YAS MƏRASİMİ HAQQINDA
1. Mərasimin Yazısı Soyluya tapşırılır.
2. Mərasimin Məzmunu: Evlad Qəbulu; Yas İzharı; Ruhani Sənədlərin
oxunması.
3. Yazı Çiçək Ayının 20-də Ataya təqdim olunur.
11 İnam günü, Çiçək Ayı, 15-ci il. Bakı.
389
OCAQÇI HALI
Adamda çoxlu Adam var.
İnsan Birdir.
Adam Yoxsuldur, İnsan – Zəngin.
Ocaqçı – İnsan olmalıdır, Adam olmamalıdır.
İMTİNA İNTİBAHI
Ocaq Xalqı İmtina İntibahına qaldırmalıdır.
Dindən imtina İntibahına.
Kapitalizmdən imtina İntibahına.
Qərbçilikdən imtina İntibahına.
Qaranlıqlar Yarılsın.
OCAQÇININ İŞIQÇILIQ ƏMƏLİ
1. Ocaq Halı:
Yurdumuzda Ocaq Halı Yaranmalıdır.
Ocaqçılar İşıqçılıq Əməlinə Yüksəlməlidirlər.
2. Məişəti İşıqlandırmaq:
Ocağın Ailə Qaydaları öyrədilir. Atalıq – Evladlıq, Qadınlıq – Analıq
ləyaqəti Təsdiq olunur – Dinə Yad, Qərbçiliyə Yad.
Ocağın Ölüm – Həyat münasibətləriylə bağlı Kəlamları öyrədilir.
Ocaq Təqvimi öyrədilir.
Ocaq Mərasimləri öyrədilir.
Ocaq Bayramları öyrədilir.
3. Siyasəti İşıqlandırmaq:
Demokratiya Özgəçiliyini Aşkarlamaq.
Parlamentçilik Qərbçiliyini Aşkarlamaq.
Kapitalistləşmə İflasını Aşkarlamaq.
Hakimlərin Burjuylaşmasına qarşı Müqavimət Yaratmaq.
Ruhani Cəmiyyət İdeyasını yaymaq.
Ədalətçilər Birliyi Yaratmaq – Haqsızlığa qarşı duran.
“Torpaq Kəndliyə satılmamalıdır – verilməlidir!” – haqqını Kəndliyə
çatdırmaq.
“Zavod, Fabrik Kapitalistə satılmamalıdır – Fəhləyə verilməlidir!” –
haqqını Fəhləyə çatdırmaq.
Hakimlərin Camaata müntəzəm hesabatını tələb etmək.
Məhkəmənin hakimiyyətdən asılılığına qarşı çıxmaq.
Xalqın Hökumət Tədbirlərinə münasibətini Yetkinləşdirmək.
Hərbçilərdə Xalqçılıq əhvali-ruhiyyəsi yaratmaq. Mətbuat müstəqilliyini
müdafiə etmək.
390
4. Ruhani İşıqlandırma:
İnam Dinsizliyi öyrətmək.
Din İnamsızlığını aşkarlamaq.
İnsançılıq öyrətmək.
Amalçılıq öyrətmək.
Ruhçuluq öyrətmək.
Türkçülük öyrətmək.
Şərqçilik öyrətmək.
5. Miqyas:
İşıqçılıq Əməli Ailələrdə, Fikir Evlərində, Müəssisələrdə, camaat
arasında, məktəblərdə, qohum-əqrəba, tanış-dost yanında, səfərlərdə,
toy, yas yerlərində həyata keçirilir.
6. Məsuliyyət:
Ocaqçı İşıqçılıq hesabatı verir Ataya, Özünə.
Qaranlıqlar Yarılsın!
CƏNUBİ AZƏRBAYCANDA İŞIQÇILIQ ƏMƏLİ
İslamçılıqdan İmtina İşıqçılığı.
Farsçılıqdan İmtina İşıqçılığı.
Kapitalistçilikdən İmtina İşıqçılığı.
Qərbçilikdən İmtina İşıqçılığı.
26 Arzu günü, Çiçək Ayı, 15-ci il. Bakı.
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq Vəhdətinə nail
olmalı.
3. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə nail olmalı.
4. Ocağa Evlad gətirmək.
Qaranlıqlar Yarılsın!
EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ
ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə çatmalı.
3. Ocağa Evlad gətirməli.
4. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq Vəhdətinə nail
olmalı.
Qaranlıqlar Yarılsın!
391
EVLADIM SOYLUNUN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Özüylədöyüş – İşıqçılıq Vəhdətinə nail olmaq.
3. Mütləq Səcdə – Mütləq İntizam – Mütləq Doğmalıq Vəhdətinə nail
olmaq.
4. Ocağa Evlad gətirmək.
Qaranlıqlar Yarılsın!
29 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı.
EVLADLIQ MƏRASİMİ HAQQINDA
1. Mərasimin Məzmunu:
Evladların Ocaqçılıq hesabatları: – Amallaşma, İnsanlaşma,
Xalqlaşma.
Evladlığa Qəbul.
Ata Sözü.
Ruhani Sənədlər.
2. Mərasimin yazısı Safruha tapşırılır.
3. Yazı İşıq Ayının 25-də Ataya Təqdim olunur.
EVLADLARIN HESABAT–İZHAR ƏMƏLİ
Amallaşma İzharı:
Mütləqə İnamı nə səviyyədə Özümləşdirmişəm?
Özüylə Döyüşü nə səviyyədə Özümləşdirmişəm?
Ruhani Cəmiyyət İdealını nə dərəcədə Özümləşdirmişəm?
Müstəqil Vətən İdealını nə dərəcədə Özümləşdirmişəm?
Özümlü Şərq İdealını nə dərəcədə Özümləşdirmişəm?
İnsanlaşma İzharı:
Vicdançılığa nə səviyyədə Yüksəlmişəm?
Təmənnasızlığa nə səviyyədə Yüksəlmişəm?
Fədakarlığa nə səviyyədə Yüksəlmişəm?
Xalqlaşma İzharı:
Öyrəndiyimi nə dərəcədə öyrətmişəm?
17 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı.
EVLADIM ƏRRUHA
Dünya Pulçuluğa qurşanıb – Dünyanın xilası Ruhçuluqdur.
Dünya Siyasətçiliyə qurşanıb – Dünyanın xilası İnsançılıqdır.
Dünya Dinçiliyə qurşanıb – Dünyanın xilası İnamçılıqdır.
Ruh Ərləri gərək Yurdumuza, Şərqimizə, Dünyamıza.
Mütləq İnam Ərləri.
392
Mütləq İdrak Ərləri.
Mütləq Mənəviyyat Ərləri.
Mütləq İradə Ərləri.
Özüylədöyüş Ərləri.
Ruhani Cəmiyyət Ərləri.
Müstəqil Vətən Ərləri.
Özümlü Şərq Ərləri.
“Ərruh” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
(Bu adı alacaq şəxs adı aldı, Evlad oldu və Ocaqdan çıxdı. Həyat-
dakı ad-soyadı bilinmədiyinə görə Ocaqdan çıxmağı barədə Ruhani
Hökm yazılmadı).
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ UNİVERSİTET
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Ailə Yüksəlişə nail olub.
3. Bədiyyatla Təmas davam etdirilsin – Ədəbi məclisdən fərqli şəkildə.
4. Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq Kamilliyinə çatmağa
yönəlsin Ailə Əməli.
5. Müqəddəsat daha dəqiq öyrənilsin.
6. Dərgi bərpa edilsin.
ASİF ATANIN “QANAD” AİLƏSİNİN “FİKİR EVİ”NƏ XEYİR-DUASI
Evladlarıma Müqəddəslik Ucalığı Tələbiylə
Ürəyinizdə Günəş olsun!
Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya əvvəlki kimi siyasətə
tapşırılacaqsa, Ruhaniyyata tapşırılmayacaqsa – o, məhv olacaq!
Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya maddiyyatçılığa
tapşırılacaqsa, İnsaniyyatçılığa tapşırılmaya-caqsa – o, məhv olacaq!
Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, əgər dünya əvvəlki kimi dinə
tapşırılacaqsa, İnama tapşırılmayacaqsa o, məhv olacaq!
Dünyanın dünya səviyyəsində xilası yoxdur.
Dünyanın dünyadan üstün səviyyədə xilası var.
Gərək dünya Vicdançılıq əsasında təzədən qurulsun və bu qurum İn-
sanın daxilində, ağlın və ürəyin əməlində yaşasın.
Siyasət – Vicdançılıq tanımır. Siyasətdə İnsan özünə sahib olmur.
Siyasət həmişə İnsandan keçir. Və Mahiyyətcə cəzaçılıq Vicdançılığı
rədd eləyir. Bu səbəbdən də cani cəzalandırılır, cinayət yaşayır.
393
Siyasət – Təmənnasızlıq tanımır. Siyasət – özü təmənna əməlidir,
mənfəət və fürsət əməlidir.
Siyasət – Fədakarlıq tanımır, faydalıq tanıyır.
Siyasətin yaratdığı dünya – göz qabağındadır.
Tamam başqa dünya yaranmalıdır – İnsan üstə köklənən.
Maddiyyatçılıq – Maddiyyatın İnsan üzərində hakimliyidir; vasitənin
məqsədə çevrilməsidir.
Maddiyyatçılıqda İnsan özündən ayrılır; ömrünün, gününün yönü,
ahəngi zahiriyə, keçiciyə pərçimlənir və İnsani Dünya öz ahəngini itirir,
yönünü azır.
Ruhani Dünya gərəkdir İnsana. Yəni İnam Dünyası, İdrak Dünyası,
Mənəviyyat Dünyası, İradə Dünyası.
Din – yalançı inamdır, cəfəngiyyatçı inamdır, cənnətçi inamdır,
cəhənnəmçi inamdır, İnsanı alçaldan inamsızlıqdır.
Dünya İnam üstə köklənməlidir.
İnsanın Mütləqiliyi təsdiq olunmalıdır.
Onun üzərindən xurafat hakimliyi götürülməlidir.
Allah hökmdarlığı, qorxusu ləğv olunmalıdır İnsan həyatından
həmişəlik. Həm də ateizm hərcayiliyi silinməlidir həyatdan!
Qoy “Fikir Evi”nə gələnlər bilsinlər ki, Ocaq Tələbi var – tarixin fövqün-
də, bugünkü Qərbçiliyin, İslamçılığın fövqündə.
Çətin Uğurlar Ocağı Tələbi var; Məşəqqətli Yol Ocağı Tələbi var.
Dünyanı, Zamanı ötmək Tələbi var – Qədimliyimizdən gələn;
Əzəli, Əbədi, Sonsuz, Kamil Ocaq Tələbi.
Ölkəmizin Ocaqyurd səviyyəsi Tələbi var.
Qaranlıqlar Yarılsın!
28 Qismət günü, İşıq Ayı, 15-ci il. Bakı.
ODQORUYANLAR ƏMƏLİ
Evladlarım – Yurdçunun, İnamçının, Ruhçunun, İşıqlının timsalında
Odqoruyanlar Əməli yaranır.
31 Arzu günü, İşıq Ayı, 15-ci il. Bakı.
BEYLƏQAN AİLƏSİNİN FİKİR EVİNİN HESABATI HAQQINDA
1. Beyləqanda Ruhani hünər ərəfəsi yaranır – Qaranlıqları Yaran.
2. Həmin ərəfədən İrəliləmək – Hünərə çatmaqdır.
Həmin ərəfədən geriləmək – hünəri itirməkdir.
1 Şölə Ayı, Ümid günü, 15-ci il. Bakı.
394
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailə Gününüzü Atanın Son Mərasim Sözü üstə qurun.
3. Ata Hökmlərini gerçəkləşdirin!
Qaranlıqlar Yarılsın!
2 Şölə Ayı, Dözüm günü, 15-ci il. Bakı.
EVLADIM NURRUHA
Ruh Nuru daşıyırıq: İnam Nuru, İdrak Nuru, Mənəviyyat Nuru, İradə
Nuru.
İnsançılıq Nuru, Yurdçuluq Nuru, Vicdançılıq Nuru, Təmənnasızlıq
Nuru, Fədakarlıq Nuru, Xalqçılıq Nuru, Özümçülük Nuru.
Din Qaranlığını Yaran!
Kapitalizm – Sosializm Qaranlığını Yaran!
Qərbçilik Qaranlığını Yaran!
Zamandan Yüksək, Şəraitdən Yüksək, Mühitdən Yüksək, Cəmiyyətdən
Yüksək.
Əzəli, Əbədi, Sonsuz, Kamil.
Millətçilik Nuru – Mütləq Həqiqət, Mütləq Ədalət, Mütləq Xeyir Nuru.
“Nurruh” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
27 İnam günü, Şölə Ayı, 15-ci il. Bakı.
(Yaşamda adı Sakit Məmmədov idi. Ocaqdan çıxdı).
EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ
ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailə Əməlini İşıqçılıq Əməliylə birləşdirməli.
3. Ocağa Evlad Yetirməli!
28 Arzu günü, Şölə Ayı, 15-ci il. Bakı.
BAĞBANIM, ƏVƏZSİZİM
Sənin Ocağa gəlməyin – Səadət idi. Həyatdan getməyin –
Fəlakət oldu.
Saflığın Əvəzsizdi, Fədakarlığın Əvəzsizdi, Aşiqliyin Əvəzsizdi, Sakitli-
yin Qüdrətliydi, Təmkinin Hünərliydi.
Mənəviyyatın Göylüydü, Əməlin Ruh üstə köklənmişdi, Yurdçuluğun –
Nurçuluq idi.
Ocaq İşığı oldun.
395
Oda çevrildin, Ocağa qalandın, Ocaqda qaldın.
Həyat sənə qarşı namərdlik elədi.
O, sənin kimilərindən qorxur.
Çünki sən ondan üstünsən.
Ocaqda sən Ali Həyata qovuşdun – həmişəlik.
Bağbanım, Əvəzsizim – Sənsiz deyiləm – olmayacam –
Səninləyəm – Ocağımın sönməz İşığıyla.
Ocağımızda qalacağıq hamımız – Yurdumuz üçün, Şərqimiz üçün,
Dünyamız üçün!
30 Dözüm günü, Şölə Ayı, 15-ci il. Bakı.
EVLADIM ƏRNURA
Nur Ərləri gərək Yurdumuza.
Ruh Ərləri.
İnam Ərləri.
İdrak Ərləri.
Mənəviyyat Ərləri.
İradə Ərləri.
Mütləqçi Nuru gərək Yurdumuza.
İnsançı Nuru gərək Yurdumuza.
Ruhaniyyatçı Nuru gərək Yurdumuza.
Şərqçi Nuru gərək Yurdumuza.
Yurdçuluğumuz – Müqəddəsçiliyimiz – Dünyaçılığımız Birdir.
“Ərnur” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
1 Od Ayı, Mərhəm günü, 15-ci il. Bakı.
(Bu adı alacaq şəxs Evladlığa qəbul olunmadı).
EVLADLARIM UĞURA – ZAHİDƏYƏ XEYİR-DUA
Ruhani Yadlığa qarşı – Ruhani Doğmalıq Qalası tikin.
Cəmiyyətçiliyə qarşı – İnsançılıq Qalası tikin.
Dinçiliyə qarşı – İnamçılıq Qalası tikin.
Özgəçiliyə qarşı – Özümçülük Qalası tikin.
Pulçuluğa qarşı – Yurdçuluq Qalası tikin.
Ruhani Doğmalar Yetirin.
İnsançılar Yetirin.
İnamçılar Yetirin.
Özümçülər Yetirin.
İkiliyi Ömrünüzdən silin.
Ağalığa havalanmayın.
396
Xanımlığa havalanmayın.
Atalığa Qalanın.
Analığa Qalanın.
Ləyaqətə Qalanın.
Məna İşığına qovuşsun ömrünüz.
30 Qismət günü, Od Ayı, 15-ci il. Bakı.
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailə – Xalqlaşma Birliyinə çatın.
3. Özüylədöyüşün Kamillik səviyyəsinə çatın.
Qaranlıqlar Yarılsın!
2 Arzu günü, Qürub Ayı, 15-ci il. Bakı.
EVLADIM UCARUHA
Ruhumuz Ucadır.
Zərdüşt Ruhluyuq.
Babək Ruhluyuq.
Dədə Qorqud Ruhluyuq.
Hürufi Ruhluyuq.
Füzuli Ruhluyuq.
Muğam Ruhluyuq.
Saz Ruhluyuq.
Ruh Həyatdan Ucadır.
Ruhsuzdurlar, Qanadsızdırlar Bugünkülər, çünki İnamsızdırlar.
Ocaqçılıq – Ucaruhluqdur.
“Ucaruh” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
3 Ümid günü, Qürub Ayı, 15-ci il. Bakı.
(Yaşamda adı Sevinc Əli qızı idi. Ocaqdan çıxdı).
“ATA GÜNÜ” MƏRASİMİ
1. Mərasim Mütləq Səcdə, Mütləq Doğmalıq, Mütləq İntizam
səviyyəsində keçməli.
2. Mərasimin Məzmunu:
Evlad Qəbulu.
Atayla Ruhani Qovuşma – Evlad İzharı.
397
Ata Kəlamı.
Atanın Müqəddəslik İzharı.
3. Gedişatı Safruh yazır.
4. Yazı 15 Ata Ayında Ataya təqdim edilir.
Qaranlıqlar Yarılsın!
10 Qismət günü, Qürub Ayı, 15-ci il. Bakı.
EVLADIM ULURUHA
Ruhumuz Uludur.
Mütləqə İnanırıq.
İnsanlaşırıq, İnsanlaşdırırıq.
Vicdançıyıq, Təmənnasızıq, Fədakarıq.
Zamandan Üstünük, Şəraitdən Üstünük, Mühitdən Üstünük.
Din – İnamla əvəz olunmalı.
Cəmiyyət – Xalq Birliyiylə əvəz olunmalı.
Adam – İnsanla əvəz olunmalı.
Maddiyyatçılıq – Ruhaniyyatçılıqla əvəz olunmalı.
“Uluruh” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
16 Mərhəm günü, Ata Ayı, 15-ci il. Bakı.
(Yaşamda adı Əzizbala idi. Ocaqdan çıxdı).
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Son siyasət məğlubiyyətinin əsaslarını camaata anlatmalı.
İnsansızlıq məğlubiyyəti.
İnamsızlıq məğlubiyyəti.
İdraksızlıq məğlubiyyəti.
Mənəviyyatsızlıq məğlubiyyəti.
İradəsizlik məğlubiyyəti.
Zahirilik məğlubiyyəti.
Qərbçilik məğlubiyyəti.
3. Ocağa Evlad yetirməli.
Qaranlıqlar Yarılsın!
18 Murad günü, Ata Ayı, 15-ci il. Bakı.
EVLADIM YOLNURUN TƏMSİL ETDİYİ ŞƏMKİR ATA AİLƏSİNİN
HESABATLARI HAQQINDA
1.Hesabatlar Təqdir olunur. Ailə Yetkinliyinə doğru irəliləyir.
398
2.Azərbaycanda son siyasət məğlubiyyətinin İnsansızlıq məğlubiyyəti
olduğunu bilməli və camaata bildirməli.
3.Onun İnamsızlıq məğlubiyyəti olduğunu bilməli və camaata bild-
irməli.
4.Onun İdraksızlıq məğlubiyyəti olduğunu bilməli və camaata bild-
irməli.
5.Onun İradəsizlik məğlubiyyəti olduğunu bilməli və camaata bild-
irməli.
6.İndiki hakimlərin Qəyyumçu, Ağaçı olmalarını bilməli və camaata
bildirməli.
7.Ocağa Evlad yetirməli.
Qaranlıqlar Yarılsın!
25 Ata Ayı, Murad günü, 15-ci il. Bakı.
EVLADIM ÖTGÜNƏ
Zamanı ötməsən – Həqiqətə çatmazsan.
Adamı ötməsən – İnsana çatmazsan.
Siyasəti ötməsən – Ruhaniyyata çatmazsan.
Ötərini ötməsən – Əzəliyə çatmazsan.
Keçicini ötməsən – Əbədiyə çatmazsan.
Sonlunu ötməsən – Sonsuza çatmazsan.
Qeyri-Kamili ötməsən – Kamilə çatmazsan.
Bugünü ötməsən – Sabaha çatmazsan.
Ötgünlük gərək Ocaqçıya – Zamandan Üstün, Adamdan Üstün,
Siyasətdən Üstün, Ötəridən Üstün, Keçicidən Üstün, Sonludan Üstün,
Qeyri-Kamildən Üstün, Bugündən Üstün.
“Ötgün“ adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
1 Qismət günü, Xəzan Ayı, 15-ci il. Bakı.
(Yaşamda adı Müşfiq idi. Ocaqsızlaşdı).
EVLADIM YOLRUHA
Amalımız – Ruh Yoludur; –
İnam Yoludur,
İdrak Yoludur,
Mənəviyyat Yoludur,
İradə Yoludur;
İnsanlaşma Yoludur;
Ruhani Cəmiyyət,
399
Müstəqil Vətən,
Özümlü Şərq Yoludur.
Ruhsuzluğa qarşıyıq – İnamsızlığa, İdraksızlığa, Mənəviyyatsızlığa,
İradəsizliyə qarşıyıq – Yolsuzluğa qarşıyıq.
Din əvəzinə İnam, Adamlıq əvəzinə İnsanlıq, Cəmiyyət əvəzinə Birlik,
Özgəçilik əvəzinə Özümçülük bərqərar olunmalıdır – Yurdumuzda,
Şərqimizdə, Dünyamızda.
“Yolruh” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
21 İnam günü, Yağış Ayı, 15-ci il. Bakı.
(Yaşamda adı – Soltan Qalib oğlu).
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Müqəddəs Kitabların İzharlaşması Əməlinə keçməli.
3. Özüylədöyüşün – özünüdəyişmə səviyyəsini Yüksəltməli.
4. Xalqlaşmanı genişləndirməli...
Qaranlıqlar Yarılsın!
26 Qismət günü, Yağış Ayı, 15-ci il. Bakı.
EVLADIM DOĞMANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Qəbul olunur!
2. Ailə aşağıdakı İdeyaların Özümləşməsiylə məşğul olmalıdır:
Mütləqə İnam.
İnsanlaşma.
Ruhani Cəmiyyət.
Müstəqil Vətən.
Özümlü Şərq.
Din əvəzinə İnam.
Adamlıq əvəzinə İnsanlıq.
Cəmiyyət əvəzinə Birlik.
Maddiyyatçılıq əvəzinə Ruhaniyyatçılıq.
3. Bədiyyat İdeyalarla bağlı İzharlar biçimində yazılmalıdır.
Ədəbiyyat dərnəyi səviyyəsinə enməmək.
4. Kal, Ruhsuz giley-güzarlara, hərcayi ittihamlara, şikayətlərə yol ver-
məməli; Ocaq məbədliyini, müqəddəsliyini iclas bəsitliyindən,
bayağılığından qorumalı.
5. Mütləq Səcdə, Mütləq İntizam, Mütləq Doğmalıq Birliyinə Yetməli.
Qaranlıqlar Yarılsın!
400
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailədə Amallaşma Əməli aşağıdakı İdeyaların Özümləşməsi
Biçimində gerçəkləşsin:
Din əvəzinə İnam.
Adamlıq əvəzinə İnsanlıq.
Cəmiyyət əvəzinə Birlik.
Maddiyyatçılıq əvəzinə Ruhaniyyatçılıq.
3. Ailədə İnsanlaşma İdeyası aşağıdakı İdeyaların özgələşməsi
Biçimində gerçəkləşsin:
Ocağa qədərki “Mən”.
Ocaqdakı “Mən”. Fərq. Nəticə.
4. Ailədə Xalqlaşma Ailənin Ailədən kənara çıxması, camaatla Ailənin
Ruhani Təması Biçimində gerçəkləşsin.
27 Murad günü, Yağış Ayı, 15-ci il. Bakı.
SADİQƏ
Təcili olaraq Kitabı Elucaya ver.
Sən Ziyankarlıq eləyirsən.
20 səhv yox, 100 səhv də olsa, Kitabın çıxması – çıxmamasından
yaxşıdır.
Sabah Kitab Nəşriyyatda olmalıdır.
Belə getsə, səni Kitab işindən ayıracam.
Qaş qayırdığın yerdə göz çıxarırsan.
6 Sərt Ay, Arzu günü, 15-ci il. Bakı.
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ
Dostları ilə paylaş: |