Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Boğulmuş yırtığa görə icra edilən əməliyyat zamanı, yırtıq kisəsi açılan



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə197/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   193   194   195   196   197   198   199   200   ...   292
2020-02-19 14-56-56

941) Boğulmuş yırtığa görə icra edilən əməliyyat zamanı, yırtıq kisəsi açılan 
zaman nazik bağırsağın iki ilgəyi aşkarlanarsa, bu hansı növ boğulma hesab 
edilir? 
A) Elastiki 
B) Retroqrad 
C) Divarönü 
D) Yırtıq kisəsində burulma 
E) Iki bağırsaq ilgəyinin boğulması 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
942) Boğulmuş yırtıq üçün aşağıdakılardan hansı səciyyəvi deyil?
A) Yırtığın sərbəst düzəlməməsi 
B) Yırtığın sərbəst düzəlməsi 
C) Xəstəliyin kəskin başlaması 
D) Bağırsaq keçməzliyi əlamətlərinin olması 
E) Yırtıq şişkinliyinin kəskin ağrılı olması 


Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 
943) Birincili anal qaşınmaya səbəb hansıdır? 
A) Daşlı xolesistit 
B) Hepatit və pielonefrit 
C) Səkərli diabet 
D) Yoğun bağırsağın iltihabi xəstəlikləri 
E) Şəxsi gigiyenaya düzgün riayət etməmək 
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией 
профессора В. И. Подолужного, “Феникс”, 2007 г 
944) Morfologiyasına görə hansı termin mədə xərçəngi ücün xarakterik deyil?
A) Total 
B) İrəliləmiş (ekzofit - endofit) 
C) Səthi vəya erkən 
D) Xoraşəkilli 
E) Polipşəkilli (ekzofit) 
Ədəbiyyat: : Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 129 
945) Sadalananlardan hansı mexaniki sarılığın səbəbi ola bilməz? 
A) Kisə axarının daşı 
B) Böyük duodenal məməciyin şişi 
C) Ümumi öd axarının daşı 
D) Mədəaltı vəzin başının xərçəngi 
E) Xroniki indurativ pankreatit 
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi 
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по 
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, 
“Феникс”, 2007 г 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin