Тяхмини тявгим тематик план


Müəllim və şagirdlər arasındakı konfliktlərin həlli



Yüklə 1,34 Mb.
səhifə40/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

Müəllim və şagirdlər arasındakı konfliktlərin həlli. Əgər müəllim hər hansı konfliktləri həll etmək istəyirsə, onda o, şagirdi dərsdən sonra saxlamalı və onunla dialoq şəklində qarşılıqlı təsir təşkil etməlidir. Bunun üçün isə o, aşağıdakı şərtlərə əməl etməlidir:

münasibətini bildirməsi üçün rəğbətləndirməlidir;

  • Əgər müəllim onun dedikləri ilə razılaşmırsa, onda arqumentləri dəqiq və

dürüst şəkildə ifadə edərək şagirdi bunların axtarışına həvəsləndirməlidir;

müəllimin zəbt etməsinə çalışmamaq;

  • Həmkarının üzünə tez-tez baxmaq;

Bu ifadələri dialoq zamanı şagirdlərə qarşı tez-tez təkrarlamaq lazımdır: “Sən özün necə fikirləşirsən?”, “Mənə sənin fikrin maraqlıdır”, “Sən niyə susursan?”, “Sən mənimlə razı deyilsən? Niyə?”, “Sübut elə ki, mən haqlı deyiləm!” və s.
Şagirdlər arasında müəllimin vasitəçi olduğu konfliktlərin həlli. Vasitəçinin fəaliyyəti ondan ibarətdir ki, kimin haqlı, kimin günahkar olduğunu aydınlaşdırmır, iştirakçıları dostlaşdırır, onların ünsiyyətində konstruktiv elementləri inkişaf etdirir və möhkəmləndirir, konfliktin həllini yüngülləşdirir. Burada neytrallığı və sabitliyi qorumaq başlıca məqamlardandır.
Vasitəçilik metodikası 4 addımdan ibarətdir:
I mərhələ. “Danışıq üçün zaman ayırmaq”. Bu mərhələdə vasitəçi iştirakçılara danışıq üçün zaman və məkan tapmağa kömək edir. Buna görə növbəti şərtlərə əməl etmək lazımdır: danışıq uzunmüddətli (2-4 saat) olmalı, məkan elə seçilməlidir ki, müxtəlif maneələrdən (zənglər, ətrafa güz gəzdirmək və s.) kənar olsun və heç kəs heç yerə tələsməməlidir.
Sonra isə iki əsas qayda iştirakçılar üçün dəqiq və dürüst şəkildə ifadə olunmalıdır:
1) Danışıq başlayandan sonra otaqdan vaxt bitmədən tez çıxmaq qadağan olunur. Qaçmaq, qapını çırpmaq, “Mən ümumiyyətlə, bu haqqında danışmaq istəmirəm!”, “Artıq hər şey aydndır, daha nə haqqında danışaq?”, “Mən görürəm ki, mənim burda olmağım mənasızdır” tipli ifadələrdən istifadə etmək olmaz;
2) “Güclü üsullar”dan (digərini güzəştə getməyə, təslim olmağa məcbur etmək) istifadə etmək qadağandır. Ünsiyyət həmkarını alçaltmaq və təhqir etmək olmaz.
II mərhələ. “Konfliktin həllinin mütəşəkkil surətdə planlaşdırılması”. Danışığın lap əvvəlində düzgün “yanaşma” vacib əhəmiyyət kəsb edir. Əks halda siz hər hansı bit tərəfə tərəfkeşlik etməkdə günahlandırıla bilərsiniz. Danışıq zamanı elə ustanovka yaratmalısınız ki, iştirakçılardan heç biri öz şəxsi mövqeyindən tam imtina etməyə məcbur olmasın.
Şagirdlərlə birlikdə siz də bütün tərəflər üçün pozitiv məqamların əks olunduğu yeni mövqelər irəli sürün. Əgər uşaqlar danışıqdan sonra onların hər birinin dinlənildiyinə əmin şəkildə çıxıb gedərlərsə, onda danışıqları uğurlu hesab etmək olar.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin