150) Peritonun yataq çıxıntısının tam obliterasiyası nə vaxt başa çatır?
A) Doğulana qədər
B) 2-3 yaşa qədər
C) Bətndaxili dövrün 28-32-ci həftəsinə qədər
D) 1 yaşa qədər
E) Doğuşdan dərhal sonra
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
151) Toxum ciyəsi elementlərinin sistinin əmələ gəlməsinin ən çox ehtimal olunan səbəbi hansıdır?
A) Spesifik proses
B) Hormonal disbalans
C) Sidik ifrazı sisteminin patologiyası
D) Angiodisplaziya
E) Peritonun yataq çıxıntısının bitişməməsi
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
152) Toxum ciyəsi elementlərinin sistinin daha xarakterik əlaməti hansıdır?
A) Qasıq nahiyəsində ödem
B) Qasıq nahiyəsində hiperemiya
C) Xarici qasıq həlqəsinin genişlənməsi
D) Kəskin ağrının olması
E) Qasıq nahiyəsində xayadan dartarkən yerini dəyişən elastiki şişkinlik
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
153) 2 yaşlı xəstədə toxum ciyəsi elementlərinin sistinin müalicəsinə hansı daxildir?
A) Xaya qişalarının kəsilib çıxarılması
B) Qross əməliyyatı
C) Vinkelman əməliyyatı
D) Qişaların kəsilməsi
E) Toxum ciyəsi elementlərinin punksiyası
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
154) Uşaqlarda göbək yırtığının meydana çıxmasının ən çox ehtimal olunan səbəbinə hansı aiddir?
A) Doğuş travması
B) Göbək həlqəsi aponevrozunun bitişməməsi
C) Göbək damarlarının iltihabı
D) Göbək ciyəsi damarlarının inkişaf qüsurları
E) Portal hipertenziya
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Dostları ilə paylaş: |