228) Yoğun bağırsağın xərçənginin skrininqində əvəzolunmaz müayinə metodu
hansıdır?
A) Anoskopiya
B) Fibroqastroduodenoskopiya
C)
Biopsiya götürmək
D) Kolonoskopiya
E) USM
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии.
Москва, «Медпрактика» , 2006, стр. 221-ci səh.
229) Palatada xəstəni müayinə edən cərrah sağ qabırğaaltı nahiyyəni palpasiya
edərkən xəstəyə dərin nəfəs almasını söyləyir.Bu zaman xəstə ağrının
gücləndiyini deyir. Bu hansı simptomdur?
A) Ortner
B) Merfi
C) Şötkin - Blümberq
D) Rovzinq
E)
Volkoviç - Koxer
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 138 səh.
230) Venoz sistemdə anatomo-morfoloji dəyişikliklərin dəqiq müəyyən edilməsi
üçün hansı müayinə metodu “qızıl standart” hesab olunur?
A)
Maqnit-rezonans tomoqrafiya
B) Radioizotop flebossintiqrafiya
C) Kompüter tomoqrafiyası
D) Rentgenkontrast fleboqrafiya
E) Ultrasəs angioskanlama
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 574 səh.
Dostları ilə paylaş: