TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə31/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

 

 

376


“SƏFƏR”  MƏRASİMİ 

    1.“Səfər” Mərasiminin Yazısı Safruha tapşırılır. 

2.Mərasim  Ata  Sözündən,  Evlad  Qəbulundan,  Səfər  İzharından, 

Ruhani Sənədlər oxunuşundan ibarət olur. 

3.Mərasim Yazısı Sərt Ayın 20-də Ataya çatdırılır. 

 

EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 

   ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Qəbul olunur. 

2. Ailə “Fikir Evi” yaratmaqda ləngiyir. 

3. Amallaşmada Durğunluq var. 

    4. Ailə Evlad yetirmir. 

5. Evladların Doğmalıq səviyyəsi Mütləq deyil. 

6. Ailə köklü İrəliləyişə nail olmalı, yaxud ləğv olunmalıdır. 

Geriləmə ölümdür! 

 

EVLADIM  ÖZÜMLÜNÜN  

     TƏMSİL  ETDİYİ  ATA  AİLƏSİNƏ 

Özümlünün Rayon hakimiyyətiylə əməkdaşlığı aşağıdakı Əməllərə 

xidmət etməlidir. 

    1. Mütləqə İnamı camaata öyrətmək. 

2. Ocağın Ailə qaydalarını camaata öyrətmək. 

3. Ocağın Matəmüstü Kəlamlarını camaata öyrətmək. 

4. Ocağın Ruhani Cəmiyyət İdealını camaata öyrətmək. 

5. Özümlü Şərq İdealını camaata öyrətmək. 

6. İnsanlaşmanı camaata öyrətmək. 

7. Ocaq Bayramlarını camaata öyrətmək. 

8. Təhsil müəssisələrində Ocaqçılıq öyrətmək. 

Bu əməllərə xidmət mümkün olmasa, əməkdaşlıq da-

yandırılmalıdır. 

5 Murad günü, Sərt Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  GÜNRUHA 

Günsüzdürlər Bugünkülər – çünki Ruhsuzdurlar. 

Gün Ruhluyuq – İnamlıyıq, İdraklıyıq, Mənəviyyatlıyıq, İradəliyik. 

Mütləqə İnanırıq. 

İnsanlaşmaya İnanırıq. 

Ruhani Cəmiyyətə İnanırıq. 

Özümlü Şərqə İnanırıq. 

Müstəqil Vətənə İnanırıq. 



 

377


İnam adlı Günümüz var – Dinə qarşı duran, Mütləqsizliyə qarşı duran. 

     Qismətçiliyə qarşıyıq, Maddiyyatçılığa qarşıyıq. 



    “Günruh”  adını sənə halal eləyirəm. 

     Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

(Yaşamda adı Sevinc İsmayıl qızı idi. Döndü). 

 

EVLADIM  İNAMYURDA 

 İnam Yurdu olmalıdır Vətənimiz. 

 İdrak Yurdu. 

 Mənəviyyat Yurdu. 

 İradə Yurdu. 

 İnsanlaşma Yurdu. 

 Ruhani Cəmiyyət Yurdu. 

 Müstəqillik Yurdu. 

 Özümlü Şərq Yurdu. 

İnamsızdırlar Bugünkülər – Bu səbəbdən də Yurdsuzdurlar. 

Ruhsuzdurlar. Nursuzdurlar. 

İnam əvəzinə Dinə tapınırlar – İnamsızlığa tapınırlar. 

     İnam əvəzinə Varidata tapınırlar – İnamsızlığa tapınırlar. 

“İnamyurd” adını sənə halal eləyirəm. 

     Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

12 Murad günü, Sərt Ay, 14-cü il. Bakı. 

(Həyatda adı Mahir). 

 

HƏQİQƏT 

Ocaqda Sıravi Adam Yoxdur. 

Ocaqçılıq – Sıravilikdən çıxmaqdır. 

 

OCAQ LƏYAQƏTİ 

Yalansız İnam. 

Təmənnasız Əməl. 

Güzəştsiz Doğmalıq. 



 

ÖZÜMLƏŞMƏ  MÜTLƏQİLİYİ 

Özgələrdən Çəkindiyin qədər Özündən Çəkin. 

Özgələrdən Qorxduğun qədər Özündən Qorx. 

Özgələrdən Utandığın qədər Özündən Utan. 



Özün – Özünün Ölçün ol! 

 

 

378


OCAQ  İNSANSEVƏRLİYİ 

Adamdakı İnsanı sevmək. 

Özündəki İnsanı öldürən Adamı Adam saymamaq. 

Adamdakı Məxluqla döyüşmək. 

Adamı İnsanlaşdırmaq. 

14 Arzu günü, Sərt Ay, 14-cü il. Bakı. 

 

GƏNCLİK  İNSTİTUTUNDA  GÖRÜŞ 

Görüş Ocaq çağırdı, Ocağa çağırdı. 

Düzgünün Təşkilatçılığı Təqdir olunur. 

 

ŞƏMKİRDƏ  ATAYLA  GÖRÜŞ 

Görüş Ocaq çağırdı, Ocağa çağırdı. 

Ulutayın – Şəmkir Ailəsinin – Təşkilatçılığı Təqdir olunur. 

 

MASALLIDA  ATAYLA  GÖRÜŞ 

Görüş Ocaq çağırdı, Ocağa çağırdı. 

Halalın Təşkilatçılığı Təqdir olunur. 

 

TƏQDİR 

Safruhun Ocaq Yazarlığı Təqdir olunur. 



 

TƏQDİR 

Soylunun Atagüzarlığı Təqdir olunur. 



 

TƏQDİR 

Yolnurun Səfərgüzarlığı Təqdir olunur. 



20 İnam günü, Sərt Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

 I. Hesabat Təqdir olunur. 

II. Qadınlıq və Gənclik İdeyaları aşkarlansın. 

III. Təzə Ocaq Əməllərinə hazırlaşın. 



21 Arzu günü, Sərt Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  GÖYNURA 

İnam – Göy Nurudur – Yeri İşıqlandıran. 

İdrak – Göy Nurudur – Yeri İşıqlandıran. 

Mənəviyyat – Göy Nurudur – Yeri İşıqlandıran. 

İradə – Göy Nurudur – Yeri İşıqlandıran. 


 

379


İnam Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza. 

İdrak Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mənəviyyat Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza. 

İradə Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza. 



“Göynur”  adını sənə halal eləyirəm. 

 Adına layiq ol. 

    Qaranlıqlar Yarılsın! 

22 Ümid günü, Sərt Ay, 14-cü il. Bakı. 

(Yaşamda adı Qaryağdı qızı Elmira idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ELSAFA 

    Elin Safı olmalıyıq. 

    Elin İnamı olmalıyıq. 

           İdrakı olmalıyıq. 

           Mənəviyyatı olmalıyıq. 

           İradəsi olmalıyıq. 

    İnamsızdır Bugünkülər – Saflıqdan məhrumdurlar. 

    İdraksızdır Bugünkülər – Saflıqdan məhrumdurlar. 

    Mənəviyyatsızdır Bugünkülər – Saflıqdan məhrumdurlar. 

    İradəsizdir Bugünkülər – Saflıqdan məhrumdurlar. 



    “Elsaf” adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

    Qaranlıqlar yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



27 İnam günü, Sərt Ay, 14-cü il. Bakı. 

(Yaşamda adı Xəyyam idi. Döndü). 

 

FƏRQ 

Özümləşdiyin dərəcədə – Doğmalaşırsan. 

Hamılaşdığın dərəcədə – Yadlaşırsan. 

 

ÖLÇÜ 

İnamın elə Uca olsun ki, Şübhə Ona Çata bilməsin. 

İnamın elə Yaxın olsun ki, Ondan Ayrıla bilməyəsən. 

2 Murad günü, Qar Ayı, 14-cü il. Bakı. 

 

ƏLAQƏ 

Azadlıq Məsuliyyəti 

Əsarət Məsuliyyətsizliyi. 

7 Mərhəm günü, Qar Ayı, 14-cü il. Bakı. 

 


 

380


FƏRQ 

İctimai İdeal – Cəmiyyətləşmə. 

Ruhani İdeal – İnsanlaşma. 

12 Ümid günü, Qar Ayı, 14-cü il. Bakı. 

 

“AİLƏ  GÜNÜ”  MƏRASİMİ 

I. Mərasim Mütləqilik səviyyəsində keçirilməlidir. 

II. Məzmun: Evlad Qəbulu, Evlad Sözü, Ata Kəlamı. 

III. Mərasimin Yazısı və Carları Soyluya həvalə olunur. 

IV. Yazı Qar Ayının 30-da Ataya Təqdim olunur. 

20 Dözüm günü, Qar Ayı, 14-cü il. Bakı. 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ UNİVERSİTET   



ATA  AİLƏSİNİN HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Ailə “Ruhani Əməl Fəaliyyəti”nə başlasın. 

3. Ailə Gənclik – Qadınçılıq Ruhçuluğunu Yüksəltsin. 



26 Arzu günü, Qar Ayı, 14-cü il. Bakı. 

 

EVLADIM  ELƏRƏ 

İnam Ərləri gərək Elimizə. 

İdrak Ərləri gərək Elimizə. 

Mənəviyyat Ərləri gərək Elimizə. 

İradə Ərləri gərək Elimizə. 

İnsanlaşma Ərləri gərək Elimizə. 

Ruhani Cəmiyyət Ərləri gərək Elimizə. 

Şərqləşmə Ərləri gərək Elimizə. 

Müstəqil Vətən Ərləri gərək Elimizə. 

“Elər”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



(Yaşamda adı Kamil Xəlil oğlu idi. Döndü). 

 

EVLADIM  ELXASA 

İnam Xası, Xalisi olmalıyıq. 

İdrak Xası, Xalisi olmalıyıq. 

Mənəviyyat Xası, Xalisi olmalıyıq. 

İradə Xası, Xalisi olmalıyıq. 

El Xası, Xalisi olmalıyıq. 

Xaslıq, Xalislik gətirməliyik Yurdumuza, Şərqimizə, Dün- 


 

381


yamıza. 

    Mütləqilik Xaslığı, Xalisliyi gətirməliyik. 

    İnsanilik Xaslığı, Xalisliyi gətirməliyik. 

    Ruhanilik Xaslığı, Xalisliyi gətirməliyik. 

    Müstəqillik Xaslığı, Xalisliyi gətirməliyik. 

   “Elxas“ adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar yarılsın! 

1 Köçəri Ay, Arzu günü, 14-cü il. Bakı. 

(Yaşamda adı Bayraməli oğlu Asif idi. Döndü). 

  

EVLADIM  GÜNTƏKİNƏ 

Gün təkin Amalımız var – İnamımız var, İdrakımız var, Mənəviyyatımız 

var, İradəmiz var. 

    Gün təkindir – Mütləqiliyimiz; 

                           İnsanlaşma Yükümüz, 

                           Ruhani Cəmiyyət Yükümüz, 

                           Müstəqil Vətən Yükümüz, 

                           Özümlü Şərq Yükümüz. 

    Günsüzdürlər Bugünkülər – İnamsızdırlar, 

                                                 İdraksızdırlar, 

                                                 Mənəviyyatsızdırlar, 

                                                 İradəsizdirlər. 

    Amal Günü Düşməlidir Yurdumuza, Şərqimizə, Dünyamıza – İnam 

Günü, İdrak Günü, Mənəviyyat Günü, İradə Günü. 

    “Güntəkin”  adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 

    Yükümüzdən böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Zərifə Qurban qızı idi. Ocaqdan çıxdı). 

 

EVLADIM   NURTAYA 

Qaranlığa qərq olub Yurdumuz, Şərqimiz, Dünyamız. 



Nura tay olmalıyıq. 

İnam Nuru saçmalıyıq. 

İdrak Nuru saçmalıyıq. 

Mənəviyyat Nuru saçmalıyıq. 

İradə Nuru saçmalıyıq. 

Mütləqilik Nuru saçmalıyıq. 

İnsanlaşma Nuru saçmalıyıq. 

Ruhani Cəmiyyət Nuru saçmalıyıq. 



 

382


Müstəqil Vətən Nuru saçmalıyıq. 

Özümlü Şərq Nuru saçmalıyıq. 



“Nurtay“  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Vaqif oğlu Anar idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ULUYURDA 

Uludur Yurdumuz. 

Zərdüşt Ululuğu daşıyır Aqibətində. 

Babək Ululuğu daşıyır Aqibətində. 

Dədə Qorqud Ululuğu daşıyır Aqibətində. 

Hürufilik Ululuğu daşıyır Aqibətində. 

Füzulilik Ululuğu daşıyır Aqibətində. 

Muğam Ululuğu daşıyır Aqibətində. 

Saz Ululuğu daşıyır Aqibətində. 

Ululuqdan uzaqdırlar Bugünkülər. 

İnamdan uzaqdırlar. 

İdrakdan uzaqdırlar. 

Mənəviyyatdan uzaqdırlar. 

İradədən uzaqdırlar. 

Bugünü ötmək gərək – Ululuğa çatmaq gərək. 

“Uluyurd”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Vaqif idi. Ocaqdan çıxdı). 

 

ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ  

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

    1. Hesabat Qəbul olunur. 

2. Ata Hökmünə əməl etməli. Ailənin Ruhani səviyyəsini Yüksəltməli. 

 

ULUTAYIN  TƏMSİL  ETDİYİ 



ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Amallaşma – İnsanlaşma – Xalqlaşma Birliyinə çatmalı. 

5 Qismət günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 

 


 

383


KİŞİ – QADIN 

Kişi bir az Qadın olmalıdır – Zərif olmalıdır. 

Qadın bir az Kişi olmalıdır – Güclü olmalıdır. 

Kişi Qadın üçün bir az Ata olmalıdır. 

Qadın Kişi üçün bir az Ana olmalıdır. 

 

HƏQİQƏT 

Bir Adam olmur: Adam İkilidir, Üçlüdür, Beşlidir. 

Bir İnsan olur. İkili, Üçlü, Beşli İnsan olmur. 



13 Murad günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 

“YENİ  İL”  MƏRASİMİ  HAQQINDA 

    1. Mərasim Mütləq İntizam, Mütləq Səcdə, Mütləq Doğmalıq 

səviyyəsində keçməlidir. 

2. Mərasimin Yazısı Safruha tapşırılır. 

3. Yazı Köçəri Ayın 22-də Ataya Təqdim edilir. 



16 Ümid günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ UNİVERSİTET  

 ATA  AİLƏSİNİN HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. İkilikdən Ayrılmaq Fəaliyyətinə Başlamaq. 

3. Ocağa Evladlar gətirmək. 



17 Dözüm günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  RUHÇUYA 

Biz – Ruhçuyuq – İnamçıyıq, İnsançıyıq –  

İnamı – Dindən, İnsanı – Zamandan qoruyuruq. 

Din – İnamsızdır, çünki İnsana İnanmır. 

Zaman – İnsansızdır, çünki İnsana İnanmır. 

İnsandakı Mütləqiliyə İnanırıq. 

İnsanlaşırıq – İnsanlaşdırırıq. 

Ruhaniyyatı Maddiyyatdan Üstün sayırıq. 

Cəmiyyətçiliyə qarşıyıq, Xəlqi Birlik carçısıyıq. 

Təqlidçiliyə, Qərbçiliyə qarşıyıq. 



Yurdumuzu Dünyalaşdırmaq istəyirik – Dünyaya qatmaq istəmirik. 

“Ruhçu“  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



21 İnam günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 

 

384


EVLADIM  ƏRAMALA 

Amal Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Dinə qarşı duran İnamçılar. 

Zamana qarşı duran İnsançılar. 

Ruhsuzluğa qarşı duran Ruhçular. 

Xalqsızlığa qarşı duran Xalqçılar. 

Təqlidçiliyə qarşı duran Özümçülər. 

İdrak Ərləri. 

Mənəviyyat Ərləri. 

İradə Ərləri. 



“Əramal”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən böyük Fərəhimiz yoxdur! 



27 Murad günü, Köçəri Ay, 14-cü il. Bakı. 

(Yaşamda adı Firqət oğlu Vəzir idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  GÖYANDA 

Göy Andlıyıq. 

Amal Andlıyıq. 

İnam Andlıyıq. 

İnsan Andlıyıq. 

Yurd Andlıyıq. 

Mütləq Andlıyıq. 

Göysüzlüyə qarşı Ruhani Döyüş Andlısıyıq. 

Amalsızlığa qarşı Ruhani Döyüş Andlısıyıq. 

İnamsızlığa qarşı Ruhani Döyüş Andlısıyıq. 

İnsansızlığa qarşı Ruhani Döyüş Andlısıyıq. 

Yurdsuzluğa qarşı Ruhani Döyüş Andlısıyıq. 

Mütləqsizliyə qarşı Ruhani Döyüş Andlısıyıq. 

“Göyand”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Mustafayeva Aynur idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ƏRİNAMA 

İnam Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mütləqilik Ərləri – Əzəlilik, Əbədilik, Sonsuzluq. 

Kamillik Ərləri. 

İnsanilik Ərləri. 


 

385


Xeyir Ərləri. Ədalət Ərləri. Həqiqət Ərləri. 

Yurdçuluq Ərləri. 

Şərqçilik Ərləri. 

Dinə qarşı duran. 

Zamana qarşı duran. 

“Ərinam”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Elşad idi. Döndü). 

 

EVLADIM  ƏRRUHA 

Ruh Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Təmənnasızlar, Fədakarlar. 

İnam Aşiqləri. 

İdrak Aşiqləri. 

Mənəviyyat Aşiqləri. 

İradə Aşiqləri. 

Yurd Aşiqləri. 

İnsançılar. 

Mənaçılar. 



“Ərruh“  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Əlövsət Əsəd oğlu idi. Döndü). 

 

EVLADIM  GÜNƏRƏ 

Saflıq Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 



Gün kimi saf ərlər gərək. 

Saf İnam Ərləri gərək. 

Saf İdrak Ərləri gərək. 

Saf Mənəviyyat Ərləri gərək. 

Saf İradə Ərləri gərək. 

Yurdçuluq Saflığı gərək – Gün kimi. 

İnsançılıq Saflığı gərək – Gün kimi. 

“Günər”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



28 İnam günü, Köçəri Ay, 14-cü il. Bakı. 

(Qeyd: Yaşamda adı – ?.. Ocaqda olmayıb). 

 

386


EVLADIM  ODTƏKİNİN  TƏMSİL  ETDİYİ 

     ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Odtəkinin Təmsilçilik Yükü Təqdir olunur. 

3. Ata Hökmləri həyata keçməli: Ailə Böyüməli; Fikir Evi Ucalmalı; 

Ruhani Əməl Xalqlaşmalı. 

4. Mütləq özümləşmə Məqsədinə çatmalı. 

Qaranlıqlar Yarılsın! 

2 Ümid günü, Günəş Ayı, 15-ci il. Bakı. 

(Odtəkinin təmsil etdiyi Ailə – ona qədər Özümlünün təmsil etdiyi Ailə idi). 

 

EVLADIM  ULUNURA 

Həyat Qaranlığını Amal Nuruyla Yarmaq gərək! 

İnam Nuru olmalıyıq – Din Qaranlığını Yaran! 

İdrak Nuru olmalıyıq – Zor Qaranlığını Yaran! 

Mənəviyyat Nuru olmalıyıq – Həqarət Qaranlığını Yaran! 

İradə Nuru olmalıyıq – Cəmiyyət Qaranlığını Yaran! 

Mütləqçi Nuru olmalıyıq – Nisbiçiliyi Yaran! 

İnsançı Nuru olmalıyıq – Dövrançılığı Yaran! 

Şərqçi Nuru olmalıyıq – Təqlidçiliyi Yaran! 

Xalqçı Nuru olmalıyıq – Yadlığı Yaran! 

Müstəqilçi Nuru olmalıyıq – Əsarəti Yaran! 



“Ulunur“  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



3 Günəş Ayı, Dözüm günü, 15-ci il.  

(Bu  adı  almalı  olan  adam  “Yas  Günü”  Mərasiminə  gəlmədi,  Evladlığa 

qəbul olunmadı). 

28 Dözüm günü, Çiçək Ayı, 15-ci il.  

 

EVLADIM  UCARUHA 

                     Ruh Ucalığı gətirməliyik Yurdumuza,  

                     Şərqimizə, Dünyamıza. 

İnam Ucalığı. 

İdrak Ucalığı. 

Mənəviyyat Ucalığı. 

İradə Ucalığı. 

Mütləqçilik Ucalığı. 

İnsançılıq Ucalığı. 

Ruhçuluq Ucalığı. 



 

387


Özümçülük Ucalığı. 

Ruhsuzdurlar Bugünkülər. 

İnamsızdırlar. 

İdraksızdırlar. 

Mənəviyyatsızdırlar. 

İradəsizdirlər. 

Nisbiçidirlər. 

Zamançıdırlar. 

Maddiyyatçıdırlar. 

Özgəçidirlər. 



“Ucaruh”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



7 İnam günü, Günəş Ayı, 15-ci il. Bakı. 

(Yaşamda adı İlahə idi. Ocağa gəlmədi, ancaq Ocaqsevərliyə yüksəldi). 

 

EVLADIM  RUHTƏKİNƏ 

İnam adlı Ruhumuz var – Dinə Yad. 

Amal adlı Ruhumuz var – Zamandan Üstün. 

Mütləqçiyik – Nisbiçiliyə Yad. 

İnsançıyıq – Adamçılıqdan Üstün. 

Özümçüyük – Özgəçiliyə Yad. 

Mənaçıyıq – Hadisəçilikdən Üstün. 

Vicdan – Hakimimiz. 

Təmənnasızlıq – Niyyətimiz. 

Fədakarlıq – Aqibətimiz. 

İnam Dünyası yaradırıq Ömürlərdə. 

Amal Dünyası yaradırıq. 

İnsan Dünyası yaradırıq. 

Vaxt təkindirlər Bugünkülər. 

Ruh təkin olmalıyıq. 

“Ruhtəkin”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

15 Arzu günü, Günəş Ayı, 15-ci il. Bakı. 

(Yaşamda adı İlahə Məti qızı idi. Ocaqsızlaşdı). 

 

 

 

 


 

388


“QANAD”  AİLƏSİNƏ  ATA  XEYİR-DUASI 

Evladlarıma Müqəddəsçilik Ucalığı istəyiylə. 

Ata İşığı olun – Qaranlıqları Yaran – hər vaxt, hər yerdə. 

İnam İşığı olun – Din Qaranlığını Yaran. 

İnsançılıq İşığı olun – Cəmiyyətçilik Qaranlığını Yaran. 

Özümçülük İşığı olun – Özgəçilik Qaranlığını Yaran. 

İşıqlanın ki, İşıqlandırasınız. 

Bugünün havası, küləyi, əqidəsi, gedişatı Amalımızdan çox aşağıdır. 

     Dağ olun, qoy illər Yol kimi Ailənizin başına dolansın. 

     Mütləq Doğmalığa çatın. 

     Mütləq Doğmalıq İnam halıdır. 

Qaranlıqlar Yarılsın. 

     Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

28 İnam günü, Günəş Ayı, 15-ci il. Bakı. 

 

 

EVLADIM  ULUTAYIN  TƏMSİL  ETDİYİ 

ŞƏMKİR  ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Müqəddəsat ardıcıl şəkildə Özümləşməlidir. 

3. Ailə “Ocaqlaşma Əməli”nə Qoşulmalıdır. 

4. Ata İşığı olun – Qaranlıqları Yaran – həmişə və hər Yerdə! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



30 Ümid günü, Günəş Ayı, 15-ci il. Bakı. 

 

EVLADIM  ODTƏKİNİN  TƏMSİL  ETDİYİ 

      ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Qəbul olunur. 

2. Xalqlaşma Yüksəlməli, Ruhani Əməl Zənginləşməli. 

3. Təzə Evladlar Yetirilməli. 

Qaranlıqlar Yarılsın! 

4 İnam günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

 

FƏRQ 

Partiyalara qoşulurlar; Ocağa Qovuşurlar. 



8 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı. 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin