Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə75/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   71   72   73   74   75   76   77   78   ...   128
2 5379791321034655986

Hialin qığırdaq toxuması
Hialin, ya şüşəyəbənzər qığırdaq əsas qığırdaq toxuması növü olub, başlıca olaraq hüceyrəarası maddənin morfoloji və fiziki-kimyəvi xüsusiyyətlərinə görə digər qığırdaq toxumalarından fərqlənir. Adi histoloji preparatlarda hialin qığı rdaq toxumasının hüceyrəarası maddəsi yarımşəffaf, tamamilə, homogen görünür, şüşəyə bənzəyir [1, s. 128, şək.15.2] və hüceyrələr ətrafında kapsullar əmələ gətirir. Ara maddə nin tək-tək hüceyrələri və izogen qrupları əhatə edən hissəsi toxumanın periferiyasında oksifil boyanır və qığırdağın mə rkəzinə doğru getdikcə onların ə trafında oksifil zonadan başqa bazofil zona da müşahidə olunur. Cavan hüceyrələr ətrafında ara maddə yalnız oksifil olur. Ara maddədə bazofilliyin meydana çı xması qı ğırdaq hüceyrələrinin qlikozaminqlikanları, proteoqlikanları çox ifraz etməsi ilə əlaqədardır. Hüceyrə kapsulundan uzaqlaşdıqca bazofillik yenidən zəifl əyir. Yaşa dolduqca xondrositlərin və ara maddədə ki xondroitinsulfat turşular ının miqdarı azalır, bunların ə vəzində isə ara maddəyə, adətən, kalsium duzları çökür. Sonuncular əsasən amorf maddədə olur. Xüsusi üsulla hazırlanmış preparatlarda
42

əsas maddə də II tip kollagen fibrillər yerləşdiyi görünür. Onlar lif əmələ gətirmir, eninəzolaqlılığa malikdirlər, lakunaların kapsulunu təşkil edirlər.

Hialin qığırdağın möhkəm olmasının səbəbi ara maddədəki kollagen lifi gərginliyi isə proteoqlikanları n, proteoqlikan aqreqatlarının cox olması ilə əlaqədardır. Proteoqlikan aqreqatlarının (PQA) əsasında hialuron turşusunun uzun zənciri və onunla birləşmi ş çoxlu sayda proteoqlikanlar durur, PQA-nın təşkilində birl əşdirici qlobulyar zülallar, peptid zəncirlər də iştirak edir. Proteoqlikan aqreqatları özünə çoxlu miqdarda su molekulları birləşdirməkl ə yüksək hidrofillik xassəsi göstərirlər ki, bu da qığırdağın gərginliyini təmin edir. Bütün bunlarla yanaşı PQA kiçik molekullu metabolitlər üçün keçiriciliyini saxlayır.

Hialin qığırdağının periferik hissəsində qığırdaq hüceyrələri nisbə tən cavan olur və iy şəklində görünür; bunlar, adətə n, tə k-tək yerləşir. Qığırdağın mərkəzinə doğru getdikcə hüceyrə nin forması dəyiş ir, o oval ya girdə şəkil alır. İzogen qruplarda 2-4 hüceyrə yerləşir və bunlara qığırdağın mərkəzində daha çox təsadüf olunur.

Hialin qığırdağı insanda və digər məməlilərdə çox yayılmışdır. Onun miqdarı ya şdan asılıdır. Belə ki, embrional dövrdə skeletin hə lə sümükləşməmiş hissələri hialin qığırdağından təşkil olunur. Yaşlılarda hialin qığırdağı oynaq səthlərdə, qabarığlarda, tənəffüs yollarında və s. təsadüf olunur.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin