Ümumdünya Səhiyyə Təşkilatı



Yüklə 10,45 Kb.
Pdf görüntüsü
səhifə5/31
tarix13.04.2017
ölçüsü10,45 Kb.
#13900
1   2   3   4   5   6   7   8   9   ...   31

Xərçəng və karsinoma 
“Xərçəng”  və  “karsinoma”  sözləri 
tez-tez  bir-birinə  ekvivalent  olaraq 
istifadə edilir, məsələn, “yastı hüceyrəli 
xərçəng” 
və 
“yastı 
hüceyrəli 
karsinoma”.  Qeyd  edilən  misalda  bi-
rincinin  ikinci  kimi  kodlaşdırılmasın- 
da heç bir səhv yoxdur. Lakin “iyşəkilli 
hüceyrəli  xərçəng”  “iyşəkilli  hüceyrəli 
sarkoma”  və  ya  “iyşəkilli  hüceyrəli 
karsinoma” növlərinə bölünür. XBT-O-
da xərçəng sözü yalnız bir dəfə – qeyri-
spesifik  termin  olan  “bədxassəli 
yenitörəmə”yə  (8000/3)  sinonim  kimi 
qeyd  edilir.  Aydındır  ki,  XBT-O-da 
“xərçəng” sözünün histoloji diaqnozun 
tərkib  hissəsi  olaraq  qeyri-dəqiq 
formada  istifadə  edildiyi  bütün  hallar 
üçün spesifik kodlar təyin edilə bilməz. 
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları

26 
4.3.2. Davranış 
Şişin  davranışı  onun  orqanizm 
daxilindəki  aktivliyini  göstərir.  Şişin 
davranışını  müəyyən  etmək  üçün 
patoloqlar müxtəlif üsullardan istifadə 
edirlər. 18-ci Cədvəldə bu davranışlar 
əks  etdirilir.  Şiş  yayılma  potensialına 
malik olmadan yerində inkişaf edə (/0, 
xoşxassəli),  yerində  inkişaf  etsə  də, 
bədxassəli ola (/2, qeyri-invaziv və ya 
in  situ),  ətraf  toxumalara  sirayət  edə 
(/3,  bədxassəli,  birincili  nahiyə)  və 
hətta  yarandığı  lokalizasiyadan  dis-
seminasiya  edərək  başqa  nahiyədə 
inkişafını 
davam 
etdirə 
(/6, 
metastatik) bilər.  
Cədvəl 18.  Yenitörəmələrin davranışını 
müəyyən edən 5-ci simvol 
Kod
/
0
 
Xoşxassəli 
/1 
Maliqnantlığı və ya bədləşmə dərəcəsi qeyri-
müəyyəndir 
Sərhəd maliqnantlığa malikdir 
Maliqnantlıq potensialı aşağıdır 
Maliqnantlıq potensialı qeyri-müəyyəndir  
/2        İn situ karsinoma 
İntraepitelial  
İnfiltrasiya etməyən 
Qeyri-invaziv  
/3 
Maliqnant, birincili lokalizasiya 
/6*  Maliqnant, metastazın lokalizasiyası 
Maliqnant, ikincili lokalizasiya 
/9*   Maliqnant, lokalizasiyanın birincili və ya 
metastaz olduğu qeyri-müəyyəndir 
_________________________________________
* İşarə ilə verilmiş kodlar 
Xərçəng Registrlərində istifadə edilmir 
Əksər 
onkoregistrlərdə 
yalnız 
bədxassəli  və  in  situ  yenitörəmələrə 
dair  məlumat  toplanılır  ki,  bunlar  da 
davranış  koduna  görə  /3  və  ya  /2 
simvolları  ilə  müəyyən  edilir.  /6 
(bədxassəli,  metastatik)  və  /9  (bəd-
xassəli, birincili və ya metastatik olması 
qeyri-müəyyən  olan)  davranış  kodları 
bu  məlumat  bazalarında,  adətən, 
istifadə olunmur. Məsələn, əgər xəstədə 
ağciyərə  yayılmış  karsinoma  varsa  və 
törəmənin  toxuma  mənşəyi  məlum 
deyilsə,  müvafiq  kod  olaraq  C80.9 
(naməlum  birincili   nahiyə)  və   8010/3
(karsinoma)  istifadə  edilir.  /3  birincili 
nahiyənin  bədxassəli  yenitörəməsini 
bildirir. 
İn situ karsinoma və Uşaqlıq 
boynun Epiteldaxili Yenitörəməsi 
(UEY) III 
Əksər  onkoregistrlərdə  istənilən 
nahiyədə  meydana  gələn  in  situ 
karsinoma  qeydə  alınır.  Qəbul  edilən 
faktdır  ki,  in  situ  karsinomaların 
mühüm əksəriyyəti uşaqlıq boynunda 
qeydə alınır. Son illərdə bu patologiya 
üçün  sitoloq  və  patoloqlar  tərəfindən 
bir  neçə  başqa,  lakin  bir-biri  ilə  sıx 
əlaqəli termin, xüsusilə də epiteldaxili 
yenitörəmə  termini  istifadə  edil-
məkdədir.  Uşaqlıq  boynunun  III 
dərəcəli  epiteldaxili  yenitörəməsi 
(UEY III) termini uşaqlıq boynu üçün 
tez-tez  işlədilir.  Təəssüf  ki,  bu  termin 
həm in situ karsinomanı, həm də ağır 
dərəcəli displaziyanı əhatə edir.  
Aidiyyəti  məsələ  ilə  əlaqədar 
müxtəlif  ölkələrdə  bu  sahənin  aparıcı 
mütəxəssislərinin rəyləri alınmışdır və 
onların  əksəriyyətinin  fikrincə,  ağır 
dərəcəli  displaziyanın  qeyd  olunub- 
olunmadığından asılı olmayaraq, UEY 
III termini in situ karsinomaya uyğun 
hesab  edilə  bilər.  UEY  III  kimi  qeyd 
edilməyən  uşaqlıq  boynunun  ağır 
dərəcəli  displaziyası  SNOMED-ə 
(Sistematik  Tibbi  Nomenklatura) 
əsasən  digər  nahiyələrin  ağır  dərəcəli 
displazasiyası  kimi  kodlaşdırılır. 
Uşaqlıq yolu (UYEY III), vulva (VEY 
III) və  anusun  (AEY  III)  eyni  adlı
patologiyalarına  da  analoji  şəkildə 
yanaşılmalıdır.  
UEY  III-nün  in  situ  karsinomaya 
uyğun  gəlmədiyini  düşünən  pato-
loqlar 
(ixtisaslaşmayan) 
matriks 
sistemini  tətbiq  etməklə,  davranış 
kodunu  dəyişdirərək  /1  edə  bilərlər 
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
............................................................................ 

27 
(xoş  və  ya  bədxassəli  olması  qeyri-
müəyyən olan). 
“Bethesda” 
sitoloji 
məlumat 
sistemində  (23)  yalnız  iki  qrup,  aşağı 
diferensiasiyalı 
yastı 
hüceyrəli 
epiteldaxili  zədələnmə  və  yüksək 
diferensiasiyalı  yastı  hüceyrəli  epitel-
daxili zədələnmə qeydə alınır. Yüksək 
diferensiasiya  dərəcəsi  olan  qrupa 
orta  (UEY  II)  və  ağır  dərəcəli 
displaziya  və  in  situ  karsinoma  (UEY 
III) aid edilir.
Patoloji laboratoriyalarda 
davranış kodunun istifadəsi 
Hazırkı  təlimatların  oxuduğunuz 
hissəsində  verilən  təlimatların  əksə-
riyyəti kodlaşdırma aparan və şişlərin 
qeydiyyatı  ilə  məşğul  olanlar  üçün 
nəzərdə  tutulsa  da,  patoloqların  da 
təsnifata dair ehtiyacları nəzərə alınıb. 
İki  qrup  arasında  fərq  davranış 
kodunun istifadəsi ilə müəyyən edilir. 
Onkoloji xəstəliklərin registrini aparan 
mütəxəssisləri  burada  birincili  törə-
mənin  müəyyən  edilməsi  maraqlan-
dırırsa,  patoloqu  toxuma  nümunə-
sinin  kodlaşdırılması  maraqlandırır. 
Patoloqa  eyni  xəstəyə  aid  bir  neçə 
müayinə  materialı  göndərilmiş  ola 
bilər: məsələn, (a) bioptat, (b) birincili 
nahiyə  və  (c)  metastaz  nahiyəsindən 
alınmış  tikələr  (Cədvəl  19).  Patoloq 
üçün  hər  üç  müayinə  materialını 
izləyə  bilmək  əhəmiyyətlidir.  Onko-
registrin  qeydiyyatını  aparan  mütə-
xəssis  isə  yalnız  birincili  törəmədə 
maraqlıdır. Hər bir müayinə materialı 
müvafiq topoqrafik və morfoloji kodla 
kodlaşdırılır.  Lakin  davranış  baxı-
mından  (b)  materialı  /3,  (a)  və  (c) 
materialları  isə  /6  (metastatik)  hesab 
edilir.  Bu  isə  müvafiq  topoqrafik 
kodun 
şişin 
mənşəyini 
ifadə 
etmədiyini  bildirir.  Bundan  əlavə, 
registrin əməkdaşı yalnız (b)-ni – şişin 
davranışını  /3  simvolu  ilə  müəyyən 
etməklə  şişin  əmələgəlmə  nahiyəsini 
və morfologiyasını qeydə alır.  
Cədvəl 19. Laboratoriyada nümunələrin kodlaşdırılması üzrə misallar 
a.
Bioptatla  diaqnostika:  körpücüküstü  limfa  düyünü,  metastatik
üzüyəbənzər  hüceyrəli  adenokarsinoma,  böyük  ehtimalla
mədədən yayılmış
*b. 
Birincili nahiyə: mədə dibi, üzüyəbənzər hüceyrəli adenokarsinoma
c.
Metastatik nahiyə: yuxarı pay bronxu, metastatik üzüyəbənzər
hüceyrəli adenokasinoma
C77.0 
C16.1 
C34.1 
8490/6 
8490/3
8490/6 

Bu halda kodlar qeydiyyat bazasında verildiyi şəkildə təqdim edilir
4.3.3. Morfoloji kod 
matriksinin mahiyyəti 
QAYDA  F.  XBT-O-da  dəqiq  ter-
min göstərilməsə belə, yenitörəmənin 
davranışını 
təsvir 
edən 
5-ci 
simvoldan istifadə edin.  
XBT-O-da 
verilən 
terminlərin 
morfoloji  kodunun  struktur  və 
mahiyyəti  üçün  20-ci  Cədvələ  nəzər 
salın.  Birinci  misalda  (A)  morfoloji 
kodla  beş  termin  görünür.  Bunların 
hər biri eyni dörd simvollu koda (8140) 
malik olub, vəzi mənşəli yenitörəməni 
bildirir.  “Adenoma,  ƏGO”  xoşxassəli 
şişdir  və  davranış  kodu  /0-dır. 
“Adenokarsinoma,  ƏGO”  “adenoma, 
ƏGO”-nun  bədxassəli  ekvivalentidir 
və  davranış  kodu  /3-dür.  “İn  situ 
adenokarsinoma”  müvafiq  olaraq,  /2 
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
......................................................................................................................................................................
____________________________________________________________________________

28 
davranış  koduna  malikdir.  Əvvəllər 
“Bronxial  adenoma”  xoşxassəli  şiş 
hesab 
edilirdi, 
lakin 
sonralar 
bədxassəli  olduğu  və  ya  bədxassəlilik 
potensialına  malik  olduğu  müəyyən 
edilmişdir.  Ona  görə  də  əlavə  gös-
təricisi  olmayan  bronxial  adenomanın 
xoş-  və  ya  bədxassəli  şiş  kimi 
davranacağı  naməlum  olmadığı  üçün 
ona /1 davranış kodu təyin edilmişdir. 
“Metastatik  adenokarsinoma,  ƏGO” 
8140/6  koduna  malikdir.  XBT-O-nun 
rəqəmli    siyahısı  və  ya  əlifba  siyahısı 
indeksində  göstərilməsə  də,  8140/9  da 
matriksin tərkib hissəsidir. Əgər klinik 
və  ya  patoloji  qeydlərdə  “birincili  və 
ya  metastatik  olduğu  bəlli  olmayan 
ağciyər  adenokarsinoması”  diaqnozu 
qeyd  edilirsə,  bu  8140/9  kimi 
kodlaşdırıla  bilər.  Əvvəldə  də  qeyd 
edildiyi  kimi  xərçəngin  qeydiyyatını 
aparan  şəxs  bu  koddan  istifadə  etmir, 
çünki normada yalnız /2 (in situ) və /3 
(bədxassəli  yenitörəmə,  birincili  na-
hiyə) kodlarına uyğun gələn törəmələr 
registrə daxil edilir. 
İkinci  misalda  (B)  dörd  simvollu 
9000  nömrəli  morfoloji  kodun  altında 
üç  termin  sadalanıb.  “Brenner  şişi, 
ƏGO” adətən xoşxassəli olur, ona görə 
də  9000/0  kimi  qeyd  edilir.  Əgər 
“bədxassəli  Brenner  şişi”  diaq-
nozundan istifadə edilmişsə, bu zaman 
bu  şişi  9000/3  kimi  kodlaşdırmaq 
düzgündür.  Analoji  olaraq  “malıq-
nantlığı  qeyri-müəyyən  olan  Brenner 
şişi”  9000/1  kimi  kodlaşdırılır.  9000/2, 
9000/6  və  9000/9  kodları  XBT-O-da 
qeyd  edilmir.  Ehtiyac  olduqda 
onlardan istifadə oluna bilər. Məsələn, 
“in  situ  Brenner  şişi”  müəyyən 
edilərsə,  9000/2  kodu  tətbiq  oluna 
bilər. 
Üçüncü  misalda  yalnız  bir  termin, 
“xordoma”  qeyd  edilir.  Xordoma, 
adətən, bədxassəli olur və ona görə də 
morfoloji  kodu  9370/3  olmalıdır.  9370 
matriksində digər kodlar da vardır və 
ehtiyac  olarsa,  istifadə  edilə  bilər. 
Məsələn,  XBT-O-da  qeyd  edilməsə  də 
“xoşxassəli 
xordoma” 
müəyyən 
edildikdə, o, 9370/0 kodlaşdırılır. Qeyd 
etmək  lazımdır  ki,  bəzi  mümkün 
kombinasiyalar  yəqin  ki,  mövcud 
deyil,  yaxud  da  qəbul  edilməyib  və 
təsvir olunmayıb. Məsələn, “xoşxassəli 
sarkoma”  termini  mövcud  konsep-
siyalara zidd olardı. 
Adətən,  histoloji  termin  aydın 
şəkildə  şişin  davranışını,  yəni  xoş-  və 
ya  bədxassəli  olmasını  özündə  əks 
etdirir  və  bu,  XBT-O-da  həmin  şiş 
üçün  təyin  edilmiş  davranış  kodu 
vasitəsilə qeyd edilir. XBT-O-da yalnız 
in situ şişlərinin bir neçə histoloji növü 
qeyd  edilir.  Əgər  in  situ  törəmə  aşkar 
edilərsə,  XBT-O-da  verilən  istənilən 
dörd  simvollu  koda  /2  davranış 
kodunu  əlavə  etmək  mümkündür. 
Qeyd  edilməlidir  ki,  matriks  sistemi 
şişin  xoşxassəli,  bədxassəli,  in  situ  və 
ya  xoş-  və  ya    bədxassəliliyi  məlum 
olmayan  kimi  müəyyən  edilməsində 
yekun rəyi patoloqa vermişdir. 
Burada  təyin  edilən  davranış  kodu 
patoloqun fikrincə həmin törəməyə ən 
çox xas olan davranış kodunu göstərir. 
Əgər  patoloq  XBT-O-da  göstərilmiş 
kodla  və  ya  konkret  bir  halda  təyin 
edilən  kodla  razı  deyilsə,  onu  dəyişə 
bilər.  Məsələn,  süd  vəzi  giləsinin 
Pedcet  xəstəliyi  XBT-O-da  bədxassəli 
xəstəlik kimi qeyd edilir. Son vaxtlarda 
bəzi  patoloqlar  nəzərəçarpan  şiş 
kütləsinin  olmaması  hallarında,  bu 
patologiyanı  in  situ  hesab  etməyə 
başlamışlar.  Belə  olduğu  halda  şiş  in 
situ  olaraq  qeyd  edilir  və  müvafiq 
şəkildə kodlaşdırılır. 
 
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış

29 
Cədvəl 20. Morfologiya və davranış kodu matriksi
Misal A
Misal B
Misal C
8140 
9000 
9370 
Əsas hüceyrə növü 
5-ci rəqəm – davranış kodu 
/0 xoşxassəli 
8140/0 Adenoma, ƏGO 
9000/0 Brenner şişi, 
  ƏGO (C56.9) 
9370/0 
/1 Xoş- və ya bədxassəli 
olması naməlum 
8140/1 Bronxial adenoma 
(C34._) 
9000/1 Brenner şişi, 
   keçid malıqnizasiyalı 
 (C56.9) 
9370/1 
/2 in situ, qeyri-invaziv 
8140/2 İn situ adenokarsinoma     9000/2 
9370/2 
/3 bədxassəli, birincili 
8140/3 Adenokarsinoma, ƏGO     9000/3 Bədxassəli 
Brenner şişi (C56.9) 
9370/3 
Xordoma
/6 bədxassəli, metastatik
*
 
8140/6 Metastatik 
9000/6 
9370/6 
/9 bədxassəli, birincili və ya 
metastatik olduğu qeyri-
müəyyən
*
 
9000/9 
9370/9 
*
İşarə ilə verilmiş kodlar Xərçəng Registrlərdə istifadə edilmir
Yadda 
saxlayın 
ki, 
XBT-O 
topoqrafik  və  morfoloji  kodlaşdırma 
sistemidir  (digər  sözlə  kodlaşdırılmış 
nomenklaturadır)  və  xəstəliklərin 
mərhələlər  və  ya  xəstəliyin  yayılma 
dərəcəsini 
kodlaşdırmaq 
üçün 
nəzərdə  tutulmayıb.  XBT-O  təsnifat 
sisteminin 
Xərçəng 
Əleyhinə 
Beynəlxalq  Cəmiyyətin  (XƏBC)  və  ya 
Amerika  Xərçəngə  Qarşı  Müştərək 
Komitə (AXQMK) tərəfindən verilmiş 
TNM  təsnifatı  ilə  heç  bir  əlaqəsi 
yoxdur. 
Kodlaşdırma 
patoloqun 
qeydləri  əsasında  aparılır.  Lakin  əgər 
şişin davranışı qeyri-müəyyəndirsə və 
ya  qeyd  edilməmişdirsə,  o  zaman 
XBT-O-da  göstərilən  davranış  kodu 
istifadə edilməlidir. 
4.3.4. Histoloji dərəcə və 
diferensiasiya kodları (6-cı simvol) 
QAYDA G. Diaqnozda verilmiş ən 
yüksək  dərəcə  və  ya  diferensiasiya 
kodundan istifadə edin. 
XBT-O-da  bədxassəli  yenitörəmə-
lərin  diferensiasiyasını  göstərmək 
üçün 6-cı simvoldan istifadə edilir. Bu 
simvollar  21-ci  Cədvəldə  əks  etdirilib. 
Histoloji  dərəcə  yalnız  bədxassəli 
patologiyalar üçün tətbiq edilir. 
Müxtəlif  patoloqlar  törəmələrin 
histoloji  dərəcəsini  fərqli  təyin  edir  və 
bir  çox  bədxassəli  şişlərin  çox  vaxt 
histoloji  dərəcəsi  təyin  edilmir. 
21-ci  Cədvəldə  verilən  dərəcə  kodları 
1-dən 4-dək olub, müvafiq olaraq I-IV 
histoloji 
dərəcələri 
ifadə 
edir. 
Diferensiasiya  dərəcəsini  müəyyən 
edən sözlər ayrıca sütunda qeyd edilir. 
Diferensiasiya  şişin  əmələ  gəldiyi 
toxumaya  nə  dərəcədə  bənzər  və  ya 
ondan  nə  qədər  fərqli  olmasını  təsvir 
edir.  Patoloqlar  tərəfindən  törəmənin 
diferensiasiyasını  müəyyən  etmək 
üçün  istifadə  edilən  terminlər  çox 
müxtəlifdir.  Ümumilikdə  diferen-
siasiya  dərəcəsini  göstərmək  üçün 
“yüksək”, “orta” və “aşağı” terminləri 
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
adenokarsinoma, ƏGO 
8140/9 
____________________________________________________________________________
......................................................................................................................................................................

30 
istifadə olunur ki, bunlar da təxminən 
törəmənin  I,  II  və  III  histoloji  dərə-
cələrinə  uyğun  gəlir.  “Diferensiasiya 
olunmamış”  və  ya  “anaplastik” 
terminləri  IV  histoloji  dərəcəyə 
uyğundur.  Ona  görə  də  “yastı 
hüceyrəli  karsinoma,  II  dərəcə”  və  
“orta  dərəcəli  diferensiasiya  olunmuş 
yastı hüceyrəli karsinoma” eyni kodla 
– 8070/32  ilə  kodlaşdırılır.  Törəmənin
diaqnozunda  iki  müxtəlif  diferen-
siasiya  və  ya  histoloji  dərəcə  qeyd 
edilirsə, kodlaşırma üçün daha yüksək 
olan dərəcə istifadə edilir.  
Cədvəl 21. Kodlaşdırmanın 6-cı simvolu. Histoloji dərəcə və ya diferensiasiya 
Kod 

I dərəcə 
Yüksək diferensiasiyalı 
Diferensiasiya olunmuş, ƏGO 

II dərəcə 
Orta diferensiasiyalı 

III dərəcə
Aşağı diferensiasiyalı 

IV dərəcə 
Diferensiasiya olunmamış 
Anaplastik 

Diferensiasiya dərəcəsi müəyyən edilmir, qeyd edilmir və ya aid deyil 
Ona görə də “aşağı diferensiasiyalı 
sahələrə  malik  orta  diferensiasiyalı 
yastı  hüceyrəli  xərçəng”in  kodlaş-
dırılması  üçün  III  histoloji  dərəcə 
istifadə  edilməlidir.  Tam  kod  belə 
olmalıdır: 8070/33.  
Əgər  diaqnozda  diferensiasiya 
dərəcəsi qeyd olunursa, XBT-O-da gös-
tərilən bütün bədxassəli şişlər üçün bu 
dərəcənin kodlaşdırılması aparıla bilər. 
Məsələn,  “anaplastik  yastı  hüceyrəli 
karsinoma”nın  tam  kodlaşdırılması 
üçün  morfoloji  koda  –  8070/3-ə  “4” 
əlavə  edilməlidir  (8070/34).  Həmin 
kodun 8070/39 kimi göstərilməsi yanlış 
olardı,  çünki  bu  kodda  diferensiasiya 
dərəcəsi qeyd edilmir. 
Qeyd 
etmək 
lazımdır 
ki, 
“anaplastik”, “yüksək diferensiasiyalı” 
və  “diferensiasiya  olunmamış”  kimi 
ifadələr təxminən 15 histoloji terminin 
(limfomaların  təsviri  üçün  istifadə 
edilənlərə əlavə) ayrılmaz hissəsi kimi 
istifadə  edilir.  Misallara  aiddir: 
“bədxassəli 
anaplastik 
teratoma”  
(9082/34),  “diferensiasiya  olunmuş 
retinoblastoma”  (9511/31)  və  “yüksək 
diferensiasiyalı  follikulyar  adeno-
karsinoma” (8331/31).  
Kodlaşdırma  aparan  mütəxəssis 
müvafiq  morfoloji  kodu  lazımi 
diferensiasiya  dərəcəsini  müəyyən 
edən  kod  ilə  (misallarda  göstərildiyi 
kimi) birlikdə istifadə etməlidir. 
Hematopoetik fenotip kodları 
6-cı 
simvol 
eyni 
zamanda 
leykemiya  və  limfomalarda  hücey-
rələrin  mənşəyini  müəyyən  etmək 
üçün də istifadə edilə bilər (Cədvəl 22). 
Bu,  XBT-O-nun  üçüncü  və  ikinci 
nəşrinə  əsasən  kodlaşdırılmış  məlu-
matların  müqayisəsi  zamanı  faydalı 
ola  bilər.  Limfomalar  bölməsində 
göstərildiyi  kimi  hüceyrə  mənşəyi 
dörd simvollu histoloji kodda artıq əks 
olunur  və  diferensiasiya  dərəcəsini 
Onkoloji Xəstəliklərin Beynəlxalq Təsnifatı, üçüncü nəşr, birinci baxış
......................................................................................................................................................................
____________________________________________________________________________

31 
əlavə  etmək  (6-cı  simvol)  tələb 
olunmur.  Lakin  bəzən  onkoregistrlər 
immunofenotipik  müayinə  ilə  təsdiq 
edilmiş  halları  ayrıca  kodlaşdırmaq 
üçün  həmin  6-cı  simvoldan  istifadə 
edə  bilər.  Bu  kimi  vəziyyətlərdə 
immunofenotipik  kod  dərəcə  və  ya 
diferensiasiyaya  malik  digər  diaq-
nostik  terminlər  (məsələn,  yüksək 
diferensiasiyalı  və  ya  III  dərəcə) 
üzərində 
üstünlük 
təşkil 
edir.
 
Cədvəl 22.  Limfoma və leykemiyalarda immunofenotipin müəyyənləşdirilməsi üçün
6-cı simvolun istifadəsi 
5 
T-hüceyrəsi 
6 
B-hüceyrəsi 
Pre-B 
Sələf B hüceyrə 
7 
Sıfır hüceyrə 
Nə T, nə B 
8 
NK hüceyrəsi 
Təbii killer hüceyrə 
9 
Hüceyrənin növü müəyyən edilmir, göstərilmir və ya aid deyil 
4.3.5. Nahiyəyə aid morfoloji 
terminlər 
QAYDA H. Diaqnozda topoqrafik 
nahiyə  göstərilmirsə,  təyin  edilmiş 
topoqrafik  koddan  istifadə  edin. 
Əgər  şişin  başqa  nahiyədə  meydana 
gəlməsi  məlumdursa,  həmin  topoq-
rafik  koddan  istifadə  edilməməlidir. 
Yenitörəmələr  üçün  istifadə  edilən 
bəzi  terminlər  şişin  mənşəyini  və  ya 
əmələ  gəldiyi  toxumanın  növünü 
bildirir.  Buna  misal  23-cü  Cədvəldə 
verilir.  Belə  terminlərin  kodlaş-
dırılmasını  asanlaşdırmaq  üçün  həm 
morfoloji  kodların  rəqəmli  siyahısı, 
həm də əlifba sırası indeksində lazımi 
yerlərdə mötərizə içərisində topoqrafik  
kod əlavə edilmişdir. Bəzən topoqrafik 
kod  üç  simvollu  başlıqla  verilir  və 
həmin  başlıq  altında  verilən  bütün 
terminlərə  aid  edilir.  Bazal  hüceyrəli 
karsinomada  (Cədvəl  23)  dərinin 
topoqrafik  kodu  (C44._)  verilir  və 
dördüncü  simvol  boş  buraxılır. 
Nöqtədən  sonra  aşağıdan  xəttin  (_) 
qoyulması  altkodların  olmasını  bildi-
rir.  Buraya  nahiyə  üçün  qeyd  edilən 
müvafiq  dördüncü  simvol  əlavə 
edilməlidir.  Nahiyələr  üçün  spesifik 
altkodların müəyyən edilməsində kod-
laşdırma  aparan  mütəxəssis  rəqəmli 
siyahı  və  ya  əlifba  sırası  indeksinə 
müraciət  etməlidir.  Məsələn,  üzün 
bazal hüceyrəli karsinomasının nahiyə 
kodu  C44.3  (üz  dərisi),  yuxarı 
ətraflardan  birinin  bazal  hüceyrəli 
karsinoması  isə  C44.6  (yuxarı  ətraf 
dərisi) kimi kodlaşdırılmalıdır. Analoji 
olaraq  meningiomanın  topoqrafik 
kodundakı  dördüncü  simvol  (C70._) 
boş  saxlanılır,  çünki  meningeal  qişa 
həm  baş  beyinə  (C70.0),  həm  onurğa 
beyinə (70.1), həm də “meningeal qişa, 
ƏGO”ya (C70.9) aid ola bilər. 
Diaqnozda topoqrafik nahiyə qeyd 
edilmədikdə morfoloji terminin 
yanında verilən topoqrafik kod 
Topoqrafiya və morfologiyanın kodlaşdırılması qaydaları
____________________________________________________________________________
Kod 
......................................................................................................................................................................

32 
istifadə edilə bilər. 
Bir  çox  morfoloji 
terminlərin  topoqrafik  kodu  olmur, 
çünki şişlər çox vaxt birdən artıq orqan 
və  ya  topoqrafik  nahiyədə  meydana 
gəlir.  Məsələn,  “adenokarsinoma, 
ƏGO”  heç  bir  topoqrafik  koda  malik 
deyil,  çünki  birincili  adenokarsinoma 
bir çox orqanlarda meydana gələ bilər. 
Ola bilər ki, diaqnozda qeyd edilən 
nahiyə  topoqrafik  kodda  qeyd  edilən 
nahiyədən fərqli olsun. Məsələn, bazal  
hüceyrəli  karsinoma  dəridən  başqa 
orqanlarda da yarana bilər.  
Birincili nahiyə  fərqli  olduqda,        
XBT-O-da verilən topoqrafik kod 
nəzərə alınmamalı və diaqnozda qeyd 
edilən nahiyə üçün spesifik olan 
topoqrafik  kod  istifadə  edilməlidir.
 
Məsələn, 
“infiltrasiyaedici 
axacaq 
karsinoması” 
morfoloji 
termininin 
yanına topoqrafik kod olaraq C50._ (süd 
vəzi)  əlavə  edilir,  çünki  bu  termin, 
adətən,  süd  vəzində  meydana  gələn 
karsinoma üçün istifadə edilir. Lakin 
əgər  “infiltrasiyaedici  axacaq  karsi-
noması”  termini  mədəaltı  vəzdə 
yaranmış  birincili  karsinomanı  ifadə 
etmək  üçün  istifadə  edilmişdirsə,  o 
zaman  kodlaşdırma  aparan  şəxs  təklif 
edilən  topoqrafik  kodu  (süd  vəzinə  aid 
olan)  nəzərə  almamalı  və  bunun 
əvəzində  düzgün  kodu  –  C25.9-u 
(mədəaltı vəzi, ƏGO) istifadə etməlidir. 
Yadda saxlayın ki, morfoloji terminə 
əlavə  edilmiş  olan  nahiyə  üçün  spesifik 
topoqrafik  kodlar  konkret  yeni-
törəmənin  mənşəyini  təşkil  etdiyi  qəbul 
edilmiş  olan  nahiyəni  bildirir.  Lakin 
qeyri-adi  variantlar  da  mümkündür. 
Məsələn,  böyrək  osteosarkoması  üçün 
C41.9    (sümük,    ƏGO)   əvəzinə   C64.9  
(böyrəyin   topoqrafik   kodu)   istifadə 
edilməli,  lakin  bu  zaman  sümük 
osteosarkomasının  böyrəyə  metastaz 
vermədiyi  diqqətlə  yoxlanmalıdır. 
Sümük  xərçənginin  (osteosarkoma) 
böyrəyə  metastaz  verməsi  halında 
kodlaşdırma  C41.9  (sümük),  9180/3 
kimi aparılır. 
Yüklə 10,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin