Qan və birləşdirici toxuma hüceyrələrinin qarşılıqlı münasibəti
Qan və birləşdirici toxuma arasında nəinki mənşə vəhdətliyi vardır, onlar həm də fə aliyyət cəhətdən də bir-birinə çox yaxındır. Hər iki toxumanın hüceyrə elementlə ri öz dəyişkən təbi əti ilə fərqlənir və mövcud olduqları şəraitin dəyişilməsinə tez və asanlıqla reaksiya verir. Lakin bu iki toxuma arasındakı qarşılıqlı münasibət sağlam orqanizmdə bir o qədər nəzər ə çarpmır, patoloji dəyişikliklər və eksperimental şəraitdə bunlar daha qabarı q şə kildə təzahür edir. İltihab zamanı bu qarşılıqlı münasibət asanlıqla aşkar olur. İltihab orqanizmin bu və ya digər zəhərli agentlərə qarşı verdiyi mühafizə reaksiyasıdı r. Həmin reaksiya orqanizmdə həm ümumi şə kildə (temperatur yüksəkliyi, qanın tərkibinin dəyişilməsi və s.), həm də yerli olaraq təzahür edir. Yerli reaksiya bilavasitə iltihab ocağında baş verir, orada morfoloji, biokimyə vi, fiziki-kimyəvi və funksional də yişikliklər müş ahidə olunur. Eksperimental şəraitdə prosesi yaratmaq üçün müxtəlif üsullar vardır. Çox geniş istifadə olunan aspetik (mikrobsuz) iltihab formasıdır. Belə iltihab yaratmaq üçün heyvanın dərialt ı birləşdirici toxumasına steril (mikrobsuzlaşdırılmış) yad cisim (məs.: şüşə, selloidin, infuzor torpaq və s.) yeridilir. Bu zaman həmin toxuma zədələnir və zədə yerində tədricən iltihab dəyişiklikləri ba ş verir. Qan və birləşdirici toxuma hüceyrələri tərəfindən müşahidə olunan morfoloji dəyişiklikləri üç mərhələyə bölmək olar: leykositar mərhələ, makrofaqlar mərhələsi və fibroblastlar mərhələsi.
Leykositar mə rhələ zamanı (iltihabın birinci saatlarından başlayaraq) iltihab nahiyəsinin kapillyarları və digər kiçik damarları geni şlənir, onların divarından qan plazması toxumaya sızır. Bununla yanaş ı iltihab ocağında mü şahidə olunan kimyəvi dəyişikliklərə cavab olaraq neytrofillər qandan oraya keçir. Onlar yad cisimi hər tərəfdən əhatə edərək leykosit lövhəsi yaradır. Birinci günün axırında həmin lövhə xeyli qalınlaşır və neytrofillərin keçməsi dayanır. Sonra leykositlər lövhə sinin neytofilləri dağılmağa başlayır, lizosomun fermentləri iltihab ocağına tökülür və tədricən ölmüş hüceyrə hissə ciklərini əridir. Nəticədə orada süd turş usu toplanır, toxumanı n turşuluğu artır (pH-7,0-6,8-ə qədər enir) və makrofaqların yaranması üçün şərait yaranır; bununla ikinci mərhələ başlayır.
Makrofaqlar mərhələ sində qandan toxumaya keçən monositlərin makrofaqlara çevrilməsi ilə yanaşı toxumanın öz hüceyr ələri də, başlıca olaraq histiositlə r və az diferensasiya etmiş hüceyrələr bölünüb artaraq makrofaqlara diferensasiya edir. Makrofaqlar iltihab nahiyəsində olan hüceyr ə və toxuma qırıntılarını fəal surətdə udaraq, regenerasiya prosesinin getməsi üçün xüsusi maddələr ifraz edir.
Üçüncü mərhə lədə fibroblastlar fəaliyyətə başlayır. Bunlar bir tərəfdən bölünüb artır, digər tərəfdən isə az diferensasiya etmiş adventisial və retikulyar hüceyrələrdə n yaranı r. Fibroblastlar iltihab ocağına keçərək orada paralel sıralarla toplanı r və tədricə n kollagen əmələ gətirmə fəaliyyətinə başlayır. Bel əliklə, yad cisim ətrafında prekollagen liflər toplanaraq kapsul əmələ gətirir; bununla da dağılmış toxuma bərpa olunur.
Birləşdirici toxuma ilə qan arasında müşahidə olunan belə sıx qarşılıqlı rabitə başqa şəraitlərdə də müşahidə olunur; məs.: orqanizmdən xaricdə qanı xüsusi mühitdə əkdikdə onun hüceyrələrinin (limfositlər və monositlə r) fibroblastlara və makrofaqlara çevrildiyini, habelə hüceyrəarası maddənin əmə lə gəldiyini asanlıqla izləmək olar. Qanyaranma bəhsində qeyd olunan ekstramedulyar mielopoez də qan və birləşdirici toxuma hüceyrələri arasındakı qarşılıqlı münasibəti açıq-aşkar nümayiş etdirir.
Dostları ilə paylaş: |