1. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008
2. Əlizadə Ə.Ə., H.Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya. Bakı: 479 s.
Əliyev B.H. Sosial sifariş və özəl təhsilin bəzi məsələləri. Bakı, 1996
Əliyev B.H. J. Piajenin nəzəriyyəsinin təlim fəaliyyəti üçün əhəmiyyəti. Bakı, 1996
Əliyev B.H. Müəllim-tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı, 1998
Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002
Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001
Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Caşıqoğlu, 2003
Pestalotsi I.H. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1970
Andreeva Q.M. Sozdannaə psixoloqiə. M., 1980
Anağev B.Q. Psixoloqiə pedaqoqiçeskie oüenki: M., 1980, T.2
Bruner .C. Psixoloqiə poznanie. M:1977
Berns R. Razvitie «Ə» konüepsiə i vospitanie, M. 1989
Boxubor S.D. Razvitıe subcekta obrazovaniə. M., 2005
Vulğfov B.Z. Ubanov V.D. Osnovı pedaqoqiki. M., 2000
Vvdenie v praktiçeskuö soüialnuö psixoloqiö. (Pod.red. Ö.M.Jukova). M.: 1996
Pedaqoji fəaliyyət bilavasitə ünsiyyət vasitəsilə həyata keçirilir.Ünsiyyət predmetlərarası kateqoriyalara aid edilir və sosiologiya, fəlsəfə, pedaqogika, antropologiya, ümumi, sosial və pedaqoji psixologiya və s. kimi elm sahələrində öyrənilir.
Ünsiyyətə pedaqoji – psixoloji yanaşmanın spesifik cəhəti ondan ibarətdir ki, burada diqqət başlıca olaraq ünsiyyətin strukturunun təhlilinə, şəxsiyyətlərarası və qruplararası münasibətlərdə fərdi yönəlişliyinə və sosial stereotiplərin rolunun öyrənilməsinə, eləcə də idrak və ünsiyyət prosesində özünüdərkin formalaşma dinamikasının açılmasına yönəlmişdir.
Psixoloqlar və pedaqoqlar öz tədqiqatlarında ünsiyyətin bir sıra struktur komponentlərini ayırd edirlər. Həmin komponentlər aşağıdakılardan ibarətdir:
Kommunikativ komponent informasiya mübadiləsini özündə əks etdirir. Bu komponentdə ünsiyyətin gedişində informasiyanı ötürən və qəbul edən bu və ya digər işarlər sistemindən istifadə edir, ünsiyyətdə olanlar bir – birinə təsir edərək qarşılıqlı münasibətlərdə olurlar.
İnteraktiv komponent – qarşılıqlı təsirdə olan portnyorlar birgə fəaliyyət icra edir. Burada interaksiya qarşılıqlı təsirin xarici təsviri olan ünsiyyət forması ilə ifadə olunur.
Perseptiv komponent – ünsiyyət zamanı bir portnyorun digərini qavramasında ifadə olunur.
Ünsiyyətin kommunikativ tərəfi insanlar arasındakı informasiya prosesinin xüsusiyyətləri (portnyorlar arasındakı münasibətlər, onların yönəlişlikləri, məqsəd və fikirləri) ilə əlaqədardır.
İnteraktiv tərəf özündə qarşılıqlı təsirin təşkilini və ümumi strategiyasını əks etdirir. Ünsiyyətin perseptiv tərəfi fiziki xarakteristikasına görə qarşı tərəfin psixoloji keyfiyyətlərinin və davranış xüsusiyyətlərinin qavranılmasından ibarət prosesi özündə əks etdirir. Ünsiyyətin bu üç komponenti birgə fəaliyyət və şəxsiyyətlərarası münasibətlərin optimallaşması üçün vacib şərtdir. Bəs pedaqoji ünsiyyətin nə kimi özəl xüsusiyyətləri var?
Pedaqoji ünsiyyət – ünsiyyətin özünəməxsus xüsusiyyətlərini özündə əks etdirən xüsusi forması olub, ümumi psixoloji qanunauyğunluqlara tabe olan, özündə kommunikativ, interaktiv və perseptiv komponentləri əks etdirən prosesdir.