Ümumi ekologiya fənninin məqsəd və vəzifələri



Yüklə 72,91 Kb.
səhifə4/20
tarix19.06.2023
ölçüsü72,91 Kb.
#132689
1   2   3   4   5   6   7   8   9   ...   20
Ümumi ekologiya

Atmosferin qaz tərkibi – nisbətən sabit olmaqlaəsasən azot (70,09 %), oksigen (20,95 %), arqon (0,93 %), karbon qazı (0,03 %) və cüzi miqdarda digərqazlardan ibarətdir.​Yaşıl bitkilər daim karbon qazınıudub fotosintez prosesi hesabına oksigen ayırır ki, bu daatmosferdə oksigenin miqdarının nisbi stabilliyini təminedir. Bütün təzahürlərində orqanizmlərin fəaliyyətienerji tələb edir. Enerji isə oksidləşmə – bərpareaksiyalarında əmələ gəlir ki, bunun da daimi iştirakçısıoksigendir. Oksigen olmasa orqanizmi enerji ilə təminedən bütün oksidləşmə prosesləri dayanar vəorqanizmlərin hüceyrələri iflic olar. Ona görə də oksigen„həyat eliksiri ” adlandırılır.
Yer səthinin temperaturu – atmosferintemperatur rejimi və günəş şüaları ilə müəyyən olunur. Məlumdur ki, yerin üfiti səthinə düşən istilik miqdarıgünəşin üfmqlə təşkil etdiyi bucağın sinusu ilə düzmütənasibdir.​Temperatur hər hansı bir sistemdəatom və malekulların orta genetik surətini əks etdirir. Canlı orqanizmin temperaturu və maddələrmübadiləsinin bütün kimyəvi reaksiyalarının surəti ətrafmühitin temperaturundan asılıdır.​Həyatın normalmövcudluğu əlverişli temperatur həddi orta hesabla 0 - +50°S – dir. Lakin bir sıra orqanizmlər temperatur rejimibu hədlərdən kəskin şəkildə kənara çıxdıqda belə fəalhəyat tərzini saxlayır. Bir sıra bakterialar hətta bir neçədəqiqə ərzində +180°S temperatura dözür, digərləri isəmütləq sıfır temperaturdan (-271, 16° S) sonra aktivhəyata qayıda bilir. Bu halda sitoplazma qranitdənmöhkəm, bütün malekullar sükunətdə olur və heç birbioloji proses mümkün olmur. Orqanizmlərin bu şəkildəbütün həyat proseslərinin dayandırılması anabiozadlanır.​Əgər anabioz zamanı orqanizminhüceyrələrində makromalekul stukturu (quruluşu) pozulmayıbsa, orqanizm həyata qayıda bilir.

​7. Hava kütləsinin hərəkəti (külək) – Yer səthininqeyri – bərabər qızması və təzyiq dəyişmələri baş verir. Atmosfer təzyiqinin dəyişməsinin vektorla ifadəolunmuş kəmiyyətinə barik qradiyent deyilir. Barikqradiyent nəticəsində havanın üfiqi hərəkəti isə küləkadlanır.Külək atmosfer təzyiqinin az olduğu, yənihavanın temperaturunun yüksək olduğu istiqamətəyönəlir. Yerin fırlanması havanın sirkulyasiyasına (dövretməsinə) şərait yaradır. Atmosferin yerin səthinə yaxınqatlarındakı küləklər bütün meteroloji iqlimelementlərinə (temperatur rejimi, nəmlik, buxarlanma vəs.) təsir göstərir. Küləyin əsas xarakteriskası sürət, gücvə istiqamətdir. Külək zamanı hava axınına kariolisqüvvəsi və sürtünmə qüvvəsi, burulğanlı hərəkətdə isəmərkəzdənqaçma qüvvəsi təsir edir.


​8. Atmosfer təzyiqi – uzun zamanlar insanlarheyvanın çəkisinin olmadığını zənn edirdilər. LakinXVII əsrdə sübut olundu ki, 1 m3 quru heyvanın çəkisi1293 q – a bərabərdir və yer səthində 1033,3 q/sm2təzyiq düşür. Okean səviyyəsində 45° en dairəsində 0°Stemperaturda en kəsik sahəsi 1 sm2 olan 760 mmhündürlüklü civə sütununun göstərdiyi təzyiq normalatmosfer təzyiqi adlanır. Atmosfer təzyiqi Paskalla (Pa) ölçülür ( 1 mm.c.s = 133,322 Pa). Dəniz səviyyəsindənyüksəkliyə qalxdıqca atmosfer təzyiqi azalır, çünki, 20 km yüksəklikdə havanın xüsusi çəkisi 4 q/m3 təşkil edirvə uyğun olaraq təzyiq də azalır.​İnsanın ovcuna1471 H, bütövlükdə bədəninə isə 1471 x 103 H təzyiqdüşür. Biz bu ağırlığı ona görə hiss etmirik ki, bədənimizin bütün toxumaları hava ilə doymuş və bu daxarici atmosfer təzyiqi ilə tarazlıqdadır. 
​9. Torpaq qatının abiotik amilləri – Torpaq yerinhava mühiti ilə təmasda olan nazik səth qatıdır. Nazikqalınlığa malik olmasına baxmayaraq yerin bu qatıhəyatın yayılmasında mühüm rol oynayır. Torpağın bərkhissəcikləri arasındakı məsamələr qaz qarışıqları və suməhsulları ilə dolaraq çoxsaylı mikro vəmakroorqanizmlərin həyatı üçün əlverişli şərait yaradır. Atmosferin yerüstü hissəsinə nisbətən torpaqdatemperatur dəyişməsinin daha „hamar” olması və qrutsularının mövcudluğu nəmlik ehtiyatı yaradır ki, bu dasu və yerüstü mühit arasında aralıq nəmlik rejiminitəmin edir.​Torpaqda bitki qalıqları və heyvancəsədlərinin parçalanması nəticəsində üzvi və mineralmaddələrin ehtiyatı toplanır. Bu isə öz növbəsindətorpağın həyatla zəngin olmasını təmin edir. Torpağınişıqlanan səthinin və hər qramında yüz minlərlə canlıhüceyrə mövcuddur. Canlı orqanizmlər onun cansızelementləri qədər xasdır. Ona görə də, V.İ.Vernadskitorpağı biocansız cisimlərə aid etmişdir.
​Torpaq üçün aerasiya böyük əhəmiyyət kəsb edir. Torpaqda mühit bircinsliliyi şaquli istiqamətdə dahakəskin dəyişir. Dərinliyin artması ilə torpaqdaməskunlaşmış canlıların həyatına təsir göstərən bir sıraekoloji amillər də kəskin dəyişir (məs. məsamələr kiçilir, canlıların miqdarı azalır və s.).
​10. Su mühitinin abiotik amilləri – Buməskunlaşma mühiti kimi bir sıra özünə məxsusxassələrə (nisbətən yüksək sıxlıq, təzyiq dəyişkənliyi, oksigenin miqdarının nisbətən az olması, günəşenerjisini güclü udma və s. malikdir. Su mühitinin ayrı – ayrı səhələri duzluluq rejiminə, üfiqi axının surətinə, asılı hissəciklərin miqdarı və s. göstəricilərə görəfərqlənir. Su mühiti (okeanlar, dənizlər, göllər, çaylar vəs.) canlı orqanizmlərlə olduqca zəngindir. Bu canlıorqanizmlər ekologiyada hidrobiontlar adlandırilır.Suyun sıxlığı hidrobiontların hərəkətlilik şəraitini vəmüxtəlif dərinliklərdə təzyiqi müəyyən edən amildir. 4°Stemperaturda distillə edilmiş suyun sıxlığı 1 q/sm3 – abərabərdir. Təkibində həll olmuş duzlar olan təbii sularınsıxlığı 1,35 q/sm3 – dan artıq da ola bilər. Su tutarlarındərinliyi artdıqca təzyiq hər 10 m – dən bir 1,105 Pa (1 atm.) artır. Kəskin təzyiq qradienti ilə bağlı hidrobionlarquruda yaşayan orqanizlərə nisbətən daha evribatdırlar. Bəzi canlı orqanizmlər bir neçə yüz atmosfer təzyiqindəbelə normal həyat tərzi keçirirlər. Lakin okean və dənizsakinlərinin əksəriyyəti stenobat olmaqla müəyyəndərinliklərə uyğunlaşmışdır. Suyun sıxlığı orqanizmlərüçün söykənəcək (istinad nöqtəsi, dayaq) rolunuoynayır. Oksigenlə doymuş bir litr suda oksigeninmiqdarı 10 ml – dən artıq olmur ki, bu daatmosferdəkindən 21 dəfə azdır. Ona görə dəhidrobiontların tənəffüzü əhəmiyyətli dərəcədəmürəkkəbdir. Oksigen suya fotosintetiklərin fəaliyyətivə havadan diffuziya nəticəsində daxil olur. Temperaturvə duzluluğun artması ilə suda oksigenin konsentrasiyasıazalır. 
​Hidrobiontların su balansının saxlanmasıözünəməxsus xüsusiyyətlərə malikdir. Yerüstü bitki vəheyvan orqanizmlərində su qıtlığı yarandıqda sudanistifadə edirlər. Hidrobiontlar isə ətraf mühitə izafimiqdarda suyun olduğu şəraitdə orqanizmlərinin subalansını stabil saxlamalıdırlar. Əks halda, hüceyrədəizafi suyun olması onlarda osmos təzyiqinin dəyişməsinəvə həyati funksiyaların pozulmasına səbəb olur. Hidrobiontların bədənində osmotik təzyiq isə onlarıəhatə edən su mühitinin duzluluğundan asılıdır. Onagörə də, şirin suların sakinləri okenlarda, dəniz vəokeanların sakinləri isə şirin sularda mövcud olabilmirlər. Əgər su mühitinin duzluluğu dəyişməyə məruzqalmışdırsa, onda canlılar daha əlverişli şərait tapmaqüçün başqa hərəkət edirlər. 
​Sututarların temperaturrejimi quruya nisbətən daha sabitdir. Bu suyun fizikixassələri ilə bağlıdır. Suyun xüsusi istilik tutumununyüksək olması nəticəsində sudan müəyyən miqdarenerjinin ayrılması və ya daxil olması temperaturunkəskin dəyişməsinə səbəb olmur. Sututarların səthindənsuyun buxarlanması (bu zaman 2263,8 c/q enerji sərfolunur) aşağı qatların hədsiz qızmasının qarşısını alır.Okeanların üst qatlarında temperatur dəyişməsininamplitudası 10 – 15°S – dən, materik sularında 30 – 35°Sdən artıq olmur. Ekvatorial suların səthində illiktemperatur +26 - +27°S, qütb sularında isə 0°S olur.



Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin