilda.

(Meksikalı hazırlamışdır qədəhləri, Maria paylayır. Hilda özününkini nəzakətli rədd edir)

FİDEL (Ayağa qalxır) Qədehimi daha yaşanılacaq bir dünya üçün qaldırıram.

DİGƏRLƏRİ (Hilda da boş bir qədəhi qaldıraraq) Sağlamlıq və müvəffəqiyyətə.

CHE Moncada qəhrəmanının şərəfinə!

MARİA Kuba'nın qurtuluşuna!

RAUL Güney Amerika xalqlarının özgürlüyünə.

FİDEL Məşhurluğu ilə bütün Güney Amerikada duyulmuş olan Cheyə.

DİGƏRLƏRİ Cheyə!

(Otururlar)

FİDEL Baxın yoldaşlar! Sözü uzatmağın gərəyi yox. Məqsədimiz, Gьney Amerika xalqlarının imperializmin pəncəsindən bir an öncə qurtarılmasıdır. (Digərləri və əsasəndə Che diqqətlə dinləyir Fideli) Şübhəsiz başlanğıc öz yurdumadır. Çünkü uyğundur şərtlər. (İzah etdikləri canlandırılmaqdadır fonda) Kubada kərpiç evlərdə yaşayır insanlar. Şəhərlərdə və çöldə, dörd yüz min ailə, demək olar ki, sağlamlıqsız şərtlərdə, yəni nüfuzun yüzde doxsanı bitlərə bərabər bu kərpic evlərdə həyat savaşi verir. Qadınlarımızın və gənc qızlarımızın haradasa yüzdə iyirmi beşi bir loxma çörək üçün fahişəlik edir. Daha da pisi Batista deyilən bir zalım, bu gerçəklərin dəyişdirilməməsi üçün xalqın təpəsinə dəmir yumruğuyla vurmaqda davam edir. Xalqımızın böyük bir hissəsi oxuma yazmağı belə bilmir. Gençlərimiz və ziyalılarımız həbsxanalarda hər cür pis rəftar və işgəncənin ağrılarıyla qıvrılıb əzab çəkirlər. Hədəfimiz bütün bu mənfilikləri dəyişdirməkdir. Önderlerimiz isə Bolivar və Jose Martı. Çünkü o nəsillərdən gəlirik biz.

CHE Necə olacaq bu iş?

FİDEL (Qərarlı) Döyüş üçün təchiz edilmiş bir yaxta ilə çixacayiq Kubaya və yönətimə əl qoyacağıq. Və alın yazısı kimi görünən bu pislikləri dəyişdirəcəyik! Ya özgür olacağıq, ya da öləcəyik! Həm də ən qısa zamanda! Sovet Sosialist Respublikalar Birliyi ilə Çin Xalq Respublikası təbii müttəfiqimizdir .

CHE Sovet və Çin xalqları o qədər bənzəyir ki xalqlarımıza. Bu təbiidir.

FİDEL Ancaq ABŞi da almamalıyıq qarşimıza. Heç olmasa bu mərhələdə. Çünkü Mayamidən ən böyük köməyi Kubanın Respublika devrim başçisı Piro edir bizə. Batista ortaq düşmənımız deyilmi?

HİLDA Kiminlə edəcəksiniz bu hərəkəti?

FİDEL Savaşçilarımız hazırlanırlar buna. İnanaraq və qərarlılıqla. Bu bir xəyal deyil. Çünkü xalq bizə qatılmaq üçün gözləyir ! Orada bir problem yoxdur. Bizə bir həkim gərək.

CHE Varam.

FİDEL Sağ ol Che.

MARİA Chenin bizə qatılacağını bilirdim.

MEKSİKALI Ona yaraşan budur Maria.

HİLDA Bu hərəkətdə mən də qatılmaq istəyərəm.

FİDEL (Qırmamaq üçün diqqətlə seçər sözlərini ) Güc qatarsan Hilda yoldaş. Amma bir körpə gətirəcəksən dünyaya. İndi analıq vəzifəni yerinə yetirməlisən . İncimə məndən, qırılma. Hərəkətimiz gözləmir çünki . Sənə də vəzifə sırası gələcək . Ancaq Kubanın qurtuluşuyla bitməyəcək işimiz.

CHE Necə?

FİDEL (Kibrit qutusundan tək bir kibrit götürür və uzadır Cheyə) Qıra bilərsənmi bunu?

CHE (Alır) Şübhənmi var bundan? (Qırır)

FİDEL (Bu dəfə bir çox kibriti bir araya toplayıb uzadar) İndi sınayarsanmı qırmağı? (Che götürər, qırmağı sınayar, qıra bilməz) Güney Amerika ölkələrinin güc birliyi gücləndirəcək zəfərimizi!

(Che ayağa qalxır, Fidelin yanına gəlir. Fidel də qalxır ayağa)

CHE Səni tanıdığıma çox sevindim Fidel.

FİDEL Mən də Che, mən də…

(İllərlə tanış olurlarmış kimi qucaqlaşirlar ürəkdən Che ilə Fidel. Və birlikdə bir mahnı söyləməyə başlayırlar)
1. BÖLÜMÜN SONU

İKİNCİ HİSSƏ
X
Başda Fidel Kastro və Che Guevara olmaq üzrə partizanlar səssizcə, edəcəkləri hərəkata hazırlaşirlar . Hazırlıq haqqında göstərişi General Alberto Bayo etdirir. Rəqs etməkdədirlər və pıçıltıyla mahnı söyləyirıər.
PARTİZANLARIN İNQİLAB MAHNISI
İnanırıq hamımız,

Qərarlıyıq hər şeyə!

Maneələri aşarıq!

Tunc kimiyik hamımız!

(Gürəş tutur partizanlar)

Haradan gəlirsə gəlsin,

Qorxmayırıq heç nədən !

Çox gözəl bilirik ki,,

Ölümsüzlükdür niyyətimiz!

(Basketbol və futbol oynayırlar)

Maneələri aşmaq üçün,

Silahımız güvəncimiz!

Batista deyilən zorba,

Yıxılacaq yaxında!

(Dağlara dırmaşirlar)

Ey Batista, Batista!

Yoxsulların düşməni,

Kapitalizmin maşası,

Gənclərin baş cəlladı!

(Yaxın döyüş texnikaları)

İmperializmin iti,

Nazizmin üz qarası,

ABŞin zopası,

Gələcəyik yaxında!

(Silah atış təlimləri)

Ada’mız haram sənə!

Tökdüyün qanda boğulub,

Hesabını verəcəksən!

Gözlə bizi, gəlirik!

XOR


Müəllimləri, İspaniya daxili Döyüş əsnasında Cumhuriyətçi

Ordunun da generallarından olan Alberto Bayo.

O da kimin kimsəsi? Meksika polisi həbs edir Fidel və Cheni

(Fidel və Chenin yaxalanması canlandırılır)

CHE (Məktub yazır ana-atasına. Əhvalı olduqca pisdir) Ya Fidellə birlikdə qazanacağam, ya da öləcəyəm. Bu andan başlayaraq ölümümü bir uduzma olaraq qiymətləndirməyəcəyəm. Əksinə Türk şair Nazim Hikmət kimi belə deyəcəyəm: "Yalnız yarım qalmış bir mahnının ağrısını torpağa götürəcəyəm." Hamınızı qucaqlayıram.

XOR


Bir həftə arayla, əvvəlcə Fidel sonra da Che sərbəst buraxıldılar.

Yüklə 292,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin