EVLAD NİŞANƏSİNİN QORUNMASI
Evlad nişanəsi mütləq mənada pünhan saxlanılır, yada göstərilmir,
yağıya verilmir, çıxılmaz vəziyyətdə cırılır.
Nişanəni şərə verən – xəyanətkar sayılır və evladlıqdan çıxarılır.
31 İnam günü, Qürub Ayı, 8-ci il. Bakı.
440
SATQIN YAŞAMAZLIĞI
Satqına özünü öldürmək imkanı verilir!
Yaşamaq imkanı verilmir!
21 İnam günü, Ata Ayı, 8-ci il. Bakı.
SƏFƏR ÜSTƏ
Amalla yaraqlanmaq.
Amala çağırmaq.
Tilov atmaq.
Evlad tutmaq.
25 Murad günü, Xəzan Ayı, 8-ci il. Bakı.
MADDİ BORC QANUNU
1.Maddi borc Evladın Amala verdiyi Zəruri Qurbandır.
Bu qurban Mütləq verilməlidir.
2. Maddi borc hər ay ödənilir, yaxud cəm halında bir neçə ayda
ödənilir.
3. Maddi borcu ödəməmək – Ruhani borcu ödəməməkdir.
RUHANİ İNTİZAM QANUNU
Mütləqilik – Aqibətimizdir!
Anımız, Günümüz yox, Ayımız, İlimiz yox – Ömrümüz, Sabahımızdır!
Sözü Əməldən cüzi də olsa ayırmaq – Əyrilikdir.
Nisbilik – Əskiklikdir.
Nisbi Əməl – Əməlsizlikdir.
Mütləq İnam – Mütləq İntizam tələb edir.
İntizama ən cüzi xilaf – Amala xilafdır.
Amallı olmaq – Mütləq mənada İntizamlı olmaqdır.
1 Arzu günü, Sərt Ay, 8-ci il. Bakı.
AMAL LƏYAQƏTİ
Sözü Əməldən ayıran – Özünü Amaldan ayırır.
26 Qismət günü, Sərt Ay, 8-ci il. Bakı.
TƏZƏ İL GÜNÜMÜZ
Müqəddəs İlimiz Günəş Ayının 1-də başlanır.
15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı.
441
DOQQUZUNCU İL BAYRAMIMIZ
1. Mərasim Ata Sözüylə başlanır, Evladların Ataya İllik hesabatıyla
davam edir, Ata Söhbəti və cavablarıyla ünə yetir, Bayraq Təntənəsiylə
başa çatır.
2. Evladın Ruhani hesabatı:
Nəyi öyrəndim, nəyi öyrənmədim?
(Müqəddəs Kitabların öyrənilməsi).
Nəylə döyüşdüm, nəylə döyüşməliyəm?
(Özüylə döyüş).
Yaratdımsa – kimlə, nə vaxt; yaratmadımsa – səbəbi? (Ailə
yaradıcılığı).
3. Ataya veriləcək Suallar əvvəldən hazırlanır, yazılı şəkildə Bayram
günü Ataya təqdim edilir.
4. Safruh, Sadiqim, Əsil Müqəddəs Bayrağı Ataya təqdim edirlər.
“Ata Hökmünə Yetdik!” – deyə Ata Səcdəsinə Yüksəlirlər.
5. Evladlar bir-bir Bayraq Andı içirlər:
“Vətənimiz – Səmamızdır!
Vətən rəngli Bayrağıma And içirəm!
Ömrüm-günüm Atanındır – Amalındır!
Vətənimdə dalğalansın Bayrağımız!
İnsanımız – Səmamızdır!
İnsan rəngli Bayrağıma And içirəm!
Ömrüm-günüm Atanındır – Amalındır!
İnsanımda dalğalansın Bayrağımız!
Şərq Dünyası – Səmamızdır!
Şərqim rəngli Bayrağıma And içirəm!
Ömrüm-günüm Atanındır – Amalındır!
Şərqimizdə dalğalansın Bayrağımız!
Bəşəriyyət – Səmamızdır!
Bəşər rəngli Bayrağıma And içirəm!
Ömrüm-günüm Atanındır – Amalındır!
Bəşərimdə dalğalansın Bayrağımız!
6. Evladlar Bayrama Nişanələrlə gəlirlər. Nişanələri Ataya rəmzi
mənada təhvil verirlər və yenidən Atanın əlindən götürürlər.
7. Bayram günü Rəmzi Ocaq qalanır. 8 məşəl yandırılır. Atanı məşəllə
qarşılayırlar və Ocağın başında əyləşdirirlər.
442
8. Ata Sözünə Evladlar ayaq üstə qulaq asırlar.
9. Bayram bütünlüklə “Çahargah” üstə köklənir. Tarda, kamançada,
neydə “Çahargah” dillənir, Qədir Rüstəmovun ifasında dinlənilir.
10. Bayram bütünlüklə maqnitafona yazılır, çəkilir, cövhəri Safruh
tərəfindən sənədləşdirilir.
11. Mərasim 2 saat ərzində bitir.
12. Yeni il carları (plakatları):
Səmavi ilimiz – Səmavi Elimiz – Səmavi Yolumuz!
Göyümüz – Torpağımız. Göyümüz – Bayrağımız!
Doqquz Sabahlı İllər!
Ata Təqvimi – Amal Tarixi!
Qədimliyimiz qədər təzələnmək!
15 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı.
SƏFƏR GÜNÜ
Sərt Ayının 27-si Səfər günü sayılır və Mərasimləşir.
30 Qismət günü, Qar Ayı, 8-ci il. Bakı.
MƏRASİM GƏRƏKLİYİ
Mərasim – Müqəddəs Təmas Məqamıdır – Göy xislətli.
Ona Yüksəlmək gərək!
3 Ümid günü, Köçəri Ay, 8-ci il. Bakı.
MÜTLƏQ TƏLƏB
Mütləqilikdən cüzi də olsa, ani də olsa – ayrılmayın!
Mütləqiliyinizdə Mütləq olun!
“SƏFƏR GÜNÜ” MƏRASİMİ
Mərasimdə: Səfər sözü söylənilir.
Səfər hesabatı verilir.
Səfər xeyir-duası alınır.
Səfər Rəmzi çəkilir:
“Ata Günəşinə qərq olmuş Yol – Göylə birləşən”.
Səfər günü: 27 Sərt Ay.
DOĞMALIQ
Ata Danlağı Su kimi içilir.
Ata Təqdiri Od kimi qorunur.
443
QAZAX BİRLİYİ
Şərə qəzəbləndilər. Şəri qəzəbləndirdilər.
Şər Şərliyini daha artıq bildirəcək.
Şərin Şərliyi daha artıq bilinəcək.
15 İnam günü, Köçəri Ay, 8-ci il. Bakı.
ATA – EVLAD VƏHDƏTİ
1
Atayla Evlad arasında iynənin ucu boyda fikir ayrılığı olmamalıdır.
Olanda Evlad bugünləşir, şərləşir, Evladlıqdan çıxır.
Atayla Evlad arasında iynənin ucu boyda duyğu ayrılığı olmamalıdır.
Olanda Evlad bugünləşir, şərləşir, Evladlıqdan çıxır.
Evlad müstəqilliyinin bir İfadəsi var:
Atayla vəhdət.
2
Ata Səcdəsinə iynənin ucu boyda dəqiqsizlik Şərə xidmətdir.
Çünki Ata Səcdəsi – Şərin qənimidir.
2 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı.
9-cu İL BAYRAMI HAQQINDA
9-cu il Bayramımız – Bayraqlı Bayramımız – təqdir olunur.
Bayraq yaradıcıları Safruhun, Sadiqimin, Əsilin əməli Təqdir olunur,
Bayram təşkilatçısı Əsilin Əməli Təqdir olunur.
Safruhun, Sadiqimin, Əsilin hesabatları Təqdir olunur, başqa
Evladlarınkı Qəbul olunur.
Bayraq mərasimindəki dəqiqsizlik,
texniki
nöqsanlar,
vaxt
qaydasının pozulması nəzərə çatdırılır.
ƏYRİLİK
Bayram – Müqəddəs Əməldir.
Bayramdan imtina eləmək – Amaldan imtina eləməyə bərabərdir...
Amala xidmət eləmək – Fərəhdir...
Şıltaqlıq hərcayi havadır – bugünün çağırdığı.
Düzgün əyri iş tutub...
Bayrama dönük çıxıb,
Bayrağa and içməyib...
Düzgün Amalsız yaşaya bilirsə – yaşasın, bilmirsə – Ata qarşısında
tövbə eləsin, Evladlığını təzədən qaytarsın.
Evladın Özümlükdən kənar Özü yoxdur...
Ata Sözü – Mütləqdir!
16 Arzu günü, Günəş Ayı, 9-cu il. Bakı.
444
EVLADLARA
(9-cu il Hökmü)
9-cu İlimiz Səfər İli olacaq...
Amal Xurcunu çiyninizdə,
Əməl Ağacı əlinizdə,
Mütləq İşığı qəlbinizdə,
Ailə Sorağı dilinizdə Yol gedəcəksiniz.
Nur aparıb Uğur gətirəcəksiniz.
19 Mərhəm günü, Günəş Ayı, 9-cu il. Bakı.
AMAL EVİ
Amal Evi yaranmalıdır.
Ayda bir dəfə Evladlar Amal Evinə yığışmalıdır, Ataya, Mütləqə, Amala
sitayiş etməli, Atadan, Mütləqdən, Amaldan Güc almalı, Amallaşma
Birliyinə çatmalıdırlar:
İdrak İşıqlanır, Mənəviyyat İşıqlanır, İradə İşıqlanır..., Müqəddəs
Kitablar oxunur, Müqəddəs Kitablara Söz deyilir. Ruh Göylənir.
Məsullar – təşkilatca: Safruh, Sadiqim, Əsil, Halal;
bədiyyatca: Safruh, Qəlbi, Özümlü.
Evladların hamısı Ruhani Evin tikilməsində Əməl göstərir.
Amal Evi 10-cu il Bayramında Ataya təqdim olunur.
TƏBİƏTLƏŞMƏ
Dağda dözüm var, vüqar var, səbr var...
Dağdan dözüm öyrənməli, vüqar öyrənməli, səbr öyrənməli...
Dağla görüşməli – Dağa qovuşmalı.
Suda təmizlik var, dirilik var, axarlıq var...
Sudan təmizlik öyrənməli, dirilik öyrənməli, axarlıq öyrənməli...
Suyla görüşməli – Suya qovuşmalı.
Ağacda Böyümə var, bərəkət var, köklük var...
Ağacdan böyümə öyrənməli, bərəkət öyrənməli, köklük öyrənməli...
Ağacla görüşməli – Ağaca qovuşmalı.
Göydə ucalıq var, şəfqət var, ülviyyət var.
Göydən ucalıq öyrənməli, şəfqət öyrənməli, ülviyyət öyrənməli...
Göylə görüşməli – Göyə qovuşmalı.
Çətin məqamlarda Dağa, Suya, Ağaca, Göyə üz tutmalı; Dağdan,
Sudan, Ağacdan, Göydən keçməli; Dağ, Su, Ağac, Göy Sözü Yaratmalı,
Yaşatmalı; Dağ, Su, Ağac, Göy Qohumluğu Yaratmalı – Yaşatmalı.
Mərasimləri Dağ ətəyində, Bulaq, Çay, Dəniz üstündə, Meşədə,
Bağçada, Göy altında keçirməli...
445
RUHANİ YERLƏR
Dağ ətəyi tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin!
Dəniz, Çay, Bulaq üstü tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin!
Bağ, meşə tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin!
Ulduzlu Göy tapın – Mərasimlərimiz üçün. Ruhaniləşsin!
27 Qismət günü, Günəş Ayı, 9-cu il. Bakı.
“ATA GÜNÜ” BAYRAMI HAQQINDA
1. Mərasim baş tutdu. Evlad ləyaqəti, Səfər qətiyyəti təsdiq olundu.
2. Sadiqimin uğurlu təşkilatçılıq əməli təqdir olunur.
3. Nisbilik: Vaxt intizamının pozulması, sonda mərasimin adiləşməsi.
Mərasim Müqəddəsliyi Ruhani Yetkinlik yetirir!
26 Ata Ayı, 9-cu il.
EVLADLARA
Qardaşınız Safruhun “Ata İşığında” Kitabını öyrənin, öyrədin, Sabaha
çatdırın.
10 Murad günü, Xəzan Ayı, 9-cu il. Bakı.
FİKİR YÖNÜ
Ata Buyuruğundan Kənar, Hərcayi Fikir ardınca getmək – İdraki
Azmadır – Evladsızlığa aparan.
İdraki Azma – Amala Yağılıqdır, Şərə yalmanmaqdır, Günahdır – Ata
Qeyzinə layiq!
5 Mərhəm günü, Yağış Ayı, 9-cu il. Bakı.
AMAL ADI
Amalımız “Asif Ata Ocağı” adlanır.
23 Murad günü, Od Ayı, 10-cu il. Bakı.
YÖN
Beynəlmiləlçilik – İmperiyaçılıq.
Millilik – Antiimperiyaçılıq.
19 Dözüm günü, Xəzan Ayı, 10-cu il. Bakı.
Əbil, Vələddin, Əminə öz istəkləriylə Ocaqdan çıxırlar, Uluslu, Layiq,
Göylü Yükündən azad olurlar.
***
446
Arif, Ədalət, Vidadi, Asif, Loğman, Həsən, Gülzar, Bayram, Azər
9
öz
istəkləriylə Ocaqdan çıxırlar, Evlad Yükündən azad olurlar.
***
Ata Ayı, 11-ci il. Bakı.
İlqar
10
öz istəyiylə Ocaqdan çıxır, Evlad Yükündən azad olur.
***
Ocaqdan çıxarılan, çıxan – Ocağa qayıtmır.
***
Ailə Mərasimlərində Ata Mütləqiliyinə ən cüzi xilaf olarsa – Mərasim
dayandırılır, günahkar Ocaqdan çıxarılır.
18 Arzu günü, Ata Ayı, 11-ci il. Bakı.
***
Evladlar arasında Dedi-Qodu Ocağa xəyanət sayılır və Dedi-Qodu
iştirakçıları Ocaqdan çıxarılır.
22 Qismət günü, Ata Ayı, 11-ci il. Bakı.
***
ÖZÜYLƏDÖYÜŞ YAZISI
Evladlar Özüylədöyüş yazısı yazmalıdırlar – Gündəlik, Aylıq, İllik,
Ömürlük.
“Mən kiməm?” – Sualına cavab vasitəsiylə özünü tanımalı; “Bu gün
mən necə yaşadım, hansı naqisliyimdən azad oldum; hansı məziyyət
qazandım?” – Sualına cavab vasitəsiylə özünün Ruhani Halını müəyyən
etməli; Aylıq, İllik, Ömürlük özünümüşahidələr əsasında Kamillik Yolunun
məqamlarını qiymətləndirməli; ardıcıl surətdə İnsanlaşmalı. Yazı Ata Gü-
nündə Ataya təqdim edilməli, Ailə Mərasimlərində oxunmalıdır.
Özüylədöyüşsüzlük – Evladsızlıq sayılır.
(İLK YARPAQ TÖKÜMÜ...)
11
Xalq Cəbhəsi – Mahiyyətcə Hökumətin sərbəst kölgəsi olduğundan,
Mitinq – mahiyyətcə Şərə yarayan Küçə tamaşası olduğundan – onlarda
iştirak eləmək Ocağa Xəyanət sayılır və xəyanətkar Ocaqdan çıxarılır.
9
Arif – keçmiş Qeyrət, Ədalət – keçmiş Qala, Vidadi – keçmiş Elmən, Asif –
keçmiş Dayaq, Loğman – keçmiş Yüksək, Həsən – keçmiş Özül, Gülzar – keçmiş
Bulaq, Bayram – keçmiş Fərəh, Azər – keçmiş Mətin.
10
İlqarın Ocaqdakı adı – Uluyol idi.
11
Adlandırma Safruhundur.
447
***
İlham Heydərov öz istəyiylə Ocaqdan çıxır.
“Qəlbi” Yükündən azad olur.
7 Qismət günü, Od Ayı, 11-ci il. Bakı.
***
Osmanov Qüdrət öz istəyiylə Ocaqdan çıxır, “Binalı” Yükündən azad
olur.20 Günəş Ayı, 12-ci il. Bakı.
***
Turabov Rasim öz istəyiylə Ocaqdan çıxır – “Uluyol” Yükündən azad
olur.
20 Çiçək Ayı, 12-ci il. Bakı.
***
Balakişiyev Sahib öz istəyiylə Ocaqdan çıxır, “Qala” Yükündən azad
olur.
***
Əfəndiyev Xalid öz istəyiylə Ocaqdan çıxır, “Güntay” Yükündən azad
olur.
Çiçək Ayı, 12-ci il. Bakı.
***
İbrahimova Zəminə öz istəyiylə Ocaqdan çıxır, “Ömürtay” Yükündən
azad olur.
***
Quliyev Məhəmmədəli öz istəyiylə Ocaqdan çıxır, “Nurand” Yükündən
azad olur.
***
Nəcəfov Qardaşxan öz istəyiylə Ocaqdan çıxır, “Bilən” Yükündən azad
olur.
***
Məmmədov Mürşüd öz istəyiylə Ocaqdan çıxır, “Qoruyurd” Yükündən
azad olur.
İşıq Ayı, 12-ci il. Bakı.
***
Teymurov Teymur öz istəyiylə Ocaqdan çıxır, “Ucalı” Yükündən azad
olur.
25 İşıq Ayı, 12-ci il. Bakı.
***
Mirzəyev Rəsulağa öz istəyiylə Ocaqdan çıxır – “Uluslu” Yükündən
azad olur.
30 Ata Ayı, 12-ci il. Bakı.
***
448
Həsənov Ələddin öz istəyiylə Ocaqdan çıxır, “Yurdçu” Yükündən azad
olur.
12-ci il. Bakı.
***
Vidadi Ata Hökmüylə Ocaqdan çıxarılır, “Soylu” Yükündən azad olur.
16 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı.
***
Rahilə Ata Hökmüylə Ocaqdan çıxarılır, “Göylü” Yükündən azad olur.
16 Qismət günü, Yağış Ayı, 12-ci il. Bakı.
***
Ocaqdan çıxanlarla, çıxarılanlarla Ata Təması həmişəlik kəsilir.
26 Arzu günü, Yağış Ayı, 12-ci il. Bakı.
***
Ocaqdan Dönən – Ölür.
Ölülərlə Ünsiyyət kəsilir.
22 Qismət günü, Ata Ayı, 11-ci il. Bakı.
449
MÜQƏDDƏS KƏLAMLAR
(7 Kəlam)
451
MÜTLƏQLƏ TƏMAS
(Birinci Müqəddəs Kəlam)
I. ATAYA SƏHƏR RİCASI
Atam – Mütləqim!
Ağlıma İşıq ver.
Ürəyimə Qüvvət ver.
İradəmə Qətiyyət ver.
Yalana uymayım,
Çirkaba bulaşmayım,
Günaha batmayım,
Qəbahətə əyilməyim,
Rəzalətlə barışmayım –
Özümə yad olmayım!
II. ATAYA GÜNORTA RİCASI
Atam – Mütləqim!
Yalanla görüşdüm – Yalançı olmadım.
Çirkabla görüşdüm – çirklənmədim.
Günahla görüşdüm – günahkar olmadım.
Qəbahətlə görüşdüm – əyilmədim.
Rəzalətlə görüşdüm – barışmadım.
Özümə yad olmadım: –
Ağlım işıqlıydı!
Ürəyim qüvvətliydi!
İradəm qətiyyətliydi!
Atalıydım – Mütləqliydim!
III. ATAYA AXŞAM RİCASI
Atam – Mütləqim!
Günüm keçdi,
Sənə bir addım da yaxınlaşdım,
Məni özünə qovuşdur –
Ağlımı ağlınla,
Qəlbimi qəlbinlə,
İradəmi iradənlə işıqlandır –
Sənə layiq olum!
IV. ÖZÜNDƏKI MÜTLƏQLƏ SƏHƏR TƏMASI
Məndə Məndən Yüksək olan Mütləq Məna!
Məndəki Qorxunu Məndən al!
452
Məndəki Həsədi Məndən al!
Məndəki Köləni Məndən al!
Məndəki Xəbisi Məndən al!
Məndəki Cahili Məndən al!
Məndəki Vəhşini Məndən al!
Məndəki Hərisi Məndən al!
Məndəki Zalımı Məndən al!
Məni Özümə çatdır!
Nisbi Cəsarəti Məndən al!
Nisbi Heyrəti Məndən al!
Nisbi Vüqarı Məndən al!
Nisbi Saflığı Məndən al!
Nisbi Doğruluğu Məndən al!
Nisbi İnsaniliyi Məndən al!
Nisbi Ləyaqəti Məndən al!
Nisbi Mərhəməti Məndən al!
Məni Özümə çatdır!
Nisbi İnamı Məndən al!
Nisbi İdrakı Məndən al!
Nisbi Mənəviyyatı Məndən al!
Nisbi İradəni Məndən al!
Məni Özümə çatdır!
Mütləqə tapınım – Nisbiyə tapınmayım.
Həqiqətə tapınım – Yalana tapınmayım.
Vicdana tapınım – Zora tapınmayım.
İnsana tapınım – Zamana tapınmayım.
Özümə çatım!
V. TƏBİƏTDƏKI MÜTLƏQLƏ GÜNDÜZ TƏMASI
Təbiətdə Təbiətdən Yüksək olan Məna!
Dağların Vüqarında Mənliyim yaşayır: – Ona çatım!
Çayların Axarında Mənliyim yaşayır: – Ona çatım!
Səmanın Ucalığında Mənliyim yaşayır: – Ona çatım!
Günəşin Şəfqətində Mənliyim yaşayır: – Ona çatım!
Qürubun Qübarında Mənliyim yaşayır: – Ona çatım!
Səhərin Cəzbində Mənliyim yaşayır: – Ona çatım!
Gecənin Sehrində Mənliyim yaşayır: – Ona çatım!
Səndəki Özümlüyümə çatım!
453
VI. DÜNYADAKI MÜTLƏQLƏ AXŞAM TƏMASI
Dünyada Dünyadan Yüksək olan Məna!
Əzəliyə qovuşum – Ötəridən keçim!
Əbədiyə qovuşum – Keçicidən keçim!
Sonsuza qovuşum – Sonludan keçim!
Kamilə qovuşum – Qeyri-Kamildən keçim!
Ötərini Əzəli saymayım.
Keçicini Əbədi saymayım.
Sonlunu Sonsuz saymayım.
Qeyri-Kamili Kamil saymayım.
Hadisədə qalmayım – Mahiyyətə çatım.
Gerçəklikdə qalmayım – Mahiyyətə çatım.
Şəraitdə qalmayım – Mahiyyətə çatım.
Mühitdə qalmayım – Mahiyyətə çatım.
Səndəki Özümlüyümə çatım!
Dostları ilə paylaş: |