Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Sağ qalça çuxurunda ağrı, ürəkbulanma, 38°C temperatur və iştahsızlıq



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə48/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   44   45   46   47   48   49   50   51   ...   292
2020-02-19 14-56-56

221) Sağ qalça çuxurunda ağrı, ürəkbulanma, 38°C temperatur və iştahsızlıq 
şikayətləriylə klinikaya daxil olan xəstəyə ilk yanaşma necə olmalıdır? 
A) FQDS 
B) Qarin boşluğunun icmal R - skopiyası 
C) USM 
D) Fizikal müayinə 
E) Diaqnostik laparoskopiya 
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 24. 
222) Süd vəzini sıxdıqda vəzin giləsindən qanlı ifrazat gəlir.USM müayinədə heç 
bir potologiya aşkarlanmadı. Diaqnoz nədir? 
A) Axacaqdaxili papilloma 
B) Fibroadenoma 
C) Fibrosarkoma 
D) Kista 
E) İnvaziv xərçəng 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 150. 
223) Barret qida borusunun diaqnozunun təsdiq edilməsində hansı müayinə 
üsulunun rolu daha böyükdür? 
A) Ezofaqoskopiya 
B) USM 
C) Rentgenoqrafiya 
D) Bariumlu R - qrafiya 
E) Histoloji 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 142. 


224) İki il əvvəl mastektomiya olunmuş xəstədə kürək ağrıları 
başlamışdır.Diaqnozu dəqiqləşdirmək üçün hansı müayinə metodundan istifadə 
etmək lazımdır? 
A) Punksiya 
B) Mammoqrafiya 
C) Onkomarkerlərin yoxlanması 
D) Lumbosakral R - qrafiya 
E) Sümuk sintiqrafiyası 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 70. 
225) Qaraciyər exinokokkunun diaqnostikasında aşağıdakı müayinə 
metodlarından hansını tətbiq etmək olmaz? 
A) Qaraciyər sintiqrafiyası 
B) Qaraciyərin iynə biopsiyası 
C) Qarın boşluğunun icmal R-skopiyası 
D) Casoni testi 
E) USM 
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, 
səh., 71. 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin