Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə26/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Hormonal tip ailə tərbiyəsi yüksək emosional qəbul etmə, empatiya, emosional dəstək, uşaqlardan ailənin bütün üzvlərinin razı qalmasının yüksəkliliyi, uşağın öz inkişaf yolunu sərbəst seçməsinə imkan verilməsi, uşağın müstəqil şəxsiyyət kimi mövcudluğunun qəbul olunması və yönləndirilmiş tərbiyə üsulundan imtina, uşağın fərdi xüsusiyyətlərinin, qabiliyyətlərinin inkişafı üçün çalışma və onlara uyğun seçilən tələbatlar sistemi, uşağın özünü sərbəst idarəyə keçənə qədər onun sistematik idarə edilməsi, davamlılığı, tərbiyənin hüdudlarından kənara çıxmayaraq ailənin hər bir üzvünün hüquqlarının qorunub saxlanılması və uşağın yaşı ilə əlaqəli olaraq tərbiyənin planlı dəyişilməsi ilə seçilir.
Dishormonal tip ailə tərbiyəsi – uşağa qarşı emosional münasibətin çatışmazlığı, emosional imtina və ambivalent münasibət, valideynlərin uşaqlarla maraqlanmasının aşağı səviyyədə olması və uşağın tərbiyəsi haqqında ailənin eyni fikirə gəlməməsi. Yüksək səviyyəli fikir ayrılığı, valideyn uşaq münasibətlərinin düzgün olmaması, konstruktiv olmayan xarakterdə idarəetmə, valideyn monitorinqinin aşağı səviyyəsi, çox sərt qoyulmuş sanksiyalar və yaxud da onların olmaması, uşaqla münasibətdə yüksək konfliktin olması, uşağın tələbatlarının ya ödənilməməsi ya da həddindən artıq çox ödənilməsini özündə ehtiva edir.
Disharmonik tərbiyənin aşağıdakı tiplərini ayırd edirlər:

  1. Hiporteksiya – diqqətin, qayğının, qiymət və yoxlamanın, uşağa qarşı marağın olmaması. Uşağın tələbatlarının ödənilməsində çatışmazlıqlar, uşaqda mənfi emosiyasiyaların təzahürü ilə səciyyəvidir.

  2. Hiperproteksiya – həddindən artıq çox valideyn qayğısı ilə, proteksiyanın yüksək forması, uşağa qarşı sevgi və emosional münasibətdən çəkinmə ilə xarakterizə olunur.

  3. Tərbiyənin uyğunsuzluğu – ailənin ayrı-ayrı üzvlərinin özünü­gerçək­ləş­dir­məs­ində fərqli məqamların olmasına, fərqli tərbiyə və dünyagörüşün mövcudluğuna əsaslanır.

  4. Yüksək mənəvi məsuliyyəti ilə fərqlənən tərbiyə tipi – uşağın fərdi xüsusiyyətlərinin və yaşından asılı olmayaraq ona qarşısnda yüksək tələbatların qoyulması ilə fərqlənir.

  5. Hipersosiallaşdırılmış tərbiyə üsulu – uşağın sosial həyatını, onun nailiyyətini, həmyaşıdları ilə münasibətini, real psixofizioloji xüsusiyyətlərini, qabiliyyətlərini nəzərə almayaraq valideyinin fikri konsepsiyasına əsaslanır.

  6. Mədəniyyətə daha çox önəm verən tərbiyə üsulu- bu tərbiyə tipində uşağa qarşı aciz, köməksiz kimi davranmaq xarakterikdir ki, bu da uşağın inkişafında zəiflik yaradır, onun özünüidarəetməsini zəiflədir, eqoizmə və demonstrativliyə gətirib çıxarır.

Məktəb tərbiyə institutu kimi. Məktəbdə təhsil alan uşaq həyatının mənalı hissəsini burada keçirir (11il). Burada onu həmyaşıdları və müəllimləri tərbiyə edir. Məktəbdə tərbiyə üçün əlverlişli şərait yaranır. Məktəbin tərbiyə institutu kimi əsas çatışmazlığı ondan ibarətdir ki, burada ayrıseçkilik yoxdur (məktəb işçiləri üçün bütün uşaqlar bərabərdir) və burada hər bir uşağın fərdi-psixoloji xüsusiyyəti nəzərə alınmır.
Psixoloqlar ailə və məktəbin sərbəst tərbiyə institutu kimi mövcud olması mümkün olan qarşılıqlı təsirini təhlil edərək belə bir qənaətə gəlmişlər ki, məktəb və ailədə effektiv təsirin əsas psixoloji şərtləri kimi aşağıdakılar çıxış edir:

  • Pedaqoqda uşağı və valideynləri özünə cəlb edəcək pedaqoji səriştəliliyin, marağın və hər bir valideyn qrupu ilə işləmək bacarığının mövcudluğu;

  • Birgə fəaliyyətin mövcudluğu;

  • Birgə fəaliyyətdə uşaqların və valideynin yaradıcılıq potensialının təzahür etdirilməsi.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin