Elastik birləşdirici toxuma Elastik birləşdirici toxuma da sıx lifli birləşdirici toxumanın bir növüdür. Bunun əsasını silindrşəkilli yoğun, bəzən isə yastılaşmı ş çox sayda elastik liflər təşkil edir. Bu liflər çox vaxt şaxə lənir, iti bucaq altında bir-birində n aralanaraq tor əmələ gətirir. Elastik liflər bəzən kiçik dəstələ r təşkil edir, bunların aras ında isə nazik kövşək birləşdirici toxuma qatları yerləşir. Elastik toxumadan bəzi bağlar, məsələn, sarı bağ, boyunardı bağı, səs bağları və s. təşkil olunmuşdur. Bəzi boşluqlu orqanların (aorta, traxeya, bronxlar və s.) divarında elastik toxumanın əsasını zarlar təşkil edir. Aortada elastik zar pəncərəli şəkildədir (membrana fenestrata), onlar bir neçə qatda yerləşir.