343) Ürək tamponadası zamanı təcili olaraq nə etmək lazımdır?
A) Antikoaqulyantlar təyin etmək
B) Sidikqovucular təyin etmək
C) Perikardın punksiyası
D) Venadan qan almaq
E) Xəstəyə yüksək dozada antibiotiklər təyin etmək
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 681.
344) Pnevmotoraksın ən təhlükəli forması hansıdır?
A) Qapalı, açıq pnevmotoraks
B) Spontan pnevmotoraks
C) Qapaqlı pnevmotoraks
D) Qapalı pnevmotoraks
E) Açıq pnevmotoraks
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 640
345) Döş qəfəsinin perkusiyası zamanı Damuazo xəttinin aşkarlanması hansı xəstəlik üçün xarakterikdir?
A) Pnevmotoraks
B) Eksudativ plevrit
C) Diafraqmaalti abses
D) Hemotoraks
E) Perikardit
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 636.
346) Bariumlu R-qrafiya zamanı qida borusunun aşağı hissəsində “siçan quyruğu” nun olması hansı patologiyaya xasdır?
A) Qida borusunun diafraqma dəliyinin yirtığı
B) Axalaziya
C) Qida borusunun leyomioması
D) Qida borusunun xərçəngi
E) Qida borusunun yanıq strikturası
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566 səh.
Dostları ilə paylaş: |