EPİTELİN REGENERASİYASI
Epitel toxuması yüks ək regenerasiya qabiliyyətinə malikdir. Belə xüsusiyyət tə kamül prosesində qazanılmış və epidermisin ə sas mühafizə vəzifəsi ilə bilavasitə bağlıdır. Topoqrafik vəziyyətdən asılı olaraq epitel toxuması xarici təsirlərə daha çox məruz qalı r, belə ki, o, orqanizimlə xarici mühit arasında bilavasitə hüdud təşkil edir. Digər tərəfdən bu toxuma orqanizmlə mühit arasında gedən mübadilə prosesində çox mühüm rol oynayır.
Qeyd etmək lazımdır ki, epitelin bütün növlərində regenerasiya eyni prinsiplə gedir. Lakin bütün hallarda regenerasiya zamanı epitel öz histotipik xüsusiyyətini saxlayır, yəni hər epitel növü yalnız özünə bənzər epitel yaradır, məs.: çoxqatlı epitel həmişə çoxqatlı, birqatl ı epitel isə birqatlı epitel əmələ gətirir. Ancaq ehtizazlı epitel bu iş də xüsusiyyə t təş kil edir, belə ki, regenerasiya zamanı (reparativ regenerasiyada) ehtizazlı epitel əvəzində çox vaxt dəri epiteli meydana çıxır. Bu, çoxqatlı və çoxsıralı epitellərin bir-birinin yaxın formaları olduğunu bir daha sübut edir.
Yeni epitel hüceyrələrinin əmələ gəlməsi başlıca olaraq mövcud epiteldə gedən mitoz bölünmənin nəticəsidir. Lakin çoxqatlı epitel ilə birqatlı epitel arasında regenerasiya prosesində bir qə dər fərq müşahidə edilir. Birqatlı epiteldə onun bütün hüceyrələri bölünməyə qadirdir, halbuku, çoxqatlı epiteldə yalnız əsas və qismə n tikanlı qatın hüceyrələri bölünür. Sonra gələn qatların (parlaq və buynuz qatların) bərpası isə əvəzetmə yolu ilə gedir.
Epitelin fizioloji regenerasiyası onun reparativ regenerasiyasını təmin edir. Epitel zədələnən zaman onun bərpa olunması yara kənarında epitel hüceyrələrinin güclü bölünməsi vasitəsilə icra olunur. Cavan hüceyrələr əmələ gəldikcə, bunlar zədələ nən nahiyələrə doğru keçərək tədricə n zədə yerini nazik qatla örtür. Sonra həmin qat diferensiasiyaya u ğrayır və definitiv formasını alır. Reparativ diferensiasiya prosesində epitelin altında olan birləş dirici toxumanın böyük rolu vardır. Zədə nahiyəsində yeni epitel qatı meydana çı xmazdan əvvəl onun əsasını təşkil edən cavan birləşdirici toxuma qatı (qranulyasiya toxuması) əmələ gəlir. Bu toxuma qan damarları ilə çox zəngin olur.
Dostları ilə paylaş: |