Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə2/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Nəzəri məsələlər:

  1. təlim və tərbiyənin psixoloji məzmununun açılması;

  2. inkişafetdirici təlimin psixoloji mexanizmləri və qan­unuy­ğunluqlarının müəyyən edilməsi;

  3. tərbiyəedici və öyrədici texnologiyaların psixoloji mexanizminin ayırd edilməsi;

  4. müxtəlif formalı pedaqoji əməkdaşlığın gerçəkləş­dirilməs­inin psixoloji baxımdan əsaslandırılmış mexanizmlərinin işlənib hazırlanması.



  1. Praktik vəzifələr:

    1. təlim və tərbiyənin psixoloji əsaslar üzərində qurulma­sın­da müəllimə yardımçı olmaq;

    2. məktəbdə yaradıcı və inkişafetdirici şəraitin yar­adıl­ma­sı­na kömək etmək;

    3. proqressiv öyrədici texnologiyaların, fəal təlim metodlarının istifadəsinə çalışmaq, fərdi və differensasiya olunmuş yanaşmanın qəbul edilməsini həyata keçirmək;

    4. pedaqoji fəaliyyətdə müəllimə peşəkar və şəxsi keyfiyyətlərini gerçəkləşdirməsinə şərait yaratmaq və ona kömək etmək.

Pedaqoji psixologiyanın predmeti və obyektinin ayırd edilməsi onun psixoloji biliklər sistemində yerini və strukturunu müəyyən etməyə imkan verir. Qeyd etmək lazımdır ki, pedaqoji psixologiyanın strukturunun müəyyən edilməsinə yönəlmiş müxtəlif yanaşmalar vardır. Onlardan bəzilərinə diqqət yetirək.
Rus psixoloqları S.V.Sarıçev və İ.N.Loqinov pedaqoji psixologiyanın struktu­run­da aşağıdakı bölmələri ayırd edirlər:
1) Tərbiyənin və özünütərbiyənin psixologiyası;
2) Təlimin psixologiyası;
3) Öyrənmənin psixologiyası;
4) Pedaqoji fəaliyyətin psixologiyası və müəllim şəxsiyyəti.
Pedaqoji psixologiyanın strukturunun təşkilində L.A.Qriqoriyeviç üç bölməni fərqləndirir:
1.Təlim psixologiyası. Təlim psixologiyası - təlim motivasiyasının xüsu­si­y­yətlərini, təlim fəaliyyətinin spesifikasını, idrak proseslərinin formalaşma mexanizmini, şagirdlərin yaradıcı potensialının inkişafını tədqiq edir.
Təlim psixologiyası çərçivəsində bilik, bacarıq və vərdişlərin forma­laş­dır­ıl­mas­ına istiqamətlənmiş təlimin forma, məzmun, metod və vasitələrinin psix­o­lo­ji təhlili aparılır.

  1. Tərbiyənin psixologiyası. Tərbiyə psixologiyası müxtəlif yaş dövrlərində şəxsiyyətin formalaşmasının məqsədyönlüyünü öyrənir və şəxsiyyətin inkişafına sosial amillərin təsir dərəcəsini öyrənir.

Tərbiyə psixologiyası çərçivəsində pedaqoji ünsiyyətin optimal təşkilinin əsas məsələləri də öyrənilir.
3. Müəllim psixologiyası. Bu bölmə müəllim fəaliyyətinin peşəkar xüsu­siy­yə­t­lə­rinin psixoloji əsaslarını, onun peşəkarlığının formalaşması mərhələlərini və qanunauyğunluqlarını, eləcə də, pedaqoji kollektivdə formalaşan daxili münasibətləri öyrənir.
İ.F.Demidov pedaqoji psixologiyanın strukturunda aşağıdakı bölmələri ayırd edir:
1. Təhsil fəaliyyətinin (tələbə) psixologiyası və pedaqoji fəaliyyətin psixologiyası (müəllim fəaliyyəti);
2. Təlim fəaliyyətinin psixologiyası və onun subyekti-öyrənənin (şagirdin) psixologiyası;
3. Pedaqoji fəaliyyətin psixologiyası və onun subyekti-öyrədənin (müəllimin) psixologiyası;
4. Pedaqoji əməkdaşlığın və ünsiyyətin psixologiyası.
Qeyd etmək lazımdır ki, müasir dövrdə pedaqoji psixologiya elminin differensiasiyası prosesi müşahidə olunur. Son zamanlar pedaqoji psixologiyanın predmetinin elementlərinin tədqiqinə həsr olunmuş müstəqil nəzəri və praktik tədqiqatlar aparılır. Bu tədqiqatların nəticəsi pedaqoji psixologiyanın yeni bölmələrinin qəbul edilməsinə və ya onların müstəqil elm sahəsi kimi mövcudluğuna imkan yaradır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Məktəbəqədər təlimin və tərbiyənin psixologiyası;

  2. Məktəb yaşı dövründə təlim və tərbiyənin psixologiyası;

  3. Orta peşə təhsilinin psixologiyası;

  4. Ali məktəb psixologiyası.

Pedaqoji psixologiyada nəzəri tədqiqatların əsas istiqamətlərini təlimin idarə olunması, təhsil prosesinin öyrənilməsi, təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi, təlim motivasiyası, təhsil prosesinin subyektlərinin şəxsiyyət keyifyyətlərinin öyrənilməsi və s. kimi məsələlər təşkil edir.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin