304) Boyun nahiyəsindəki irinli proseslər plevra boşluğuna necə keçir?
A) Qida borusu boyunca
B) Boyun fassiyaları boyunca
C) Döş sümüyünün arxa səthi boyunca
D) Traxeya boyunca
E) Böyük arterial və venoz damarlar boyunca
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
305) Sol qayıdan sinirin travmasının əməliyyatdan sonrakı ən xarakterik klinik simptomu hansıdır?
A) Klod Bernar-Qorner simptomu
B) Anizokoriya
C) Larinqospazm
D) Bronxospazm
E) Səsin karlaşması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
306) Ağ ciyərdə qan axınının qiymətləndirilməsi üçün hansı müayinə aparılır?
A) Pnevmotaxoqrafiya və perfuzion ssintiqrafiya
B) Pnevmotaxoqrafiya və nüvə-maqnit tomoqrafiyası
C) Angiopulmonqrafiya və ventilyasion radioqrafiya
D) Perfuzion ssintiqrafiya və angiopulmonoqrafiya
E) Ventilyasion radioqrafiya və maqnit-rezonans tomoqrafiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |