372) Aşağı ətraf venalarının varikoz genişlənməsinə səbəb ola bilməz:
A) Fiziki gərginlik
B) Irsi meyillik
C) Hamiləlik
D) Arteriyaların obliterasiyaedici xəstəlikləri
E) Dərin venaların keçiriciliyinin pozulması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
373) Xəstədə hansı əlamət varikoz xəstəliyinin proqressivləşməsinə dəlalət edir?
A) Su - duz mübadiləsinin pozulması
B) Venaların qapaq aparatında keçiriciliyin pozulması
C) Ürək zəifliyi
D) Qanın laxtalanma sisteminin pozulması
E) Aşağı ətrafların arterial qan dövranının pozulması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
374) Aşağıdakılardan hansı aşağı ətrafın dərin venalarının trombozunun ağırlaşmalarından deyil?
A) Venoz xora
B) Pulmonar emboliya
C) Pulmonar hipertenziya
D) Serebrovaskulyar emboliya
E) Posttromboflebitik sindrom
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566.
Dostları ilə paylaş: |