Ümumi histologiya


Sıx lifli birləşdirici toxuma



Yüklə 1,33 Mb.
səhifə65/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   61   62   63   64   65   66   67   68   ...   128
2 5379791321034655986

Sıx lifli birləşdirici toxuma
Sıx lifli birləşdirici toxuma əsl birləşdirici toxumalara aid olub başlıca olaraq mexaniki vəzifə görür; bu toxumanın iki növü vardır: sıx formalaşmayan lifli birləşdirici toxuma və sıx formalaşan lifli birləşdirici toxuma. Bunlar əsas etibarı ilə birləşdirici toxuma liflərinin və hər şeydən əvvəl kollagen liflərin yerləşməsinə görə bir-birindən fərqlənir.

Sıx formalaşmayan lifli birləş dirici toxumada hüceyrəarası maddə başlıca olaraq müxtəlif istiqamətə və qalınlığa malik kollagen liflər dəstələ rindən [1, s. 111, şək.12.14] və qal ın elastik liflə r torundan ibarətdir. Bunlar bir-biri ilə çarpazlaşaraq quruluşca keçəni xatırladır; kollagen liflər dəstələri arasındakı sahə çox vaxt romba bənzəyir. Həmin sahələrdə birləşdirici toxumanın hüceyrə elementləri və hüceyrəarası amorf maddə olur. Kövşək birləşdirici toxumaya nisbətən burada istərsə hüceyrə elementl əri və istərsə də amorf maddə xeyli az olur. Hüceyrə elementlərinə fibroblastlar (əsasən fibrositl ər) və çox az miqdarda makrofaqlar (histositlər) aiddir. Sıx formalaşmayan lifli birləşdirici toxumadan insanda əsil dərinin torlu qatı təşkil olunmuşdur.

Sıx formalaşan lifli birləşdirici toxumada kollagen liflər dəstələri müəyyən nizamla yerl əşir, onlar daha qalın olur, hüceyrə elementlə ri çox az və əsas etibarı ilə fibroblastlardan ibarət olur. Bu toxumada hüceyrəarası amorf maddə olduqca azdır. Kollagen liflər dəstələ rinin nizamla düzülüşü sıx lifli birləşdirici toxumadan təşkil olunan orqanın mexaniki fəaliyyət şəraitindən asılıdır. Bu toxumadan vətə rlər, bağlar və lifli zarlar təşkil olunmuşdur; həmin toxumaya habelə lövhəli və elastik toxumalar da aiddir.
Vətərlər
Vətərlər qalın və sıx yerləşən kollagen liflər dəstələrindən ibarətdir; hə min də stələr vətərin bağlandı ğı ucları istiqamətdə bir-birinə paralel gedir [1, s. 109, 110, şək. 12.11 və 12.12]. Bu d əstələrin arasında zərif elastik liflər toru olur. Kollagen dəstəl ər arasında cüzi miqdarda kiçik sahələr qalır; o sahələrdə homogen amorf maddə və kollagen liflərlə rabitədə olan fibrositlər yerləşir. Amorf maddə qliokoproteinlə zəngindir və ona eyni zamanda, kollagen dəstələrin daxilində liflərin arasında təsadüf edilir. Bu maddə lifləri bir-biri ilə yapışdırır.

Fibrositlər vətərlərdə yeganə hüceyrə formasıdı r. Bunlar kollagen dəstələr arasında paralel sıralarda (sütun şəklində) yerləşərək xüsusi formaya malikdir, lövhə şəkilli nazik çıxıntıları vardır. Bu hüceyrələrə vətər hüceyrələri (cellulae tendineae) deyilir. Boylama kəsiklərdə hüceyrə sütununun bəzi yerlərində qonşu hüceyrə nüvələrinin bir-birinin yaxınlığında qoşa yerləşdiyi görünür. Bunun amitoz bölünmənin nəticəsi olduğunu ehtimal edirlə r. Beləliklə, kollagen liflər dəstə ləri bir-birindən hüceyrə sütunları vasitəsi ilə ayrılır, bunlara 1-ci dər əcəli vətər dəstələri deyilir. Bir qrup 1-ci dərəcəli vətər də stələri nazik kövşək birləşdirici toxuma qatı il ə əhatə olunaraq 2-ci dərəcəli vətər dəstələrini və bunlar da öz növbəsində 3-cü dərəcəli vətər dəstələrini əmələ gətirir. Sonuncular daha qalın birləşdirici toxuma qatı ilə əhatə olunur. Bəzən 3-cü dərəcəli dəstə vətərin özünü təşkil edir. Vətər böyük olduqda 4-cü dərəcəli dəstəyə də təsadüf olunur.

Və təri xaricdən əhatə edən sıx birləşdirici toxuma qişasına peritenon deyilir. Vətərin daxilində 2-ci dərəcəli dəstə ləri ayıran birləşdirici toxuma qatları isə endotenon adlanır. Bu qişalarla vətərin iç ərisinə qan damarları və sinirlər daxil olur. Damarlar ətrafında az diferensiasiya etmiş hüceyrələrə təsadüf olunur ki, bunların da vətərin regenerasiyasında böyük əhəmiyyəti vardır.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin