294) Qida borusunun dərin yanığına səbəb nə ola bilər?
A) İsti su
B) Qələvi məhlulu
C) Fosfor preparatı
D) Spirt
E) Turşu məhlulu
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
295) Mədənin kardial hissəsinin xərçəngində radikal müalicə hansı sayılır?
A) Şua terapiyası
B) Kimyəvi terapiya
C) Şişin elektrokoaqulyasiyası
D) Kombinə olunmuş müalicə
E) Cərrahi müalicə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
296) «Diaqnostik torakotomiya» aşağıdakılardan hansısını nəzərdə tutur?
A) Torakotomiya, plevral boşluğun, ağ ciyərin reviziyası və morfoloji tədqiqat üçün materialın götürülməsi
B) Torakotomiya, plevral boşluğun, ağ ciyərin, divararalığının, diafraqmanın reviziyası
C) Torakotomiya, ağ ciyərin, plevral boşluğun reviziyası və prosesin operabelliyi və ya rezektabelliyi məsələsinin həlli
D) «Kiçik» torakotomiya və morfoloji tədqiqat üçün materialın götürülməsi
E) Torakotomiya, dərhal icra olunacaq əməliyyatın həcmini dəqiqləşdirmək məqsədi ilə ekspress-morfoloji tədqiqat üçün materialın götürülməsi
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
297) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər?
A) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş qəfəsinin USM-i
B) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i
C) Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası
D) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası
E) Torakoskopiya və laparoskopiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
298) Prosesin patogenezinə əsaslanaraq ağ ciyərin ocaqlı vərəmində seçim əməliyyatı hansıdır?
A) Plevrolobektomiya
B) Ağ ciyərin tipik seqmentar və biseqmentar rezeksiyası
C) Ağ ciyərin atipik rezeksiyası
D) Lobektomiya
E) Mediastinal limfonodulektomiya ilə aparılan lobektomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |