pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)
Tərbiyəvi təsirin metodlarına inandırma (bu və ya başqa məsələnin həqiqiliyini təyin etməyə yönələn sözlü təsirdir), təlqin (bir şəxsin başqa bir şəxsə və ya qrupa təsiri), sirayət (istənilən yaşda qəbul oluna bilər və effektivlik dərəcəsi ətrafdakıları öz fikrinə cəlb etmək istəyən insanın emosionallığından asılı olan metod), təqlid (şüuraltı təsirə malikdir və daha çox məktəbəqədər yaşlı uşaqlarla iş zamanı məqsədəuyğundur) və s. aiddir.
Tərbiyəvi təsirin aşağıdakı metodlarını göstərmək olar:
Təhrikedici və ya yaradıcı. Belə psixoloji təsir mövcud olan davranışın əsnasında yaranan hissləri korreksiya edir və yeni lazımlı keyfiyyətlərin inkişafına təkan verir, neqativ vərdişləri aradn qaldırır (inandırma, xeyixahlıq, diqqət və qayğı, dolayı fəaliyyət, rica, müəllimin uşağın hisslərinin aktivləşdirməsi, və s. Məsələn, uşağın istədiyinə nail olduğu hərəkəti edəndən sonra onun qarşısına şərt qoymaq, uşağın şəxsiyyətində mənəvi dəstəyin və inamın gücləndirilməsi, nəaliyyətin təşkil olunması, özünəinam, maraqlı fəaliyyətə yönəlmə, əxlaqi məşqlər və s.)
Ləngidici. Belə psixoloji təsir mövcud olan mənfi keyfiyyətlərin aradan qaldırılmasına köməklik edir və müsbət keyfiyyətlərin inkişafı üçün mühit yaradır (əmr, möhkəmləndirmə, laqeydlik, ironiya, ifşa etmək, inamsızlıq, hiddətlənmək, qəzəb, töhmətləndirmək, cəzalandırmaq, xəbərdarlıq etmək, veriləcək cəza haqqında həyəcan yaratmaq və s.).
Güclü emosional reaksiya yaradıcı təsirlər.
Pedaqoji və psixoloji ədəbiyyatlarda tərbiyəvi təsirin 3 əsas metodunu qeyd edirlər: inandırma metodu, məşq metodu, qiymətləndirmə metodu.
İnandırma metodu özündə aşağıdakıları ehtiva edir:
- Pedaqoqun mülahizəsi (məsələn,“axmaqlar azad ola bilmir, çünki
nəticələri əvvəldən düşünə bilmir”);
- Pedaqoqun arqumenti (“nəqliyyatda oglanlar oturmasalar yaxşıdır, çünki
onlardan zəifi həmişə tapılar”);
- Əhvala və şəxsi münasibətə görə pedaqoqun ifadə etdiyi fikirlər (“mənim işçilər işə gecikəndə xoşum gəlmir, bu həmişə işin ritrmini pozur”)
- Mədəniyyətdə ümumi qəbul olunan qaydalar haqqında məlumat
(“stəkandan və ya fincandan içmək daha məqsədəuyğundur, birbaşa şüşədən içmək düzgün deyil)
- Münasibətdə baş verənlərin daxili gizli mənasını açmaq (“Sən əsas
materialı unutduğun üçün indi biz hər bir şeyi dəqiqliklə həyata keçirə bilmərik”)
- Pedaqoqun uşaqla dialoqu (”Mən belə hesab edirəm, bəs sən nə fikirləşirsən?”)
- Müəllim tərəfindən aparılan disskusiya (”Gəlin indi müzakirə edək,
intizam nəyə lazımdır və o hər birimizin həyatında nə kimi rol oynayır?”)
- Həyati məsələrlə bağlı pedaqoqun məsləhət və tövsiyələri (”Mən səni ağıllı
və gözəl insan bilib məsləhət verirəm ki, incitdiyin qızdan bu hərəkətinə görə üzr istəyəsən”)
Məşq metodu. Bu metod uşağın başqasının adı altında həyata keçirdiyi, onun daxili münasibətlərinin real praktiki fəaliyyətini təyin edən təsir növüdür. Burada daxili və xarici münasibətlər vəhdət təşkil etməlidir. Məşq metodu özündə davranış bacarıqlarını birləşdirir. O, aşağıdakı kimi həyata keçirilir:
- Pedaqoq qismində (kişi müəllim qadın müəllimin sinif otağının girişində
dayanır)
-Uşaqlar üçün nəisə etməyi xahiş edir (xahiş edirəm proyektoru uşaqlara
apar).
- Fəaliyyətin xarakterini dəyişərək nəsə etməyi xahiş edir (mən sizdən xahiş
edirəm ki, geri qayıdın və sinif otağının bizim gəlişimizə qədər təmiz olub-olmadığını yoxlayın).
- Birgə fəaliyyətlə əlaqədar təlimatlar verir (gənclər əllərinizi yuxarı uzadın
və s).
- Xüsusi treninqlərlə davranış vərdişlərinin qazanılması (mədəniyyət dərsi).
- Mədəni- psixoloji qaydalarla keçirilən oyun və s.
Pedaqoq və psixoloqların fikrincə, yalnız kiminsə ünvanına olan təhqirə yol verən vəziyyətlərdə əmr üsulundan istifadə etmək olar.