339) İrinli mediastinit zamanı hansı müalicə taktikasını seçərsiniz?
A) Boyun mediastinotomiyasının paravertebral torakotomiya ilə kombinasiyası və drenləşdirilməsi
B) Ön mediastinotomiya
C) Mediastinotomiya, aktiv drenajın qoyulması, yüksək dozada antibiotiklərlə müalicə
D) QBB (qulaq, burun, boğaz) şöbəsinə hospitalizasiya və təcili tonzilloektomiya
E) Yüksək dozada antibiotiklərin yeridilməsi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
340) Ağ ciyər xərçənginin əsas müalicə üsulu hansıdır?
A) Kimyəvi müalicə və şüa müalicəsi birgə
B) Şişi və regionar limfa düyünlərini tam çıxarmaqla (pulmonektomiya, lobektomiya) radikal əməliyyat
C) Cərrahi və şüa müalicəsi birgə
D) Kimyəvi terapiya
E) Şüa müalicəsi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
341) Erkən əməliyyatdan sonrakı dövrdə ağciyər çatışmazlığının ən çox rast gəlinən səbəbi hansıdır?
A) Pnevmotoraks
B) Aspirasiya
C) Pulmonar ödem
D) Bronxospazm
E) Atelektaz
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,150.
Dostları ilə paylaş: |