TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə35/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
#691
1   ...   30   31   32   33   34   35   36   37   38

ATA HÖKMÜ 

1.Müqəddəs Kitablar əsasında Amal – Vətən ideyasıyla 

yaraqlanırsınız. 

Kitabları hələlik aparmırsınız, İdeyanı aparırsınız. 

2.Müqəddəs  Fəaliyyəti  –  Mənəviyyatsızlıq,  Ləyaqətsizlik,  Özgələşmə 

bəlasının şərhiylə başlayırsınız. 

Həyatımızda  Yadlıq  fəlakətinin  dəhşətli  yırtıcılıq,  harınlıq,  əxlaqsızlıq, 

xurafat uçurumu yaratdığını göstərirsiniz. 

Cavanların  yamanlığa  hədsiz  meylini,  ziyalıların  işıqsızlığını,  xalqın 

çirkab selinə düşməsini anladırsınız. 

Formal xalqa çevrilmək təklükəsinin gerçəkliyini söyləyirsiniz. 

Ruhani Müqavimət İdeyasını irəli sürürsünüz (“Əməl” Əsasında). 

3.Fəaliyyətin  ikinci  Mərhələsində  Yüksək  Ruhani  Səviyyədə  Ata 

haqqında, 

Atalıq 

Haqqında, 



Hərəkatımızın 

Məqsədi, 

Mahiyyəti, 

Bənzərsizliyi 

haqqında 

Müqəddəs 

Söz 

söyləyirsiniz,  Münasibət 



yaradırsınız.    (Ünvan ünsiyyətinə qədər). 

 

429


4.Üçüncü  Mərhələdə xalqı  Müqəddəs  Kitablara  qovuşdurmaq  əməlinə 

qədəm qoyursunuz. 

Ruhani  Müəllimlik  Yüksəkliyinə  qalxırsınız  (Öyrətməni  “Bədiiyyat”dan 

başlamaq olar). 

5.Dördüncü  mərhələdə  Bəyənilmiş,  Seçilmiş  şəxslərdən  ən  ləyaqətlisi 

–  Ataya  Münasibət  Qanunlarına  Mütləq  riayət  yetkinliyində  –  Ata 

hüzuruna  dəvət  olunur,  Atanın  xeyir-duasına  layiq  görülür  və 

hərəkatımıza qoşulur. 

Xalq sizi gözləməyən görünür, əslində isə o, sizi gözləyir. 

Sərt Ay, Yeddinci il. Bakı. 

 

SALAM LƏYAQƏTİ 

Salam – hörmət rəmzidir. 

Hörmətsizə salam vermək – salamı hörmətdən salmaqdır. 

Formallaşan ölür. 

Salamı öldürmək olmaz. 

Yalnız hörmətə layiq adamlara salam verilir. 



Salam – salama layiq olanındır. 

Hörmət etmədiyin adama salam vermək – ruhani həqarətdir. 

 

MÜQƏDDƏS RƏMZLƏR 

Hürmüzd İşığı. 

Babək Fərəhi. 

Qorqud Ağsaqqallığı. 

Nəsimi Sığmazlığı. 

Füzuli Aşiqliyi. 

Muğam Hikməti. 

Saz Dəyanəti. 

 

XALQLAŞMAQ 

I.  Xalqı  bu  gün  ən  çox  şəhərdəki  aşağı  təbəqə,  rayondakılar  və 

kənddəkilər təmsil edirlər. 

Ana dilini yaşadan onlardır. 

Qədimliyi yaşadan onlardır. 

Xalqla ruhani birlik yaratmaq, xalqlaşmaq gərəkdir! 

II. Yaşayış  ərazilərində,  müəssisələrdə,  iş  yerlərində  xalqla  təmas 

yaradılır, vaxtaşırı rayonlara, kəndlərə səfər edilir. 

III.  Xalqdan ana dilində danışmaq öyrənilir. 

Qocaları danışdırmaq, onların dilini hifz etmək, mənimsəmək. 



Xalqdan qədimlik öyrənilir. 

Seçmə adətlər, ənənələr hifz edilir, qorunur, sabaha çatdırılır. 



 

430


IV.  Xalq həm də öyrədilir. Ləyaqətlə, mətanətlə, səbrlə; yetkin ağılla, 

iradəylə,  ardıcıl  şəkildə, tədricən xalqı  şərdən  ayırmaq;  şərin mahiyyətini 

açıb göstərmək; xalqı ayıltmaq, şərə qarşı ruhani döyüşə çağırmaq! Onu 

böyütmək! 

V. Xalqı Ataya qovuşdurmaq, amallaşdırmaq! 



  

ODU  QORUMAQ 

I.  Evladların  ev  gündəliyi,  səfər  gündəliyi,  İş  gündəliyi,  Atayla  görüş 

gündəliyi olmalıdır. 

Həmin  gündəliklərdə  hərəkatımızın  ən  cüzi  hadisələri,  xassələri, 

əlamətləri,  nişanələri,  tələbləri  belə  öz  əksini  tapır,  saxlanılır,  sabaha 

çatdırılır. 

II. Ruhani Mərasimlər dəqiq şəkildə yazılır, saxlanılır, sabaha çatdırılır. 

Tariximizə  ən  kiçik  biganəlik  –  Ruhani  qəbahətdir,  İdraki 

naqislikdir. 

Müqəddəs Odu qorumaq – Mütləq zəruriyyətdir. 

 

MÜQƏDDƏS İLLƏ GÖRÜŞ 

(Ocağın qalanması iliylə) 

    Müqəddəs İlə qovuşmaq Müqəddəslikdir. 

I.  Görüş Ata müraciətiylə başlayır. 

II. Evladlar Müqəddəs İl haqqında söz söyləyirlər. 

III.  Müqəddəs Kitablardan Kəlamlar oxunur. 

IV.  Müqəddəs İlə hesabat verilir: 

Özündəki şərlə döyüş hesabatı. 

Həyatdakı şərlə döyüş hesabatı. 

Atalığı öyrənmək hesabatı. 

Atalığı öyrətmək hesabatı. 

V.  İnam, idrak, mənəviyyat, iradə, eşq atəşindən rəmzi Ocaq qalanır: 

Hürmüzd İşığı haqqında, 

Babək Fərəhi haqqında, 

Qorqud Hikməti haqqında, 

Nəsimi Həqiqəti haqqında, 

Füzuli Məhəbbəti haqqında, 

Muğam Hikməti haqqında, 

Saz Mətanəti haqqında, 

Ata Məsuliyyəti haqqında, 

Evlad Sədaqəti haqqında söz söylənilir. 

VI.  Görüş Ataya müraciətlə başa çatır. 

Evladlardan biri Müqəddəs Müraciəti Ata Hüzuruna yetirir. 

Qar Ayı, 7-ci il. Bakı. 


 

431


MÜNASİBƏT  SAFLIĞI 

İnsan Xeyirə bərabərdir. 

Adam Şərə bərabər deyil, Şərlə Xeyirin qarışığıdır. 

Şərləşən, Şərə bərabər olan – mənən ölür. 

Onun ölümünü Təsdiq etmək – yəni Onu ifşa etmək, rədd etmək, inkar 

etmək – Ruhani Borcdur. 

(Şərləşmək  –  Ataya,  Mütləqə,  Amala,  Vətənə  qarşı  çıxmaqdır; 

İnamsızlıq, 

İdraksızlıq, 

Mənəviyyatsızlıq, 

İradəsizlik 

qəbahətinə 

qovuşmaqdır). 

     

ATALILAR MÜNASİBƏTİ 

Qardaşlıq, bacılıq –  

Mütləq Həsədsizlik, 

Mütləq Rəqabətsizlik, 

Mütləq Münaqişəsizlik, 

Mütləq Mübahisəsizlik – Mütləq Doğmalıq. 



 

GÜNAH FƏLAKƏTİ 

Ata Sözünə ən cüzi xilaf – günahdır. 

Amal Tələbinə ən cüzi xilaf – günahdır. 

Günah – Fəlakətdir. 

Günahkar – Mənən ölür. 

Günah – Mənəvi Ölülük yaradır. 

Mənəvi Ölü – İnamı tərk edir. 

Köçəri Ay, 7-ci il. Bakı. 

 

 

      MÜQƏDDƏS İLƏ MÜRACİƏT 

İnamsızlar arasında İnamlıyıq! 

İnsansızlar arasında İnsanlıyıq! 

İdraksızlar arasında İdraklıyıq! 

Mənəviyyatsızlar arasında Mənəviyyatlıyıq! 

İradəsizlər arasında İradəliyik! 



Səninlə bərabər doğulduq! 

Zərdüşt qədər qədimik! 

Babək qədər qədimik! 

Qorqud qədər qədimik! 

Nəsimi qədər qədimik! 

   Füzuli qədər qədimik! 

                                    Muğam qədər qədimik! 

                                    Saz qədər qədimik! 

Əminik ki, İnsan – Mütləqləşməlidir. 


 

432


                     Cəmiyyət – Ruhaniləşməlidir. 

Dünyada Mütləqə İnam bərqərar olmalıdır. 

Şərq özümləşməlidir. 

    Üsulumuz: İnsanlaşma, İnsanlaşdırma. 

Ömrümüz – Etiqadımız!  

Amallı ilimiz, Sabahlı ilimiz, Müqəddəs ilimiz, Müqəddəsliyimiz, Salam! 

1 Günəş Ayı, 8-ci il. Bakı. 

 

ƏHVAL  QANUNU 

Evlad əhvalını sazlamağı, kökləməyi bacarmalıdır. 

Sazlanmayan, köklənməyən alətdə çalmırlar. 

Sazlanmayan, köklənməyən əhvalda fikir söylənilmir, iş görülmür. 



Günəş Ayı, 8-ci il. Bakı. 

 

ATAYLA  GÖRÜŞ  MÜTLƏQİLİYİ 

Yalnız Ömürlü, Mütləq Daxili Ehtiyac Ata Görüşünə layiqdir. 

Keçici Həvəs, Niyyət Ata Görüşünə Ziddir. 

Atayla Görüş Mütləqiliyini qorumaq Müqəddəs Borcdur. 

16 Qismət günü, İşıq Ayı, 8-ci il. 

 

         AMAL  DƏRSİ 

Öyrətmək lazımdır ki, Ata kimdir, nə istəyir; niyə Peyğəmbərlər yoxdur 

– Ata var! 

Öyrətmək  lazımdır  ki,  Mütləq  nədir,  Mütləqə  İnam  nədir;  niyə  Allah 

yoxdur – Mütləq var! 

Öyrətmək  lazımdır  ki,  İnsan  kimdir,  İnsanlaşmaq  nədir;  niyə  Adam 

yoxdur – İnsan var! 

Öyrətmək  lazımdır  ki,  Ruhani  Cəmiyyət  nədir,  ona  necə  çatmalı;  niyə 

Qeyri-Ruhani cəmiyyət Yoxdur! 

Öyrətmək  lazımdır  ki,  Müstəqil  Xalq  nədir,  ona  necə  nail  olmalı;  niyə 

Qeyri-Müstəqil Xalq Yoxdur! 

Öyrətmək  lazımdır  ki,  Özümlü  Şərq  nədir,  ona  necə  nail  olmalı;  niyə 

Təqlidçi Şərq Yoxdur! 



Öyrətmək lazımdır ki, Ata Üsulu nədir, ona necə Yiyələnməli;  niyə 

Başqa Üsul Yoxdur! 

Öyrətmək  lazımdır  ki,  Atasız,  Mütləqsiz,  İnamsız,  İnsansız, 

Ruhsuz, Üsulsuz Müstəqil Xalq Yaranmaz, Özümlü Şərq Yaranmaz! 

Oyrənmək və öyrətmək! 



17 Murad günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

 

 

433


YERLİÇİLİK  ŞƏRİ 

Yerliçilik Ənənəsi yaradırlar. Xalqı Bölə-Bölə Yox etmək istəyirlər. 

Bütöv Ata Yurdu İdeyasına Zidd Qüvvə hazırlayırlar. 

Xalqın Belini Qırmaq İstəyirlər. 



Yerliçilik Şərinin Belini Qırmaq – Müqəddəs Borcdur. 

18 İnam günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

          EVLADLARA 

               (Səfərlik) 

Ruhani Təqdim: Ata – Peyğəmbərdən artıq, Canlı Mütləq. 

Ruhani çağırışlar: Qorxunuzdan qorxun! 

 Naşılığınızdan Daşının! 

 İnamsızlığınıza İnanmayın! 

 Məzlumluq Zülmündən Qurtarın! 



Sabahdan Başqa Bugünümüz Yoxdur! 

20 İşıq Ayı, 8-ci il. Bakı. 

 

ŞƏR  TƏLƏLƏRİ 

Dəbdəbəli Diplom tələsinə salır Şər – adamları. 

Süni Adlar tələsinə salır Şər – adamları. 

Mənsəb tələsinə salır Şər – adamları. 

Nişan tələsinə salır Şər – adamları. 

Varidat tələsinə salır Şər – adamları. 

Heykəl tələsinə salır Şər – adamları. 

Muzey tələsinə salır Şər – adamları. 

Yubiley tələsinə salır Şər – adamları. 

 İmtina  Qətiyyəti  gərəkdir  –  tələyə  düşməməkçün,  ləyaqətdən 

keçməməkçün. 

6 Mərhəm günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

 

MÜQƏDDƏS  MƏRASİMLƏR 

Bayram mərasimi 

Ocaq qalanır, közü saxlanılır və gələcək bayramda Ocağa qalanır. 



 

Yas mərasimi 

Söndürülmüş Ocaq təzədən yandırılır. 



7 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

 

 

 

434


GÜNAHKAR  XALQ 

Azərbaycan Xalqı Günahkardır. 

Müstəqil Dövlət yaratmadığı üçün. 

Yad qoltuğunda əsrlərlə yaşadığı üçün. 

Yadpərəst ziyalısı üçün. 

Yalançı Dirçəlişi üçün. 

Saxta Sevinci üçün. 

Vəhdətsizliyi üçün. 

Əsarətə alışdığı üçün. 

Özünə Yağı doğduğu üçün. 

Kiçik böyükləri üçün. 

Aldandığı üçün. 

Paralandığı üçün. 

Azərbaycan xalqı günahkardır! 

O, günahını Amal Suyuyla Yumalıdır! 

7 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

ÖLÜMSÜZLÜK  QƏTİYYƏTİ 

Ata  Evladlarını  Ölümə  göndərsə  –  Onlara  yaşamaq  möhləti 

verməyəcək! 

Ata Özünü Ölümə göndərsə – Özünə yaşamaq möhləti verməyəcək! 

Ölüm Evladlar üçün Yaşamağın başqa bir Biçimidir! 

Ölüm Ata üçün Yaşamağın başqa bir Biçimidir! 



8 İnam günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

EVLAD  HƏYATI 

Evladın Amaldan başqa həyatı yoxdur! 

Bu səbəbdən də onun Amaldan kənar şəxsi həyatı da yoxdur. 

Yeganə, vahid Amal Həyatı var. 

(Həyat yoldaşı və balalarıyla bərabər!) 

10 Ümid günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

EVLƏNMƏ  ƏMƏLİ 

Evlad evlənəndə Amala Evlad gətirməlidir, bu mümkün olmasa,  Dost 

gətirməlidir – Yağı gətirməməlidir. 

11 Dözüm günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

AĞIL  DƏYANƏTİ 

Şər daim Ataya qarşı bir-birindən fərqli fəndlər işlədəcək. 

Bu, evladların ağlını başından oynatmamalıdır. 

12 Mərhəm günü, Şölə Ayı, 8-ci il. Bakı. 


 

435


HALAL  ÜÇÜN 

Ehtiramın pakdır! 



Oğluma hökmüm: 

1.Qardaşın 

Safruhun 

köməyiylə, 

“Əməl”də 

göstərilən 

sırayla 

Müqəddəs Kitabları öyrən! (Əsilin evində) 

2.Özünlə  Daim,  Ardıcıl  şəkildə  Döyüş:  Qorxudan,  Xudbinlikdən, 

Hərislikdən, 

Şöhrətsevərlikdən, 

Şəhvətsevərlikdən, 

Təqlidçilikdən, 

Vətənsizlikdən Azad ol! 



Kamilliyə Yüksəl. 

3.Özünü Əsas Əmələ – Ata Ailələri yaratmağa hazırla (Tələsmədən və 

Gecikmədən). Səfərə Yaraqlan! 

4.Ata  Gününə  (25  Mərhəm,  Ata  Ayı)  Müqəddəs  Söz  hazırla!  Ruhani 

hesabat təqdim et! 

Ürəyin Qaranlıqları Yarsın! 



15 İnam günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

ŞƏRQ  FƏLAKƏTİ 

Müasir Şərq üç ağır Yükün altında inildəyir: 

İslam, Qərbi təqlid etmə, ideoloji xurafat. 

Şərqi bu Yükün altından Ata İnamı qurtarmalıdır! 



Mütləqçilik toxumu Şərqə səpilməlidir! 

Bu, qeyrət işidir. Biz şərqliyik!.. 



26 Mərhəm günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

UCALIĞA  ÇATMAQ 

Ata Nəfəsini, Ata Səsini Xalqa çatdırmaq ucalığı durur qarşıda. 

Həmin ucalıqdan görünməlidir Evladlıq! 

 

EVLADLAŞMA  QAYDASI 



(Evladlara Ruhani Hökm) 

Özündən soruşursan: 

Bu məqamda, bu vaxtda, bu hadisədə, bu duyğuda –  

İnamım nə səviyyədəydi? 

İdrakım nə səviyyədəydi? 

Mənəviyyatım nə səviyyədəydi? 

İradəm nə səviyyədəydi? 

 

İnamsızıydımsa – özümə nifrət qətlinə yetmişəm! 



İdraksızıydımsa – özümə nifrət qətlinə yetmişəm! 

Mənəviyyatsızıydımsa – özümə nifrət qətlinə yetmişəm! 

İradəsiziydimsə – özümə nifrət qətlinə yetmişəm! 

 


 

436


Nisbi İnamlıydımsa – özümüqınama səviyyəsinə yetmişəm. 

Nisbi İdraklıydımsa – özümüqınama səviyyəsinə yetmişəm. 

Nisbi Mənəviyyatlıydımsa – özümüqınama səviyyəsinə yetmişəm. 

Nisbi İradəliydimsə – özümüqınama səviyyəsinə yetmişəm. 

 

Mütləq İnamlıydımsa – özümə yetmişəm! 



Mütləq İdraklıydımsa – özümə yetmişəm! 

Mütləq Mənəviyyatlıydımsa – özümə yetmişəm! 

Mütləq İradəliydimsə – özümə yetmişəm! 

Evlad ömrü boyu “Özümlə sorğu” kitabı yazır, onu Sabaha çatdırır. 



 

ATA  DANLAĞINA  EVLAD  MÜNASİBƏTİ 

Ata Danlağı məktəbdir! 



27 Qismət günü, Şölə Ayı, 8-ci il. Bakı. 

 

MÜQƏDDƏS ÇAĞIRIŞLAR 

İnam. Ədalət. Həqiqət. Müstəqillik. 

(Mütləqə İnam, Ədalətli Cəmiyyət, Həqiqi İnsan, Müstəqil Xalq). 

6 İnam günü, Od Ayı, 8-ci il. Bakı. 

 

İDEOLOJİ  ŞƏR 

Şər İnsana Şər atır, onu iqtisadi münasibətlərin aləti kimi təqdim edir. 

İnsanı Şərin Şərindən qurtarmaq gərək! 

8 Ümid günü, Od Ayı, 8-ci il. Bakı. 

 

EVLADIM  QƏLBİYƏ 

Hökmüm: 


1.Safruhun  vasitəsiylə,  Buyurulan  sırada  Müqəddəs  Kitabları 

öyrənirsən (Şərin əlinə keçməməyi, İdraklı davranışı nəzərə almaqla). 

2.Mənəviyyatında  Bugünkü  nə  varsa  silirsən,  Yox  eləyirsən,  yalnız 

Sabahkını  saxlayırsan,  Mütləqçiliyə  Layiq  olmaq  üçün  balaca  “Mən”dən 

Tam keçirsən, Böyük “Mən”ə Yüksəlirsən... 

Özünə qarşı Barışmaz olursan.  

Özündəki Bugünküylə barışmırsan. 

3.Ata Ailəsi yaradırsan “Sədaqət” kitabçası əsasında... 



Birini Bakıda, Birini rayonunuzda. 

Həmin  Ailələr  vasitəsiylə  Atalaşma,  Amallaşma,  Müqəddəsləşmə 

İntibahında iştirak edirsən. 

Öyrənirsən, öyrədirsən. 

Öyrəndikcə, Öyrədirsən. 

Şərdən İmtina, Xeyiri Təsdiq İnamını öyrənirsən və öyrədirsən. 


 

437


4.Köhnə Təqvimlə Sentyabrın 25-i, Bizim Təqvimlə Ata Ayının  

25-i Ata Günüdür. 



Məqsəd  Atayla  Evladların  Ruhani  Təmasını  Müqəddəsləş-

dirməkdir. 

Ata  haqqında  Mütləqçi  Sözü  hazırlayırsan,  Mütləq  İnam,  İdrak, 

Mənəviyyat, İradə səviyyəsinə can atırsan. 

Atalığı  Dərk  etməyinin  mərhələsini,  İnamının  İdrak,  Duyğu,  İradə 

gücünü nümayiş etdirirsən. 

Sabaha çatdırılacaq Ruhani Sənəd hazırlayırsan! 

5.Hər  Ay  Balanın  boğazından  müəyyən  məbləğ  (ən  cüzidən  –  ən 

böyüyə qədər! İmkan daxilində) çıxarıb Amalın boğazına doldurursan. 

Bununla da Maddi Müstəqilliyimizə xidmət eləmiş olursan. 

(Şər bizi Maddi cəhətdən qısnamasın, İdeal cəhətdən qısnaya bilməz). 



6.Atanın Safruh Evladına Qardaş İnamı Bəsləyirsən! 

7.Ayrılanların Əyrilmə Ehtimalı Var. 

Əyrilənlərə Münasibət göstərmirsən. 

8.Hər  Ayın  Birinci  Beşinci  günü  Ata  hüzuruna  gəlirsən:  Hesabatla, 



Suallarla, 15 dəqiqə ərzində... 

Artıq Sözə, hərəkətə yol vermək Dövrü Bitdi. 

Qeyrət – Qənaət tələb edir. 

9.Balana (bəlkə də Balalarına) Ata, Ocaq, Mütləq, İnam, Amal  

və s. Sözləri öyrədirsən. 

10.Həyat Yoldaşını Amal Yolçusuna çevirə bilməsən də – Amal Yağısı 

olmağa qoyma! 

O,  kimin  qadını  olduğunu  yaxşı  bilməlidir!  Fərəhlənməli, 

Qanadlanmalıdır! 

11.Hökmün icrasına xüsusi Vaxt təyin eləmirəm. 

Bilirəm  ki,  Vaxt  Evladın  Ürəyində  yaşayır,  Evlad  Ürəyi  isə  Ətalət, 

Qorxu, Biganəlik, Arxayınçılıq, İradəsizlik Eybəcərliyinə yaddır. 



Vaxtı biz Xeyirlə doldurmasaq – O, Şərlə dolu olacaq. 

Ürəyin Qaranlıqları Yarsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 

Safruhdan  Ata  Təqvimini  al,  Onu  Pünhan  Dünyana  cala,  onun 

əsasında Yaşa, Yaşat. 

9 Dözüm günü, Od Ayı, 8-ci il. Bakı. 

 

SƏNƏDLƏŞMƏ 

Evlad  Ata  sənədləri  əsasında  yaşayır,  cəmiyyət  sənədləri  əsasında 

dolanır. 



25 Qismət günü, Od Ayı, 8-ci il. Bakı. 

 

 

438


ŞƏR  MƏHKƏMƏSİ 

Şər Xeyiri İttiham edə bilməz. 

Şərin İttihamını ittiham edirik. 

Məhkəməsini məhkum edirik. 

Cəzasını cəzalandırırıq. 

 

QANUN  LƏYAQƏTİ 

Ədalətə, Həqiqətə yad olan qanunları qanunsuz sayırıq. 



Onlara riayət etmək miskinliyinə alçalmırıq. 

Həqiqi, adil qanunlarımız – Ata qanunlarıdır. 



Onlardan başqa qanun tanımırıq. 

27 İnam günü, Od Ayı, 8-ci il. Bakı 

 

XALQÇILIQ   HƏQİQƏTİ 

Avropaya nifrətimiz yoxdur – Avropalaşmaya nifrətimiz var. 

Rusa nifrətimiz yoxdur – Ruslaşmaya nifrətimiz var. 

Erməniyə nifrətimiz yoxdur – Qisasçılığa nifrətimiz var. 

Gürcüyə nifrətimiz yoxdur – Yekəxanalığa nifrətimiz var. 

Avropalaşdıran Avropalı – Şərçidir. 

Ruslaşdıran Rus – Şərçidir. 

Qisasçı Erməni – Şərçidir. 

Yekəxana Gürcü – Şərçidir. 

Xalqların düşməni deyilik – Şərin düşməniyik. 

Xalqsevərliyimiz Bəşərsevərliyimizi rədd etmir! 

29 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 

DİLİMİZ – BİRLİYİMİZ 

Atayurd danışığında, Yazısında əcnəbi Sözləri işlətməmək! 

Ümumşərq Sözləri əcnəbi söz saymamaq, onlardan istifadə etmək 

– Şərq Birliyi naminə! 

Xəlqi Birliyimizi Şərq Birliyiylə yanaşı qoyuruq! 

 

MÜASİR  İRANA  MÜNASİBƏT 

Fars xalqına hörmət. 

Fars şovinistlərinə nifrət. 

Farslarla şərik sərvətlərimiz: 

Zərdüşt, Muğam, Nizami. 

Farslara hesabımız: 



Cənubi Azərbaycan. 

Şərq Birləşməli və Şərə qarşı durmalıdır. 

 

439


MÜASİR  ƏRƏB  DÜNYASINA  MÜNASİBƏT 

Ərəb xalqına hörmət. 

Ərəb hərcayiliyinə nifrət. 

Ərəblərlə şərik sərvətimiz: İslam memarlığı. 

Ərəblərə ittihamımız: Babək. 

Şərq Birləşməli və Şərə qarşı durmalıdır. 

 

XALQ  BİRLİYİ  MÜQƏDDƏSLİYİ 

Atayurd  –  türk  dilli,  türk  tarixli,  türk  mədəniyyətli  Vahid  bir  Xalqın 

məskənidir. 

Atayurdda  yaşayan  kürdlər,  talışlar,  tatlar,  ləzgilər,  lahıclar,  udinlər 

həmin xalqın atayurdlaşan üzvi bir hissəsidir. 

Atayurdda  kürd  xalqı,  tat  xalqı,  talış  xalqı,  ləzgi  xalqı,  lahıc  xalqı, 

udin xalqı icad eləmək Xəlqi Vəhdətə xəyanətdir. 

 

QARABAĞ  MƏSƏLƏSİ 

Qarabağın əsil, təbii, tarixi başşəhəri Şuşadır. 

Stepanakert – süni, qondarma, yalançı başşəhərdir. 

Dağlıq Qarabağ muxtariyyatı – qondarma, süni, zorakı bir düzəltmədir. 



Xəlqi Birliyi pozmaq, yağılıq közünü alışdırmaq, “Oğru yadına daş 

salmaq” niyyətinə xidmət eləyir... 

Qarabağlılar Stepanakerti Qarabağın başşəhəri saymamalıdırlar! 

Dağlıq Qarabağ muxtariyyatını rədd etməlidirlər! 

 

GÜNDƏLİK  BORC 

Beyini Tüfeyli Fikirlərdən təmizləmək! 

Ürəyi Tüfeyli Duyğulardan təmizləmək! 

İradəni Tüfeyli Əməllərdən təmizləmək! 

 

EVLAD  SƏNƏDİ 

Evlad Bir Sənəd tanıyır – Evlad nişanəsi. 

Bütün  başqa  sənədlər:  pasport,  rəsmi  biletlər,  vəsiqələr  –  formal 

sayılır. 



29 Qismət günü, Qürub Ayı, 8-ci il. Bakı. 

 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin