Ümumdünya Səhiyyə Təşkilatı


QAYDA  J.  Mürəkkəb morfoloji



Yüklə 10,45 Kb.
Pdf görüntüsü
səhifə4/31
tarix13.04.2017
ölçüsü10,45 Kb.
#13900
1   2   3   4   5   6   7   8   9   ...   31

QAYDA  J.  Mürəkkəb morfoloji 
diaqnozlar: 
Əgər  mürəkkəb  termin 
XBT-O-da  qeyd  edilmirsə,  həmin 
terminin  kök  sözlərinin  ardıcıllığını 
dəyişin.  Mürəkkəb  sözlərin  heç  də 
hamısı  bu  siyahıda  verilmir.  Məsələn, 
XBT-O-da  miksofibrosarkoma  termini 
olmasa da, fibromiksosarkoma termini 
mövcuddur. Əgər axtardığınız termini 
tapa  bilmirsinizsə,  kök  sözlərin 
müxtəlif  ardıcıllıqla  kombinasiyalarını 
axtarın.  34-cü  səhifədə  verilən  kod-
laşdırma təlimatlarına nəzər salın. 
QAYDA  K. Bir neçə morfoloji 
terminin kodlaşdırılması:
  Bir  şişin 
diaqnozunda  müxtəlif  kodlara  malik 
iki 
modifikasiyaedici 
sifətdən 
istifadə  edildikdə  bir  kod  bütün 
diaqnostik  terminləri  əhatə  edə 
bilmirsə,  daha  əvvəl  verilən  yuxarı 
koddan  istifadə  edin.  Əgər  termin 
müxtəlif kod nömrələrinə malik iki və 
ya  daha  artıq  modifikasiyaedici  sifətə 
malikdirsə,  ən  yüksək  kod  nömrəsinə 
malik  olanı  istifadə  edin,  çünki, 
adətən,  həmin  kod  daha  spesifik  olur. 
34-cü  səhifədə  verilən  kodlaşdırma 
təlimatlarına istinad edin. 
Cədvəl 14.   XBT-O-3-də verilən qaydalar və XBT-O-2-də onlara müvafiq olan nömrələr 
XBT-O (III nəşr) 
XBT-O (II nəşr) 


Mövzu 
Topoqrafik region və dəqiqləşdirilməmiş nahiyələr 
Sözönləri 
Birdən artıq topoqrafik kateqoriya və ya altkateqoriya
Limfomaların topoqrafik kodları
Leykemiyaların topoqrafik kodları
Davranış kodu
Diferensiasiya dərəcəsi 
Nahiyəyə aid morfologiya 
Mürəkkəb morfoloji diaqnozlar 
Çoxsaylı morfoloji terminlərin kodlaşdırılması 
A
 




12 

13 





8, 9 

10 
 
K
 
11
 
* Qeydlər: II nəşrdə qayda 1-də on
 rəqəmli kodun strukturu təsvir edilir.
II nəşr, qayda 7-də “xərçəng” və “karsinoma” terminləri arasındakı fərq izah edilir.  
II nəşr, qayda 14-də çoxsaylı yenitörəmələrin kodlaşdırılması ilə əlaqədar məsələlər təsvir olunur. 
Qayda 1 ilə qarışdırılmaması üçün üçüncü nəşrdə 
Qayda I yoxdur. 
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
......................................................................................................................................................................
____________________________________________________________________________

20 
4.2. TOPOQRAFİYA 
4.2.1 Giriş 
Topoqrafik  kod  yenitörəmənin 
yarandığı  lokalizasiyasını,  digər  sözlə, 
haradan əmələ gəldiyini bildirir.  XBT-
O-nun  üçüncü  nəşrində  topoqrafik 
kodlara  heç  bir  dəyişiklik  və  ya  əlavə 
edilməmişdir.  C00-dan  C80-dək  olan 
topoqrafik  kod  və  ya  rubrikalar         
XBT-10-un  II  hissəsində  bədxassəli 
yenitörəmələrə  aid  bölməyə  istinad 
edir  və  bu  mənada  XBT-O  ilə  XBT-10 
arasındakı  fərqlər  müvafiq  bölmədə 
göstərilir. Bədxassəli, xoşxassəli, in situ 
və  bəd  və  ya  xoşxassəli  olub-
olmamasından  asılı  olmayaraq,  bütün 
yenitörəmələr    XBT-O-da eyni topoq-
rafik kodlarla kodlaşdırılır.
4.2.2. Sifət formaları 
Yenitörəmənin  aid  olduğu  topoq-
rafik  nahiyə  isim  və  ya  ona  uyğun 
sifətdən  istifadə  etməklə  kodlaşdırıla 
bilər,  məsələn, “körpü qlioması” və ya 
“körpünün  qlioması”.  Ümumilikdə, 
isim  formaları  XBT-O-nun  rəqəmli 
siyahısı  və  əlifba  indeksi  ilə  göstərilir: 
məsələn,  siyahıda  “körpü”  var, 
“körpünün”  isə  yoxdur.  Rahat 
kodlaşdırma  məqsədilə  çox  rast 
gəlinən  sifətlərdən  yalnız  bir  neçəsi, 
məsələn, “uşaqlıq” və “mədə” XBT-O-
da  qeyd  edilir.  Düzgün  isimin 
istifadəsilə  bağlı  tərəddüd  olduqda, 
kodlaşdırma  aparan  şəxs  tibbi  lüğətə 
müraciət etməlidir. 
4.2.3. Xüsusi topoqrafik kodlar 
Qida borusunun hissələri 
Qida  borusunun  müxtəlif  hissə-
lərinin  təsnifatı  üçün  bir-birinə  uyğun 
gəlməyən  iki  müxtəlif  sistem  istifadə 
edildiyinə görə bunların hər ikisi həm 
XTB-O, həm də XBT-10-da (Cədvəl 15) 
əksini  tapmışdır.  Radioqrafik  və 
cərrahi  məqsədlə  boyun,  döş  və  qarın 
terminləri,  endoskopik  və  klinik 
məqsədlər  üçün  isə  yuxarı,  orta  və 
aşağı üçdəbir terminləri tətbiq olunur.  
Cədvəl 15. Qida borusu kodunun quruluşu
C15
C15.0 
C15.1
C15.2
C15.3 
C15.4 
C15.5 
C15.8 
C15.9
QİDA BORUSU 
Qida borusunun boyun hissəsi 
Qida borusunun döş hissəsi 
Qida borusunun qarın hissəsi 
Qida borusunun yuxarı üçdəbiri 
Qida borusunun proksimal üçdəbiri 
Qida borusunun orta üçdəbiri 
Qida borusunun aşağı üçdəbiri 
Qida borusunun distal üçdəbiri 
Qida borusunun yuxarıda qeyd edilən iki və ya daha 
artıq nahiyəsinin hüdudlarından kənara çıxan zədələnməsi 
Qida borusu, ƏGO 
Qəlsəmə  yarığı  və  Mekkel 
divertikulu  yenitörəmə  nahiyələri 
kimi 
Həm  “qəlsəmə  yarığı”,  həm  də 
“Mekkel  divertikulu”  anadangəlmə 
qüsurlar  olduğuna  görə,  XBT-10-da 
müvafiq  olaraq,  Q18.0  və  Q43.0 
kateqoriyasında 
kodlaşdırılmışlar. 
Bununla  belə,  qeyd  edilən  ano-
maliyalar  yenitörəmələrə  başlanğıc 
verən  toxumalar  əmələ  gətirə  bilir. 
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
......................................................................................................................................................................
____________________________________________________________________________

21 
XBT-O-nun  topoqrafiya  bölməsində 
C10.4  -  qəlsəmə  yarığı  və  C17.3  - 
Mekkel divertikulu kodları qeyd edilir. 
Bu  terminlərin  yalnız  aidiyyəti 
yenitörəməyə  başlanğıc  verən  toxuma 
olduqları  halda  istifadə  edilməli 
olduqlarını  bildirmək  üçün  onların 
adından  sonra  mötərizə  içərisində 
“yenitörəmə nahiyəsi” ifadəsi işlədilir. 
Yenitörəmənin 
bu 
toxumalarda 
yarandığı  hallar  istisna  olmaqla,  qeyd 
edilən  anadangəlmə  anomaliyalar 
üçün  XBT-O-nun  topoqrafik  kodları 
tətbiq edilməməlidir.  
4.2.4. Topoqrafik regionlar və 
dəqiqləşdirilməmiş nahiyələr 
QAYDA  A.  Əgər  diaqnozda  törə-
mənin toxuma mənşəyi göstərilmirsə, 
“ƏGO”  əvəzində  hər  bir  dəqiqləşdi-
rilməmiş  nahiyəni  əlifba  göstərici-
sində  təklif  edilən  müvafiq  kodla 
kodlaşdırın. 
İnsan  bədənindəki  regionlar  və 
dəqiqləşdirilməmiş nahiyələrə aid olan 
diaqnozların kodlaşdırılması problemli 
bir  məsələdir.  Əksər  dəqiqləşdiril-
məmiş  nahiyələr  XBT-O-nun  C76 
kateqoriyası altında kodlaşdırılır, lakin 
bəziləri,  məsələn,  “yuxarı  ətraf”  bir 
neçə  toxumadan  təşkil  olunmuşdur 
(Cədvəl  16).  Diaqnozun  adında  şişin 
mənşəyini  göstərən  toxuma  göstə-
rilməyə  bilər.  Məsələn,  “yuxarı  ətraf” 
dedikdə yuxarı ətrafın dərisi, müxtəlif 
yumşaq toxumaları və hətta sümükləri 
nəzərdə  tutula  bilər.  Birincili  nahiyə 
barədə  heç  bir  təfsilatın  məlum 
olmadığını  bildirən  “yuxarı  ətraf, 
ƏGO” C76.4 kimi kodlaşdırılır. Yuxarı 
ətraf 
şişlərinin 
kodlaşdırılmasını 
asanlaşdırmaq  üçün  əlifba  sırası  ilə 
verilən indeksdə yuxarı ətraf sözündən 
aşağıda  ona  aid  olan  müxtəlif 
toxumalar əlifba sırası ilə verilir.  
Cədvəl 16. Əlifba göstəricisində verilən 
topoqrafik regionların nümunələri 
C76.4
C44.6
C49.1
C49.1
C49.1
C44.6
C49.1
C49.1
C40.1
C40.1
C77.3
C47.1
C49.1
C49.1
C40.0
C40.0
C47.1
C49.1
C49.1
C49.1
Yuxarı ətraf
ƏGO 
ƏGO (karsinoma, melanoma, 
nevus) 
ƏGO (sarkoma, lipoma) 
birləşdirici toxuması 
dərialtı toxuması 
dərisi 
əzələsi 
fibroz toxuması  
qısa borulu sümükləri 
qısa borulu sümükləri, aidiyyəti 
oynaqları 
limfa düyünü 
periferik sinirləri 
piy toxuması  
skelet əzələsi 
uzun borulu sümüyü 
uzun borulu sümüyü, aidiyyəti 
oynaqların 
vegetativ (avtonom) sinir sistemi 
vətəri
vətər yatağı 
yumşaq toxuması 
Əlifba  sırası  indeksində  çox  rast 
gəlinən  xoş  və  bədxassəli  yeni-
törəmələrə  nümunələr  (mötərizə  içə-
risində)  verilir  və  bunlar  əmələ 
gəldikləri  toxumaya  aid  edilir.  Yuxarı 
ətrafda  karsinoma,  melanoma  və  xal 
C44.6  kimi  kodlaşdırılır  və  “yuxarı 
ətraf dərisi”ni nəzərdə tutur. Mötərizə 
içərisində  verilən  bu  cür  məlumatlar 
kodlaşdıran  şəxsə  kömək  etmək  və 
məsələn,  yuxarı  ətrafın  müxtəlif  növ 
karsinomalarını  (yastı  hüceyrəli  kar-
sinoma, 
epidermoid 
karsinoma) 
göstərmək  üçün  nəzərdə  tutulmuş  və 
C76.4  (yuxarı  ətraf,  ƏGO)  kimi  deyil, 
C44.6  (yuxarı  ətraf  dərisi)  kimi 
kodlaşdırılmalıdır. 
Analoji  olaraq,  sarkoma  və  lipoma 
C49.1  kimi  kodlaşdırılır  ki,  bu  da 
yuxarı  ətrafın  müxtəlif  yumşaq 
toxumalarının  topoqrafik  kodunu 
təşkil  edir. Əksər sarkomalar, məsələn, 
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
............................................................................. 
___________________________________

22 
fibrosarkoma,  liposarkoma  və  angi-
osarkoma  mənşəyini  yumşaq  toxu-
malardan 
götürür. 
Əlifba 
sırası 
indeksində  bədənin  C76  topoqrafik 
kodu  altında  verilən  digər  dəqiq-
ləşdirilməmiş  nahiyələri  və  regionları 
üçün  də  analoji  yanaşmadan  istifadə 
edilir.  Bəzi  dəqiqləşdirilməmiş  nahi-
yələr,  məsələn,  çənə,  ƏGO  və  alın ƏGO 
C76-ya deyil, dəriyə (C44-ə) aid edilir. 
Sümük  şişləri  xüsusi  diqqət  tələb 
edir.  Həm  osteo-  (“sümük”),  həm  də 
xondrosarkomalar (“xondro” qığırdaq) 
adətən sümükdə yaranır. “Yuxarı ətraf 
sümüyü”  C40.0  kimi  kodlaşdırılır, 
“yuxarı ətrafın uzun sümükləri, kürək 
sümüyü  və  aidiyyəti  oynaqlar”ı 
bildirir  və  əgər  osteosarkoma  və  ya 
xondrosarkoma  yuxarı  ətraf  sü-
müklərindən  birində  baş  verərsə,  bu 
koddan istifadə edilməlidir. 
Periferik sinirlər və birləşdirici 
toxumalar
Periferik 
sinirlər 
(C47._) 
və 
birləşdirici  toxumalara  (C49._)  bir  sıra 
müxtəlif  toxumalar  aiddir  (aidiyyəti 
terminlər  üçün  topoqrafik  siyahıya 
nəzər  salın).  Əlifba  sırası  indeksində 
bədənin  bütün  nahiyələrinə  aid  olan 
müvafiq  terminlərin  hamısı  əks 
olunmur.  Məsələn,  birləşdirici  toxu-
maya aid edilən adipoz toxuma hər bir 
dəqiqləşdirilməmiş 
nahiyə 
üçün 
verilmir. 
4.2.5. Sözönləri 
QAYDA  B.  Əgər  topoqrafik 
nahiyənin  adının  qarşısına  peri-, 
para-  və  ya  bənzər  kimi  XBT-O-da 
xüsusi göstərilməyən sözönləri əlavə 
edilmişsə,  törəmənin  mənşəyi  spe-
sifik  toxumanın  göstərildiyi  hallar 
istisna  olmaqla,  nahiyəni müvafiq 
dəqiqləşdirilməmiş  C76  altkateqo-
riyası ilə kodlaşdırın.  
Topoqrafik  nahiyə  və  müxtəlif 
orqanların  adının  yanında  peri-,  para-, 
pre-, supra-, infra- və s. kimi şəkilçilər 
tez-tez  istifadə  edilir.  Bu  şəkilçilər 
vasitəsilə  modifikasiya  edilən  topoq-
rafik nahiyələrdən bir neçəsi XBT-O-da 
qeyd edilir və onlara uyğun kod təyin 
edilmişdir.  Məsələn,  “periadrenal 
toxuma”,  “peripankreatik  toxuma”  və 
“retrosekal toxuma” siyahıda verilir və 
bunlara  “retroperiton”u  müəyyən 
edən  C48.0  kodu  verilir.  “Paraaortal 
limfa düyünü” XBT-O-da qeyd olunur 
və  ona  aortal  limfa  düyünü  ilə  eyni 
kod  nömrəsi  –  C77.2  təyin  edilir. 
XBT-O-da  belə  sözönləri  vasitəsilə 
modifikasiya edilmiş bütün topoqrafik 
nahiyələri əhatə etmək mümkün deyil. 
Təcrübədə  belə  şəkilçilərin  istifadəsi 
həmin  nahiyənin  dəqiqləşdirilməmiş 
olmasına  dəlalət  edir.  Kodlaşdırmanı 
aparan  şəxslər  XBT-O-da  göstə-
rilməyən  digər  dəqiqləşdirilməmiş 
nahiyələr  üçün  C76  rubrikasından 
istifadə  etməlidirlər.  Eyni  qayda  spe-
sifik topoqrafik nahiyənin “sahəsində” 
və  ya  “regionunda”  olan  qeyri-dəqiq 
elementlər üçün də tətbiq olunur. 
4.2.6.  Bir  neçə  nahiyənin  hü-
dudlarını  əhatə  edən  bədxassəli 
yenitörəmələr 
QAYDA C. Şiş iki və ya daha artıq 
kateqoriyanı  və  ya  altkateqoriyanın 
hüdudlarını əhatə edirsə və əmələgəl-
mə  mənbəyi  müəyyən  edilə  bilmirsə, 
“.8” altkateqoriyanı tətbiq edin.  
C00-C76  kateqoriyalarında  birincili 
bədxassəli  yenitörəmələr  yarandıqları 
toxuma və ya orqana görə təsnif edilir. 
Bir çox üç simvollu rubrikalarda daha 
sonra  ad  təyin  edilmiş  hissələr  və  ya 
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış

23 
altkateqoriyalar  müəyyən  edilir.  Üç 
simvollu kateqoriya daxilində iki və ya 
daha  artıq  yanaşı  yerləşən  nahiyəni 
əhatə  edən  eyni  və  mənşəyini  təşkil 
edən  toxumanın  müəyyənləşdirilə 
bilmədiyi  yenitörəmə  “.8”  kate-
qoriyasına  –  “qeyd  edilən  iki  və  ya 
daha  artıq  nahiyənin  hüdudlarından 
kənara  çıxan  zədə”  kimi  təsnif  edilir 
(əgər  başqa  yerdə  spesifik  olaraq 
kateqoriyalara 
ayrılmamışdırsa). 
“Qeyd  edilən  iki  və  ya  daha  artıq 
nahiyə”  dedikdə  həmin  nahiyələrin 
yanaşı  yerləşməsi  nəzərdə  tutulur. 
Rəqəm  ardıcıllığı  ilə  gələn  alt-
kateqoriyalar  əksər  hallarda  anatomik 
olaraq  yanaşı  yerləşən  strukturları 
əhatə  etsə  də,  bu  mütləq  qayda  deyil 
(məsələn,  sidik  kisəsi  C67)  və  belə 
olmadığı  hallarda  topoqrafik  əla-
qələrin  müəyyən  edilməsi  üçün 
anatomiya 
kitablarına 
müraciət 
edilməlidir.  Məsələn,  “qida borusu və 
Bəzən  yenitörəmə  müəyyən  sistem 
daxilində  iki  və  ya  daha  artıq  üç 
simvollu 
kateqoriyanın 
təmsil 
olunduğu iki və ya daha artıq nahiyəni 
əhatə  edə  bilər.  Bu  halda  orqan 
sistemlərində  iki  və  ya  daha  artıq 
nahiyəni əhatə edən altkateqoriyaların 
siyahısını  görmək  üçün  17-ci  Cədvələ 
nəzər  salın.  Məsələn,  “mədə  və  nazik 
bağırsaqların  karsinoması”  –  C26.8, 
yəni “həzm sisteminin qeyd edilən iki 
və  ya  daha  arıtq  nahiyəsinin 
hüdudlarından  kənara  çıxan  zədəsi” 
kimi təsnif edilməlidir. 
mədənin  karsinoması”  spesifik  olaraq 
C16.0 (kardiya) kimi təsnif edilir, lakin 
“dilin  ucu  və  ventral  səthinin 
karsinoması”  isə  C02.8  kimi  təsnif 
edilməlidir.  Digər  tərəfdən  “dilin 
ucunun  onun  ventral  səthinə  də 
yayılan karsinoması” C02.1 kimi təsnif 
edilməlidir,  belə  ki,  bu  halda  mənşə, 
yəni dilin ucu məlumdur. 
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları

24 
r
r
Cədvəl 17.   Bir neçə üç simvollu kateqoriyanı əhatə edən yenitörəmələr üçün nahiyə kodları 
C02.8 
C08.8 
C14.8 
C21.8 
C24.8 
C26.8
C39.8
C41.8 
C49.8 
C57.8 
C63.8 
C68.8 
C72.8 
4.2.7.  Limfomalara  aid 
topoqrafik  kodlar 
QAYDA  D.  Əgər  limfoma  limfa 
düyünlərindən  inkişaf  edirsə,  onu 
C77.0  ilə  kodlaşdırın.  Əgər  limfoma 
bir  neçə  limfa  düyünü  regionunu 
əhatə edirsə, onu C77.8 kimi (çoxsaylı 
regionların  limfa  düyünləri)  kod-
laşdırın.  Düyündən  kənar  (ekstra-
nodal) limfomaları yarandığı toxumaya 
(bu,  biopsiyanın  aparıldığı  nahiyə 
olmaya  da  bilər)  görə  kodlaşdırın. 
Əgər  limfomanın  nahiyəsi  qeyd 
edilmirsə  və  ekstranodal  olmasına 
şübhə varsa, onu C80.9 kimi (naməlum 
birincili nahiyə) kodlaşdırın.  
Solid  şişlərdən,  məsələn,  süd  vəzi 
və  ya  mədə  xərçəngindən  fərqli 
olaraq, limfomalar sistemli (generalizə 
olunmuş) proses hesab olunur. Limfo-
maların  əksəriyyəti  limfa  düyünündə 
(topoqrafik  kodu  C77._)  və  ya 
badamcıqlar,  dalaq,  Valdeyer  həlqəsi, 
nazik  bağırsaqların  Peyer  düyüncük-
ləri  və  ya  çəngələbənzər  (lat.  tymus
vəzi   kimi  limfatik  toxumalarda 
yaranır  və  “nodal”  (və  ya  düyün) 
limfomaları adlandırılır. 
Limfomalar  həmçinin  müxtəlif 
orqanların  limfatik  toxumalarında, 
məsələn,  mədə  və  ya  bağırsaqlarda 
yarana bilər. Belə limfomalar “ekstra-
nodal”  (“düyündənkənar”)  və  ya 
“ekstralimfatik” adlandırılır. Ona görə 
də  limfomalar  üçün  nahiyələrə  aid 
topoqrafik kodlaşdırma tətbiq edilmir. 
Bəzi 
hallarda 
ekstranodal 
və 
ekstralimfatik  terminləri  bir-birinə 
ekvivalent  kimi  istifadə  edilsə  də, 
əslində  “ekstranodal”  termini  limfo-
manın  limfa  düyünündə  yaranma-
dığını,  lakin  yuxarıda  qeyd  edilən 
limfatik 
toxumalardan 
birində 
meydana  çıxa  biləcəyini,  “ekstra-
limfatik”    termini    isə    limfomanın, 
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
Dilin yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin hüdudlarından kənara çıxan zədəsi 
Böyük ağız suyu vəzilərinin  yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin 
hüdudlarından kənara çıxan zədələnməsi 
Dodaq, ağız boşluğu və udlağın yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin 
hüdudlarından kənara çıxan zədələnməsi 
Düz bağırsaq, anus və anal kanalın yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin  
hüdudlarından kənara çıxan zədələnməsi 
Öd yolunun yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin hüdudlarından kənara 
çıxan zədələnməsi 
Həzm sisteminin yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin hüdudlarından kənara 
çıxan zədələnməsi 
Tənəffüs və döş qəfəsi orqanlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin 
hüdudlarından kənara çıxan zədələnməsi 
Sümük, oynaq və oynaq qığırdaqlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin 
hüdudlarından kənara çıxan zədələnməsi 
Birləşdirici, dərialtı və digər yumşaq toxumaların yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir 
neçəsinin hüdudlarından kənara çıxan zədələnməsi 
Qadın cinsiyyət orqanlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin 
hüdudlarından kənara çıxan zədələnməsi 
Kişi cinsiyyət orqanlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin  
hüdudlarından kənara çıxan zədələnməsi 
Sidik orqanlarının yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin hüdudlarından kənara 
çıxan zədələnməsi 
Baş beyin və mərkəzi sinir sisteminin yuxarıda qeyd edilən nahiyələrindən bir və ya bir neçəsinin 
hüdudlarından kənara çıxan zədələnməsi
......................................................................................................................................................................
____________________________________________________________________________

25 
qeyri-limfatik  orqan  və  ya  toxumada 
əmələ gəldiyini bildirir. 
Nodal  və  ya  ekstranodal  lim-
fomaları  qeyd  edərkən,  şişin  birincili 
yaranma  nahiyəsini  müəyyən  etmək 
vacibdir.  Həmin  nahiyə  biopsiya 
götürülən  və  ya  metastazlaşma  baş 
verən  nahiyə  olmaya  bilər.  Məsələn, iri 
hüceyrəli  diffuz  B-hüceyrəli  limfoma 
həm nodal, həm də birincili ekstranodal 
şiş ola  bilər.  Biopsiya  limfa  düyünündə 
aparıla bilər, lakin, əsas xəstəlik birincili 
düyündənkənar  orqanda  ola  bilər.  Belə 
diferensiasiyanın 
aparılması 
üçün 
yeganə  etibarlı  üsul  instrumental 
diaqnostik 
müayinələrlə 
şişin 
mərhələsinə 
dair  məlumat 
əldə 
edilməsindən  ibarətdir.  Lakin  onkoloji 
xəstəliklərə  dair  registrlər  üçün  bu 
məlumat  asan  əlçatan  olmaya  bilər. 
Əgər  hər  hansı  limfa  düyününün 
birincili 
nahiyəni 
təşkil 
etdiyi 
dəqiqdirsə,  kodlaşdırma  da  müvafiq 
qaydada  aparılmalıdır.  Əks  təqdirdə 
“limfa  düyünü,  ƏGO”  (C77.9)  istifadə 
edilməlidir.  Əgər  birincili  nahiyənin 
limfa düyünləri olmadığı məlum olarsa, 
bu 
zaman 
“naməlum 
birincili 
nahiyə”  (C80.9)  kodundan  istifadə 
edilməlidir.  Belə  fərqləndirmənin  apa-
rılması  vacibdir,  çünki  ekstranodal  lim-
fomaların proqnozu daha yaxşı ola bilir. 
4.2.8.  Leykemiyaların  topoqrafik 
kodlaşdırılması 
QAYDA  E.  Miyeloid  sarkoma 
(9930/3)  istisna  olmaqla,  bütün 
leykemiyaları  C42.1  kimi  (sümük 
iliyi) kodlaşdırın.  
Miyeloid  sarkoma  orqan  və  ya 
toxumadakı  leykemik  depodan  ibarət 
olduğu üçün yarandığı mənbəyə görə 
təsnif edilməlidir.  
4.3. MORFOLOGİYA  
4.3.1. Giriş 
Morfoloji 
kod 
yenitörəməyə 
çevrilmiş  hüceyrənin  növünü  və 
bioloji  fəallığını  kodlaşdırır,  digər 
sözlə,  inkişaf  etmiş  şişin  növünü  və 
davranışını  bildirir.  Tam  morfoloji 
kod  üç  komponentdən  təşkil  olun-
muşdur: 
4 rəqəm – hüceyrənin növü 
(histologiya) 
1 rəqəm – davranış 
1 rəqəm – diferensiasiya  dərəcəsi 
və ya fenotip. 
XBT-O-da 
morfoloji 
kodlar 
verilmiş  şiş  hüceyrəsinin  növünü, 
əlavə  rəqəm  isə  davranışını  kodlaş-
dırır.  Törəmənin  dərəcəsi,  diferen-
siasiya  və  ya  fenotip  şiş  haqda  əlavə 
məlumat təqdim edir. 
Yüklə 10,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin