161) Aşağıdakı hansı patologiya ölümü təsdiq edən mütləq əlamətlərə aiddir?
A) Qan dövranının kəsilməsi
B) Xəstənin ağrı, termiki və taktil qıcıqlara qarşı hissiyyatının itməsi
C) Bədənin hərəkətsiz qalması
D) Bədən temperaturunun 20º C-dən aşağı enməsi
E) Nəbzin olmaması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
162) Qanqrenaya məruz qalmış toxumaların qara rəngdə olmasının səbəbi nədir?
A) Çünki qanqrena melanin piqmenti ilə zəngin olan toxumalarda baş verir
B) Nekrozlaşdıqdan sonra bu nahiyədə böyük sürətlə melanin piqmenti sintezi başlanır
C) Qanqrenaya məruz qalmış nahiyədə çoxlu miqdarda hemomelanin (hemozoin) əmələ gəlir
D) Bu toxumalarda eritrositlərin hemolizə uğraması nəticəsində çoxlu miqdarda hemosiderin piqmenti toplanır
E) Hemoqlobinin dəmiri ilə havadakı hidrogen-sulfid arasında reaksiya nəticəsində burada dəmir-sulfid əmələ gəlir
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |