Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə74/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   70   71   72   73   74   75   76   77   ...   128
2 5379791321034655986

Qığırdaq toxuması
Qığırdaq toxuması birləşdirici toxumanın başlıca olaraq mexaniki fəaliyyət ifa edən növlərindən biridir. Ümumi quruluş prinsipi, yəni hüceyrədən və hüceyrəarası maddədən təşkil olunmaq burada da
41

gözlənilmişdir. Lakin hüceyrəarası maddə burada daha güclü inkişaf etmiş, miqdarı artmış və daha çox sıxlaşmışdır. Bu maddədə 70-80%-ə qədər su, 10-15% üzvi maddələr və 4-7% mineral duzlar vardır. Üzvi maddələr, əsasən, proteoqlikanlardan, qlikoproteinlərdən ibarətdir.

Hüceyrəarası maddənin quruluş xüsusiyyətindən asılı olaraq qığı rdaq toxumasının üç əsas növü ayırd edilir: hialin qığırdaq [1, s. 128, şək.15.2], elastik qığırdaq [1, s. 129, şək.15.4] və kollagen lifli qığırdaq [1, s. 129, şək.15.5].

Qığırdaq toxumasının hüceyrəarası maddəsi kollagen tipli xondrin liflərindən və əsas amorf maddədə n təşkil olunmuşdur. Kimyəvi tərkib cəhətdən xondrin lifləri birləşdirici toxumanın kollagen liflərinin eynidir və fibrilyar zülaldan əməl ə gəlmişdir (qığırda ğın müxtəlif növülərində kollagenin tipi fərqlidir, əsasən II tip, az miqdarda IX, XI, nadir hallarda X tip kollagen). Amorf maddə isə əsas etibarı ilə qeyri-fibrilyar zülal molekulları ilə qlikozaminqlikanların birləşməsind ən ibarət proteoqlikanlardan və qlikoproteinlərdən təşkil olunmuşdur. Bu birləşmələr ara maddənin bazofilliyini müəyyən edir. Qığırdağın fiziki-kimyəvi xassələri, yəni onun yapışqanlılığı, sıxlığı və gərginliyi də proteoqlikanlardan asılıdır.

Xondrin lifləri adi histoloji preparatlarda görünmür, çünki onun şüa sındırma qabiliyyəti, amorf maddədə olıduğu kimidir. Bu lifləri xüsusi metodlarla (gümüşləmə, tripsin təsiri və s.) hazırlanan nazik histoloji kəsiklərdə görmək olur.

Hüceyrəarası maddə hüceyrə qruplarını əhatə edən yerdə konsentrik cizgilər şəklində görünür və daha güclü şüa sındırma xassəsi kəsb edir.



Qığırdaq hüceyrələri və ya xondrositlər - (chondrocyti) qığırdaq toxumasının əsas hüceyrə formasıdır. Adətən qığırdaqda 2 növ xondrosit müəyyən olunur: cavan xondrositlər – qığırdağın səthində, qığırdaüstlüyünün altında yerləşərək bölünmə qabliyyətini saxlayırlar; yetkin xondrositlər daha dərinliklərdə yerləşərə k bölünmürlər, lakin hüceyrəarası maddənin komponentlərini aktiv olaraq sintez edirlər. Bunlar xüsusi boşluqlarda tə k-tə k, və ya qruplarla yerləşir; sonuncular izogen qruplar adlanır. İzogen qruplardakı hüceyrələr, vaxtı ilə bir hüceyrədən bölünmə yolu ilə əmələ gəlir. Xondrositlər adi preparatlarda oval, girdə, bə zən isə çoxbucaqlı şəkildə görünür. Forma müxtəlifliyinə əsas maddənin fiziki-kimyəvi halı təsir edir; məs.: həmin maddədə su və xondromukoid çox olduqda, hüceyrələr girdə görünür. Bel ə forma cavan qığırdaq üçün daha xarakterikdir. Xondrositlər, adətən, birnüvəli hüceyrələrdir, bəzən ikinüvəli şəkildə də olur. Nüvədə bir, və ya iki nüvəcik görünür. Sitoplazma zəif bazofildir və içərisində bütün orqanellər müəyyən edilir. Mitoxondrilər cavan hüceyrələrdə çox olur; onlarda habelə Holci kompleksi və sitoplazmatik tor daha aydın görünür. Hüceyrənin xarici səthində mikroxovcuqlara təsadüf olunur. Histokimyəvi cəhətdən xondrositlərdə qlikogen, qələvi fosfataza, oksidaza və lipaza tapılmışdır. Cavan hüceyrələrdə qlikogenin miqdarı artıq olur.
İkinci növ qığırdaq hüceyrələri xondroblastlar adlanır. Bunlar yetişməmiş, yastı, daha cavan hüceyrələr olub qığırdaqüstlüyünün hüceyrəli qatında, qığırdağın periferik hissəsində, yəni qığırdaqüstlüyünün yaxınlı ğında müş ahidə olunur. Bölünmə qabliyyətlidirlə r, həmcinin hüceyrəarası maddənin komponentlərini suntez edə bilirlər. Xondroblastlar bazofil boyanır, çünki RNT ilə zəngindir. Bu hüceyrələr qığırdağın inkişafında və onun böyüməsində bilavasitə iştirak edir və yetişmiş qığırdaq toxumasında xondrositlərə çevrilirlər.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin