232) Kəskin qarın olması düşünülən bir xəstədə diaqnostika üçün ilk növbədə
radioloji müayinə aşağıdakılardan hansıdır?
A) Bariumlu ezofaqoqastroduodenoqrafiya
B) Bariumlu yoğun bağırsaq rentgenoqrafiyası
C) Ayaq üstə və uzanmış vəziyyətdə qarın boşluğunun rentgenoqrafiyası
D) Qarın boşluğunun kompüter tomoqrafiyası
E) Qarın boşluğunun MRT-si
Ədəbiyyat: Nuru Bayramov Cərrahi xəstəliklər Bakı 2015 səh 916NS+OS
233) Plevral punktatdan bir neçə ml sınaq borusuna töküb, 2-3 saat ərzində
ştativdə saxlanılır və ya sentrifuqalaşdırılır. Əgər qan infeksiyalaşmayıbsa,
borunun dibində qan elementlərindən əmələ gəlmiş çöküntünün hündürlüyü
plazmanın hündürlüyünə bərabər olacaqdır. Bu sınaq hansı alimin adı ilə
adlanır?
A) Rivald
B)
Əfəndiyev
C) Petrov
D) Luner
E)
Topçubaşov
Ədəbiyyat: B.A.Ağayev Cərrahi xəstəliklər Bakı 2007 səh 153
234) Kəskin appendisit zamanı Lenander kəsiyinə göstərişi təyin edin:
A) Ağırlaşmamış appendisitlər zamanı
B) Tipik lokalizasiyalı appendisitlərdə ilkin seçimdir
C) Peritonitlərdə və şübhəli diaqnozlar zamanı
D) Kosmetik istəklər zamanı
E)
Ginekoloji patologiyaya,atipik yerləşməyə və ağırlaşmalara şübhə olduqda tövsiyə
edilir
Ədəbiyyat: Kəskin appendisitin diaqnostika və müalicəsi üzrə klinik protokol Bakı
2009 səh 15-16
Dostları ilə paylaş: