Ümumi ekologiya fənninin məqsəd və vəzifələri


Antropogen Faktorlar – Populasiya,populasiyanin dinamikasi



Yüklə 72,91 Kb.
səhifə6/20
tarix19.06.2023
ölçüsü72,91 Kb.
#132689
1   2   3   4   5   6   7   8   9   ...   20
Ümumi ekologiya

5. Antropogen Faktorlar – Populasiya,populasiyanin dinamikasi
​İnsan ətraf mühitə bioloji və sosioloji təsir edir. Onun mühitə təsiri bütün canlıların birgə təsirindəngüclüdür. Ona görə dünyada insanın əmələ gəlməsi Yerplanetinin inkişafı tarixində yeni bir geoloji dövr hesabedilir (antropogen dövr). 
İnsanın ətraf mühitə sosioloji təsiri yem bitkiləriyığmaq, balıq tutmaq və ovçuluqla məşğul olmaqlabaşlamışdır. İnsan ətraf mühiti tamamilə dəyişdirənyeganə canlıdır. Yalnız insan təbiətin qanunlarını pozur, onu özünün acgöz tələblərinə uyğun şəkildə dəyişdirməyə çalışır.
Ətraf mühitə insanın təsiri məqsədli və məqsədsizola bilər. İnsanın məqsədli təsiri nəticəsində sərvətlərintəbii ehtiyatı azala da bilər, arta da bilər. İnsanın təbiətəməqsədli təsirini əvvəlcədən planlaşdırmaq olar. Lakininsanın təbiətə məqsədsiz təsirini hes kim əvvəlcədənplanlaşdırmır və onun üzərində nəzarət qoymaq olduqcaçətindir. Müasir dövrdə yaranmış qlobal ekolojiproblemlər – istixana effektli, turşulu yağışlar, ozonqatının dağılması və s. – antropogen amillərlə bağlıdır.
​4. Ətraf mühitdə ekoloji faktorların rolu haqqındabir neçə elmi konsepsiyaları bilmək vacibdir.


Libix qanunu​ („minimal tələb” qanunu). 1840 – cı ildə alman aqronomu J.Libix kəşf etmişdir ki, bitkilərin məhsuldarlığı və onun stabilliyi torpaqla bololan qida maddələrindən yox, minimal miqdarda olanmaddələrdən (mikroelementlərdən) asılıdır. Bitkiyəlazım olan bir maddə çatışmayan torpaqda digər qidamaddələrinin bolluğu faydasızdır. Hətta zərəlidir. Libixqanunu ekoloji faktorların hamısına aid edilə bilər.
​Ekologiyasız təsərrüfatların acı təcrübəsi göstərir ki, torpağın kimyəvi tərkibini oyrənmədən sahəyə verilənkübrələri faydasız, bəzən zərərlidir. Torpaqdakı artıqazot, kükürd və üzvi maddələr çaya, gölə tökülür. Beləsularda göy – yaşıl yosunlar kütləvi çoxalır. Nəticədəevtrofikasiya baş verir, yəni suyun bioloji çirkənməsigüclənir. Elektrik stansiyaları və başqa istilik mənbələrivasitəsilə suyun qızdırılması yosunları daha da inkişafetdirib, əsl ekoloji partlayışa səbəb olur. Belə sudanbalıqçılıqda və başqa təsərrüfat üçün istifadə etməkfaydasızdır. Hazırda milyonlarla qarğa və zağcaolmasını, eləcədə siçovulların çoxalıb kənd təsərrüfatıməhsulunun beşdən bir hissəsini tələf etməsini selibetsahələrin (insan yaşayan yerlər) bioloji çirklənməsihesab etmək olar. Qorxulu ekoloji partlayışlarınprofilaktikası onun əmələ gəlməsində əsas rol oynayanekoloji faktorları bilmək tələb olunur.

Şelford qanunu (dözümlülük qanunu). 1913 – cüildə İsveçrəli botanik V.Şelford kəşf etmişdir ki, müəyyən yerdə hər hansı canlının ləng inkişaf etməsinəsəbəb təkcə ətraf mühit faktorlarının çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə orqanizmin ətraf mühitdəntələbləri iki şərtlə ölçülür: a) minimal ekoloji tələb; b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şəraitorqanizmin dözümlülük həddi adlanır. Hər bir faktoruntəsirinə qarşı orqanizmdə müəyyən dözümlülük həddiəmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, nədə çox deyil, optimal olmalıdır.


​Dözümlülük həddi konsepsiyası biosferlə insanınəlaqəsini optimallaşdırmaq üçün vacibdir. Ona görə ki, bu işdə həlledici rol oyrayan çox vaxt antropogen faktorolur. Canlıların dözümlülük həddilə əlaqədər bir neçəekoloji qanunauyğunluq müəyyən edilmişdir.
​1. Canlıların dözümlülük həddi bir faktora qarşıgeniş, başqa faktora qarşı
məhdud ola bilər.​
​2. Arealı geniş olan növlər bir neçə faktora qarşıdözümlü olur.
​3. Ətraf mühitdən canlıya təsir edər hər hansı ekolojifaktor optimal olmayanda, onun digər ekoloji faktorlarada dözümlülük həddi məhdudlaşır. 
​4. Laboratoriya şəraitində əsas rol oynayan ekolojifaktor (məsələn, işıq) təbiətdə rəqabətin yırtıcıların, parazitlərin və başqa faktorların təsiri altına düşüb ikincidərəcəli ola bilər. Deməli təbiətdə faktorların təsiri bir – birindən asılıdır. 
​5. Orqanizmin dözümlük həddi onun inkişafmərhələsindən və yaşından asılı olaraq dəyişə bilər. Subay fərdlərin dözümlük həddi nəsl verənlərə nisbətəngeniş olur.
​Konkret növ canlının dözümlük həddini bildirməküçün steno (dar) və evri (geniş) sözlərindən istifadəedilir.
Berqman qaydası. Eyni növə məxsus heyvanlaradətən cənubda kiçik, şimalda iri olurlar. Buna Berqmanqaydası deyilir. Şimalda kütlənin çoxalması bədəninnisbi səthini azaldır, cənubda isə bunun əksinə olur. Səthin azlığı bədəndən çıxan istini azaldır (şimalda beləyaxşıdır). Səthin çox olması bədəni artıq istidən azadedir (cənubda belə yaxşıdır). Bu qanunun mahiyyətitermodinamikaya əsaslanır.
Sübut olunmuşdur ki, istilik itkisi orqanizminümumi kütləsi ilə yox, onun bədən səthi ilə düzmütənasibdir. Başqa sözlə desək iri və yığcam bədənliheyvan şaxtalı iqlimə daha dözümlü olur. Xırda, kiçikheyvanlarda bədənin səthinin çəkiyə görə nisbiliyi dəartıq olur ki, istilik ixracatı çoxalır.



Yüklə 72,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin