355) Qulaqcıq-mədəcik düyünü ( Aşof-Tavar ) harada yerləşir?
A) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində
B) Sağ mədəciyin miokardında
C) Sol mədəciyin miokardında
D) Sol qulaqcığın miokardında
E) Sağ mədəcik-qulaqcıq dəliyinindən dorzal tərəfdə
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
356) Aortanın bifurkasiyası hansı səviyyədə yerləşir?
A) Hüdudi xətt səviyyəsində
B) Böyük oturaq dəlik səviyyəsində
C) Oma-qalça birləşməsi səviyyəsində
D) Bel fəqərəsi səviyyəsində
E) Sadalanan hər bir variant ola bilər
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
357) Sidik axarlarının hüdudi xətt səviyyəsində qalça damarlarına münasibəti hansıdır?
A) Damarlardan arxada yerləşir
B) Damarlardan öndə yerləşir
C) Damarlardan lateral tərəfdə yerləşir
D) Damarlardan arxa medial tərəfdə yerləşir
E) Damarlardan medial tərəfdə yerləşir
Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
358) Sadalananlardan hansı aşağı ətrafların kəskin işemik sindromunun göstəricisi deyil?
A) Baldırın trofiki xorası
B) Nəbzin itməsi
C) Paresteziya
D) Dəri örtüyünün avazıması və ağrı
E) Ətrafların iflici
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Dostları ilə paylaş: |