Ümumi ekologiya fənninin məqsəd və vəzifələri



Yüklə 72,91 Kb.
səhifə2/20
tarix19.06.2023
ölçüsü72,91 Kb.
#132689
1   2   3   4   5   6   7   8   9   ...   20
Ümumi ekologiya

2.Ekoloji Faktorlar

. Bütün canlı orqanizmlər mürəkkəb və dəyişkənbir aləmdə yaşayır, daim ona uyğunlaşır, onun dəyişməsiilə öz həyat fəaliyyətini nizamlayır. Canlılırınyaşamasına və mühitə uyğunlaşmasına təsir edən amillərfaktor adlanır. Bu bölməyə faktorial ekologiya dadeyilir. Faktorların təsiri konkret fərdlərin üzərindəöyrənildiyi üçün autekologiyanı ayrı – ayrı biolojinövlərə məxsus fərdlərin ekologiyası da adlandırmaqolar.​Canlıya təsir edən mühit komponentləri (maddə, əşya, orqanizm, müxtəlif hadisələr, temperatur, torpaq, su, hava, radiasiya, işıq və s.) cəm halında ekolojifaktorlar, ekoloji amillər adlanır.Planetimizdə canlı orqanizmlər öz xüsusiyyətlərinəgörə bir – birindən kəskin fərqlənən dörd məskunlaşmamühitini mənimsəmişlər. Su mühiti birinci meydanagəlmiş və həyat burada yayılmışdır. Sonradan canlıorqanizmlər yerüstü hava mühitini zəbt etmiş, torpağıyaratmış və burada məskunlaşmışdır. Dördüncü mühitisə canlı orqanizmlərin özləridir ki, onlarında hər birindəküllü miqdarda parazitlər və simbiotlar məskunlaşa bilir. Bəs mühit özü nədir?


Orqanizmlərin bilavasitə və ya (dolayısı ilə) qarşılıqlı münasibətdə olduğu təbiət cisim vətəzahürlərinə mühit deyilir.Orqanizmləri əhatə edən mühit zaman və məkandaxilində dinamik olan bir çox element, təzahür vəşəraitlərin məcmusu ilə səciyyələndirilir ki, bunlara daamil kimi baxılır.


Canlı orqanizmlərin fərdi inkişafının heç olmazsabir təzadında ona birbaşa və ya dolayı ilə təsir göstərəbilən hər hansı mühit şəraitinə ekoloji amil deyilir.

Ekoloji amillər müxtəlif təbiətə və təsirxüsusiyyətlərinə malikdirlər. Ona görə də, ekolojiamillərin təsnifatının da müxtəlif variantları mövcuddur. Məsələn, müəyyən orqanizmlərin sayından asılı olan vəasılı olmayan ekoloji amillər. Aydındır ki, makroiqlimamili (hər hansı ərazinin iqlimi) bu ərazidəməskunlaşmış canlıların (bitki, heyvan və həttainsanların) sayından asılı deyil. Eyni zamanda müəyyənbir epidemiyanın baş verməsi və yayılması həminərazidə məskunlaşmış canlıların sıxlığından çox asılıdır. Çünki, əksər hallarda epidemiyalar fərdlərin həddindənçox sıx olduğu yerlərdə baş qaldırır.Canlı orqanizmlərdə öz növbəsində ekoloji amillərə özünəməxsusuyğunlaşma reaksiyası ilə cavab verirlər və buuyğunlaşmanın da ekoloji amillərin təsirinin dinamiklikdərəcəsindən asılı olmasını nəzərə alaraq A.S.Moiqadskiorjinal təsnifat vermişdir. O, birinci dövrü, ikinci dövrüvə dövrü olmayan amilləri ayırır. 


Birinci dövrü amillərə yerin fırlanması ilə bağlı olantəzahürlər aid edilir (ilin fəsillərinin dəyişməsi, gecə vəgündüzün növbələşməsi və s.). Bu amillər yerdə canlılarmeydana gələnə qədər də təsir göstərmişlər və əmələgələn canlılar buna uyğunlaşmalıdırlar.


İkinci dövrü amillərin nəticəsi, törəməsidir(məsələn, nəmlik, temperatur, yağıntılar və s.).


​Dövrü olmayan amillər düzgün vaxta, tsiklə malikolmayan amillərdir (torpaq – suxur amilləri, təbiifəlakətlər və s.).

​Ekoloji amilləri əsasən iki qrupa bölürlər:


​1. Abiotik – cansız təbiət amilləri



2. Biotik – canlı təbiət (antropogen amillər də daxilolmaqla) amilləri.
İstənilən canlı orqanizmin normal həyat tərzi üçün onalazım olan bütün amillər toplusunun optimal rejimi vəmiqdarı zəruridir.

3. Abiotik amillər canlı orqanizmə bir başa vədolayısı ilə təsir göstərən cansız təbiət təzahürləriolmaqla iqlim, torpaq – suxur və su mühiti amillərinəbölünürlər.Verilmiş ərazidə coğrafi şəraitlə müəyyən olunanatmosfer təzahürlərinin çoxillik rejiminə iqlim deyilir.





Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin