Damarların cərrahiyyəsi
347) Ağ ciyər arteriyasının tromboemboliyası əsasən hansı damarın hesabına olur?
A) Aşağı ətrafın dərin venaları və kiçik çanaq venaları
B) Səthi yuxarı ətraf venaları
C) Yuxarı ətrafın dərin venaları
D) Səthi aşağı ətraf venaları
E) Üz venaları
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
348) Aşağıda qeyd edilənlərdən hansı tromboz faktoru deyil?
A) Vena damar tamlığının pozulması
B) Venalarda qan axınının zəifləməsi
C) Səyrici aritmiya
D) Fibrinolitik aktivliyin aşağı düşməsi
E) Varikoz genəlmə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
349) Aşağı ətrafın səthi venalarının tromboflebitində hansı simptom tez-tez rast gəlinir?
A) Ocaqlı ağrı
B) Palpasiyada kəskin ağrı
C) Dərinin hiperemiyası və vena gedişi boyu ödem
D) Distal ödem
E) Hərarətin qalxması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |