350) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsinə hansılar aiddir?
A) Qıcolmalar
B) Ətrafın trofik dəyişikliyi
C) Distal hissəvi ödem
D) Gözlə görünən böyümüş venalar
E) Fasiləli axsama
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
351) Ürəyin parasimpatik innervasiyası hansı sinir hesabına həyata keçirilir?
A) Azan sinir
B) Diafraqmal sinir
C) Dilaltı sinir
D) Sadalananların heç biri
E) Dil-udlaq siniri
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
352) Sağ qulaqcığa hansı damar açılmır?
A) V. hemiaziqoz
B) Yuxarı boş vena
C) Aşağı boş vena
D) Ürəyin kiçik venaları
E) Ürək koronar sinusunun venoz damarı
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
353) Ürəyin ön səthində sağ və sol mədəciklərinin sərhəddini təşkil edən boylama şırımdan nə keçir?
A) Sağ tac arteriyası
B) Sol tac arteriyasının enən şaxəsi
C) Hamısı düzdür
D) Sağ tac arteriyasının orta şaxəsi
E) Ürəyin böyük venası
Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
354) Arxa boylama şırım (buradan keçən sağ tac arteriyanın arxa enən şaxəsi və sol tac arteriyasının uc şaxəsi ilə) harda yerləşir?
A) Ürəyin aşağı səthində
B) Ürəyin ön və arxa səthində
C) Ürəyin ön səthində
D) Heç bir variant düz deyil
E) Ürəyin arxa səthində
Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
Dostları ilə paylaş: |