EVLADIM GÖYANDA
Ocaq adlı Göyümüz var – Göyandımız var.
Amal adlı Göyümüz var – Göyandımız var.
İnam adlı Göyümüz var – Göyandımız var.
İnsanlaşma adlı Göyümüz var – Göyandımız var.
Ruhani Cəmiyyət adlı Göyümüz var – Göyandımız var.
Müstəqil Vətən adlı Göyümüz var – Göyandımız var.
Özümlü Şərq adlı Göyümüz var – Göyandımız var.
Göyün andıyıq – Göy andlıyıq.
Ruhçu olduğumuz dərəcədə Yurdçuyuq.
415
“Göyand” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
26 Dözüm günü, Xəzan Ayı, 16-cı il. Bakı.
(Yaşamda adı Vəkil oğlu Cəmil idi. Döndü).
EVLADIM AMALYURDA
Ruhçu olduğumuz dərəcədə Yurdçuyuq.
Mütləqçi olduğumuz dərəcədə Yurdçuyuq.
İnsançı olduğumuz dərəcədə Yurdçuyuq.
İnamçı olduğumuz dərəcədə Yurdçuyuq.
Amalçı olduğumuz dərəcədə Yurdçuyuq.
Ruhsuzdurlar indikilər – bu səbəbdən də Yurdsuzdurlar.
Mütləqsizdirlər indikilər – bu səbəbdən də Yurdsuzdurlar.
İnsansızdırlar indikilər – bu səbəbdən də Yurdsuzdurlar.
İnamsızdırlar indikilər – bu səbəbdən də Yurdsuzdurlar.
Amalsızdırlar indikilər – bu səbəbdən də Yurdsuzdurlar.
Yurdsuzluq Qaranlığını Yarmaq gərək.
“Amalyurd” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
(Yaşamda adı Hüseyn Ramazan oğlu idi. Döndü).
ƏMƏL
Fərdi özünüidarə – Kapitalizm-sosializm cəmiyyətlərini ləğv edəcək.
Əməkçi Mülkiyyəti – Kapitalizm-sosializm cəmiyyətlərini ləğv edəcək.
Minimal Dövlət – Kapitalizm-sosializm cəmiyyətlərini ləğv edəcək.
İmtiyazsızlıq – Kapitalizm-sosializm cəmiyyətlərini ləğv edəcək.
Ruhani Cəmiyyət – Kapitalizm-sosializm cəmiyyətlərini ləğv edəcək.
TƏLƏB
Ruhani Cəmiyyətin yaranması üçün Mütləqçiliyin, İnsançılığın,
Vicdançılığın Yayılması gərək.
Hakimiyyətçiliyin, Pulçuluğun, Zorçuluğun, İmtiyazçılığın ləğvi üçün
Yüksək Ruhani səviyyə gərək...
Ruhani cəmiyyət Ruhçuluq Tələbindən Yaranacaq.
31 Qismət günü, Xəzan Ayı, 16-cı il. Bakı.
416
YETİRİLMƏ – YETMƏ
Xalq Ruhani Cəmiyyət Tələbinə Yetirilməlidir.
Fərdi Özünüidarə Tələbinə Yetirilməlidir.
Minimal Dövlət Tələbinə Yetirilməlidir.
İmtiyazsızlıq Tələbinə Yetirilməlidir.
Ruhani Tələbə yetirilən Xalq – Ruhani Tələbə yetməlidir.
YETKİNLİK
Xalq Həqiqətə Yetməlidir.
Mütləqə İnam Həqiqətinə Yetməlidir.
İnsanlaşma Həqiqətinə Yetməlidir.
Ruhani Cəmiyyət Həqiqətinə Yetməlidir.
Müstəqil Vətən Həqiqətinə Yetməlidir.
Özümlü Şərq Həqiqətinə Yetməlidir.
Ocaq Yetkin Xalq yaradacaq.
Yetkinlik – Xalqı ayağa qaldıracaq.
DAXİLİ – ZAHİRİ
Daxildə Rədd edilən Hakimiyyətçilik – Zahirdə ləğv olunacaq.
Daxildə Rədd edilən Pulçuluq – Zahirdə ləğv olunacaq.
Daxildə Rədd edilən Zorçuluq – Zahirdə ləğv olunacaq.
Daxildə Rədd edilən Dinçilik – Zahirdə ləğv olunacaq.
Daxili – Zahirini ləğv edəcək.
ƏMƏL
Xalq – Ağa Hökmünə Əməl etməyəcək; –
Ağalığı Əməlsiz qoyacaq – ləğv edəcək.
Xalq – Pulçu Hökmünə Əməl etməyəcək; –
Pulçuluğu Əməlsiz qoyacaq – ləğv edəcək.
Xalq – Zorçu Hökmünə Əməl etməyəcək; –
Zorçuluğu Əməlsiz qoyacaq – ləğv edəcək.
Xalq – Dinçi Hökmünə Əməl etməyəcək; –
Dinçiliyi Əməlsiz qoyacaq – ləğv edəcək.
Ağalıq – Xalqın çiyninə düşən Yükdür; –
Xalq çiynini Ağalıqdan çəkəcək – Ağalığı uçuracaq.
Pulçuluq – Xalqın çiyninə düşən Yükdür; –
Xalq çiynini Pulçuluqdan çəkəcək – Pulçuluğu uçuracaq.
Zorçuluq – Xalqın çiyninə düşən Yükdür; –
Xalq çiynini Zorçuluqdan çəkəcək – Zorçuluğu uçuracaq.
Dinçilik – Xalqın çiyninə düşən Yükdür; –
Xalq çiynini Dinçilikdən çəkəcək – Dinçiliyi uçuracaq.
1 Ümid günü, Yağış Ayı, 16-cı il. Bakı.
417
ŞƏRDƏN XEYİR GÖTÜRMƏK
Ağalıqdan Ağa olmamaq dərsi almaq.
Nökərlikdən Nökər olmamaq dərsi almaq.
Zorçuluqdan Zorçu olmamaq dərsi almaq.
Pulçuluqdan Pulçu olmamaq dərsi almaq.
Dinçilərdən Dinçi olmamaq dərsi almaq.
Bugündən Sabahçı olmaq dərsi almaq.
5 Murad günü, Yağış Ayı, 16-cı il. Bakı.
EVLADIM ÜSTÜNƏ
Ocaqçılıq – Zamandan, Mühitdən, Şəraitdən Üstün olmaqdır.
Mütləqçilik – Zamandan, Mühitdən, Şəraitdən Üstün olmaqdır.
İnamçılıq – Zamandan, Mühitdən, Şəraitdən Üstün olmaqdır.
Amalçılıq – Zamandan, Mühitdən, Şəraitdən Üstün olmaqdır.
İnsançılıq – Zamandan, Mühitdən, Şəraitdən Üstün olmaqdır.
Ocaqsızdırlar Bugünkülər – Zamançıdırlar, Mühitçidirlər,
Şəraitçidirlər.
Nisbiçidirlər Bugünkülər – Zamançıdırlar, Mühitçidirlər, Şəraitçidirlər.
İnamsızdırlar Bugünkülər – Zamançıdırlar, Mühitçidirlər, Şəraitçidirlər.
Amalsızdırlar Bugünkülər – Zamançıdırlar, Mühitçidirlər, Şəraitçidirlər.
Adamçıdırlar Bugünkülər – Zamançıdırlar, Mühitçidirlər, Şəraitçidirlər.
“Üstün” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
7 Arzu günü, Yağış Ayı, 16-cı il. Bakı.
(Yaşamda adı Kərimov Elman idi. Dönüb – Ocaqçılıq eləməyib).
EVLADIM YÜKSƏYƏ
Ocağımız Var – Zamandan, Mühitdən, Şəraitdən, Cəmiyyətdən
Yüksək.
İnamımız Var – Zamandan, Mühitdən, Şəraitdən, Cəmiyyətdən
Yüksək.
Amalımız Var – Zamandan, Mühitdən, Şəraitdən, Cəmiyyətdən
Yüksək.
İnsançılığımız Var – Zamandan, Mühitdən, Şəraitdən, Cəmiyyətdən
Yüksək.
Ruhçuluğumuz Var – Zamandan, Mühitdən, Şəraitdən, Cəmiyyətdən
Yüksək.
Bugünkülər Ocaqsızdırlar – Zamançıdırlar, Mühitçidirlər,
Şəraitçidirlər, Cəmiyyətçidirlər.
Bugünkülər İnamsızdırlar – Zamançıdırlar, Mühitçidirlər,
418
Şəraitçidirlər, Cəmiyyətçidirlər.
Bugünkülər Amalsızdırlar – Zamançıdırlar, Mühitçidirlər,
Şəraitçidirlər, Cəmiyyətçidirlər.
Bugünkülər Adamçıdırlar – Zamançıdırlar, Mühitçidirlər,
Şəraitçidirlər, Cəmiyyətçidirlər.
Bugünkülər Ruhsuzdurlar – Zamançıdırlar, Mühitçidirlər,
Şəraitçidirlər, Cəmiyyətçidirlər.
Yurdçuyuq – çünki Ocaqçıyıq, İnamçıyıq, Amalçıyıq, İnsançıyıq,
Ruhçuyuq.
Yurdsuzdurlar – çünki Ocaqsızdırlar, İnamsızdırlar, Amalsızdırlar,
Adamçıdırlar, Ruhsuzdurlar.
“Yüksək” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
8 Ümid günü, Yağış Ayı, 16-cı il. Bakı.
(Yaşamda adı Eyvazov Fərəhim idi. Döndü).
EVLADIM RUHTƏKİNƏ
İnam üstə köklənmişik – Ruh təkinik.
Amal üstə köklənmişik – Ruh təkinik.
Mütləqçiyik – Ruh təkinik.
İnsançıyıq – Ruh təkinik.
Yurdçuyuq – Ruh təkinik.
İnamsızdırlar indikilər – Ruhsuzdurlar.
Amalsızdırlar indikilər – Ruhsuzdurlar.
Nisbiçidirlər indikilər – Ruhsuzdurlar.
Adamçıdırlar indikilər – Ruhsuzdurlar.
Yurdsuzdurlar indikilər – Ruhsuzdurlar.
İnamsızlıq Qaranlığını İnamla Yarmaq gərək.
Amalsızlıq Qaranlığını Amalla Yarmaq gərək.
Nisbiçilik Qaranlığını Mütləqçiliklə Yarmaq gərək.
Adamçılıq Qaranlığını İnsançılıqla Yarmaq gərək.
Yurdsuzluq Qaranlığını Yurdçuluqla Yarmaq gərək.
“Ruhtəkin” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
13 İnam günü, Yağış Ayı, 16-cı il. Bakı.
(Yaşamda adı Rəna Ənvər qızı idi. Döndü).
419
“SƏFƏR GÜNÜ” MƏRASİMİ HAQQINDA
1. Mərasimin Gedişat Yazısını Sadiq yazır.
2. Yazı 20 Yağış Ayında Ataya Təqdim olunur.
3. Mərasimin Məzmunu:
Evlad Qəbulu.
Ata Sözü.
Ata Sənədləri.
4. Mütləq Səcdə – Mütləq Doğmalıq – Mütləq İntizam Birliyi
səviyyəsində keçirilməlidir Mərasim.
Qaranlıqlar Yarılsın!
16 Dözüm günü, Yağış Ayı, 16-cı il. Bakı.
EVLADIM BÜTÖVƏ
İnamlıyıq – İnamımızda Bütövük.
İnamsızdırlar İndikilər – İnamlarında natamdırlar.
Amallıyıq – Amalımızda Bütövük.
Amalsızdırlar İndikilər – Amallarında natamdırlar.
Ruhçuyuq, İnsançıyıq, Yurdçuyuq – Ruhsuzluğa, İnsansızlığa,
Yurdsuzluğa qarşıyıq.
Natamlıq Qaranlığını Bütövlük İşığıyla Yarmaq gərək.
İnamsızlıq Qaranlığını İnam İşığıyla Yarmaq gərək.
Amalsızlıq Qaranlığını Amal İşığıyla Yarmaq gərək.
Ruhsuzluq Qaranlığını Ruh İşığıyla Yarmaq gərək.
İnsansızlıq Qaranlığını İnsançılıq İşığıyla Yarmaq gərək.
Yurdsuzluq Qaranlığını Yurdçuluq İşığıyla Yarmaq gərək.
“Bütöv” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
20 İnam günü, Yağış Ayı, 16-cı il. Bakı.
(Yaşamda adı Çingiz – Ocaqçılıq eləməyib).
16-cı İL AİLƏ MƏRASİMİ HAQQINDA
I. Mərasimin məzmunu:
1.Evlad Qəbulu.
2. Təmsilçi və Evlad Sözü.
3. Ata Kəlamı.
4. Ruhani Sənədlərin oxunması.
II. Mərasimin Gedişat Yazısı Evladım Alova tapşırılır.
III. Yazı Qar Ayının 23-də Ataya təqdim olunur.
13 Qismət günü, Qar Ayı, 16-cı il. Bakı.
420
EVLADIM ELSABAHA
Elin Sabahı – İnamdır; –
İnamsızdırlar Bugünkülər – Sabahsızdırlar.
İnamlıyıq – Sabahlıyıq.
Elin Sabahı – İdrakdır;–
İdraksızdırlar Bugünkülər – Sabahsızdırlar.
İdraklıyıq – Sabahlıyıq.
Elin Sabahı – Mənəviyyatdır;–
Mənəviyyatsızdırlar Bugünkülər – Sabahsızdırlar.
Mənəviyyatlıyıq – Sabahlıyıq.
Elin Sabahı – İradədir; –
İradəsizdirlər Bugünkülər – Sabahsızdırlar.
İradəliyik – Sabahlıyıq.
Elin Sabahı – Ruhçuluqdur; –
Zorçudurlar, Varçıdırlar Bugünkülər – Sabahsızdırlar.
Ruhçuyuq – Sabahlıyıq.
Elin Sabahı – İnsançılıqdır; –
Zorçudurlar, Varçıdırlar Bugünkülər – Sabahsızdırlar.
İnsançıyıq – Sabahlıyıq.
Elin Sabahı – Həqiqətçilikdir; –
Dinçidirlər, Cəfəngiyyatçıdırlar Bugünkülər – Sabahsızdırlar.
Həqiqətçiyik – Sabahlıyıq.
Elin Sabahı – Vicdançılıqdır; –
Hakimiyyətçidirlər Bugünkülər – Sabahsızdırlar.
Vicdançıyıq – Sabahlıyıq.
“Elsabah” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
25 Qar Ayı, 16-cı il. Bakı.
SAFRUHUMA
Ürəyində Günəş Olsun!
1. Müasir Ailələr – Yadlıq Evidir.
Məqsədimiz – Doğma Ailələr Yaratmaqdır.
Ocaqçının Ailəsi – Ocaqdır; Ailəçiliyi – Ocaq Yaradıcılığıdır.
2. Müasir Müəssisələr – Zindandır.
Məqsədimiz – Zindanları Uçurmaqdır.
Ocaqçının Müəssisəsi – Ocaqdır; İşi – Ocaq əməlidir.
421
3.Alçaq – heç kəsi alçalda bilməz.
İnamruh
7
– günahsızdır, bu səbəbdən də alçalmayıb.
Məqsədimiz – Alçaqlığı öldürməkdir ki, Alçaq olmasın.
4. Fədakarlıq – bizim bəzəyimiz deyil, nişanımız deyil, oyunumuz
deyil – Havamızdır.
Biz Fədakarlıqla nəfəs alırıq.
Fədakarlıqdan ayrılsaq – Boğularıq.
Yükümüzdən böyük Fərəhimiz yoxdur.
27 Qismət günü, Qar Ayı, 16 il. Bakı.
Yanvar 1995-ci il.
ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATLARI HAQQINDA
1. Hesabatlar Təqdir olunur.
2. Doğmalıq Yetkinliyinə çatmalı.
3. Fikir Evi Yaratmalı.
4. Ocağa Evlad Yetirməli.
5. Yazarlıq əməlini Yüksəltməli.
6 Köçəri Ay, Arzu günü, 16-cı il. Bakı.
17-ci il, OCAQ “YENİ İL” MƏRASİMİ
1. Mərasimin məzmunu:
Evlad Qəbulu.
Evlad İzharı:
Yeni ildə İnam Əməli.
Yeni ildə İdrak Əməli.
Yeni ildə Mənəviyyat Əməli.
Yeni ildə İradə Əməli.
Yeni ildə Amallaşma Əməli.
Yeni ildə İnsanlaşma Əməli.
Yeni ildə Xalqlaşma Əməli.
Ata Kəlamı.
2. Mərasimin Gedişatını Göylü yazır və 24 Köçəri Ayında Ataya
Təqdim edir.
3. Mərasim Mütləq Səcdə, Mütləq Doğmalıq və Mütləq İntizam
səviyyəsində keçirilir.
Qaranlıqlar Yarılsın!
18 Murad günü, Köçəri Ay, 16-cı il. Bakı.
7
İnamruh – Safruhun bacısı Kifayət.
423
RUHANİ HÖKMLƏR
(On Üçüncü Müqəddəs Kitab)
425
1.MÜQƏDDƏS BORC
I.Özünütanıma
Naşılıqdan ayrılırsan – bilirsən ki:
naqissən,
hərissən,
xudbinsən,
mütisən,
yırtıcısan,
hərcayisən,
ədalətsizsən,
cürətsizsən,
həsədlisən,
şəhvətlisən.
II.Özündənimtina
Naqisliyini öldürürsən.
Hərisliyini öldürürsən.
Xudbinliyini öldürürsən.
Mütiliyini öldürürsən.
Yırtıcılığını öldürürsən.
Hərcayiliyini öldürürsən.
Ədalətsizliyini öldürürsən.
Cürətsizliyini öldürürsən.
Həsədini öldürürsən.
Şəhvətpərəstliyini öldürürsən.
III.Özünəçatma
Kamilliyə çatırsan.
Tamahsızlığa çatırsan.
Fədakarlığa çatırsan.
Vüqara çatırsan.
Xeyirxahlığa çatırsan.
Müqəddəsliyə çatırsan.
Ədalətə çatırsan.
Cürətə çatırsan.
Heyrətə çatırsan.
Məhəbbətə çatırsan.
IV.Başqalaşma
Ətrafdakıları kamilliyə çatdırırsan.
Tamahsızlığa çatdırırsan.
426
Fədakarlığa çatdırırsan.
Vüqara çatdırırsan.
Xeyirxahlığa çatdırırsan.
Müqəddəsliyə çatdırırsan.
Ədalətə çatdırırsan.
Cürətə çatdırırsan.
Heyrətə çatdırırsan.
Məhəbbətə çatdırırsan.
İnsanlaşırsan, insanlaşdırırsan...
2. MÜQƏDDƏS QİSMƏT
Ömrünü Ruhaniyyata həsr edən – Mənəviyyatını Maddiyyat
əsarətindən qorumalıdır.
Ömrünü Ruhaniyyata həsr edən – Mənəviyyatını Şər əsarətindən
qorumalıdır.
Müqəddəs Yaşayış şərtləri:
I. Minimal güzəran: Zəruri olanla kifayətlənmək,
Zəruri olmayanı çirkab saymaq, ömürdən silmək.
II. Minimal Varidat: Zəruri olanla kifayətlənmək,
Zəruri olmayanı çirkab saymaq, ömürdən silmək.
III. Minimal Vəzifə: Şərlə qaynayıb-qarışmamaq,
Şərə sərf olunmamaq.
IV.Minimal Rütbə: Şərlə qaynayıb-qarışmamaq,
Şərə sərf olunmamaq.
3. MÜQƏDDƏS MƏRASİM
Evlənməyin məqsədi Müqəddəsliyin Sabaha çatdırılmasıdır.
I. Evlənənlər Atanın Xeyir-Duasını alır, Ata qarşısında Ailə Sədaqətinə
And içirlər.
II. Gəlinin Ər Evinə gətirdiyi Varidat – Qeyrətdir. Cehiz ləyaqətsizliyinə
son qoyulmalıdır.
Ruhaniliyi maddiyyatla ölçmək Qəbahəti lənətlənməlidir.
III. “Qız Sahibinə” Maddi Bəxşiş verilməsi – gəlinin əşyalaşması,
əmtəələşməsidir. Həmin murdarlıq Evlənmə Mərasimindən silinməlidir.
IV. Keyf Məclisi Evlənmə Mərasiminin Ülvi ciddiyyətinə yaddır. Həmin
Bayağılıq Mərasimdən silinməlidir.
Valideynlər, Qohumlar, Dostlar Evlənənlərin görüşünə gəlir, onlara
ürək sözləri yetirir, Ailə Müqəddəsliyi diləyirlər.
V. Ailə Ev kimi tikilir, Ağac kimi bitir. Ailənin Bənnası və Bağbanı –
Evlənənlərdir.
427
4. ÖZÜNÜİDARƏ SƏLAHİYYƏTİ
Təşkilatların,
İdarələrin,
Zorakı
və
Yalançı
Qaydaların
Hakimiyyətini Formal saymaq və tədricən Rədd etmək.
(Formal saymaq – Yəni İnamdan, İdrakdan, Mənəviyyatdan,
İradədən kənar etmək. Rədd etmək – yəni əleyhinə çıxmaq,
damğalamaq, ifşa etmək).
5. HÖRMƏT HAQQI
Vəsiqəyə, vəzifəyə, varidata hörmət – Günahdır.
Yalnız Ruhani Ləyaqət – Hörmətə Layiqdir:
Kamillik, Tamahsızlıq, Fədakarlıq, Vüqar, Xeyirxahlıq, Müqəddəslik,
Ədalət, Cürət, Heyrət, Məhəbbət.
6. MÜQƏDDƏS TƏLİM
Müasir Rəsmi Təlim İnsanı Xeyirdən uzaqlaşdırır, Şərlə barışdırır,
İnamsızlaşdırır,
İdraksızlaşdırır,
Mənəviyyatsızlaşdırır,
İradəsizləşdirir.
Rəsmi Təlim insanlara Bilik vermir – Vəsiqə verir.
Müqəddəs Təlim – Ata məktəblərində Müqəddəs Kitablar əsasında
aparılır.
Həmin Məktəblər İnsan hazırlayır.
Orada İnsanlaşmaq Elmi öyrədilir, İnsanlaşma səviyyəsi qazanılır.
7. ATA TƏQVİMİ
8
Tarix Ata Təqvimi əsasında – 1979-cu ilin mart ayından
hesablanır.
1 mart 1979-cu il – Ata Təqvimi ilə belə olacaqdır:
1 Günəş (I ay) 1-ci il.
8
Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun 23 Söngü (Qürub) 34
(23.8.2012)-ilsıralı Ruhsal Bəlgəsiylə günsıradakı ay və gün adları türkcələşdirildi.
İndi Ata-Ocaq günsırası belədir:
Aylar: 1.Günəş, 2.Çiçək, 3.İşıq, 4.Közərti (Şölə), 5.Od, 6.Söngü (Qürub),
7.Ata, 8.Solğun (Xəzan), 9.Yağış, 10.Sərt, 11.Qar, 12.Köçəri.
Günlər: 1.Dilək (Arzu), 2.Gözlək (Ümid), 3.Dözüm, 4.Uyum (Mərhəm),
5.Bölək (Qismət), 6.İstək (Murad), 7.İnam.
428
AYLAR:
1. Günəş – mart, 7. Ata – sentyabr,
2. Çiçək – aprel, 8. Xəzan – oktyabr,
3. İşıq – may, 9. Yağış – noyabr,
4. Şölə – iyun, 10. Sərt – dekabr,
5. Od – iyul, 11. Qar – yanvar,
6. Qürub – avqust, 12. Köçəri – fevral.
HƏFTƏNİN GÜNLƏRİ:
I. Arzu – bazar ertəsi,
II. Ümid – çərşənbə axşamı,
III. Dözüm – çərşənbə,
IV. Mərhəm – cümə axşamı,
V. Qismət – cümə,
VI. Murad – şənbə,
VII. İnam – bazar.
XALQLAŞDIRMAQ – XALQLAŞMAQ!
(SAFRUHUMA, SADİQİMƏ, ƏSİLİMƏ)
Müqəddəs Fəaliyyətə başlayırsınız!
Ruhani Səfərə çıxırsınız!
Daxilinizdəki Mütləq sizə Yar olsun!
Dostları ilə paylaş: |